Axırıncı dayanacaq (2014)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • 12+
    Film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. O, pullarını yaşadığı qocalar evində itirir. Öz dostlarından şübhələnən polkovnikin başına gələn hadisələr gülüş obyektinə çevrilir.
    Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.
    Filmin işçi adı “Polkovnikin xəzinəsi” olub.
    Rejissor: Fikrət Əliyev
    Ssenari müəllifləri: İlqar Fəhmi, Fikrət Əliyev
    Operator: Kənan Məmmədov
    Rəssam: İbrahim Əminov
    Bəstəkar: Aygün Səmədzadə
    Rollarda: Tofiq Hüseynov (kapitan), Arif Quliyev (Tapdıq), Qorxmaz Əlilicanzadə (Qəmbər), Səmayə Musayeva (Məsmə), Zemfira Sadıqova (Lətifə), Tariyel Qasımov (Kazım), Fuad Poladov (Davud), Zemfira Nərimanova (Ofeliya), Bəhram Bağırzadə (Bəhruz)
    İstehsalçı: Azərbaycanfilm
    Janr: detektiv, komediya

ความคิดเห็น • 192

  • @ismayilimamverdiyev9733
    @ismayilimamverdiyev9733 ปีที่แล้ว +17

    Hal hazırda qeribem.Neçe illerdi Istanbuldayam.Bu filmi izledim çox tesirlendim.Vetenime milletime qurban olum.

  • @sevaragroup9550
    @sevaragroup9550 ปีที่แล้ว +41

    Allah Arif Quliyeve de rehmet elesin. Cox tesirli idi. Real heyat budur

  • @eciElibeyli
    @eciElibeyli ปีที่แล้ว +92

    Allah bütün dünyasını dəyoşən sənətkarlarımızın məkanını Cənnət etsin , Amin .

  • @Ilkin1984
    @Ilkin1984 ปีที่แล้ว +16

    Allah dünyasını dəyişən sənətkarlarımıza rəhmət etsin amin,belə filimlərə mən daha üstün tuturam, nəinki yeni gənclərin çəkdiyi filimlər,açıq aşkar filimlər.Mənim 38 yaşım var,qocalananda elə ki,gördüm oğullarımın xasiyyəti mənə qarşı dəyişdi,həmin günü qocalar yurduna gedəcəm,Allah xeyirli övlad versin hamıya.

  • @faridaaliyeva8093
    @faridaaliyeva8093 ปีที่แล้ว +14

    Fuad Poladov .......həmişə böyük həvəslə izlədiyimiz oynadıgı rolları gözəl sənətkar😔🥀

  • @vuqaraqayev9466
    @vuqaraqayev9466 ปีที่แล้ว +39

    Allah olənlərə rəhmət qalanlara can sağlığı versin heyif bu sənətkarlardan

  • @user-ik2on6nt8c
    @user-ik2on6nt8c 10 หลายเดือนก่อน +8

    Fuad Poladov ❤ Səs tonun belə bəs eləyir ❤ Allah rəhmət eləsin

  • @seyfulllayevcavidcavid489
    @seyfulllayevcavidcavid489 9 หลายเดือนก่อน +10

    Çox gözəl filim alınıb zəhməti keçən hər kəsədən Allah razı olsun❤

  • @Muradyaddasaxla
    @Muradyaddasaxla 8 หลายเดือนก่อน +6

    Köhnə sənətkarlara baxanda gözlər istirahət edir.Allah rəhmət eləsin dünyasın dəyişənlərə

  • @vafayagubaliyeva9776
    @vafayagubaliyeva9776 2 ปีที่แล้ว +82

    Cox gozel cekilmiş filmdir. Menasi boyuk ve derin. Sonunda seslenen soundtrack ise her şeyi daha cox tesir etdi. Aktyorlarimizin rol ifalarina soz ola bilmez. Incesenete ve senetkarlara deyer verilmesinin terefdarlarindanam. Rehmete geden senetkarlara Allah rehmet elesin.

    • @mmmmmm.5227
      @mmmmmm.5227 ปีที่แล้ว +5

      Neinki aktyor insanimizda gozeldir amma deyerimiz cox asagidir

    • @troya-4232
      @troya-4232 ปีที่แล้ว +2

      Vefa xanim yorumunuz mukemmeldi👍👍

  • @maiszamanxan7686
    @maiszamanxan7686 2 ปีที่แล้ว +43

    Sağolsun ssenarist, quruluşçu rejissor, yaradıcı və aktyor heyəti, rəhmətə gedən dahi aktyorların ruhları qarşısında baş əyir, həyatda olanlara çox sağol deyirəm.

  • @fazilamuradxanova196
    @fazilamuradxanova196 8 หลายเดือนก่อน +3

    Arif Quluyevin gözündəki kədər 🥺🥺🥺🥺 Allah yerini cənnət etsin, gözəl sənətkar, Xalqın Sənətkarı🥺

  • @faridaaliyeva8093
    @faridaaliyeva8093 ปีที่แล้ว +10

    Çooox gözəl filimdi Allah dünyasın deyişən sənətkarlarımızı rəhmet etsin🤲🥀Fuad Poladov əvəz olunmaz sənətkar 💔🥀😔

  • @aygunaribash7714
    @aygunaribash7714 2 ปีที่แล้ว +40

    Cox gozle fılımdır,Allah rehmet elsın Arıf beye.

  • @rehmanhuseynov3397
    @rehmanhuseynov3397 ปีที่แล้ว +21

    Allah rəhmət eləsin Arif Quliyeva gözel film 📽 oynuyub

  • @user-de8to8wj9i
    @user-de8to8wj9i ปีที่แล้ว +18

    Çox mənalı və düşündürücü bir film!Əhsən.

    • @menzerabdullayeva4588
      @menzerabdullayeva4588 8 หลายเดือนก่อน

      😅😅😅

    • @JfkfkdBnffmkf
      @JfkfkdBnffmkf 2 หลายเดือนก่อน

      @@menzerabdullayeva4588 JÖRƏSƏN JÜLMƏLİ NƏ VARKİ ONUN OYNADIĞI ROLDA?(

    • @user-rz5cd7el7r
      @user-rz5cd7el7r หลายเดือนก่อน

      Məsələ qocaman aktyorları bir yerə yığmaq olub.

  • @eltunceferli4271
    @eltunceferli4271 ปีที่แล้ว +10

    Bax indi əsl Azərbaycan filmini seyr etdim.
    Çox möhtəşəm

  • @aliabdulla7395
    @aliabdulla7395 ปีที่แล้ว +20

    Çox əla aktyor ansamblı və əlbəttə çox sevdiyim aktyorlar Fuad Poladov və Tofiq Hüseynov. Çox dərin mənalı və təsirli film.👍👍👍

  • @UlyaAlıyeva117
    @UlyaAlıyeva117 2 ปีที่แล้ว +76

    Allah rəhmət eləsin, Arif Quliyevə🤲

  • @aynuryaver1836
    @aynuryaver1836 ปีที่แล้ว +9

    Cox gozel alinib,evezolunmaz aktyorlarin ekseriyyeti rol alib,bele heyet bir daha tekrarlana bilmez!

  • @cavidquliyev9201
    @cavidquliyev9201 ปีที่แล้ว +9

    Cox gozel bir menali film idi.kaski bele savadli aktyor senetkarlarimizin filmleri daha cox olardi yersiz menasiz cekilen seriallardan

  • @mehihesimova7975
    @mehihesimova7975 ปีที่แล้ว +18

    Gözel filmdir.heyif nece gözel aktyorlar rehmete gedib.qalanlara can sagligi arzulayiram.

  • @elsen_elizade
    @elsen_elizade ปีที่แล้ว +19

    Allah Arif Quliyevə rəhmət eləsin

  • @letafetbabayeva15
    @letafetbabayeva15 ปีที่แล้ว +12

    Heyif,,, bu cur deyerli senetkarlarimizi itirdiy🥀🥀🥀🥀🥀🖤🖤🖤🖤🤲👌Filmin yarawigi merd evezolunmaz efsanemiz FUAD POLADOV ,,,,😪🖤🤲Allah sizi rehmet elesin 🤲😪SIzlerden bir daha gelmez bu sehneye😪🥀🥀🥀

  • @seyfullanagiyev1203
    @seyfullanagiyev1203 ปีที่แล้ว +13

    Allah rəhmət eləsin dahi sənətkarlarımıza! Amin! Film isə çox gözəl çəkilmişdir!

  • @abilahmadov4393
    @abilahmadov4393 ปีที่แล้ว +5

    Gözəl film, gözəl aktyor oyunu. Çox saq olun. Son 15-20 ildə çəkilən ən uğurlu film.

  • @aidefarzaliyeva3956
    @aidefarzaliyeva3956 ปีที่แล้ว +11

    Mən bu filmə bəlkə də 10 -.15 dəfə baxmışam.Yenə də baxıram.Çox mənalı çəkilib.Allah rəhmətə getmiş aktyorlara rəhmət eləsin, yaşayanlara can sağlığı versin.

  • @renatagiyeva7475
    @renatagiyeva7475 ปีที่แล้ว +11

    Heyif o senetkarlara.Allah cemi ölen senetkarlara rehmet elesin.Amin.

  • @ceyhunmikayilov9525
    @ceyhunmikayilov9525 ปีที่แล้ว +16

    "Bəyin oğurlanması", "Yuxu" , "Axırıncı dayanacaq" bu da son Qapılar bağlandı, pərdələr endi😞😞

    • @user-js4oe4xo4j
      @user-js4oe4xo4j 9 หลายเดือนก่อน +3

      Beli qaqaw duz dedin buda axirinci

    • @aydina9792
      @aydina9792 7 หลายเดือนก่อน +1

      + Hem ziyaret, hem ticaret

  • @user-hs3ph8lw4f
    @user-hs3ph8lw4f ปีที่แล้ว +18

    Dunyasını dayişanlara AllAh rahmet eylasin makanları cannat olsun

  • @gulnarahelvig5577
    @gulnarahelvig5577 10 หลายเดือนก่อน +4

    Çox gözel film, eziyyeti keçenlere teşekkürler ! Dünyasını deyişen senetkarlara Allah rehmet elesin, qalanlara ise can sağlığı versin Amin !

  • @ramilpasha9551
    @ramilpasha9551 ปีที่แล้ว +15

    Sənətkarların axırıncı akkordları...heyif...çox heyif

  • @sefiyeqasimova3147
    @sefiyeqasimova3147 ปีที่แล้ว +10

    Çox gözəl film. Allah rəhmət eləsin dünyadan köçən aktyorlarımıza, həyatda olanlara da can sağlığı arzu edirəm.

  • @magaaliev1734
    @magaaliev1734 ปีที่แล้ว +5

    Cox gözəl filmdir. Müasir dövrdə Azərbaycanın səviyyəsiz komediya filmləri kimi deyil. Maraqlıdır. Sonda çox istərdim ki o qoca qadının oğlu gəlib aparardı kaş.

  • @zeynebpiriyeva5822
    @zeynebpiriyeva5822 7 หลายเดือนก่อน +1

    İçimə bir hüzün düşdü😢kaş ki nə qocalar evi olaydı nə uşaq evləri olaydı. Hər kəs öz isti ocağında hörmətli tutula və yaşaya. Axı ömür çox qısadı😢. Tşk bütün əziyyəti keçən bu filmin ərsəyə gəlməsində zəhməti keçən ysşayan aramızda olan dəyərli insanlara. Allah rəhmət eləsin bu gün cismən aramızda olmayan amma həmişə qəlbimizdə yaşayan sənətkarlara. Valideyinlərinizin qədrini bilin onlar olmasa idilər diz indi olmazdınız heç olmasa varlığınız üçün onlara yaxşı baxın. Bu gün varlar sabah yox.😢

  • @firdovsiorucov8107
    @firdovsiorucov8107 2 ปีที่แล้ว +43

    Tofiq Hüseynov rolunu gözəl oynayıb Allah rəhmət eləsin

  • @turalabbaszade4929
    @turalabbaszade4929 ปีที่แล้ว +18

    Allah sizlere rehmet elesin.gozel insanlar.

  • @fuadhmdov9230
    @fuadhmdov9230 ปีที่แล้ว +16

    Allah rəhmət eləsin əvəzsiz sənətkarlarımıza🤲

  • @dasqinsiriyev7937
    @dasqinsiriyev7937 ปีที่แล้ว +10

    AXRINÇIDƏFƏ BİZİM KAMEDİK FİKİMLƏRƏ BAXDIĞIM VƏ,BU GƏDƏR JÜLDÜYÜM YADIMDA DEYİL ƏLA ALINIB FİLİM. HƏRCƏN SƏKKİZ İL BUNDAN ƏVVƏL CƏKİLİB VAR OLASIZ🤲 ALLAH TALANIN RƏHMƏTİ OLSUN SƏNƏTKARLARIMIZA🤲

  • @clalseyidov8841
    @clalseyidov8841 ปีที่แล้ว +28

    Bu filmdə böyük sənətkarlar rol alıblar.

  • @leylaezelturk9592
    @leylaezelturk9592 ปีที่แล้ว +4

    Çok güzel bir film çok teşekkür ederim güzel oyuncularımız Arif guliev mekanın cennet olsun inşallah

  • @samirrehimli2283
    @samirrehimli2283 ปีที่แล้ว +4

    Allah butun heyatini itiren gozel senatkarlarimiza ALLAH REHMET ETSİN

  • @ruhiyyqurbanova6093
    @ruhiyyqurbanova6093 ปีที่แล้ว +2

    Çox qözəl filmdi ,Allah dahi sənətkarlara rəhmət eləsin,qalanlara can sağlığı və belə mənalı film çəkməyi arzu edirik ,çox təşəkurlər .

  • @asfs4909
    @asfs4909 ปีที่แล้ว +4

    Usda oyuncular var Allah can saglqi versn qalanlara Olenlere ise Allah rehmet elesin

  • @user-kb1jf6ty4b
    @user-kb1jf6ty4b 2 ปีที่แล้ว +11

    Душевный фильм алыныб,филмин ахырындакы музыка вообще в тему

  • @revanrehimli1263
    @revanrehimli1263 ปีที่แล้ว +5

    Belə filimləri televizorda vermirlər ki baxaq

  • @oktayoglu101
    @oktayoglu101 ปีที่แล้ว +5

    😥😢😢😢eh qocalar evinde olan ana atalar evladlari olanlar ve evladina hesret qalanlar 😣😣😣😣

  • @user-bp2ue7cu4c
    @user-bp2ue7cu4c 3 หลายเดือนก่อน

    Əıa bir film alınıb. Əsl həyat!Zəhməti keçən hər kəsə minnətdarlıq!Dünyasını dəyişən sənətkarlara Allahdan rəhmət diliyirəm. Qalanlara can sağlığı. Hər bir aktyor özü-özlüyündə əla oyun nümayiş etdiriblər. Fuad Poladov....əfsanə. Səs tembırı, hərəkətlər!! Əvəzolunmaz sənətkar!Məhz bu filmdə hər kiçik bir epizod oynayan, hər kəs möhtəşəm!

  • @samiragayev8580
    @samiragayev8580 2 ปีที่แล้ว +14

    maraqli cekibler.Indiki Muwfiqgilin, Ferdagilin, Envergilin cekdiklerinden min defe yaxwidi

  • @user-he1ds6bd7p
    @user-he1ds6bd7p ปีที่แล้ว +3

    Аллах рехмет елесин дунясыны дейишен сенеткарларымыза.

  • @celalemurshudova3294
    @celalemurshudova3294 ปีที่แล้ว +8

    Nece de xos oldu sevimli aktyorlarimizi bir yerde gormek...

  • @surxaymirzaliyev6963
    @surxaymirzaliyev6963 10 หลายเดือนก่อน +5

    Allah bütün dünyasını dəyişənlərimizə rəhmət eləsin amin inşallah

  • @seriyeelizade7746
    @seriyeelizade7746 ปีที่แล้ว +8

    Bütün sevdiyim aktyorlar bir yerdə

  • @vefaagayeva3800
    @vefaagayeva3800 ปีที่แล้ว +6

    Çox gözəl filmdir, təşəkkürlər

  • @bakinkaxatire9967
    @bakinkaxatire9967 3 หลายเดือนก่อน

    Çox maraqlı film idi... Zövq aldım... Çox da kövrəldim... Dünyasını dəyişən böyük sənətkarlara Allahdan rəhmət diləyirəm... Fuad Poladovun səs tembri... . danışığı.. mükəmməl idi... Ruhun şad olsun dəyərli aktyor... 🤲

  • @pervanabayramova4833
    @pervanabayramova4833 ปีที่แล้ว +6

    allah dunyasini deyisen aktyorlarimiza rehmet elesin fUAD POLADOV EVEZSIZ AKTYORUMUZ

  • @miraghaaghayev668
    @miraghaaghayev668 8 หลายเดือนก่อน

    Bir-birindən gözəl sənətkarlar.
    Yaşayanlara can sağlığı,ölənlərə rəhmət diləyirəm!

  • @kemaleallahverdiyeva1098
    @kemaleallahverdiyeva1098 8 หลายเดือนก่อน +1

    Cox ğözəl filmdi nostalji hislər verdi bütün sənətkarlar bir arada əlaydı

  • @user-om8nf6tn2z
    @user-om8nf6tn2z 8 หลายเดือนก่อน +1

    Базилари Рахмат гедиб актурлармыз Аллахдан рахматлар олсун амин

  • @nnnnnnnnn253
    @nnnnnnnnn253 ปีที่แล้ว +5

    Allah arifə rəhmət eləsin ruhu şad

  • @matanatbabaeva8484
    @matanatbabaeva8484 ปีที่แล้ว +3

    АЛЛАХ рехмет елесин Арифгулуев чох гузэл инсан иди.

  • @user-tl8oz5vc8b
    @user-tl8oz5vc8b ปีที่แล้ว +5

    Ах какие актёры были

  • @BAKili.Balasi03
    @BAKili.Balasi03 ปีที่แล้ว +1

    SOVET DÖVRÜMÜZÜN AKTYORLARİ KİMİ KOMİK DANİŞAN YOXDU DAHA.ALLAH ÖLƏNNƏRƏ FUAD POLADOVA🙏 RƏHMƏT ELƏSİN TARİXDƏ 🤲🌹🌹🌹🌹QLACAĞSUZ. YERDƏ QALANLARA CAN SAĞLİĞİ UZUN ÖMÜR.HEYİF... SÜZ ƏVƏZOLUNMAZSUZ.👏👏👏ZAKALKA VAR İDİ ONLARDAN MÜKƏMMƏL OLMAĞ TƏLƏB OLUNURDU QÜCLÜ REJİSORLAR VAR İDİ.XOŞUMA QQƏLDİ FİLM.NƏ YAXÇİ Kİİ TOPLAMİSİZ BİZİM DÖVRÜN ƏSL AKTYORLARİNİ.👍👍👍❤

  • @Gamer_girl-8
    @Gamer_girl-8 11 หลายเดือนก่อน +1

    Cooooox gözəl bir film .Əhsən sizlərə........😢😢😢😢😢

  • @sahinaliyev4428
    @sahinaliyev4428 ปีที่แล้ว +3

    Cox Gozel. En esasigocaman aktiyorlari yad edib rola devet etmisiz Ela.

  • @ravennakarym4820
    @ravennakarym4820 8 หลายเดือนก่อน

    Əsl keyfiyyətli film. Əməyi keçən hər kəsə təşəkkürlər 👏🏼👏🏼 əsl sənətkarlar ölmür,qəlbimizdə yaşayır, onların da yeri cənnət olsun 🙏🏼

  • @esmiramahmudova5050
    @esmiramahmudova5050 ปีที่แล้ว +4

    Cox gozel filim butun aktyorlar cox mohtewemdiler kocenlere Allah rehmet elesin qalanlara can sagligi uzun omur versin Rebbim

  • @user-dp5pr2pp2i
    @user-dp5pr2pp2i 9 หลายเดือนก่อน +1

    Cox xoşuma gəldi..təşəkür edirəm bütün cəklişdə əməkləri olahlarin hər birinə əla..əla..)) Hörmətlə Məzahir müəllim..Moskva şəhəri..

  • @aytenmemmedova5320
    @aytenmemmedova5320 ปีที่แล้ว +4

    Dewhwet filmdi cox tesirlidi cox

  • @zengezurasenasi7406
    @zengezurasenasi7406 ปีที่แล้ว +13

    Taryel Qasımov,Allah sizə cansağlığı versin

  • @sevashimitqizi8205
    @sevashimitqizi8205 ปีที่แล้ว +2

    Allah dunyasini deyişen butun aktyorlarimiza rehmet etsin.Amin.
    Rebbimiz hec 1 bendesini qocaligda tek qoymasin.

  • @loreentalhaoi7948
    @loreentalhaoi7948 7 หลายเดือนก่อน +3

    cox maraqli filmdi Allah Arif mellime rehmet elesin

  • @user-zu8oy1jh8n
    @user-zu8oy1jh8n 10 หลายเดือนก่อน

    Спасибо большое за фильм, как раз вовремя. Живу долеко и давно, почти пенсионер.

  • @user-co5qb2zu8i
    @user-co5qb2zu8i ปีที่แล้ว +1

    Сонунда охунан естрадайа hер кимдирседа берекаллаh она джан саглыгы ве угурлар олсун. РФ Москва.

  • @user-ss3pc9cm6h
    @user-ss3pc9cm6h 3 หลายเดือนก่อน

    Dünyasını dəyişən maraqlı aktyorlar. Oynadığı rolları ilə he vaxt unudulmur. Suşet xətti maraqlıdır.

  • @Footbal_EditX
    @Footbal_EditX ปีที่แล้ว +1

    Əla! Televiziyada da versinlər.

  • @elesgernovruzov5914
    @elesgernovruzov5914 ปีที่แล้ว +1

    Çox gözəl kinodu ama hefsledim ki biz böymesde ezyet çeken valdenlerin yeri ora olmalı deyil 😢 Allah dünyasin deşenere rəhmət edsin

  • @raufislamov5474
    @raufislamov5474 ปีที่แล้ว +4

    Kamancamizdan yoxdu:((

  • @budaqovaqil
    @budaqovaqil ปีที่แล้ว +1

    Çox gözəl senari yazılıb bütün karfeylərimizin qocalıqı burda əksolnub hamısı bir arada çəkilib.

  • @user-il8st6wx9x
    @user-il8st6wx9x 10 หลายเดือนก่อน

    😂😂😂cox gözel filmidir. Ehsen!
    Allah rahmet eylesin gözel aktyorlara.

  • @rustamefendiyev5995
    @rustamefendiyev5995 2 ปีที่แล้ว +3

    Belə də. Yarımçıq film təəssüratı yaratdı. Bircə Tofiq Hüseynov və Fuad Poladovun oyunları əla alınıb.

  • @arishuseynov8715
    @arishuseynov8715 ปีที่แล้ว

    Ela Filmdir bu cur bir nefese BAXILAN FILMLERIN DAVAMI GELSIN

  • @faridaaliyeva8093
    @faridaaliyeva8093 ปีที่แล้ว

    Allah rəhmet eləsin dünyasın deyişən gözəl sənətkarlarımızı🙏🥀😔

  • @alidashdemir9793
    @alidashdemir9793 7 หลายเดือนก่อน +2

    Nene gözel dedi men ölüden gorxuram gelmesin bura 😂😂😂

  • @user-js1nw5mi5s
    @user-js1nw5mi5s 10 หลายเดือนก่อน

    Allah dünyasını dəyişən dəyərli aktyorlarmıza rəhmət etsin.Qalan aktyorlarımıza can saglıgı uzun ömür versin Allah.gözəl və mənalı bir film..

  • @Novıymirtv
    @Novıymirtv ปีที่แล้ว +1

    BURDA YALTAQ TƏLXƏK BƏHRAM VAR ONA GÖRƏDƏ BAXMAĞA DƏYMƏZ.

  • @user-fe7yr6ge7n
    @user-fe7yr6ge7n 8 หลายเดือนก่อน +1

    Əhsənn👏👏👏👏👏👏👏

  • @elchinn4170
    @elchinn4170 ปีที่แล้ว +2

    К сожелению, день рождения, раз в году.

  • @babekquliyev3368
    @babekquliyev3368 10 หลายเดือนก่อน

    Əla filmdir, çəkiliş qrupuna -AFƏRIN! BAŞDA FIKRƏT OLMAQLA

  • @user-bg3po2cp3o
    @user-bg3po2cp3o ปีที่แล้ว +1

    Allah reymet elesin Arif quluyeve gozel senakar

  • @tapdqnamtli8439
    @tapdqnamtli8439 7 หลายเดือนก่อน +1

    Film əla və maraqlıdı.

  • @mayiseliyev5358
    @mayiseliyev5358 ปีที่แล้ว +1

    çox.ğözəl.filim.alah.sənətkara.rəhmət.eləsin

  • @bhluldannd2146
    @bhluldannd2146 ปีที่แล้ว +2

    Bax əla

  • @Sbir-kf5mn
    @Sbir-kf5mn 10 หลายเดือนก่อน

    Allah çənnəti məkan eyləsin dahi aktyorları

  • @sahinagalarov355
    @sahinagalarov355 ปีที่แล้ว +2

    Əla

  • @user-iv7zq4fp5b
    @user-iv7zq4fp5b ปีที่แล้ว +2

    Cox gozel alinib

  • @imrannurali3429
    @imrannurali3429 23 วันที่ผ่านมา

    Allah azerbaycan kino cenetcilerimize rehmet elesin. Bu filmi ceken operatorun deyesen operator senetinden xeberi yoxdur

  • @bextiyarnecebov4050
    @bextiyarnecebov4050 10 หลายเดือนก่อน +1

    2014 cü ildən sonra butun cətinliklər agir illər gəldi

  • @mahmutaliyev3112
    @mahmutaliyev3112 ปีที่แล้ว

    Heyf gül kimi aktyorlardan axmaq senaridir. Rejisor da kimdisə lap pis günə qoyub ifaları.

  • @user-cm6oc9fl3u
    @user-cm6oc9fl3u 2 ปีที่แล้ว +6

    Бахмага дейар