Samir Salayev - KURİKULUMda Açıq dərs - "İdeal" İcmal necə olmalıdır? (Fəal dərsin mərhələləri)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Kurikulum təhsil proqramında müəllimləri xüsusilə Açıq dərslərə hazırlaşarkən ən çox maraqlandıran mövzu: "İdeal" İcmal necə olmalıdır?
    @Lənkəran Dövlət Universitetinin və @Elm Tədris Akademiyası hazırlıq mərkəzinin Kurikulum müəllimi Samir Salayev hər hansı bir fəndən icmalın əsasını təşkil edən "Məqsədin müəyyən olunması"nı və həmin məqsədə çatmaq üçün "fəal dərsin 7 ardıcıl mərhələsi"ni təşkil etməyin əsas qaydalarını izah edir. Ümid edirik ki, faydalı olacaqdır!
    Müəlliflə əlaqə saxlamaq üçün : 050 419 02 99.
    Əlavə qeydlər:
    Fəal dərs və ya interaktiv təlim elə təlimə deyilir ki, dialojidir, yəni müəllim və şagird arasında qarşılıqlı ünsiyyət mövcuddur və fəal idrak prinsipinə əsaslanır. Təlim boyunca idrak fəallığının yüksək tutulması şərtdir.
    Müasir təhsil sistemində fəal dərsin 7 mərhələsi vardır:
    1. Motivasiya mərhələsi;
    2. Tədqiqatın aparılması mərhələsi;
    3. Məlumatın mubadiləsi;
    4. Məlumatın müzakirəsi;
    5. Ümumiləşdirmə və nəticənin çıxarılması;
    6. Produktiv tətbiqetmə;
    7. Qiymətləndirmə və refleksiya;
    1. Motivasiya mərhələsi.
    Motivasiya istənilən fəaliyyətə maraq oyatmaq deməkdir. Motivasiya mərhələsi şagirdlərin idrak fəallığını oyatmağa xidmət edir. Bu mərhələdə müəllim çalışır ki, şagirdləri düşündürsün, düşünən şagirdləri isə danışdırmaqla dərsə cəlb etsin. Motivasiyanın qurulması üçün nəzərə alınmalı vacib amil dərs zamanı hansı bilik və bacarıqlar öyrəniləcəksə, onların real həyatla əlaqələndirilməsidir. Belə olduqda fəaliyyət həm daha maraqla qarşılanır, həm də hər bir şagird (az oxuyan, çox oxuyan fərqi yaranmadan) prosesə aktiv qoşula bilir. Motivasiya qurmaq yolları aşağıdakılardır:
    əyani vəsaitlərdən istifadə etmək (şəkillər, karikaturalar, videolar və s.);
    hekayə oxumaq (şagirdlər dinlədikdən sonra hekayəyə aid suallara cavab verirlər);
    açıq tipli suallar vermək;
    içərisində bir neçə səhv olan əsərin təqdimatı (şagirdlər səhvi tapmalı olur); və s.
    Motivasiya mərhələsində müəllimin buraxdığı səhvlər:
    Çoxlu cavabları olan sual əvəzinə bir cavabı olan sual vermək;
    Şagirdlərdə coşqu yaratmağı hədəf seçərək oyunlar keçirmək;
    Əyləncəli və ya qeyri-adi informasiyalardan istifadə etməklə qurmaq;
    Həyati əhəmiyyətli problem qoymamaq; və s.
    Müəllim əmin olmalıdır ki, sinifdəki bütün şagirdlər motivasiya mərhələsində cəlb olunub. Onların hər birinə eyni səviyyədə diqqət göstərilməlidir. Şagirdlər səhv fikir deməkdən qorxmamalıdırlar. Bunu psixoloji dəstəklə həll etmək lazımdır. Şagirdlər yaradılan şəraitdən istifadə edərək rahat, sərbəst şəkildə fikirlər bildirməlidirlər. Adətən bu seansın sonlarına yaxın şagirdlərin fikirləri dərsin əsas mövzusundan yayınmağa doğru gedir. Bu zaman müəllim fəallıqlarına görə sinifə təşəkkür etdikdən sonra deyir ki, “İndi isə bu suala cavab axtaraq” və lövhəyə tədqiqat sualını yazır. Beləliklə, motivasiya mərhələsi başa çatır.
    2. Tədqiqatın aparılması mərhələsi
    Tədqiqat sualının düzgün seçilməsi olduqca vacibdir, çünki tədqiqat sualı dərsin sonuna qədər şagirdə “yol göstərən ulduz” olur. Şagird onun iziylə gedir və yeni bacarıqlar qazanır. Tədqiqat sualı elə qoyulmalıdır ki, onun cavabı birbaşa mövzunun içində olmasın. Şagird mövzunu araşdırandan sonra qazanacağı yeni təcrübələrindən istifadə edərək tədqiqat sualının cavabını tapmalıdır. Tədqiqat sualının cavabını tapan şagird təlimin məqsədinə uyğun yetişmiş şagird olur. Tədqiqatın aparılması mərhələsində müəllimin bir neçə vacib vəzifələri vardır:
    Tədqiqata ayrılan vaxtı elan etməlidir;
    Qiymətləndirmə meyarlarını elan etməlidir;
    Tədqiqat üçün mənbələri elan etməlidir. ( Kitabxana, internet linki və əgər bu mənbələr taplmazsa ən minimal mənbə kimi dərslik);
    Tədqiqatın aparılmasına şərait yaratmalıdır;
    Əgər yuxarıdakı vəzifələr yerinə yetirilməzsə müəllimin səhvi sayılar.
    3. Məlumatın mübadiləsi mərhələsi
    Tədqiqata ayrılan vaxt bitdikdən sonra müəllim bir-bir şagirdlərə yaxınlaşıb onların tədqiqat sualıyla bağlı düşüncələrini soruşur. Bu zaman “bütün şagirdlər müəllimə baxır”, çünki şagirdlər yalnız müəllimə öz fikirlərini bildirirlər. Bu zaman mübadilə ona deyilir ki, bir şagird öz düşüncəsini deyirsə, digər şagirdlər də bu yeni düşüncəni duymuş olur. Bir sözlə, 20 nəfərlik sinifdə bir şagird öz fikrini deyir, əvəzində 19 şagirdin düşüncələrini də dinləmiş olur. Buna mübadilə deyilir. Bu mərhələdə deyilən bütün fikirlər növbəti mərhələ üçün güclü faktlar yaratmış olur. Bu mərhələdə müəllim şagirdin fikrini olduğu kimi, dəyişmədən qəbul etməlidir. Şagirdin fikrinə düzəliş etmək qadağandır. və s....
    .........
    Daha 4 mərhələmiz var. Onları videoda izah etmişəm. Amma hərf limitinə görə bütün məlumatı burada yerləşdirə bilmədim. Bu məlumatlar daha geniş və aydın formada bizim vəsaitdədir! (050 419 02 99)
    Telegram kanalımızda da çoxlu faydalı paylaşımlar edirik: t.me/kurikulum...
    Diqqət!
    Əgər Videonu bəyəndinizsə belə videoların hazırlanması üçün mənə "Virtual Kofe alaraq" dəstək ola bilərsiniz: kofe.al/@samir...

ความคิดเห็น • 94

  • @RufanaQurbanova11.
    @RufanaQurbanova11. 2 ปีที่แล้ว +30

    Kurikulumu effektiv öyrədən yeganə müəllim. Digər müəllimlərin həmişə ötüb keçdiyi məqamları izah edirsiniz 👍👍👍

  • @gulnarzeynalova6102
    @gulnarzeynalova6102 ปีที่แล้ว +4

    Mən hələ belə aydın,səlis izah görməmişdim, təşəkkürlər sözün əsl mənasında bütün qaranlıqları nura boyadınız,ƏHSƏN!

  • @ziyadabbasov7772
    @ziyadabbasov7772 ปีที่แล้ว +5

    Çox təlimlərdə olmuşam.İlk dəfə fəal dərsi anladım.Afərin, Samir müəllim

  • @sevincsadiyeva7674
    @sevincsadiyeva7674 ปีที่แล้ว +1

    Salam.Çox sağ olun.İzahlarınız çox gözəldir.Ən dəqiq məqamları başa saldınız. Allah razı olsun, sizdən.

  • @bakcell8839
    @bakcell8839 ปีที่แล้ว +8

    Əla! Müəllimin nitqi belə olmalıdır.

  • @SamsungA-bf4wj
    @SamsungA-bf4wj 2 ปีที่แล้ว +7

    Bir sözlə kurikulumun ən sadə dildə izahı Samir müəllimin peşəkarlığı və özünə məxsus öyrətmə metodlarının təzahürüdür.Əməyinizə sağlıq dəyərli pedaqoqumuz.

  • @RN-1984
    @RN-1984 ปีที่แล้ว +1

    Sizə çox təşəkkür edirem,aydın ve geniş izahınızdan çox şey öyrendim,bugün açıq dersimi sizin qiyabi kömeyinizle qurdum,çox yaxşı alındı.Minnetdaram size.

  • @elcanabisov1983
    @elcanabisov1983 ปีที่แล้ว +6

    Ən yüksək səviyyədə izah edirsiniz müəllim, var olun

  • @aynurhesenova901
    @aynurhesenova901 ปีที่แล้ว +5

    İcmal yazırdım.Yadıma düşdü ki,bu videonu izləməli idim.Qələmi qoyub,videonu izləməyə başladım.Gözəl izah etmisiniz, müəllim.

  • @naranr8903
    @naranr8903 2 ปีที่แล้ว +5

    Allah var eləsin sizi gözəl pedaqoq. Çox kömək elədiz bu video ilə

  • @eminhuseynov8386
    @eminhuseynov8386 ปีที่แล้ว +1

    Salam müəllim.Çox gözəl və geniş izah etdiz.Sağ olun

  • @FidanShahmarova-jt4ox
    @FidanShahmarova-jt4ox ปีที่แล้ว +2

    Mükəmməl izah. Maşallah. Allah razı olsun. Allah sizi qorusun.

  • @vusalfrzullayeva8226
    @vusalfrzullayeva8226 2 ปีที่แล้ว +10

    Samir müəllim əsl pedaqoqdur, Allah elminə bərəkət versin amin.Derslərində şəxsən iştirak etmişəm, bütün insani keyfiyyətləri özündə birləşdirir.İlkin müəllimi də ,Babaxan müəllimi də salamlayiram.
    Xahis edirəm qiymətləndirmədən də söz acin

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  2 ปีที่แล้ว +1

      Minnətdaram müəllimə. Qiymətləndirmə haqqında da video yerləşdirmişəm artıq

  • @sevdakazmova7766
    @sevdakazmova7766 ปีที่แล้ว +2

    Həyat bilgisi dərsin keçərkən motivasiya sualı maraqlı olur. Həyati suallar çox maraqlı olur və çox variantlı olur

  • @severismayilova
    @severismayilova ปีที่แล้ว +1

    Geniş urekden izah etdiyinizə görə minnetdariq

  • @nzaktliyeva5728
    @nzaktliyeva5728 ปีที่แล้ว +1

    Samir müəllim, möhtəşəm izah. Çox sağ olun. Videolarınız davamlı olsun... Gözləyirik...

  • @gunelquliyeva4377
    @gunelquliyeva4377 ปีที่แล้ว +1

    Çox sağ olun,gözəl müəllim və insan.

  • @gulrgurbanova4651
    @gulrgurbanova4651 5 หลายเดือนก่อน +1

    Təşəkkür, Samir müəllim
    aydın izaha görə

  • @minaysfrova3482
    @minaysfrova3482 หลายเดือนก่อน

    Çox sağ olun aydın izahınıza görə

  • @MehmanAbdürrəhimov
    @MehmanAbdürrəhimov 5 หลายเดือนก่อน

    Allah razı olsun.Çox gözəl oldu.

  • @nigaraslanova_84
    @nigaraslanova_84 ปีที่แล้ว +1

    Təşəkkürlər mənim üçün çox faydalı oldu

  • @revaneqafarl
    @revaneqafarl ปีที่แล้ว +2

    Cox sagolun bu nece gozel izahdir😊

  • @agayevailahe7074
    @agayevailahe7074 ปีที่แล้ว +2

    Təkrar-təkrar baxıram,qulaq asıram doğurdan da müəllimin izahı yüksək səviyyədədir,belə də olmalıdır .Müəllim olduqca savadlıdır dərsində iştirak etmişəm.Nəsə başa düşməsək də günahı özümüzdə görməliyik

  • @imartslimova6510
    @imartslimova6510 ปีที่แล้ว +2

    SUPER SADƏ İZAH...
    👍👏👏🤲

  • @ulkrliyeva2079
    @ulkrliyeva2079 4 หลายเดือนก่อน

    Çox sağ olun Samir müəllim😊😊

  • @zaminliyev8826
    @zaminliyev8826 2 ปีที่แล้ว +4

    Çox sağol Samir müəllim

  • @sdaqtnsirova2677
    @sdaqtnsirova2677 9 หลายเดือนก่อน

    Çox gözəl, mükəmməl izah, çox sağ olun

  • @nicatquluzade
    @nicatquluzade 2 ปีที่แล้ว +5

    Mükəmməl izah.

  • @seyyarhesenov1814
    @seyyarhesenov1814 ปีที่แล้ว

    Samir müəllim Gözəl izaha görə sizə minnətdarlığımı bildirirəm

  • @Sevincİbadova-l2n
    @Sevincİbadova-l2n 5 หลายเดือนก่อน +1

    Nitqiniz əladır

  • @umid_sonda_olur
    @umid_sonda_olur 2 ปีที่แล้ว +5

    Bizim Samir müəllim sayənizdə kurrikulumu sevdim

  • @QanboyEmrahl-ml3me
    @QanboyEmrahl-ml3me ปีที่แล้ว

    Sağolun müəllim Allah sizdən razı olsun

  • @mohteremmemmedova8287
    @mohteremmemmedova8287 ปีที่แล้ว +1

    Allah razı olsun Sizdən

  • @sabireqasimova7126
    @sabireqasimova7126 ปีที่แล้ว

    Çox sağ olun.Təşəkkür edirəm.

  • @DenizFerideözdinç
    @DenizFerideözdinç 2 ปีที่แล้ว +3

    Təşəkkürlər müəllim👏👏👏

  • @FerhadEhmedov-x8h
    @FerhadEhmedov-x8h ปีที่แล้ว +1

    Çox sağ olun,müəllim

  • @nuridliyeva3584
    @nuridliyeva3584 ปีที่แล้ว

    Təşəkkürlər Samir müəllim

  • @agayevailahe7074
    @agayevailahe7074 ปีที่แล้ว +1

    Sizə təşəkkürümü bildirirəm belə savadlı,dəqiq izaha görə

  • @SefeqKerimova-p2h
    @SefeqKerimova-p2h ปีที่แล้ว

    Çox sağ olun ,müəllim əla izzah üçün

  • @remziyye_ehmedova13
    @remziyye_ehmedova13 หลายเดือนก่อน

    👏👏💙

  • @TelmanChess
    @TelmanChess ปีที่แล้ว +2

    👍

  • @ResadEyvazov-ff8ui
    @ResadEyvazov-ff8ui ปีที่แล้ว

    Təşəkkürlerrr,müellim.

  • @samireibrahimova2614
    @samireibrahimova2614 ปีที่แล้ว +1

    SUPER izah.

  • @naxcivan5196
    @naxcivan5196 ปีที่แล้ว

    Teşekkür muellim🎉🎉🎉🎉

  • @vahidaga2718
    @vahidaga2718 2 ปีที่แล้ว +3

    👏👏👏

  • @rfsafarli1996
    @rfsafarli1996 8 หลายเดือนก่อน

    Çox sagolun

  • @terlanzeynalov8928
    @terlanzeynalov8928 ปีที่แล้ว

    Təşəkkürlər👏👏👏

  • @oktaymemmedov4579
    @oktaymemmedov4579 ปีที่แล้ว

    Təşəkkürlər

  • @ibrahimmirze8435
    @ibrahimmirze8435 ปีที่แล้ว

    Sağ olun.

  • @agahesenbunyatzade6265
    @agahesenbunyatzade6265 ปีที่แล้ว

    Çox sağolun müəllim

  • @Lachicarefinada
    @Lachicarefinada ปีที่แล้ว

    Təşəkkür edirəm ,müəllim.mən çox çətinlik çəkirdim dərsin mərhələlərini əlaqələndirdikdə.indi isə sayənizdə çix,qaranlıq məqamları anladım.fəxr etdim azərbaycan təhsilində sizin kimi dəyərli mütəxəssiz,vardır.işlərinizdə uğurlar arzulayıram🌷

  • @elvinmuellim14
    @elvinmuellim14 10 หลายเดือนก่อน

    👏

  • @kemalefetullayeva4509
    @kemalefetullayeva4509 ปีที่แล้ว

    Ehsen menim muellimime👍👏👏

  • @TelmanChess
    @TelmanChess ปีที่แล้ว +1

    Əla

  • @AynurThmzov
    @AynurThmzov ปีที่แล้ว +3

    MASALLIDAN SALAMLAR.TƏHMEZOVA. A.MÜDAVİMİNİZ

  • @agahesenbunyatzade6265
    @agahesenbunyatzade6265 9 หลายเดือนก่อน

    Çoox sağolun

  • @sinanalzad5790
    @sinanalzad5790 ปีที่แล้ว

    Coox sag olun

  • @pinterstcooking
    @pinterstcooking ปีที่แล้ว

    tesekkurler mllm

  • @mohteremmemmedova8287
    @mohteremmemmedova8287 ปีที่แล้ว

    Minnətdarıq

  • @Rqsnqlyva_1981
    @Rqsnqlyva_1981 ปีที่แล้ว +1

    Salam müəllim bes meyni mövzunu sagird ne vaxt oxumalidir

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  ปีที่แล้ว

      Salam. Tədqiqatın aparılması mərhələsində müəllim minimum mənbə kimi dərslikdəki mövzunu təqdim edir. Şagird dərslikdəki mövzunu bu mərhələdə oxuyur, növbəti mərhələlərdə isə dərk edir.

  • @patriotpatriot2980
    @patriotpatriot2980 11 หลายเดือนก่อน

    Bu mərhələlərin vaxtini istədiyimiz kimi ,təbii ki,qanuna uygun səkildə bülüb hər mərhələnin qarsisinda yazsaq,olarmi?

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  10 หลายเดือนก่อน

      Salam, əlbəttə. Bu 7 mərhələ öyrətmə prosesinin qızıl qaydasıdır. Əsas odur 7 mərhələ və vəzifələr yerində olsun. Vaxtı da öz fəaliyyətinizə uğun elə bölün ki, bütün mərhələlər həyata keçirilə bilsin.

  • @musamuslumov9989
    @musamuslumov9989 ปีที่แล้ว +1

    Salam.Açıq dərsin icmalı ilə gündəlik icmalın arasında hansı fərq olur.?

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  ปีที่แล้ว

      Salamlar. Xeyr fərq yoxdur. Yeganə fərq odur ki, "Qapı hamıya açıq olur." və həmin dərsin icmalını məktəb sənəd kimi özündə saxlaya bilər

    • @musamuslumov9989
      @musamuslumov9989 ปีที่แล้ว

      @@KurikulumSamirSalayev çox sağ olun

  • @leylaaydinova-kn3gs
    @leylaaydinova-kn3gs ปีที่แล้ว +1

    Təşəkkür edirəm.Müəllim,dərsi ev tapşırığını yoxlamaqla başlamaq olar?

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  ปีที่แล้ว

      Salam, əgər yeni dərs üçün düşündüyünüz dərsin 7 mərhələsinə xələl gətirməyəcəksə olar. Amma əksər hallarda alınmır.

  • @leilamustafazade6092
    @leilamustafazade6092 ปีที่แล้ว +1

    Salam,sinifdə şagird sayı azdırsa yaradıcı tətbiqetməni qrup işi kimi vermək nöqsan sayılır? Kömək olsanız çox sevinərdim

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  ปีที่แล้ว

      Salam. Bu sinifin səviyyəsinə görə müəyyənləşir. Şagird sayı azdırsa cəmi 2 qrup yaradın.

  • @tehminekerimova7577
    @tehminekerimova7577 ปีที่แล้ว +1

    Mən çox müəllim dinləmişəm bu qədər bəyəndiyim olmayıb

  • @Rqsnqlyva_1981
    @Rqsnqlyva_1981 ปีที่แล้ว

    Hansı merhelede

  • @serdareliyev5633
    @serdareliyev5633 ปีที่แล้ว

    Sağ olun məllim 20 şagird olan sinifdə bu dediklərinizi 45 dəqiqəyə sığışdırmaq olmur axı?

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  11 หลายเดือนก่อน

      Salam. Qiymətləndirməni qrupla etdikdə vaxt çatır. Buna dair təcrübələr etmişik. Əla alınıb. Sadəcə icmalı qurarkən həmin sinifin səviyyəsini mütləq nəzər almalıyıq ki, həmin sinifdə dərs zamanı uyğunsuzluq yaşamayaq.

  • @ayselcamalova3690
    @ayselcamalova3690 ปีที่แล้ว

    Salam Samir muellim,kolleclerde ve ya 90deqiqlelik derslerde ders bolgusu hansi qaydada aparilir?ve kurikulumdan universitet ve kolleclerde de istifade edilir?

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  ปีที่แล้ว

      Salam. Xaricdə, məsələn Amerikanın özündə "Ali məktəb kurikulumu" tətbiq olunur. Bizdə hələ orta məktəb səviyyəsində tətbiq olunur. Zənnimcə zaman-zaman bütün digər səviyyələrədək tətbiq olunacaq.

    • @ayselcamalova3690
      @ayselcamalova3690 ปีที่แล้ว

      @@KurikulumSamirSalayev Salam,cavabladiginiz üçün təşəkkür edirəm,bəs 90deqiqelik dərs necə bölüşdürülür?

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  ปีที่แล้ว

      @@ayselcamalova3690 onun da mərhələləri vardır. Magistr oxuyan tələbələrə tədris olunur. Amma kurikulum kimi deyil hazırda.

  • @aisesultan8161
    @aisesultan8161 ปีที่แล้ว

    Salam,ibtidai sinif ucun icaml yasmagi mənə komək edə bilərsinizmi?

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  ปีที่แล้ว

      Salam. Yönləndirə bilərəm, tələbələrim yardım edə bilər.

  • @tomahsnli9978
    @tomahsnli9978 2 ปีที่แล้ว +1

    Yenini təbliğ etmək üçün köhnəni baltalamaq prinsip halına gəlib.
    Köhnə dərslə bağlı dedikləriniz yanlışdır...Heyif ki, burada açıqlamaq imkanım yoxdur...
    Bu mərhələlər hamısı keçmiş sistemdə də vardı və adları da fərqli.
    Məs..Problemin qoyuluşu mərhələsi bu gün"Tədqiqat sualı" adlanır..
    Nə isə..şou davam edir...

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  2 ปีที่แล้ว

      Salam, fikirləriniz üçün minnətdaram. Əvvəlki dövrdə 5 mərhələ vardı. Mövzular da, məqsədlər də o 5 mərhələ ilə tam ifadə oluna bilirdi. Hazırda məqsədlər dəyişilib, mövzudan dha çox resurs kimi istifadə olunaraq əsas bacarıq öyrədilir. Bir sözlə əvvəlki illərdə olan qaydalarla müasir dərsi keçmək mümkün deyil. Hər bir dövrün öz şərtləri olur. İndiki sistem təhsilin dəyişməsi deyil, təkmilləşməsidir. Bir daha təşəkkür edirəm. Müzakirəyə hər zaman açığam. Nömrəm var videoda.

  • @dovletseyidov729
    @dovletseyidov729 ปีที่แล้ว +1

    Refleksiyanı izah etmədiniz.Sadəcə ümumi şəkildə üstündən keçdiniz.

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  ปีที่แล้ว

      Salam. Diqqətiniz üçün təşəkkür edirəm. Refleksiya sonda "Şagird dərsin bütün mərhələlərini dərk edibmi?" sualını araşdırmaq üçün metodları əhatə edir. Suallar verməklə bunu yoxlayırıq. Ümid edirəm material az da olsa faydalı olmuşdur.

  • @gunaygun2622
    @gunaygun2622 ปีที่แล้ว +1

    Refleksiya nedi hec duz emelli basa salmir.kitab dili ile mende bilirem de

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  ปีที่แล้ว

      Zəhmət olmazsa 0504190299 nömrəmizə yazın, refleksiya mərhələsi ilə bağlı yeni izahları da təqdim edim. Minnətdaram

  • @ismayilceferov6789
    @ismayilceferov6789 ปีที่แล้ว

    Tədqiqat suali olmur?

    • @KurikulumSamirSalayev
      @KurikulumSamirSalayev  ปีที่แล้ว

      Salamlar. "Tədqiqat sualı" mərhələsi yoxdur. Tədqiqat sualı Motivasiyanın sonunda elan olunur. Ardınca "Tədqiqatın aparılması" mərhələsi başlayır.

  • @minaysfrova3482
    @minaysfrova3482 หลายเดือนก่อน

    Çox sağ olun aydın izahınıza görə

  • @baak2904
    @baak2904 ปีที่แล้ว

    👍