Parklarda Görsəniz YIĞIN! - Qurudub Çayını İÇSƏNİZ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #BirBax #Rozmarin #Xalqtəbabəti
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Bu bitkidən daha çox kabab, basdırma kimi ətli yeməklərə dad vermək üçün istifadə edilir. Parklarda tez-tez qarşımıza çıxan, çoxlarımızın isə tanımadığı bu bitkinin adı nədir? Onun müalicə vasitəsi kimi bilmədiyimiz faydaları nələrdir? Bu gün bir bax kanalında bunu biləcəksiniz.
    Rozmarin yeməkdə geniş istifadə olunur. Rozmarin əlavə edilmiş yemək həzm prosesində problem yaratmır. Tərkibində yüksək miqdarda qida və vitamin olduğu üçün fiziki dözümlülüyü artırmağa kömək edir.
    Həkimlər yeməkdən daha çox, bu bitkinin çayını insanlara tövsiyyə edir. Rozmarin çayı həzmə kömək etməklə yanaşı beynin qavrama qabiliyyətini artırır. O, Təbii antioksidant mənbəyidir. Ona görə də bədəni xərçəng və ürək xəstəliklərindən qoruyur. Tərkibindəki maddələr sayəsində immunitet sistemini gücləndirir və qan dövranını yaxşılaşdırır.
    Elm adamları rozmarinin beyin üçün çox faydalı bir bitki olduğunu bildirirlər. Çünki rozmarinin zəngin tərkibi yaddaşı gücləndirir. Rozmarin çayı beyinə gedən qan miqdarını artırır. Bu da alzaymer xəstəliyinin qarşısının alınmasına kömək edir.
    Rozmarinin beynin yaşlanmasının qarşısını aldığı elmi şəkildə sübut edilib. "Journal of Medicinal Food" jurnalında 2010-cu ildə yayımlanan araşdırmanın nəticələrinə görə mütəmadi olaraq kiçik dozalarda qəbul edilən rozmarin yaşlı insanlarda yaddaş qabiliyyətinin möhkəmlənməsinə yaxşı təsir edir.
    Rozmarinin faydaları bununla bitmir. Qan və döş xərçənginə qarşı da ən təsirli dərmanlardan biri gesab edilir. Çünki rozmarinin tərkibindəki maddələr bu xərçəng növlərinə səbəb olan hüceyrələri öldürür.
    Elmi araşdırmalara davam etdikcə bu möcüzəvi bitkinin yeni yararlı xüsusiyyətləri də ortaya çıxmağa başlayır. Belə ki, rozmarin çayının təkibindəki karnosik adlı turşunun göz sağlamlığı üçün çox yararlı olduğu aydınlaşdırılıb.
    Rozmarindən gözəllik proseduralarında da istifadə etmək olar.
    Amerika Tibb Assosiasiyasının Dermatologiya jurnalında yayımlanan elmi məqalədə rozmarin yağının qadınların ən böyük kabusu olan saçqıranlardan xilas olmağa kömək etdiyi bildirilir. Saçqıranlardan təmizlənən saç daha tez uzanır və sağlam görünür. Rozmarin yağını saç diblərinə çəkib 1 saat gözlədikdən sonra ilıq su ilə yumaq lazımdır. Həmçinin bu bitkinin çayı ilə saçı yaxalamaq da faydalıdır.
    Təbii şəkildə yetişmiş bu bitkini qurudub qışa da saxlamaq mümkündür. Təzə və yaxud qurudulmuş kimi hər iki halda istifadə olunur. Şüşə balonda hava keçirməyən, nəm və işıq düşməyən yerdə saxlanmalıdır. Bu şəkildə mühafizə olunan bitkini 6 ay saxlamq mümkündür. Bu müddət ərzində istifadə isə daha faydalıdır.
    Rozmarin çayı necə dəmlənir?
    Böyük bir fincan qaynar suya bir çay qaşığı rozmarin əlavə edib 10 dəqiqə gözləyin. Ətri kəskin olsa da onun faydalarını yada salaraq içməkdən vaz keçməyin. Dadlandırıcı olaraq müxtəlif ədviyyat, meyvə ya da baldan istifadə etmək olar. Hazırladığınız çaydan gündə 3 dəfə 1-2 xörək qaşığı qəbul edin.
    Lakin bu çayı gün ərzində çox içmək olmaz. Əks halda zəhərlənmə olacaq. Buna görə də hamiləlik və süd vermə dönəmində sözügedən bitkinin çayını çox içmək məsləhət deyil. Bu çaydan epilepsiya xəstələrinə içmək olmaz. Çünki epilepsiya tutmalarına təkan verir. Yüksək təzyiq xəstələri də ehtiyatlı olmalıdır. Rozmarin çayının xora və kolit xəstəliyi olanlara mənfi təsiri etmək ehtimalı var. Bəhs etdiyimiz problemlərdən hər hansı biri sizdə varsa, rozmarindən qəti sürətdə uzaq durun.

ความคิดเห็น • 145

  • @SvetlanaGozlova
    @SvetlanaGozlova ปีที่แล้ว +5

    Çox sağ olun, gözəl izah edirsiniz.

  • @zizseyidova8103
    @zizseyidova8103 2 ปีที่แล้ว +21

    Faydalı bitkidir. 👍👍👍 Maraqlı məlumata görə çox sağ olun. ❤️❤️❤️

  • @turalzizli838
    @turalzizli838 2 ปีที่แล้ว +10

    Faydali bitkidir,cox sagolun 👋

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว +2

      İzlədiyiniz üçün siz sağ olun

  • @yusifyunis9316
    @yusifyunis9316 2 ปีที่แล้ว +5

    Təşəkkürlər.

  • @zahraseven701
    @zahraseven701 2 หลายเดือนก่อน

    Təşəkkür edirəm 🌹

  • @minarequrbanova8599
    @minarequrbanova8599 7 หลายเดือนก่อน

    Məlumata görə çox sağ olun.

    • @birbaxkanal
      @birbaxkanal  7 หลายเดือนก่อน

      İzlədiyiniz üçün biz təşəkkür edirik

  • @gulzarlutfi2147
    @gulzarlutfi2147 2 ปีที่แล้ว +5

    Təşəkkurlər

  • @azarsakhamehr2283
    @azarsakhamehr2283 2 ปีที่แล้ว +14

    Təbrizdən səlamlaaaaaar🤗🥰🥰💕💕💞💞💞🌺🌺🌺🌺

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว +1

      Təbrizə salamlar🥰

  • @rusansgrova5968
    @rusansgrova5968 ปีที่แล้ว +1

    Təşəkürlər

  • @Arifdi_58_bes
    @Arifdi_58_bes 7 หลายเดือนก่อน +1

    Salam uşaqa olar?

  • @zulfiyyekerimova4332
    @zulfiyyekerimova4332 5 หลายเดือนก่อน

    cox sag ol tesekkur edirem size ❤

    • @birbaxkanal
      @birbaxkanal  5 หลายเดือนก่อน

      çox sağolun, sağlam olun

  • @bagirzadegunel1009
    @bagirzadegunel1009 3 วันที่ผ่านมา

    Şəkər xəstələri içə bilər?

  • @ehedhasilov438
    @ehedhasilov438 2 ปีที่แล้ว +4

    Beyendim

  • @BaharBahar-s1d
    @BaharBahar-s1d 7 หลายเดือนก่อน +1

    Sox sag olun.

  • @FatiməRəhimova-w1u
    @FatiməRəhimova-w1u หลายเดือนก่อน

    Saça vuranda yumasaq olar?

  • @nazimefendiyev6735
    @nazimefendiyev6735 2 ปีที่แล้ว +3

    Əla

  • @nerminazeri3890
    @nerminazeri3890 2 ปีที่แล้ว +3

    Həyətimizdə bu bitkidən var

  • @prvansfrov7331
    @prvansfrov7331 ปีที่แล้ว +2

    Məndə yıgdım Yasamal parkında

  • @rahibeyyubov4121
    @rahibeyyubov4121 5 หลายเดือนก่อน

    Salam bizim heyetde var bunan men demleyib saçıma sprey şekilde vurub masaj edirem ziyanı olmaz 2 defe vuram😊

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 2 ปีที่แล้ว +7

    👍👍

  • @Rosh79
    @Rosh79 ปีที่แล้ว +1

    Kekligotudan fərqli olaraq təziqi yüksəldir düz başa düşdüm???

  • @gncliyoongimnimmandalinim9102
    @gncliyoongimnimmandalinim9102 ปีที่แล้ว +1

    Salam mən saçım üçün qaynadıb dəmliyib sprey qaba tökrəm elə isdifadə edirəm gündə 2dəfə masaj edərək sadəcə sonra yenidən suyla yumuram yumaq lazımdı? Nəyisə səf etmirəm sizcə ziyan olar birdən onun üçün soruşuram

    • @kamran7390
      @kamran7390 ปีที่แล้ว

      Mən də elyirəm xanim hə Yo yo yumuyun qalsin sacda onu yumurlar😊 Nəsə efektini görduz xanim?

    • @Nurmmmdov116
      @Nurmmmdov116 ปีที่แล้ว

      Salam. effektini gördünüzmü?

    • @gncliyoongimnimmandalinim9102
      @gncliyoongimnimmandalinim9102 ปีที่แล้ว +3

      Salam bəli effektini gördüm bidə bir şampun aldım bunla yanaşı həm bunu 1həftə edib 1həftə fasilə verirdim bidə edirəm. 2,3günnən bir o şampunla yuyurdum saçımı əməlli uzanıb tökülmə dayanıb bidə yeni tüklər baxram kiçik kiçik çıxıb😃
      Bu arada isdəsəz şampunuda önərərəm onuda alın👍🏻

    • @XuramanAllahverdiyeva-m7p
      @XuramanAllahverdiyeva-m7p 11 หลายเดือนก่อน

      ​@@gncliyoongimnimmandalinim9102Şampun hansıdı zəhmət olmasa

    • @lamiyamehraliyeva4836
      @lamiyamehraliyeva4836 10 หลายเดือนก่อน

      @@gncliyoongimnimmandalinim9102Salam o şampunun adını menede deyin zehmet olmasa

  • @kovserebilova6246
    @kovserebilova6246 5 หลายเดือนก่อน +1

    Aptekdə satılır?

    • @SeyranSahmarl
      @SeyranSahmarl 5 หลายเดือนก่อน +1

      Beli.2manatdir

  • @vidadirehmanov5337
    @vidadirehmanov5337 2 หลายเดือนก่อน +1

    Xeyirindən zərəri çox oldu ki.

    • @t.m.m.6157
      @t.m.m.6157 2 หลายเดือนก่อน

      😄

  • @bakubaku5914
    @bakubaku5914 7 หลายเดือนก่อน

    Salam. Zəhmət olmasa yazardız haradan əldə etmək olar?

    • @birbaxkanal
      @birbaxkanal  7 หลายเดือนก่อน

      Rozmarin bitkisi marketlərdə də satılır

    • @bakubaku5914
      @bakubaku5914 7 หลายเดือนก่อน

      @@birbaxkanal Cavab verdiyiniz üçün Təşəkkürlər!

    • @rahilacalilova3699
      @rahilacalilova3699 หลายเดือนก่อน +1

      Bütün parklarda var ,ən çox Şamaxinkadakı Meşə parkı adlanan geniş və gözəl park var ,orada lap çoxdur

    • @Chanelonline24
      @Chanelonline24 4 วันที่ผ่านมา

      Ədviyyat dükanlarında satilir, mən səədərəkdən almışdım

  • @huseynhuseyn3337
    @huseynhuseyn3337 ปีที่แล้ว +2

    Məndə parkdan yığmışam 🤭🤭

  • @royalferecov1146
    @royalferecov1146 9 หลายเดือนก่อน +1

    Bunun qarmantə xeyri var

  • @bshshdhshdjdjd3674
    @bshshdhshdjdjd3674 8 หลายเดือนก่อน

    Deyerli melumatlarınız için çox saq. Olun. Var ve varlı olasız inşallah.

    • @birbaxkanal
      @birbaxkanal  8 หลายเดือนก่อน

      Təşəkkür edirik

  • @ElnareHuseynova-q3n
    @ElnareHuseynova-q3n 15 วันที่ผ่านมา

    Salam boy artımına heyri var

  • @RamizQayıbov-c3t
    @RamizQayıbov-c3t 6 หลายเดือนก่อน

    Apteklerde satilir ?

    • @bhlulabbaszad2321
      @bhlulabbaszad2321 6 หลายเดือนก่อน

      Mərzə başqadı məncə.merzeye etotu da deyilir

  • @zamiqabdulrahmanov4768
    @zamiqabdulrahmanov4768 ปีที่แล้ว +1

    Salam bu bitkinin türk dilinde adı biberiyyedirimi???

  • @Loqos852
    @Loqos852 ปีที่แล้ว +1

    Medde bagirsaq xorasi var mende heyif ice bilmerem❤

  • @dilberbayramova9032
    @dilberbayramova9032 2 ปีที่แล้ว +4

    Rozmarin nedi harda olur

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว

      Marketlərdə qurudulmuşu olur. Parklarda və həyətlərdə də təbiisi

  • @arzunesirova1732
    @arzunesirova1732 11 หลายเดือนก่อน +1

    Düzdür çox xeyirlidir.Amma parkdan yığmaq olmaz.Cünki maşın qazları ilə qidalanır və fotosintez gedir zəhərli olur.Amma öz bağınızda əkə bilərsiz.budağını yerə basdırıb dibini həmişə nəm saxlayın taki kök atana qədər.

    • @birbaxkanal
      @birbaxkanal  11 หลายเดือนก่อน

      ❤❤❤

  • @bircxanmslimova516
    @bircxanmslimova516 2 ปีที่แล้ว +3

    Rozmarin bibəriyyədir?

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว

      Bəli

    • @akifakif9215
      @akifakif9215 ปีที่แล้ว

      Biberiye sözünü Türkiyədə işlədirlər .

    • @bagirzadegunel1009
      @bagirzadegunel1009 3 วันที่ผ่านมา

      Rozmarin rus dilindədir.

  • @АйдаМейитханова
    @АйдаМейитханова 4 หลายเดือนก่อน

    Rozmarin nədir Azərbaycan dilində

    • @dan_ulduzu
      @dan_ulduzu 4 หลายเดือนก่อน +1

      Bibəriyye

  • @RoyalMemmedov-b2x
    @RoyalMemmedov-b2x 4 หลายเดือนก่อน

    Rozmarin azerbaycan dilinde ne demekdir

    • @birbaxkanal
      @birbaxkanal  4 หลายเดือนก่อน

      Elə adı rozmarin gedir

    • @RoyalMemmedov-b2x
      @RoyalMemmedov-b2x 4 หลายเดือนก่อน

      @@birbaxkanal he bildim cox sagolun

    • @ayazsemimi5627
      @ayazsemimi5627 2 หลายเดือนก่อน

      Bibəriyə

  • @sevincalirzayeva3694
    @sevincalirzayeva3694 3 หลายเดือนก่อน

    Mende kolit var😔

  • @RamizQayıbov-c3t
    @RamizQayıbov-c3t 6 หลายเดือนก่อน

    Merze bitkisidi de deyiler ?

    • @Name_wps
      @Name_wps 4 หลายเดือนก่อน

      Xeyir, xanım, Mərzə-Giləmərzədir, cenub zonasında bıtır, möhtəşəm tri var, talışlar dovğaya qatır, heyva, göyəm, alça, əzgil şorabasına, armud şörabalara fılan istifadə edirlər

  • @makcvachenko2023
    @makcvachenko2023 3 หลายเดือนก่อน +4

    Bibəryə

  • @zumrudsmdova4531
    @zumrudsmdova4531 2 ปีที่แล้ว +2

    Apteklerde olur

  • @ХанСултан-р6ь
    @ХанСултан-р6ь 2 ปีที่แล้ว +4

    Розмарин я знаю что это такое
    Вы мне обесните по Азербайджанский как называется розмарин?? где оно растет ?

    • @gulnaznajafova8284
      @gulnaznajafova8284 2 ปีที่แล้ว

      ВО ВСЕХ ПАРКАХ РАСТЁТ! МЕХРИБАН АЛИЕВА,ОЧЕНЬ МНОГО ЦЕЛЕБНЫХ РАСТЕНИЙ,ДЕРЕВЬЕВ РАССАДИЛА ОБСОЛЮТНО ВО ВСЕХ ПАРКАХ БАКУ! РОЗМАРИН ЭТО ПРИВЕЗЁННОЕ ИЗ ФРАНЦИИ РАСТЕНИЕ-ROZMARI!
      ЧЕБРЕЦ НА АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ-ÀT OTU!

    • @elnareseyidova7860
      @elnareseyidova7860 ปีที่แล้ว +1

      biberiyə

    • @akifakif9215
      @akifakif9215 ปีที่แล้ว

      Ət otu da deyilir .

    • @gulxarmelikmamedova4217
      @gulxarmelikmamedova4217 11 หลายเดือนก่อน

      Şəkərli diabeti olanlar istifadə edə bilərmi?

  • @arzunesirova1732
    @arzunesirova1732 11 หลายเดือนก่อน +1

    Rozmarini dibcəkdə əkmək olar.yutubda olmalıdır.

  • @zamiqabdulrahmanov4768
    @zamiqabdulrahmanov4768 ปีที่แล้ว +2

    Türk dilinde adı biberiyedir?????

  • @elxanhesenov9029
    @elxanhesenov9029 2 หลายเดือนก่อน

    Salam bunun başqa adı varmı?

    • @EmaHuseynova
      @EmaHuseynova 2 หลายเดือนก่อน +1

      Biberiye

    • @elxanhesenov9029
      @elxanhesenov9029 2 หลายเดือนก่อน

      ​@@EmaHuseynova Təşəkkür

  • @gunelhacikarimli4100
    @gunelhacikarimli4100 3 หลายเดือนก่อน +1

    Bacım Türkiyədən gətirmisdi,su olan bankada saxladim ,kök atdi,sonra torpaga əkdim,bu qədər sadə

  • @rzarzazade6278
    @rzarzazade6278 2 ปีที่แล้ว +2

    Rozmarin.Naxcivanda adi etotudur

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว +3

      Ətotu başqa bir bitkidir. Onu qarışdırırlar

    • @zumrudceferova7695
      @zumrudceferova7695 2 ปีที่แล้ว +3

      @@birbaxkanal axı mənim də sözümün canı odur ki ,ət otu tamam fərqlidir,bizim zonada olur dediyim kimi Qaxda,amma elə dedilər ki az qaldı deyimki dilim gir qarnıma 😂Rozmarin ruscadir nə bilim nə,lüğəti bilmirsiz

  • @vuqarmirzeyev4450
    @vuqarmirzeyev4450 2 ปีที่แล้ว +3

    Rozmarin rus dilindədir. Azərbaycan dilində ət otudur.

    • @zumrudceferova7695
      @zumrudceferova7695 2 ปีที่แล้ว +1

      Düzdür bunu da ətə vururlar,amma ət otu tam başqadır,bizim zonada olur yəni Qax,Zaqatala,Balakən, kabab,,kotleti,dolmalara ,kiftəyə vurulanda çox dadlı olur

    • @gunesgul1612
      @gunesgul1612 2 ปีที่แล้ว

      Ət otu kəkotu ya bənzəyir

    • @vuqarmirzeyev4450
      @vuqarmirzeyev4450 2 ปีที่แล้ว +6

      @@zumrudceferova7695 rus dilində lüğətə baxa bilərsiz. Rozmarin ət otudur. Camaatı çaşdırmaq lazım deyil ki, baxan nədən istifadə etmək lazım olduğunu bilsin. Əslində videonu yerləşdirən adam dil qaydalarına riayət edib bitkinin adını öz dilimizdə deməli idi.

    • @zumrudceferova7695
      @zumrudceferova7695 2 ปีที่แล้ว

      @@vuqarmirzeyev4450 mən fikrinizlə tam razıyam,amma dediyiniz bu ət otu çox kəskin ətirlidir,bizim zonaya xas olan isə xoş ətirlidir,incə yarpaqları var və bu ət otu kimi çoxda hündür olmur,deyimki reyhan hündürlüyündə olur və sevərək yığıb quruduruq .payız olduda bizim zonaya xas olan ət otu soluxur,dediyiniz ət otu isə qışda da yaşıl qalır,işlədiyim müəssisənin həyətində var

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว +1

      Rozmarin Azərbaycan dilindədir. Xarici sözdür. Rosemary

  • @elnurhesenzade
    @elnurhesenzade ปีที่แล้ว

    razmarin deyirlər

  • @alxanveliyev3578
    @alxanveliyev3578 6 หลายเดือนก่อน

    Salam bunu təzyiqi yuksək olanlar qəbu edə bilər?

  • @sahnazrustmova7669
    @sahnazrustmova7669 2 ปีที่แล้ว +2

    Hansı parkda var deyin dibçəkdə dörd man.satırlar parkda olsaydı dibçəkdə əkərdim

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว

      Yasamal parkında var

    • @ruslandadashov7258
      @ruslandadashov7258 2 ปีที่แล้ว +1

      8 km bazarında olur 1 manata mən oradan alıb dibçəyə əkmişəm,

    • @prvansfrov7331
      @prvansfrov7331 ปีที่แล้ว

      Yasamalda parkda mən yıgdım

  • @slalcavadova7471
    @slalcavadova7471 8 หลายเดือนก่อน

    Bes teziq şekeri olan adam ice biler

  • @aysen2059
    @aysen2059 ปีที่แล้ว

    Bronxyal asması olan içe biler?

  • @Cessurürək
    @Cessurürək ปีที่แล้ว +2

    Bu bitkiden harda yerlewir harda cixir gedib yigardim

  • @gulnaznajafova8284
    @gulnaznajafova8284 2 ปีที่แล้ว +4

    🤣🤣🤣🤣SIZ ÇOX YANILIB,BU ROLIKI GÒSTÀRDIZ! INDI BÙTÙN MILLÀT PARKLARI BARBA GOYAÇAG! MEHRIBAN ÀLIEVA ONU ÀKIBKI,GÒZÀLLIK OLSUN,HAVA TÀMIZDÀNSIN,INSANLAR TÀMIZ TÀBBI BITKILLÀRNAN NÀFA SALSIN! INDI ÇOX GÒRMAMIW VÀ VAWI INSANLAR,BÙTÙN AGACLARI SINDIRACAGLAR!
    ÀSLINA GALSA,BÒYÙK ÇÀRIMALÀR OLAÇAG!🤣🤣🤣

  • @СевинджАлиева-х7ь
    @СевинджАлиева-х7ь 2 ปีที่แล้ว +3

    Чох сагол олун.
    Россияда олуруг корум тапа билиремми бурда?

  • @esinkamemmedova9522
    @esinkamemmedova9522 5 หลายเดือนก่อน

    Bu ağac niyə quruyur bilən var öz özünə quruyur

  • @jupitermars1003
    @jupitermars1003 8 หลายเดือนก่อน +1

    Hemise yashil bitkidir gurutmaga ehtiyac yoxdur

  • @QasanQuseynov-b3j
    @QasanQuseynov-b3j 6 หลายเดือนก่อน +1

    Qurudulmuşunun hec etri olmur

  • @QasanQuseynov-b3j
    @QasanQuseynov-b3j 6 หลายเดือนก่อน

    Immun sistemini güclendirir" imunitet sistemini" yox

  • @AdileXelilova-t4f
    @AdileXelilova-t4f 4 หลายเดือนก่อน

    mən həyətimdə əkmişəm

    • @AdilEliyasova
      @AdilEliyasova 4 หลายเดือนก่อน

      Hardan elde etmisiz? Mən rayonda parklardan tapa bilmirəm ((

  • @SevincAbbasova-hd6hw
    @SevincAbbasova-hd6hw 4 หลายเดือนก่อน

    Rozmarindi bu

  • @АнарГанар
    @АнарГанар ปีที่แล้ว

    Bu nedi ki

  • @xuramanresulova103
    @xuramanresulova103 ปีที่แล้ว

    daha deyinki heç bir işe yaramir.xeyrinden çox en tez ölüm tehlükesine yol açirda😅onun kicik xeyirleri bir ise yaramazz😅😅

    • @qazax111
      @qazax111 ปีที่แล้ว

      Bu yorumu oxuyub vidyodan çıxan mən

  • @zizseyidova8103
    @zizseyidova8103 2 ปีที่แล้ว +10

    Faydalı bitkidir. 👍👍👍 Maraqlı məlumata görə çox sağ olun. ❤️❤️❤️

  • @Yodoooo82
    @Yodoooo82 6 หลายเดือนก่อน

    Təşəkkürlər

    • @birbaxkanal
      @birbaxkanal  6 หลายเดือนก่อน

      Çox sağ olun. Sağlam və gümrah olun. 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 2 ปีที่แล้ว +3

    👍👍

    • @birbaxkanal
      @birbaxkanal  2 ปีที่แล้ว

      Təşəkkür edirəm