ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

İnzibati və Mülki Məhkəmə İcraatları Zamanı Ziddiyyətlər Necə Həll Olunmalıdır? - Nahid Tağıyev

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 เม.ย. 2021
  • 2020-2021-ci tədris ilinin növbəti hüquq müzakirə forumu 17 aprel 2021-ci il tarixində, saat 11:00-da “İnzibati və Mülki Məhkəmə İcraatları Zamanı Ziddiyyətlər Necə Həll Olunmalıdır?” mövzusunda, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü hüquqşünas Nahid Tağıyevin təqdimatında baş tutmuşdur.
    Hal-hazırda inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatını müəyyənləşdirmək və məhkəmə baxışının həyata keçirilməsi aktual mövzuya çevrilmişdir. Qeyd olunan məsələlərlə bağlı Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin kifayət qədər plenum qərarları mövcud olmasına baxmayaraq işə baxan hakimlər və vəkillər arasında çaşqınlıq halları hələ də davam edir.
    Forumun nəzəri hissəsində:
    -inzibati icraat və inzibati məhkəmə icraatının əsas prinsipləri,
    -inzibati orqan və inzibati aktın mahiyyəti,
    -inzibati məhkəmə icraatı ilə mülki məkhəmə icraatı arasındakı oxşar və fərqli cəhətlər,
    -hər iki məhkəmə icraatında sübut etmə yükü,
    -iddia müddətinin tətbiqi və məhkəmə aktlarından şikayət vermə qaydası barədə məlumat verilmişdir.
    Forumun praktiki hissəsində isə məhkəmədə işlərin hansı icraata aid olmasının müəyyən edilməsi, bununla bağlı təcrübədə yaranan problemlər, eyni zamanda icraatların müəyyən edilməsi ilə bağlı hakimlərin yol verdiyi səhvlər və mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin müvafiq qərarları ətrafında müzakirələr aparılmışdır.

ความคิดเห็น • 18

  • @nailaatrafigiyasi9314
    @nailaatrafigiyasi9314 3 หลายเดือนก่อน

    Allah Sizdən razı olsun!!!🧿🤲👌

  • @nazlializade3037
    @nazlializade3037 10 หลายเดือนก่อน

    Təşəkkür edirəm Nahid müəllim, növbəti dərs alaçağımız muhazirənizdə iştrak etmək ümüdi ilə....

  • @mubariz481
    @mubariz481 2 ปีที่แล้ว

    Təşəkkür edirəm.Ruslan Fehruzoğlu

  • @Alpino1409
    @Alpino1409 2 ปีที่แล้ว

    Çox gözel maariflendirme. Allah razı olsun! Teşekkürler!

  • @lalaabdurrahimova1938
    @lalaabdurrahimova1938 ปีที่แล้ว

    Çox sağ olun çox faydalı oldu🙏

  • @senan131
    @senan131 3 ปีที่แล้ว

    nahid müəllim Allah SİZƏ güc versin. ÇOX SAĞ OLUN

  • @senan131
    @senan131 3 ปีที่แล้ว

    sağ olun müəllim

  • @nuruehmedov7886
    @nuruehmedov7886 2 ปีที่แล้ว +1

    Çox sağ olun !
    Çox dəyərli verlişdi , çox dəyərli məsləhətlərdir !
    Təşəkkür edirik !

  • @fuadelizad5802
    @fuadelizad5802 3 ปีที่แล้ว

    Nahid muellim cox sagolun.

    • @fuadelizad5802
      @fuadelizad5802 3 ปีที่แล้ว

      Bele dersi izlememek olar? Gencler qedrini bilin

  • @k.rustamli3466
    @k.rustamli3466 3 ปีที่แล้ว

    Çıxarışın verilməsi öhdəliyin icrası haqqında iddiala aiddir və inzibati məhkəmədə baxılır. Çıxarışın ləğvi xüsusi hüququn predmetidir və rayon (şəhər) məhkəməsində baxılır.

  • @turkmuselman3025
    @turkmuselman3025 2 หลายเดือนก่อน

    Salam Qardaş mənə borclu olan adam xərçəng xəstəsidir onu mühakimə etmək olar. zəhmət olmasa saqolun

  • @TheUnknown-ts1xn
    @TheUnknown-ts1xn 3 ปีที่แล้ว +1

    Salam, Nahid müəllim. Sizinlə necə əlaqə saxlamaq olar? Əlaqə nömrəni varsa, xaiş edirəm yazardiz. Əmlaka dair sualım var və məsləhətə ehtiyacım var. Mübahisəli mənzil məsələsidir. Öncədən təşəkkür!

  • @sebineliyev871
    @sebineliyev871 2 ปีที่แล้ว

    Salam men bir soz size yazmaq isteyirem menimde mulki iwim var vekilde tutmuwam menim anam atam rehmata gedib ev dovlet evidi ne qardawimin adinadi nedeki menim adimadi ev rehmatlik anamin adinadi mehkamaler meni surundurur bizim munaqiwemiz olub qardawimla deyiermki mena duwan pay ayirlsin hakimde deyirki bu alinmir biz dovlet evini bole bilmirik men qalmiwam colde xaiw edirem bunun haqda mena bir soz deyin

  • @musennifilyasov7442
    @musennifilyasov7442 ปีที่แล้ว

    177.2.1_177.2.3 maddə olduğu halda şikayət geri alinsa ogurlan 600manati deymis ziyanda odense en yunqul caza ne olar

  • @nuruehmedov7886
    @nuruehmedov7886 2 ปีที่แล้ว

    Müəllim , sizinlə necə əlaqə yaratmaq olar ?

  • @user-vb3mm2il5g
    @user-vb3mm2il5g 2 ปีที่แล้ว

    Bu vekili nece tapmaq olar? Menim bir suvalim var

  • @rustemovarustemova9776
    @rustemovarustemova9776 ปีที่แล้ว

    Apelyasiya uduzuludugu halda Ali mehkemeye wikayet etmek olarmi