Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə-Fərahim Hüseynzadə

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • 2020-2021-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 10 aprel 2021-ci il tarixində, saat 11:00-da “Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə” mövzusunda, Bakı Dövlət Universitetinin bakalavr, Renmin Universitetinin magistr məzunu, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq məsləhətçisi, Bakı Dövlət Universitetinin Korporativ Hüquq və İdarəetmə fənni üzrə müəllimi, doktorant Fərahim Hüseynzadənin təqdimatında baş tutmuşdur.
    Forumun nəzəri hissəsində çirkli pulların yuyulması (PL), terrorçuluğun maliyyələşdirilməsi (TM), kütləvi qırğın silahlarının anlayışı və sözügedən anlayışların hüquqi sənədlərdə təsbiti, eləcə də beynəlxalq səviyyədə maliyyə cinayətləri ilə mübarizə tədbirləri, maliyyə institutlarının PL/TM mübarizə sahəsindəki rolu və risk əsaslı yanaşmanın tətbiqinə dair mövzular barədə məlumat verilmişdir.
    Forumun praktiki hissəsində isə eyniləşdirmə tədbirlərinin həyata keçirilməsinə və şübhəli əməliyyatların maliyyə institutları tərəfindən bildirilməsinə dair yerli və beynəlxalq hüququn normalarının tətbiqi imkanları ətrafında müzakirələr aparılmışdır.

ความคิดเห็น • 1