Lənkəranın "qəndi külçə"si

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Lənkəranın "qəndi külçə"si
    Milli bayramımız olan Novruz öz gəlişi ilə insanlara sevinc, xoş ovqat, bahar nəfəsi gətirir. Bu bayramda süfrələrimiz Novruz şirniyyatları ilə daha da zəngin olur. Bölgələrimizdə xüsusi şirniyyatlar bişirilir. Lənkəran mətbəxində də bir şirniyyat varki onsuz bayram süfrəsini təsəvvür etmək olmaz. Partlama, qəndi külçə, Lənkəran külçəsi, vulkan külçəsi adı ilə tanınan bu şirniyyat haqqında sizi tanış edəcəyik.
    Lənkəranda bu şirniyyatı daha çox Novruz bayramında bişirirlər. Evlərdə bayram günlərində bişirilən bu külçəni üyüdülmüş qənddən hazırladıqları üçün adına "Qəndi külçə" deyilir. Hazırlanmasına gəlincə isə...
    Şirniyyat ustası İlhamə Fətullayeva: “Bir kq una 200 qr yağ, bir yumurta, xama, 5 qr. maya, duz və su. Bunları əlavə edib xəmir yoğururuq. Bu xəmiri hazırladıqdan sonra bir saat dinlənməyə qoyuruq ki, acısın. Və sonra içliyin hazırlanmasına keçirik”
    Bu şirniyyatın ləziz alınması və ən əsası partlaması üçün içliyinin rolu çox böyükdür. Şirniyyat ustası deyir ki, 500 qram yağ, 500 qram şəkər pudrası, bir qədər un və bir yumurta qarışığından alınan içliyi nə az nə çox dayanmadan bir saat qarışdırmaq lazımdır. Dadlı və tutumlu şirniyyatın xəmiri tam hazırlanandan sonra üzərinə yumurta çəkilir, qırıntı qoz düzülür.
    Bildirək ki, bayram günlərində qohumlar bir-birinə qonaq gedər əziz adamlarına bişirdikləri bayram şirniyyatlarından apararlar. Bu şirniyyatlar arasında qəndi külçə xüsusi yer tutur.
    Bişən zaman içliyi xəmiri partladıb, çölə çıxdığı üçün adına “partlama” deyilən bu şirniyyatsız heç bir lənkəranlı bayram süfrəsini təsəvvür etmək olmaz.

ความคิดเห็น • 63