Oğlu ilə bacanaq oldu, gənc arvadına gözü düşən dostunu döydürdü, oğlu özünü güllələdi - H.Z.Tağıyev

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2021
  • Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
    1873-cü ildə iki nəfərlə şərik olub Bibi Heybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və fəhlələr tutur, buruq qurdurub quyu qazdırmağa başlayır. Günbəgün xərc artır, neft isə görünmür. Şəriklər ümidlərini itirir öz paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. Üç ilə şəhərin mərkəzində böyük bir saray tikdirir.
    Hacı Zeynalabdin Tağıyev iki dəfə evlənib. Onun birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan Hacının iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım.
    İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Məhz Sona xanımla evlənməklə Hacı Zeynalabdin Tağıyev öz oğlu ilə bacanaq olmuşdu. Belə ki, general Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi.
    Bəzi mənbələrin məlumatlarına görə, Sona xanım Ərəblinski H.Z.Tağıyevdən çox cavan olduğundan, aradakı yaş fərqini azaltmaq məqsədilə milyonçu özünü sənəddə “cavanlaşdırmaq” qərarına gəlir və doğum tarixini dəyişdirtdirir.
    Sona xanımla evlilikdən onların Leyla, Sara, Sürəyya, Məhəmməd və İlyas adlı övladları dünyaya gəlir. Məhəmmədin qısa həyatı faciəli sonluqla bitir. Hacı əvvəlcə, cəmi 18 yaşı olan oğlu Məhəmmədi evləndirmir. İstəyir ki, oğlu həyatın çətinliklərini öyrənsin. O da atasının sözündən çıxmır. Anası nə qədər etiraz etsə də o zaman yeganə hərbi birlik olan Lənkərandakı “Vəhşi diviziya”ya yazılır. Bununla da, ömrünün faciəsini hazırlayır. Cavan zabitlər tapançanın topunda bir güllə saxlayıb lüləni gicgahlarına tuşlayaraq topu fırladıb çaxmağı basmaqla bəxtlərini yoxlayırdılar. Hacı Zeynalabdin Tağıyevin Lənkərandakı “Dikaya dviziya”nın qoşun hissəsində xidmət edən oğlu Məhəmməd bu yolla bəxtini yoxlayanda tapança açılmış, onu öldürmüşdü. İlyas isə xəstəliyə tutularaq vəfat edir.
    Sankt-Peterburq Texnoloji İnstitutunda mühəndislik peşəsi üzrə təhsil alan Lütfəli bəy Behbudovla Tağıyev arasında dövrün səs-küyünə səbəb olan məhkəmə işi baş verib. Topçubaşovun tövsiyəsi ilə Tağıyev bu gəncə sponsorluq etməyə razı olur və 1904-cü ildə məzun olduqdan sonra Behbudov öz havadarının yanında işləmək üçün Qafqaza qayıdır. O, öz sahəsində tezliklə yüksəlir və Tağıyev özünün biznes imperiyasının əhəmiyyətli bir hissəsini, o cümlədən zavod, vətəgə, dəyirman, fabrik və hətta şəxsi evlərinin idarəçiliyini də Behbudova həvalə edir. Lakin bir müddət sonra Tağıyev Behbudovu evinə çağırır və onu arvadı Sona xanıma yaxınlaşmaqda ittiham edib altı nəfərə döydürür. Bu altı nəfər Tağıyevin qohumları və rütbəli şəxslər olur. Behbudov şərəf və ləyaqətini qorumaq üçün məhkəməyə müraciət edir.
    Tağıyevin növbəti qarşıdurması isə dövrün ən məşhur aktyoru Hüseyn Ərəblinski olub. Deyilənlərə görə Ərəblinskinin də Sona xanımdan xoşu gəlib və Sona xanım aktyora həm maddi, həm də mənəvi yardımlar edib. Ərəblinskinin yaxın qohumu tərəfindən mütriflikdə günahlandırılaraq qətl olunmasında Tağıyevin əl izlərinin olduğunu deyənlər də az deyil.
    Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Tağıyev də məhz o vaxt bütün var-dövlətini itirir. Bir sözlə, Sovet Hökuməti H.Z.Tağıyevin bütün şəxsi mülkünü müsadirə edir.
    Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə yaşayış yeri seçmək hüququ verilir. Hacı Mərdəkandakı evini seçir və ömrünün sonuna qədər orada yaşayır.
    Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat edib və sentyabrın 4-də dəfn olunub. Onun dəfni böyük izdihamla müşayiət olunub.
    Hacını özünün vəsiyyətinə əsasən, Bakının tanınmış axundu Molla Abuturabın ayağının altında dəfn ediblər. Bəzi məlumatlara görə, onun istəyinin səbəbi bu cür izah edilir ki, H.Z.Tağıyevin Molla Abuturabla son görüşü zamanı o, Hacının var-dövlətin itirilməsi ilə bağlı sualına cavab olaraq belə demişdi: “Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə də əbədi olanı çox düşün ...”.

ความคิดเห็น • 306

  • @user-nt1dw6zj2p
    @user-nt1dw6zj2p 2 ปีที่แล้ว +223

    Hələ də onun elədiklərini heç kim etməyib və edə də bilməz. Belə insanın adı hər məclisdə yad edib ruhuna dua oxunmalıdır. Allah rəhmət eləsin.

  • @anartevekkuloglu1185
    @anartevekkuloglu1185 2 ปีที่แล้ว +135

    Hacı Zeynalabdin Tağıyevə nəqədər rəhmət diləsəkdə azdı. Allah sənə rəhmət eləsin...

    • @user-mw4on2nj3n
      @user-mw4on2nj3n 2 ปีที่แล้ว +8

      .Allah sənə qəni qəni rəhmət eləsin Həci

    • @Zeyyneb2
      @Zeyyneb2 2 ปีที่แล้ว +4

      @@user-mw4on2nj3n 🙏🙏🙏🌷

    • @Zeyyneb2
      @Zeyyneb2 2 ปีที่แล้ว +4

      🤲🤲🤲🥀👌💯

  • @abgggg5381
    @abgggg5381 2 ปีที่แล้ว +120

    Mekanın cennet olsun Milyoncu Taqıyev
    Nur içinde yat , gòzel insan

    • @RnaOsman
      @RnaOsman ปีที่แล้ว +1

      Amin!❤

    • @abdurrazzagosman
      @abdurrazzagosman ปีที่แล้ว +4

      @@RnaOsman Dunya Suleymana qalmayib,boş ve cefeng dunyadir...Allahdan bu dunyanin ve axiretin xeyrini isteyirem,Allah bizi bağişlasin,amin !!!

  • @ali.739
    @ali.739 2 ปีที่แล้ว +40

    Tağıyev Azərbaycan millətinə çox yaxşılıqlar edib! Hələ bizim bilmədiklərimiz çoxdur

  • @mrs7452
    @mrs7452 2 ปีที่แล้ว +62

    Z. Tağıyev kimi dahilərin xalg ücün etdikləri daim yaşayır. Dövrünün milyoncusu olsada hər sahəyə diggət ayırması onun onun xalga olan sevgisindən xəbər verir.Allah hıciyyə gəni- gəni rəhmət eləsin!

  • @user-gv6ll1yu1l
    @user-gv6ll1yu1l 2 ปีที่แล้ว +31

    АЛЛАХ РЕХМЕТ ЕТСИН 🙏🇦🇿

  • @zauromer3804
    @zauromer3804 2 ปีที่แล้ว +56

    Hacı Zeynalabdin Allah rehmet elesin

    • @ludmila2017khanukayev
      @ludmila2017khanukayev 2 ปีที่แล้ว +2

      Пусть покоиться с Миром...хороший был человек👍

  • @tomristuran2345
    @tomristuran2345 2 ปีที่แล้ว +65

    Gör necə etikasız başlıq qoyursunuz ki baxanların sayı çox olsun.

    • @sadiqaslanov8641
      @sadiqaslanov8641 หลายเดือนก่อน

      Etikasiz deyende kimbolub ki 1 iki tikinti yada 1 iki insani xarice tehsile gonderib ki yaxwi taninsin o 13 yawli qizi alir qizlar seminariyasini acdirir ki qizlari gorsun celilmemmedquluzade niye dwyib ki papagimi atapa bilmirem niye eclaf olub

  • @vikingviking4677
    @vikingviking4677 2 ปีที่แล้ว +8

    Allah xeyriyyeçilerimizi hacı Zeynalabidini ve Meşemmedi adını çekmediylerimiz xeyriyyecileri rehmet elesin.

  • @leylieliyeva7771
    @leylieliyeva7771 2 ปีที่แล้ว +115

    NƏ QƏDƏR CILIZ, NƏ QƏDƏR ŞƏR DOLU BİR MƏLUMATDIR!
    HACIMIZIN XİDMƏTLƏRİNDƏN, ONUN HEÇ KƏSİN GÖRƏ BİLMƏDİYİ VƏ GÖRƏ BİLMƏYƏCƏYİ DÜNYƏVİ İŞLƏRİNDƏN DANIŞIN!
    SİZ KİMƏ XİDMƏT EDİRSİNİZ?

    • @SamsungGalaxy-gd1db
      @SamsungGalaxy-gd1db 2 ปีที่แล้ว +16

      BOYNUNU YERƏ SOXDUGUM ELƏ DƏ RAHAT YALAN DANİŞİR ,ELƏ BİL DƏDƏSƏNDƏN DANİŞİR, UTANMİRDA

    • @elxanahmadov4002
      @elxanahmadov4002 2 ปีที่แล้ว +14

      Hacı haqqında
      Neqativ fikir yürütən şəxs haqqında marqlanmaq lazımdır

    • @vidadiverdiyev1263
      @vidadiverdiyev1263 2 ปีที่แล้ว +7

      Bu kimdirsə, Azərbaycanlı deyil! Yaxud vətən xainidir!

    • @Zeyyneb2
      @Zeyyneb2 2 ปีที่แล้ว +7

      @@SamsungGalaxy-gd1db Sağ olun,millətimin qeyrətli,qədirbilən vətəndaşı!!🙏🙏🙏

    • @lalaseidbekova3053
      @lalaseidbekova3053 2 ปีที่แล้ว +3

      @@elxanahmadov4002 0х

  • @mirvariibrahimova854
    @mirvariibrahimova854 วันที่ผ่านมา

    Hacı yeganə adam idi ki ,Dünyanın fanı ,var dövlətin də müvəqqəti oldugunu dərk etmişdi.Və buna görə də var qüvvəsi ilə Dünyada yaxşı mənada iz qoydu.Allah rəhmət eləsin.

  • @elnaramirova7447
    @elnaramirova7447 9 หลายเดือนก่อน +1

    H.Z.Tağıyev Azərbaycanın ən görkəmli inanıdır onun Azərbacan üçün çox işlər görüb Allah ona rəhmət eləsin.AMİN

  • @qorxmazzeynalov6823
    @qorxmazzeynalov6823 2 ปีที่แล้ว +11

    ALLAH rəhmət eləsin Dahi insana

  • @yutuborucov7797
    @yutuborucov7797 2 ปีที่แล้ว +11

    Allah rehmet elesin

  • @ArdTelekom-bx5cj
    @ArdTelekom-bx5cj ปีที่แล้ว +4

    Allah hər kəsə ürəyinə baxıb layiq olanını versin.

  • @gulmirasuleyman5458
    @gulmirasuleyman5458 2 ปีที่แล้ว +30

    Allah rehmet elesin !

  • @faridaaivazova3680
    @faridaaivazova3680 2 ปีที่แล้ว +7

    Allah rəhmət eləsin, ruhu şad olsun, məkanı cənnət olsun. Amin!

  • @messiibrahimov4866
    @messiibrahimov4866 2 ปีที่แล้ว +7

    Allah rehmet elesin gözel ve xeyixah insan

  • @zekimuren2642
    @zekimuren2642 2 ปีที่แล้ว +35

    ALLAH atamıza rəhmət eləsin MƏKANLARI CƏNNƏT OLSUN RUHLARI ŞAD OLSUN....

  • @nergizmusic2688
    @nergizmusic2688 2 ปีที่แล้ว +8

    Azerbaycanin bele shexsiyyetleri olub Qürur verici bele shexsiyyetler tariximizde daim yashayacaq Allah mekanini cennet elesin Amin!Size de teshekkür edirik ki bizi taninmishlarin bilinmeyen taleyiyle tanishedirsiniz Bunu her bir Azerbaycanli bilmelidi Bizim nece bir xalq olduqumuzu ve zamaninda bele sheref duyduqumuz Zeynalabdin Taqiyev kimi esl simalarimiz olduqunu bilmek heqiqeten bize ne qederqurur hissi yashadir Var olun hemishe

  • @YaverAbdullayeva
    @YaverAbdullayeva 25 วันที่ผ่านมา +1

    Cox agilli ve cox mudruk insan🇦🇿

  • @nurkanurka4112
    @nurkanurka4112 2 ปีที่แล้ว +8

    ALLAH RUHUNU WAD ELESIN.QEBRIN NURA BOYANSIN.CAAAN

  • @user-ws7my3lf8c
    @user-ws7my3lf8c 2 ปีที่แล้ว +7

    Allah rehmet elasin. ❤🤲

  • @munevveraxundova3465
    @munevveraxundova3465 2 ปีที่แล้ว +41

    Axır vaxtlar xeyriyyəcini gözdən salmaq, onun xalq ücün elədiyi yaxşılıqları kölgədə qoymaq ücün bu temada 1necə yazılar yazılır,acgöz ,pula həris jurnalistlər də vicdansızcasına kiminsə etdiyi sifarişlə pul müqabilində utanmadan şər böhtan xarakterli yazılıar yazırlar,icinizdə hec vicdan əzabı cəkirsinizmi,əgər vicdsnınız varsa ,hər şeyi pula satırsınız...

    • @SSSSSS-ks9qc
      @SSSSSS-ks9qc 2 ปีที่แล้ว +6

      MÜNƏVVƏR XANIM MƏNİ BAĞIŞLAYIN QADINA NƏFƏS KİMİ DEYİL,NƏFS KİMİ BAXAN ADAM MƏNİM GÖZÜMDƏ YER ZİBİLİDİR. ƏXLAQI OLMAYAN KİM OLUR OLSUN AİLƏ İÇİNDƏ HÖRMƏTSİZ,EL İÇİNDƏ RÜSVAY OLAR.ONUN PULU PARASI TƏPƏSİNƏ DƏYSİN..

    • @huseynhumbatov6180
      @huseynhumbatov6180 2 ปีที่แล้ว +7

      Siz inun yanında olmusuz?qadınların oxuması üçün əlindən gələni eliyən bir adam üçün belə demək günahdı

    • @munevveraxundova3465
      @munevveraxundova3465 2 ปีที่แล้ว +5

      @@SSSSSS-ks9qc dəqiq bilmədiyiniz ücün mübahisə etməyə dəyməz,o zamanlar evlənəndə hec qızı görmürdülər,kiminsə təklifi ilə evlənirdilər,məntiqlə yanaşmaq lazımdır...

    • @SSSSSS-ks9qc
      @SSSSSS-ks9qc 2 ปีที่แล้ว +3

      @@munevveraxundova3465 AY GÖZƏL XANIM MƏN O KİŞİNİN OĞLU İLƏ BACANAQ OLMASINA İRADIMI BİLDİRMİŞƏM. ALMAĞA QADIN TAPMADI BU MİLYARDER ADAM, YA EŞQ BAŞINA VURDU Kİ MÜTLƏQ BUNU ALMALIDIR. GÖRÜNÜR MİLYONER OLMAQ ÜÇÜN AĞIL DEYİL ŞANS OLMALIDIR. ÇÜNKİ ÇOX ADAMLARIN AĞILLI OLMAĞI SONRADAN ÜZƏ ÇIXIR.

    • @SSSSSS-ks9qc
      @SSSSSS-ks9qc 2 ปีที่แล้ว

      @@huseynhumbatov6180 A KİŞİ SƏN OĞLUNLA BACANAQ OLARSAN? BU SUALA CAVAB VER.AYRI SÖZ DEMƏK LAZIM DEYİL BU SUALA CAVAB VER.GÜYA MƏN BİLMİRƏM O NƏ İŞLƏR GÖRÜB,KİMLƏRİ OXUTDURUB, QIZLAR MƏKTƏBİ AÇDIRIB, XEYRİYYƏÇİLİK EDİB.
      SÖHBƏT AİLƏVİ DƏYƏRLƏRDƏN GEDİR.

  • @sevdiyarisrayilov1690
    @sevdiyarisrayilov1690 2 ปีที่แล้ว +30

    Allah Rəhmət Eləsin Z.Ə. Tağıyevə Ruhu Şad Olsun

  • @user-mw9pe4ks3h
    @user-mw9pe4ks3h 2 ปีที่แล้ว +6

    Boyuk HemVetenimize Allah rehmet etsin.
    Tekrar eden birisi heleki doqulmadi.

  • @elmirahesenova529
    @elmirahesenova529 2 ปีที่แล้ว +4

    HACIya ALLAH qəni-qəni rəhmət eləsin!O,xalqının əvəzsiz pvladlarından olub.

  • @ali.739
    @ali.739 2 ปีที่แล้ว +25

    Şollar suyunu Bakı bu kişinin hesabına gördü

  • @coyotebo2494
    @coyotebo2494 2 ปีที่แล้ว +32

    ALLAH RƏHMƏT ELƏSİN indidə rəhmətliyə bənzər adamlar ola bilərdi amma nə yazıg ki indikilərə izn verilmir xalga yardım eləsin BİR KƏRƏ YETİŞDİRƏN TORPAG BİR DAHA YETİŞDİRƏ BİLƏRDİ

    • @gulnarcavadova1033
      @gulnarcavadova1033 2 ปีที่แล้ว +3

      Tagiyevin basina gelenleri usaqlarinin acindan olmesini gorub hec ne elemirler

  • @user-vv2kx7dl8d
    @user-vv2kx7dl8d ปีที่แล้ว +5

    ALLAH Tağıyeva rəhmət eləsin və o pullardan xeyirlisi ilə bir az da bizə qismət eləsin, İNŞALLAH! Amin!

  • @clalzki2173
    @clalzki2173 2 ปีที่แล้ว +3

    Necə zamanda yaşayırıq ki,belə möhtəşəm şəxsiyyətin qürurla daşıdığı Hacı ləqəbini indi tam başqacür yozuruq.Çox heyf

  • @sevincrustemova8283
    @sevincrustemova8283 2 ปีที่แล้ว +6

    Allah Hacıqabul rəhmət eləsin.

  • @brawiloyuncusu7675
    @brawiloyuncusu7675 3 หลายเดือนก่อน +1

    100 İLDİR RƏHMƏTƏ GETMİSƏN...
    MƏKANIN CƏNNƏT, RUHUN ŞAD OLSUN,
    XEYRİYYƏÇİ İNSAN!!!!!

  • @LOVE-of3ms
    @LOVE-of3ms 2 ปีที่แล้ว +5

    Очень интересная судьба!
    Аллах рэхмэт элэсин! 🙏🌹

  • @letafetceferova7673
    @letafetceferova7673 2 ปีที่แล้ว +6

    Allah rəhmət eləsin ruhu şad olsun amin

  • @shamilismailov1783
    @shamilismailov1783 2 ปีที่แล้ว +12

    Бесдирда агзына гелани данышдын,сен ар-абыр билирсан не олан шейдир?Халгын дердиндан даныш,проблеминдан даныш.Яландан не гедар гийбат олар.

  • @ilqarsukurov1445
    @ilqarsukurov1445 2 ปีที่แล้ว +2

    Allah rəhmət eləsin Hacıya

  • @niyameddinisayev8588
    @niyameddinisayev8588 2 ปีที่แล้ว +3

    ALLAH rəhmət eləsin xeyirxah gözəl İnsan

  • @YusifAslanov-wp7gq
    @YusifAslanov-wp7gq 3 หลายเดือนก่อน +1

    ALLAH REHMET ETSİN...

  • @saraabdullayeva2440
    @saraabdullayeva2440 2 ปีที่แล้ว +2

    Allah sene Rəhmət Eləsin Böyük İnsan
    Qururumuz

  • @user-op1om2nt6l
    @user-op1om2nt6l 2 ปีที่แล้ว +3

    Руhу шад олсун.

  • @malekperova7442
    @malekperova7442 2 ปีที่แล้ว +6

    ALLAH RƏHMƏT ELƏSİN !..

  • @bellaozturk1777
    @bellaozturk1777 2 ปีที่แล้ว +8

    Vallah öz atanın keçmişini yaxşı araşdırsan oğreşin yekesi çıxacaq şerefsiz! Kime işdediyin bellidi. Allah Hacı Zeynalabdına Rehmer etsin

  • @rasimtehmezov9358
    @rasimtehmezov9358 2 ปีที่แล้ว +13

    O yasda kisinin nevesi yasinda qizla evlenmesini esisdende taqiyeve olan hormetim azaldi.indiki soubiznes hacilari yadima dusdu.

  • @user-rr2du5bo3g
    @user-rr2du5bo3g 2 ปีที่แล้ว +4

    Ne edib halal halal xowu olsun. O zamanlar hami ozunden qat qat kicikle evlenirdi. Qalsinki milyoncu... Ve onun kimi xeyirxaq milyoncu yer uzune gelmeyib gelmeyecek. Xalqini seven xalqina qulluq eden esl KİŞİ olub. Siz yalniz xalqi sevmeyenlercun xidmet edirsiz. .

  • @oktaytagiyevKebirli
    @oktaytagiyevKebirli 2 ปีที่แล้ว +6

    Vallah indi birisi 60 yaşında evlənsə olmazın təhqirin deyərlər...hələ oğlu ilə bacanaq olsa bir "...." damğası vurub cəmiyyətdə yaşamasına imkan verməzlər....

  • @nuranesn8155
    @nuranesn8155 2 ปีที่แล้ว +6

    Allah sizə rəhmət eləsin mekanınız cənnət olsun 🤲 çox şükür Allah ki sizin kimi insanlar Azərbaycan tarixində olub inşallah da olacaq

  • @kontakthome2174
    @kontakthome2174 2 ปีที่แล้ว +5

    Ayib olsun sizə öz millətinize düşmənsiniz. Bu qeder yalani bir yerə yığıb insanlari niye caşbaş salirsiz.

  • @huseyinaliyev6596
    @huseyinaliyev6596 2 ปีที่แล้ว +10

    Oğlum bit az atan,baban,özün haqqında sizin ailənin "Azərbaycan xalqına etdiyi böyük xeyirxahlıqlar"--əgər ediblərsə-danışsan əla olardı...
    Azərbaycanın görkəmli şəxsiyyətlərini ləkələmək qrupunuza kimlər daxildir onlar haqqında da bir az məlumat versən əla olar!

    • @nigarabdullayeva9720
      @nigarabdullayeva9720 2 ปีที่แล้ว

      Сооx gozeldediz.Allah size can sagligi versin.bu gunden bu yalancinin,iftiracinin veriliwine baxmayacagam

    • @miri10ilonce2
      @miri10ilonce2 ปีที่แล้ว

      @@nigarabdullayeva9720 eseblewmeyin

  • @bahramhasanov8379
    @bahramhasanov8379 2 ปีที่แล้ว +4

    Nə gədər kiçiltmək lazımdırsa ona doğru ğedirik. Heç xalg xirda birini kiçiltməzlər. biz edirik, Tağıyev əsil hacı və xeyirxah kişi idi allàh rəhmət eləsin

  • @nurlanhuseynov6980
    @nurlanhuseynov6980 2 ปีที่แล้ว +6

    Ay cammat ozunuzden cox balaca qadinla evlenmeyin en coxu 3 ve yaxid 5 il ferq olsun

    • @ludmila2017khanukayev
      @ludmila2017khanukayev 2 ปีที่แล้ว +2

      Очень добрый и полезный совет👍молодая жена,это чужая ...на нее будут всегда смотреть другие мужчины...и это очень неприятно ее мужу😱

  • @shamoabbasov2552
    @shamoabbasov2552 2 ปีที่แล้ว +52

    Tagiyevin Azerbaycan xalqi ucun etdiklerinden danisin, bos bos agliniza geleni yox !

    • @ludmila2017khanukayev
      @ludmila2017khanukayev 2 ปีที่แล้ว +9

      У Тагиева была фабрика текстильная в Черном городе и там работал мой дедушка...по рассказам моего отца Тагиев был очень добрым и мудрым все любили его...Так и называлась тагиевская фабрика...и он еще никогда не забывал что в молодостм он был беден,и поэтому всегда помогал.кто хотел жениться деньгами.и кто умирал тоже родственникам помогал👍вообще был Человеком👍👏

    • @arifsuleymanov2573
      @arifsuleymanov2573 2 ปีที่แล้ว

      @@ludmila2017khanukayev dəyərli məlumat üçün təşəkkürlər

  • @cimnazlutfeliyeva5391
    @cimnazlutfeliyeva5391 2 ปีที่แล้ว +6

    ALLAH hecini rehmet elesin nur icinde yatsin he eceb eliyib evlenib yaxwi ebid evlenib siz hacinin evlenmeyin yox etdiyi yaxwiliqlardan daniwan evlenmeyinden yox bizi hecinin etdiyi yaxwiliqlari maraqlandirir ALLAH rehmer elesin sizi hasi Zeynalabdin Taqiyev cenabi

  • @renaasgerova7262
    @renaasgerova7262 2 ปีที่แล้ว +1

    Allah rehmet elesin. Ve onun eleddiyleri cox nahaqdi. Hayif cox hayiflar olsun bu millete yarawmir.

  • @sovktazr3472
    @sovktazr3472 2 ปีที่แล้ว +2

    Allah rəhmət eləsin

  • @ilaheaslanova4818
    @ilaheaslanova4818 2 ปีที่แล้ว +4

    Xalq üçün bu qədər yaxşiliq edenin qizi acindan ölüb

  • @cingizsultanzade9356
    @cingizsultanzade9356 2 ปีที่แล้ว +17

    Ruhun Şad olsun Hacı Kaş indidə sizin kimi Hacılar olaydı

  • @endokrinoloq_Nesibe
    @endokrinoloq_Nesibe ปีที่แล้ว

    Təşəkkür edirəm.

  • @eminqarayevofficial
    @eminqarayevofficial 11 หลายเดือนก่อน

    Allah ruhunu şad eləsin əsl şəxsiyyət

  • @yasarshukurov3395
    @yasarshukurov3395 2 ปีที่แล้ว +1

    Allah rehmet elesin.

  • @idealtelecomehheejueeik1833
    @idealtelecomehheejueeik1833 3 หลายเดือนก่อน

    Əsirlər keçir işlər keçir ama yaxşı insan unudulmur Allah səni rəhmət eləsin heci. Ey qafil insanlar kefenin cibi olmur bu dünyadan əli boş gedeceysiz

  • @user-wc1sp3yc6k
    @user-wc1sp3yc6k 2 ปีที่แล้ว +4

    Balakişi Ərəblinski, Zaqatala rayonunun Tala kəndində anadan olmuşdur. Onun şərəfinə Dərbəndə ərəblinski adına kənd qəsəbə indidə onun adını daşıyır. Tala məscidi Tağıyevin rəhbərliyi ilə tikilir.

  • @user-nx3oe1ir1q
    @user-nx3oe1ir1q ปีที่แล้ว

    Аллах рехмет елесин мекени дженет олсун Аминь Аллах 🤲

  • @dunyaa1_
    @dunyaa1_ 2 ปีที่แล้ว +6

    Haciya Allah rəhmət eləsin. Məkani cənnət olsun.

  • @quliyevafatima__
    @quliyevafatima__ หลายเดือนก่อน

    Allah rehmet etsin

  • @streetfood1895
    @streetfood1895 ปีที่แล้ว

    Allah rəhmət eləsin Böyük şəxsiyyət

  • @elmiraqarayeva7074
    @elmiraqarayeva7074 2 ปีที่แล้ว +8

    Allah rəhmət eləsin.Kiminin əvvəli kiminin axlrl

  • @celilbabayev9940
    @celilbabayev9940 2 ปีที่แล้ว +1

    Sən həmişə ürəklərdəsən❤

  • @reyhanabbasova3344
    @reyhanabbasova3344 2 ปีที่แล้ว

    Allah rəhmət eləsin böyük insan.

  • @mirzemirzeyev6328
    @mirzemirzeyev6328 2 ปีที่แล้ว

    Йалан айаг тутуб йерийир ону ким олдугун халг йахшы билир Аллах рахмат етсин.

  • @sahilazimov7392
    @sahilazimov7392 2 ปีที่แล้ว

    Böyük messenat. Allah sənə rəhmət eləsin.

  • @samiralakbarov6151
    @samiralakbarov6151 2 ปีที่แล้ว

    Allah rəhmət eləsin.

  • @dilaramalikova9870
    @dilaramalikova9870 2 ปีที่แล้ว

    Allah rehmet elesi n

  • @celilibrahimov5767
    @celilibrahimov5767 2 ปีที่แล้ว

    Yaxsi insan olub 90%ALLAH REHMET ELESIN

  • @winx_club-u3n
    @winx_club-u3n 2 ปีที่แล้ว +5

    Аллаh реhмет еласин хаджи Зейналабидини.
    Онун ики нетичеси Москанын Химки шеhеринде яшайирды.
    Начальник полиции олан гефлетен Аллах реhметина гетди.
    Икинчи гардаш исе началик охрана ишлейир. Фамилиялары Сараевдир. Елагемиз вар Азербайджан дилинда селис данышыр. Аллаh горусун.
    Сара ханымын невелеридир.
    Хаджи Зейналабидинин нетичесидир.

    • @user-ob2ei7nn3p
      @user-ob2ei7nn3p 2 ปีที่แล้ว +1

      Сара ханымын бир невеси москвада яшайыр он врач профессор заведуюший кардиохирургический одделений .Араблинский Сергей Владимирович работает Москве Боткинский болнице 20- ом корпусе.мне делал операция в серце декабря 2021- ом году .родной язык не знает.

  • @masallisemidxan8291
    @masallisemidxan8291 2 ปีที่แล้ว

    Allah rəhmət eləsin. mene maraqli gelen o oldu ki bes birinci ailesi nece olsu o harda yasayib balalari nece olub

  • @huseyinaliyev6596
    @huseyinaliyev6596 2 ปีที่แล้ว +2

    Siz görəsən Azərbaycanda bir dənə hörmətli adam qoyacaqsız qala?Bir az da özündən,öz ailəndən danışsan çox maraqlı olar...

  • @user-np9zd2xd7m
    @user-np9zd2xd7m 2 ปีที่แล้ว

    Аллах Рахмет елесин

  • @user-pr1eu2gy7o
    @user-pr1eu2gy7o 2 ปีที่แล้ว

    Аллах сана рахмат еласин

  • @afaqismayilzade5074
    @afaqismayilzade5074 ปีที่แล้ว

    Şəklini evimə asdigim dəyərlərdən biri❤

  • @user-op1om2nt6l
    @user-op1om2nt6l 10 หลายเดือนก่อน

    Аллаhу екбер❤.

  • @Cema-cu1nk
    @Cema-cu1nk 2 ปีที่แล้ว

    Allah hər bir ə rəhmət etsin Amin

  • @sebineresidzade3784
    @sebineresidzade3784 6 หลายเดือนก่อน

    Allah qəni qəni rəhmət eləsin

  • @kafirlrinqnimi4496
    @kafirlrinqnimi4496 2 ปีที่แล้ว +3

    Hacıya deyilmişdi ki, malının xumsunu verməlidir.Ancaq H.Z. Tağıyev buna etiraz edəndən sonra Əbu Turab bu sözləri demişdi.

  • @ulviyyeceferova6265
    @ulviyyeceferova6265 2 ปีที่แล้ว +1

    yaxsi islerinden coox az danisildi

  • @user-hz5ti7bo8n
    @user-hz5ti7bo8n ปีที่แล้ว

    Амин

  • @aaaaaa-vg6gn
    @aaaaaa-vg6gn 2 ปีที่แล้ว +24

    qadına tamahkarlıq əyyami qədmidən xeyir gətirməyib cavan xanıma göz qoyanın acı taleyi 😨😰

    • @harisrustemov2556
      @harisrustemov2556 2 ปีที่แล้ว +1

      bunalr jalana oxsajif tagijev nogdsnsiz olub

    • @Alex-ip6nd
      @Alex-ip6nd 2 ปีที่แล้ว +1

      İslamda necədir bu msələ?

    • @user-ku6kq6ej2p
      @user-ku6kq6ej2p 2 ปีที่แล้ว

      @@Alex-ip6nd Islam beld meselere ela baxir,

    • @user-ku6kq6ej2p
      @user-ku6kq6ej2p 2 ปีที่แล้ว +1

      @@harisrustemov2556 noksaniz Azerbaycanli hec zaman olmur

  • @Zeyyneb2
    @Zeyyneb2 2 ปีที่แล้ว +15

    Bir Siz qalmışdız,onu ləkələməyə..Onun haqqında danışmaq Sizə düşməz..Bəlkə atanızı onun timsalında görmüsünüz???!!!Şəcərəsi kəsilməyibeyyy..Sağdırlar..Sizə gülürük ...Ha-ha..Layk dilənçiləri...

  • @dfgydcfgjii1661
    @dfgydcfgjii1661 2 ปีที่แล้ว

    Cox savolun bele vidiyolara gore

  • @malikmemmedov4482
    @malikmemmedov4482 2 ปีที่แล้ว +3

    Зейналданда. Пуллулар. Вар. Но. Пул. Вар. Гейрет. Йох

  • @allahboyukdur8214
    @allahboyukdur8214 2 ปีที่แล้ว +1

    Yəqinki fəhlə sinfinin haqqını kəsirdi

  • @fatmamemmedova3526
    @fatmamemmedova3526 2 ปีที่แล้ว +1

    Hətta bu deyilənlər doğru olsaydı belə Tağıyevin millətin qəlbində yeri bəllidir. Kimsə bu gerçəyi dəyişə bilməz

  • @liyevfizuli2766
    @liyevfizuli2766 2 ปีที่แล้ว +4

    Çox maraqlıdır👍🤨🤔

  • @aios8629
    @aios8629 2 ปีที่แล้ว +6

    Allah Rehmet elesin. Bu qeder danişdiz, amma axirda onun neve, neticelerinin niye Amerikada yaşadiģini demediz. Hem de bu cùr insanin Azerbaycana etdiklerinden sonra niye yoldaşi sefalet içinde , acindan òlùr ? Bes birinci arvadindan heçne demediz.

    • @yaqutrzaquliyeva4312
      @yaqutrzaquliyeva4312 2 ปีที่แล้ว +2

      Deyəsən diqqətlə izləmədiz, onun nəticələrinin hazırda Amerikada yaşadığını dedi. O ki, qaldı qızının səfalət içində ölməyi,həqiqətən də elə olub. Neçə illər padvalda pis gündə yaşayıb. Belədi də, o qədər xalqı üçün xeyriyyəçilik edən bir şəxsin yadigarına sahib çıxan olmadı

  • @sahibtagiyev8005
    @sahibtagiyev8005 ปีที่แล้ว

    Məkanı cənnət olsun.

  • @ilqarnasibov9139
    @ilqarnasibov9139 2 ปีที่แล้ว +1

    Cəlil Məmmədquluzadə buna görə yazmışdı ki ,,Bəyi Xanı" Binamus!

  • @user-pc1vt6hf2l
    @user-pc1vt6hf2l 2 ปีที่แล้ว +3

    Bir sözle bütün kucunu varını dovletini xalga yardımda xercleyen bir kişinin gizi açından öldü

  • @user-gv6ll1yu1l
    @user-gv6ll1yu1l 2 ปีที่แล้ว +1

    👍👋🙏🇦🇿

  • @lesyaselay2706
    @lesyaselay2706 2 ปีที่แล้ว +13

    Bu boyda haqsizliq olmaz .Hec olmasa biz musteqillik alandan sonra onun qizina ev yer verilmeliydi .O cur kisinin qizi sefil kimi õldu .Axi onun atasinjn tikdirdiyi sarayi vardi merkezde .Rus aldi ellerinden ammaki ozumuz ona bir sey vermekiydik .Kisinin evini tarix muzeyi elediler qizida kucelerde qaldi Dehsetdi vallah .Burda deyibler kiminin evveli kiminin axiri

    • @soversennosecretnoss9673
      @soversennosecretnoss9673 2 ปีที่แล้ว +3

      DUZ DEYIRSIZ . ANCAQ BIZIM MEMURLARIN TAMAHI BUNA IMKAN VERMEDI BU GUNE QEDER

    • @ludmila2017khanukayev
      @ludmila2017khanukayev 2 ปีที่แล้ว +3

      Да, советская власть обошлась с его наследниками не справедливо😰

  • @user-pe4rf1yq5s
    @user-pe4rf1yq5s 2 ปีที่แล้ว +1

    Шехсийетинден асылы олмайараг , нейе лазым бир инсанын шехси hейатыны данышмаг . Халга мараглы онун етдийи ишлерди, hейаты Йох.