TOUR ON-un ilk Hiking turu. Ağsu, Dilman şəlaləsinə yürüyüş.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 🚍 Bu səfər Tour On olaraq Ağsunun, Dilman kəndində olan Dilman şəlaləsinə yürüyüş etdik. Çətinlik dərəcəsinə görə asan hesab olunsa da ilk dəfə hiking edən iştirakçılarımız kifayət qədər çətinlik çəkdilər.
    🌄 Təşkilatçılarımızdan biri olan @p3rvan3 demişkən, Dilmanda olarkən insan özünü tam təbiətlə iç-içə hiss edir.
    🌞 Günəş, dağlar və onların mənzərəsi, meşə və ağaclar, çay, quşların və həşəratların səsi hər biri insanın ruhunu oxşayır. Bakıdan, şəhərin səs-küyündən çox az bir məsafədə yerləşən Dilmana gəlməmək olmaz bizim fikrimizcə. Gələcəkdə yenə buraya gələcəyimizə əminəm.
    ☘️ Tour On olaraq turlarımıza davam edəcəyik. Bizim ilə turlara qatılmaq və şəhər daxili fəaliyyətlərimizdə iştirak etmək istəyirsinizsə səhifəmizi izləməyə davam edin.
    🥳 On-da qalın.

ความคิดเห็น • 6