ƏNCİR YARPAĞI ÇAYI - Min bir Dərdin Çarəsi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • #BirBax #Əncir #sağlamlıq
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Bu gün sizə elə tam mövsümü olan əncir yarpağının faydalarından danışacağam. Gecikmədən, elə bu gün əncir yarpağıyla sağlamlığınızın qeydinə qalmaq imkanınız var. Diqqətiniz bizdə olsun. Videomuz başlayır.
    Əncir yarpağı A, B1, B2 vitaminləri ilə zəngindir. Bəli düz eşitdiniz. Çoxumuzun adi yarpaq hesab etdiyi bu bitkinin tərkibində kalsium, dəmir, fosfor, manqan, sodium və kalium var. Əncir yarpağı yemək, yaxud çayını içmək diabet riskini aşağı salır, bronxit xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırır.
    Əncir yarpağı qədimdə mətbəxdə qidaların saxlanması üçün istifadə edilib. Məsələn; hər hansı bir qidanı əncir yarpağına büküb sərin yerə qoymaqla onun yararlılıq müddətini uzatmaq olar. Bu haqda ilk yazılı məlumat bizim eradan əvvəl III əsrə aiddir. Əncir ağaclarının ilk dəfə Orta Şərqdə meydana çıxdığı, Misirdə yetişdirildiyi ehtimal olunur. Aralıq dənizi iqliminə malik ölkələrdə daha geniş yayılıb; isti və quru yay, ilıq qış əncir ağacları üçün əlverişlidir.
    -Əncir yarpağının böyrəklərə faydası: Sidik yolu infeksiyalarını yox edir. Böyrəkləri təmizləyir, böyrək daşlarının düşməsinə kömək edir.
    -Əncir yarpağı ilə qəbizliyin aradan qaldırılması: Müntəzəm şəkildə hər gün əncir yarpağı çayı içmək qəbizliyi yox edir. Təbii bağırsaq yumşaldıcı olan əncir yarpağı bağırsaqların rahat boşalmasını təmin edir; pəhriz proqramlarında yer almasının səbəbi budur. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün acqarına 1 stəkan əncir yarpağı çayı içərsə, problem öz həllini tapır. İltihab əleyhinə olduğundan bağırsaq və mədədəki yaraların müalicəsində də istifadə edilir.
    -Babasilin müalicəsi üçün əvəzedilməzdir: Babasildən əziyyət çəkənlər əncir yarpağı mövsümünü mütləq dəyərləndirməlidirlər. 4 st suya 2 əncir yarpağı atın və 15 dəqiqə qaynadın. Otaq temperaturunda soyumağını gözləyin. Sonra bu su ilə nahiyəni vanna edin, yaxud sudan az-az tökməklə nahiyəni masaj edin.
    -Hipertaniya zamanı istifadəsi: 2 st suya 3 əncir yarpağı atın və 15 dəqiqə qaynadın. Sonra suyu süzün və ilıq halda için. Prosedur hər gün təkrarlandıqda hipertansiyon problemindən xilas olacaqsınız. Bundan əlavə, qara cirə toxumu ilə əncir yarpağını birgə dəmləyib içmək də təzyiqin səviyyəsini aşağı salır.
    -Əncir yarpağı anti-diabetikdir: Əncir yarpağından istifadə edən şəkər xəstələrinin çoxu qəbul etdikləri insulin miqdarını azaltdıqlarını deyirlər. Əgər bağırsaq və qaraciyər sağlamdırsa II tip diabetin tamamilə sağalmasına kömək edir. Əncir yarpağı çayı diabetin səbəb olduğu oksidativ stressi aradan qaldırır.
    -Aşağı ətrafların varikoz genəlməsi zamanı istifadəsi: 4 st suya 5 ədəd əncir yarpağı atın. 5 dəqiqə qaynadın. 1 stəkanını için. Yerdə qalan hissəsini ilıq halda varikozlu nahiyələrə sürtün. Prosedur 21 gün davam etməlidir. 1 həftə ara verməklə təkrar başlamaq olar.
    -Zona xəstəliyinin müalicəsində istifadəsi: 2 st suya 3-4 əncir yarpağı atın və 2-3 dəqiqə qaynadın. İlıq halda zona xəstəliyi olan nahiyəyə sürtün. Sağalanadək proseduru təkrarlayın.
    -Sümükləri möhkəmlədir: Əncir yarpağı kalsiumla zəngin olduğu üçün sümükləri qorumaqda, osteoporozun qarşısını almaqda orqanizmə dəstək olur. Bundan əlavə, əncir yarpağının tərkibindəki fosfor sümüklərin inkişafına kömək edir.
    Əncir yarpağının istifadə formaları: Əncir yarpaqlarını qurudaraq çay kimi dəmləyə bilərsiniz. Təzə əncir yarpaqları isə mütləq 15 dəqiqə qaynamalı və suyu süzülməli, daha sonra istifadə edilməlidir. Yəni birbaşa təzə yarpağı istifadə etmək olmaz.
    Əncir yarpaqlarını suya atın, azca duz əlavə edin. Təxminən, 20 dəqiqə yumşalanadək bişirin. Dolma bükərkən üzüm yarpağı əvəzinə, yaxud hansısa xörəkdə ispanaq əvəzinə istifadə edə bilərsiniz. Əncir yarpağı ilə dolma süfrənizə Aralıq dənizi ləzzəti gətirəcək. Aralıq dənizi sahillərində əncir yarpağından müxtəlif tərəvəzləri, düyünü, hətta balıqları da bükmək üçün istifadə edilir. Həmin ənənə Azərbaycanda da var. Məsələn, Neftçala bölgəsində yaşayan əhali balıq dolması adlandırdıqları yeməyi əncir yarpağına büküb bişirirlər. Bu həmin yeməyə xüsusi dad verir.
    İçində böyük əncir yarpaqları olan göyərti sıxması, yaxud göyərti qovurması bişirin. Yemək bişənə yaxın əncir yarpaqlarını çıxarın və atın. Yeməyiniz meyxoş bir ləzzətə sahib olacaq. Əlinizdə ispanaq yoxdursa, vam xodda bişən bozartmalara, yaxud şorbalara da əncir yarpağı əlavə edə bilərsiniz.
    Gəlin sonda əncirin faydaları haqda sizə məlumat verək:
    Əncir liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların işini normallaşdıran, təbii vasitə hesab olunur. Əncir ziyanlı xolesterin səviyyəsini qısa zamanda salmaq gücünə malikdir, bunula da əncir bizim ürəyimizin “dostudur” deyə bilərik. Əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır, bizi infarktdan qoruyur.

ความคิดเห็น • 70

  • @qadamkarimova8750
    @qadamkarimova8750 ปีที่แล้ว +11

    Sağ ol canım Xəyalə xanım dəyərli məsləhətlərə görə.Allah sizdən razı t

  • @embhgkdmxhmty9880
    @embhgkdmxhmty9880 ปีที่แล้ว +14

    Əncir yarpagı həm də bəzi mügənniciklərin geyimini əvəz edir.

  • @Uzeyirsoy
    @Uzeyirsoy ปีที่แล้ว +6

    Çox sağolun dəyərli videolarınız üçün.

  • @aidazeynalova1357
    @aidazeynalova1357 หลายเดือนก่อน +2

    Allah razı olsun cox sağ olun Allah cemi xesdelere Şefa vürsin bizinen beraber Amin

    • @birbaxkanal
      @birbaxkanal  หลายเดือนก่อน

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @zakirhsnov8298
    @zakirhsnov8298 11 หลายเดือนก่อน +3

    Qiyamət (əla) məsləhətlərə görə təşəkkürlər.

  • @rhmanrhim9272
    @rhmanrhim9272 ปีที่แล้ว +7

    Cox saqolun Allah sizdən razı olsun faydalı məlumatlarcün👏

  • @aydnmmmdov7831
    @aydnmmmdov7831 ปีที่แล้ว +4

    Çox sağolun dəyərli məsləhət üçün.

  • @asifesgerov3284
    @asifesgerov3284 ปีที่แล้ว +21

    Coxlu -coxlu sag olun.

    • @birbaxkanal
      @birbaxkanal  ปีที่แล้ว +1

      Siz sağ olun

    • @arzubadalova2965
      @arzubadalova2965 ปีที่แล้ว +1

      Salam cooox sagolun❤

    • @user-dt7xh4yk5e
      @user-dt7xh4yk5e ปีที่แล้ว

      ​@@arzubadalova29653 веке4у́ееке5рор

    • @pervinxudiyev9350
      @pervinxudiyev9350 ปีที่แล้ว +1

      Cox tewelkurler.amma mutleq qara encir yeyilmelidi yoxsa sari encirinde faydasi eynidi?

  • @heyran232
    @heyran232 ปีที่แล้ว +10

    Çox sağolun.Ona görə də hər gün çoxlu əncir yeyirəm, təzə təzə

    • @elmiranzrova2940
      @elmiranzrova2940 10 หลายเดือนก่อน +1

      Men istiyirəm yeyə bilmirəm dilim qaşınır

  • @elgunadiyev1303
    @elgunadiyev1303 10 หลายเดือนก่อน +2

    ÇOX. SAĞOLUN. ƏLADIR.

    • @birbaxkanal
      @birbaxkanal  10 หลายเดือนก่อน

      Siz sağ olun

  • @SelimSelimKadir
    @SelimSelimKadir 20 วันที่ผ่านมา

    Əla. Sağ olun.👍👍👍🇦🇿🇦🇿🇦🇿

  • @user-te3uu1xu5f
    @user-te3uu1xu5f ปีที่แล้ว +4

    Cox sağolun

  • @clilovarubab4780
    @clilovarubab4780 ปีที่แล้ว +3

    Çox təşəkkürlər ən çox sevdiyim meyvə🤲❤

  • @user-ky6dt4em9d
    @user-ky6dt4em9d 10 หลายเดือนก่อน +1

    Faydalı məsləhət üçün təşəkkürlər

    • @birbaxkanal
      @birbaxkanal  10 หลายเดือนก่อน

      Minnətdarıq❤❤❤

  • @rhmanrhim9272
    @rhmanrhim9272 ปีที่แล้ว +5

    Bəs deyirlər əncir şəkərli xəsdələrə qəti sürətdə olmaz.yarpaqı dəmləyib icmək qanda şəkəri salır,onu edirəm.əcil qurusuda faydalı olduqunda.amma əncil olmaz deyiblər.hətta əncilin südün mazolun üzərinə cəkirsən tamamilə yox edir.faydalanmışam deyə əminliklə qeyd edirəm.

    • @vidadinuriyev7247
      @vidadinuriyev7247 ปีที่แล้ว +2

      Salam qardaş,nahaq demiblərki əncil BEHİŞTdən gəlib, ALLAHımız hər şeydə bizim üçün vitaminlər verib, istfadəsini bilmirik, ALLAH köməyin olsun

    • @rhmanrhim9272
      @rhmanrhim9272 ปีที่แล้ว

      @@vidadinuriyev7247 Allah köməyin olsun.cox saqol😊

    • @elmiranzrova2940
      @elmiranzrova2940 10 หลายเดือนก่อน

      ​@@vidadinuriyev7247encir lenetlenmiş meyveydi kim dedi behiştden gelib

  • @xeyaleagayeva228
    @xeyaleagayeva228 ปีที่แล้ว +2

    Super❤

  • @qmlihyat5907
    @qmlihyat5907 ปีที่แล้ว +1

    minnatdaram

  • @nurlana2466
    @nurlana2466 ปีที่แล้ว +1

    Faydalı videolarınız üçün çox sağ olun

    • @birbaxkanal
      @birbaxkanal  5 หลายเดือนก่อน

      İzlədiyiniz üçün siz sağ olun ❤

  • @sevdiyarisrayilov1690
    @sevdiyarisrayilov1690 11 หลายเดือนก่อน +1

    Allah Razi Olsun

    • @birbaxkanal
      @birbaxkanal  11 หลายเดือนก่อน

      Təşəkkür edirəm

  • @user-bg7mj5kl1h
    @user-bg7mj5kl1h 10 หลายเดือนก่อน +1

    Cox saqolki bizleri bilmedyiklermizi oyredirsiz

    • @birbaxkanal
      @birbaxkanal  10 หลายเดือนก่อน

      Mən təşəkkür edirəm gözəl sözlər yazan hər kəsə

  • @Leonidas_1905
    @Leonidas_1905 หลายเดือนก่อน

    Çox sağolun. turşumuş qatığın faydası varmı bu haqda rolik olarmı

  • @user-ll4kk8wm8u
    @user-ll4kk8wm8u 10 หลายเดือนก่อน +1

  • @sonsuzulduz
    @sonsuzulduz ปีที่แล้ว +2

    Bizide var

  • @user-ou9jg3xy1f
    @user-ou9jg3xy1f 11 หลายเดือนก่อน +2

    Öd daşi olan xəsdələr encili cox yeməsinlər

  • @ArzuYoutube
    @ArzuYoutube 11 หลายเดือนก่อน

    Çox sağ olun dəyərli məsləhətlərə görə. Nə qədər mövsümüdür əncir yarpaqların yığıb qurudacam.

    • @birbaxkanal
      @birbaxkanal  10 หลายเดือนก่อน

      Təşəkkür edirik

  • @ArsalanHasanov
    @ArsalanHasanov 13 วันที่ผ่านมา

    Salam, mən şəkər üçün neçə çay hazırlayım? Həmdə qəbizlik üçün necə hazırlayım?

  • @baharmemmedova7719
    @baharmemmedova7719 11 หลายเดือนก่อน +2

    🤝💐🌹🥀👈😔👩‍🦽❤Tesekur edirem. Size XEYALE --Xanlm men her Zaman sizLeri tez tez dinLeyirem. 😁👍

    • @birbaxkanal
      @birbaxkanal  11 หลายเดือนก่อน

      Biz təşəkkür edirik

  • @royalbagirova3364
    @royalbagirova3364 หลายเดือนก่อน

    Teşekkür ederim ♥️😘

    • @birbaxkanal
      @birbaxkanal  หลายเดือนก่อน

      İzləyib şərh yazdığınız üçün siz sağ olun. Sevgilər

  • @nazilicka-52medjidova63
    @nazilicka-52medjidova63 11 หลายเดือนก่อน

    Çox sağ olun Əncil yarpağın faydasını bilmirdim həyətində 3 əncir ağacı var istifadə edərəm

    • @birbaxkanal
      @birbaxkanal  11 หลายเดือนก่อน

      Təşəkkür edirəm

  • @user-ob7dd8pp4q
    @user-ob7dd8pp4q ปีที่แล้ว

    Saqolun

    • @birbaxkanal
      @birbaxkanal  11 หลายเดือนก่อน

      Biz təşəkkür edirik

  • @zakirhsnov8298
    @zakirhsnov8298 ปีที่แล้ว +1

    Vam xodda😢❤

  • @TaghiHajizada
    @TaghiHajizada หลายเดือนก่อน

    Salam, məlumata görə sağolun. Əncil haqqında olan məqalələrdə nəüçnsə həmişə qara əncili nümayiş etdirirlər. Bəs hanı Novxanının məşhur gözəl sarı əncili?

    • @birbaxkanal
      @birbaxkanal  หลายเดือนก่อน

      həqiqətən Novxanı ənciri əladır

  • @zulfiyyekerimova4332
    @zulfiyyekerimova4332 11 หลายเดือนก่อน

    tesekkurler canim allah razi olsun❤

  • @samirerzayrva
    @samirerzayrva 10 หลายเดือนก่อน +1

    Salam mən istifadə etmişẹm böyrəkdən daşları təmizləyir məsləhətləriniz çox yaxşdı❤

    • @birbaxkanal
      @birbaxkanal  10 หลายเดือนก่อน

      Çox sağ olun

  • @samirshekerov9625
    @samirshekerov9625 ปีที่แล้ว +3

    Sümük xəstəliyi üçün əncir yarpağının resseptini demədiniz axı...

  • @iradquluyeva1902
    @iradquluyeva1902 ปีที่แล้ว

    Çox sağ olun. Amma əncir yarpaqlarını hansı ayda toplamaq və qurutmaq faydalı olardı?

    • @birbaxkanal
      @birbaxkanal  5 หลายเดือนก่อน

      İzlədiyiniz üçün minnətdarıq ❤

  • @user-oz9hq6or2c
    @user-oz9hq6or2c ปีที่แล้ว

    Ödə olan daşları nə ilə salmaq olar bilmək olar

  • @user-oz9hq6or2c
    @user-oz9hq6or2c ปีที่แล้ว

    Qarını necə arixlamalidir

  • @Tallşuser
    @Tallşuser 6 วันที่ผ่านมา

    Ama bəzən inəklər insanlardan daha ağıllıdırlar çunki bizim inəklər çox əncir yarpağı yeyirlər özləri gedib ağacdan yeyirlər

  • @user-cq7xm2wx7s
    @user-cq7xm2wx7s ปีที่แล้ว

    Əncir yarpağını içərkən mədə qızartısında ziyanı ola bilər .Təşəkürlər

  • @alihasanov9984
    @alihasanov9984 ปีที่แล้ว

    Dediyiniz ə cavabdeh siniz ???

  • @aramizdaaaa924
    @aramizdaaaa924 ปีที่แล้ว

    Yarikaliken olan əncir südünün faydalarinı da qeyd etsez yacsi olar

  • @user-gf4zs2ch9h
    @user-gf4zs2ch9h ปีที่แล้ว

    🌅👍🇦🇿🌹🌹🌹🇦🇿👍♥️

  • @musiqikefi
    @musiqikefi ปีที่แล้ว

    Çiy suda qaynamiş suda qaynatmax

  • @beturedemirova5007
    @beturedemirova5007 11 หลายเดือนก่อน

    Bboyrəkiltihabl

  • @user-oz9hq6or2c
    @user-oz9hq6or2c ปีที่แล้ว

    Qarını necə arixlamalidir