LEYLA ƏLİYEVA - «ZAMAN» şeiri!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2019
  • ZAMAN
    Zaman ayaq saxla, bir dur, bir dayan,
    Dayan, məni də özünlə apar.
    Söylə, nədən belə çox tələsirsən,
    Sənə deyiləsi çox sirlərim var.
    Yolun dolanbacdır, de hardan keçir,
    Qurxusuz olmusan, inad edirsən.
    Hər kəsi, hər şeyi geridə qoyub
    Baş açmaq olmur ki, hara gedirsən.
    Nə olar başa sal, orda nələr var,
    Nədir ki, gözümdən yayınıb qaçır?
    Nədən sakitliyin pozulub belə,
    Nədəndir ürəyin yenə od saçır?
    Bəlkə mən çox şeyi anlamıram heç,
    Bəlkə anladığım nəsə var, nəsə...
    Olub qalanlarda qəlbimdə itir,
    Hər kəs yanımdadır, tənhayam mənsə.
    Açıb gözlərimi bircə an, bir an,
    Baxıram, incimə dolur qəm, kədər.
    Bunu anladıqca batıram yasa,
    Yumuram gözümü yenə bir qədər.
    Görürəm nə qədər incədir hər şey,
    Hər şey çox zərifdir, kövrəkdir nədən..
    Həyat maskasını geyib üzümə
    Bir ömür gülməyə çalışacam mən.
    Zaman, yalvarıram yaddan çıxmasın
    Bu yol, bu pəncərə, bu an, bu qatar.
    Sən məni yolumdan saxlama əsla,
    Əgər gedirsənsə məni də apar!
    ifa-Şamilə Şamilqızı
    Video kompozisiyanı hazırladı:
    Paşayev Şakir
    Gəncə şəhəri

ความคิดเห็น •