Sündü şəlaləsi, Qobustan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2022
  • Qobustan rayonu, Sündü kəndi...
    Mənbələrə görə, bu kəndin 5 min ildən çox tarixi var. Bu məkanın nə qədər qədim olduğuna şahidlik etmək üçün onun qədim dar küçələrini, yüz illər öncə çay daşlarından tikilmiş evlərini, hasarlarını görmək, sizi keçmişə aparan bu mühitdən ləzzət almaq kifayətdir. Bir vaxtlar kənd ərazisində 36 qəbirstanlıq olub. İndiki vaxtda isə onların sayı 32-dir. Burada olan qəbirstanlıqların bəziləri islamdan əvvəlki dövrə aid edilir. Sündü kəndində həmçinin katakomba, yəni yeraltı tunellər, sərdabələr, orta əsrlərə aid mağaralar, 920-ci ildə tikilmiş və bu günə qədər fəaliyyət göstərən məscid də var...
    Bura gəlmək üçün Bakıdan Şamaxı istiqamətinə cəmi 110 km məsafə qət etməlisiniz. Sündü kəndini görmək üçün ən böyük səbəblərdən biri də Sündü şəlaləsidir. Bu şəlaləyə gedən yolun cəmi 2 km hissəsi təmirsizdir. Amma inandırıram ki, əziyyətə dəyər, çünki, siz bonus olaraq 1 yox, 2 şəlalə görə biləcəksiz. Tələsin! Kampaniya yalnız bu yay keçərlidir...

ความคิดเห็น • 6

  • @naro7i
    @naro7i ปีที่แล้ว +1

    😍

  • @helloweekend
    @helloweekend ปีที่แล้ว +1

    Super 👍❤️

  • @semashixiyeva3975
    @semashixiyeva3975 8 หลายเดือนก่อน +1

    El oba 😊

  • @MA-nx4rs
    @MA-nx4rs ปีที่แล้ว +1

    Çox gözəl yerlərə oxşayır. Gedib görməyə dəyər.

    • @arzuaslanov
      @arzuaslanov  ปีที่แล้ว

      Təşəkkür 😉 Yenə gedərik 😃

  • @elxansuleymanov4130
    @elxansuleymanov4130 ปีที่แล้ว +2

    Gözel yerdir Şirvan şikəstəsi olsaydı lap ela olardi