İsterik Nevroz- İsterik Nevrozun əlamətləri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Əlaqə: 0553003432
    Facebook/ bit.ly/34cXCRL
    İnstagram/ bit.ly/3Kh9OAo
    Konversion (dissosiativ) pozuntu ölkəmizdə də tez-tez rast gəlinən psixi narahatlıqlardandır. Konversion pozuntu müxtəlif psixoloji narahatlıqların (kədər, qorxu, utanma, qəzəb) fiziki problemlərə (nitq problemi, ürəkgetmə, özündən getmə, iflic, zəiflik, hissiyyatın itirilməsi və s.) çevrilməsi ilə xarakterizə olunur. Bu pozuntuya sahib şəxslərdə aparılan bütün tibbi müayinələrə baxmayaraq, bu simptomlara səbəb ola biləcək fiziki xəstəlik aşkar edilmir. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Əsasən yeniyetmə və gənclik dövründə müşahidə olunur.
    Konversion pozuntuda huşunu itirmə, özündən getmə ən çox rast gəlinən əlamətdir. Adətən bu zaman şəxs həkimə müraciət edir. Huşunu itirmə epileptik tutmalara, qıcolmalara bənzəyə bilər. Bu cür simptomlar tez-tez başqa insanlarla birlikdə olduqda baş verir; Şəxs yavaş-yavaş və zədə almayacaq şəkildə yerə yıxılar. Özündən getmə zamanı şəxs ətrafında danışılanları, söhbətləri eşidir, lakin cavab verə bilmir və bu müddət uzana bilir. Bəzi şəxslər huşunu itirmə halından sonra yüksək səslə ağlayaraq özünə gəlir. Özünə gəldikdə, aqressiv davranış, saçını yolmaq və üzünə vurmaq kimi əlamətləri görünə bilər. Konversion pozuntuda görülə bilən digər əlamətlər arasında keyimə, uyuşma, hərəkətsizlik (qolu və ya ayağını hərəkət etdirə bilməmək) və ya gücsüzlük, danışa bilməmək, korluq daxildir.
    Psixoloq Rahidə Şahverdiyeva İsterik Nevroz haqqında danışdı. İsterik Nevroz nədir?
    İsterik Nevrozun əlamətləri nələrdir?
    Humel Psixologiya Mərkəzi- Psixoloji xidmət mərkəzi

ความคิดเห็น • 2

  • @vusulabaci7883
    @vusulabaci7883 3 หลายเดือนก่อน

    Bütü. Həkimlər bu xəsdəlik hakkds əzbırdən danışırlar amma bir müalicı edə bikirlərmi?

  • @nemetalesov4258
    @nemetalesov4258 3 หลายเดือนก่อน +1

    Piskolok izzet güllüyü dinleyin