Leyla Əliyeva - Gedim bir az ağlayım!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2019
  • Leyla Əliyeva - Gedim bir az ağlayım!
    Müəllif - Leyla Əliyeva
    Musiqi - Ruslan Səferoglu
    aranjiman - İsmayil Alizadə
    Balaban Feqan Rəhmanoglu
    İfa Gulyanaq Memmedova & Nureddin Mehdixanli
    Gedim bir az ağlayım,
    Elə-belə... astaca.
    Ürəyimi gizlədim yastığımın altında.
    Pəncərəni açaraq
    Kövrəlmiş ürəyimi
    Bəlkə həyətə atım?!
    Həyatın ağuşuna?!
    Yox, yaxşısı budur ki,
    Gedim bir az ağlayım,
    Elə-belə... astaca.
    Kimsə duyuq düşməsin
    Kədərimdən, qəmimdən,
    Durub yol alım bağa
    Astaca ağlamağa...
    Götürüm ürəyimi
    Atım çoşan ümmana -
    Dalğaların qoynuna.
    Heç dinə də bilməsin -
    "Niyə sığmır sinəmə?"
    Gah tufan, gah da rüzgar
    Apardıqca uzağa...
    Yox! Yaxşısı budur ki,
    Qoy dirrikdə basdırım,
    Dirilib çiçək olsun.
    Ya da ki, bala tutum,
    Acısın unutdurum.
    Özümü aldatsam da,
    Qoy ruhu ovundurum,
    Acısın unutdurum.
    Ya dostları çağırım
    Axşam vaxtı mən şama -
    Şərab içək doyunca.
    Könlümü də versinlər,
    Büllur qabda ortaya,
    Dostlar ondan dadsınlar,
    Dadıb, gəlsinlər cana.
    Budur, orda uşaqlar
    Atılırlar-düşürlər,
    Bəlkə topları yoxdu?
    Qoy verim ürəyimi
    Qovsunlar yorulunca...
    Yox!
    Artıq kədərlənmək yox!
    Ürəyin dediyiylə
    Oturmaq yox, durmaq yox!
    Atım onu bazarda,
    Ya da sizə verəcəm,
    Elə-belə, bədava.
    Gecənin sükutunda
    Ürəyimlə tənhayam.
    Yağış yağır, islanır
    Çətir tutmuram ona
    Qoy incisin...
    Nə qədər
    oyun açıb başıma...
    Hərdən üsyana qalxıb
    Həm Günəşə, həm Aya
    Hayqırıram: "Götürün,
    Verdim onu Allaha!"
    Amma qərar vermədim,
    Neyçin qərar vermədim,
    Bu geniş ürəyimi
    Sənə bağışlamağa?!
    Ruscadan çevirəni: Mahir QABİLOĞLU
    Video kompozisiyanı hazırladı:
    Paşayev Şakir
    Gəncə şəhəri

ความคิดเห็น •