Əhməd Cəmil - “Can nənə, bir nağıl de” - Kamran M. YuniS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Əhməd Cəmil - “Can nənə, bir nağıl de”
    Bəstəkar - Vasif Adıgözəlov - " Şərikli çörək "
    Ay nənə, bir nağıl da de!
    - Ömrüm-günüm, yat daha,
    Hamısını indi desəm, nağıl qalmaz sabaha.
    - Can nənə, de birini də.
    - Ağrın alım, sözə bax.
    Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
    Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
    Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
    Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
    - Qar yağırmı?
    - Elə yağır… sazaq qılınc tək kəsir…
    Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
    Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.
    Nənə yığır düyünçəyə iynəsini, sapını,
    Külək hərdən taqqıldadır pəncərəni, qapını.
    Körpə çəkir təzə, güllü yorğanını üzünə,
    Gözlərini yumur… amma yuxu getmir gözünə.
    - Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
    - Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur..
    Bir gizilti duyur uşaq vücudunda bu ara,
    Həsrət qonan gözlərini zilləyərək divara,
    Çarpayının baş ucunda öz əliylə asdığı
    Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…
    - Bəs ay nənə, atam indi haradadır, görəsən?!
    - Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
    - Axı, nənə, heç demirsən atam haçan gələcək,
    Indi onu səngərdə bəs üşütmürmü qar, külək?
    - Ömrum-günüm, körpə quzum, qurban olum adına,
    Niyə köks ötürürsən o düşəndə yadına?
    Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
    Deyir oğlum darıxmısan, görüşərik bu bahar.
    Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,
    Qaranquşla bir zamanda qayıdaram kəndə mən…
    Heç darıxma, dərdin alım, atan gələr, o zaman
    Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!
    Di yat, indi gecə keçir…
    - Onda, nənə, ay nənə!
    Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
    - Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,
    Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
    Mən eyvana xalı sallam, anan evi bəzəyər,
    Ey qadası süfrə açar, qohum-qonşumuz gələr.
    Sən atanı qucaqlar, üz-gözündən öpərsən,
    Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…
    Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,
    Öpdü onun xəyalını indi özgə bir aləm;
    Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
    Qucaqladı atasını, sonra kimsə çaldı saz…
    Körpə özü hiss etmədən, onu yuxu apardı,
    Çöldə isə bütün gecə külək tufan qopardı.

ความคิดเห็น • 134

  • @osedovsamil7976
    @osedovsamil7976 2 ปีที่แล้ว +9

    Uşaq olub nağıllara qulaq asmaq istəyirəm.Qayğısız dünyadan xəbərsiz.....

  • @36-ML-646
    @36-ML-646 ปีที่แล้ว +9

    40 yaşım var bu şeiri orta məktəbdə oxumuşam hələdə yadımdan çıxmayıb.indi qulaq asdım kövrəldim məni uşaqlığıma apardı.

  • @dogruyol6251
    @dogruyol6251 3 ปีที่แล้ว +13

    Şəhid balalarina sonsuz sebr dileyirem! Heyat cox cetindir, yasamaq cox cetindir!

  • @narmobilebakcell418
    @narmobilebakcell418 3 ปีที่แล้ว +14

    Elə bil bu günümüzə yazılıb Şəhid balalarının nağılı necə kövrəltdiz məni bütün həyatım fırlandı gözümdə😢😢😢😢😢😢😢yerə döşək salıb cərgə ilə yatardığ bütün xala uşağı əmi uşağı ahh həyat 😢😢😢

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 3 ปีที่แล้ว +12

    QARABAĞ MÜHARİBƏSİ BAŞLANAN İLK GÜNDƏN BU Ş'ER AĞLIMDA İDİ. AMMA BİLMİRƏM NİYƏ? BİRDƏ UŞAQLIQ İLLƏRİMDƏN TA BU GÜNƏ KİMİ SEVDİYİM Ş'ER. ÇOX SAĞ OLUN. USTAD!

  • @seyidmuxtarmirmanafov9486
    @seyidmuxtarmirmanafov9486 3 ปีที่แล้ว +15

    Nenelerim düşdu yadima. Geceler üstü aciq yatanda a bala -a bala deyib ustumu örterdi yorganla. Nevelerine ağzi dolusu duaçiydilar. Etdikleri duali sesleri yadima duşdu. Allah butun nenelere Rehmet elesin. Can ay nene can

    • @yeganequliyeva664
      @yeganequliyeva664 3 ปีที่แล้ว +2

      Amin! Amin! 🙏

    • @nezaketletifova1118
      @nezaketletifova1118 3 ปีที่แล้ว +2

      Amin!

    • @narmobilebakcell418
      @narmobilebakcell418 3 ปีที่แล้ว +1

      Allah rəhmət eləsin nənə babalarımıza nənəmin evinin ğz ətri vardı heç yerdə olmayan ətri lavaş turşusu baton konfetləri necə dadlı idi😢

  • @ranababanli4535
    @ranababanli4535 3 ปีที่แล้ว +30

    " BES AY NENE ATAM NE VAXT GELECEK? " 😔 Bu sozleri,cumleleri nece- nece ovlad deyir her gece nenelere ! 😥 Allah! Vetenimizin her bir ovladini ata-ana nefesi ile boyumesine komek ol! Her bir gence ovladlarinin xeyirli gunlerini gormeyi nesib eyle,Allah!
    Kamran bey! Oqlum! Allah kovrek sesine quvvet versin,kovrek ureyimi bowaltdim. Var ol,oqul!

  • @axireheyderova7603
    @axireheyderova7603 3 ปีที่แล้ว +13

    Bizi haralara apardiz,Var olun!

  • @esmirakrimova1315
    @esmirakrimova1315 3 ปีที่แล้ว +7

    Dinledikce gozum onunde canlandirdigim....seirlerdendi..

  • @hikmethuseynov9812
    @hikmethuseynov9812 2 ปีที่แล้ว +5

    Bu şeiri elə gözəl oxudunuz ki gözlərim doldu.

  • @Shahlapasha.
    @Shahlapasha. 9 หลายเดือนก่อน +5

    Allah bŭtŭn ata yolu gözləyən balaların səsini eṣitsin, ṣəhid balalarına da səbr versin...🙏🏻

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 ปีที่แล้ว +9

    Soyuq bir Qış gecəsində, isti nəfəsinizdə, səsinizdə səslənən duyğulu, təsirli nağılı dinləməmək günah olar!❤️

  • @nurcahan6353
    @nurcahan6353 3 ปีที่แล้ว +9

    Can Nənə bir nağıl danış....😘

  • @lolaazeri3917
    @lolaazeri3917 3 ปีที่แล้ว +24

    Uşaqlıgımıza apardınız .
    DƏYƏRLİ səsinizlə,ifanızla .
    Ürəyinizə sağlıq DƏYƏRLİ SƏNƏTKARIMIZ.

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 ปีที่แล้ว +4

      Cüməniz mübarək əzizim 🌹🌺

    • @lolaazeri3917
      @lolaazeri3917 3 ปีที่แล้ว +2

      @@yaqutosmanl5593Əziz olasınız daima Yaqut xanım💐Gümləmizin mübarək olsun.

  • @c-r.celilabad
    @c-r.celilabad 2 ปีที่แล้ว +3

    Buna gərək gözlərini yumub satitcə dinləyəsən ki, tam orda olasan deyə
    Səsinə bərəkər gözəl insan gözəl sənətkar

  • @narmobilebakcell418
    @narmobilebakcell418 3 ปีที่แล้ว +5

    Ən çox sevdiyim şerdi uşaqlığım gəldi göz önümə heyiff o günlərdən qayğısızz uşaqlığımız😞😟😔

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 ปีที่แล้ว +12

    Bəh! Bəh! Gecəmizin Möhtəşəmliyi! ❤️❤️

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 ปีที่แล้ว +1

      Xeyirli sabahlar gözümün nuru. Xeyirli cumələr 🌸🙏🌹🌸💐🌺

    • @yeganequliyeva664
      @yeganequliyeva664 3 ปีที่แล้ว +1

      @@yaqutosmanl5593 Sabahınız xeyir olsun gözəl Anamız! 🌹🌹🌹

  • @ulviyyehacili6232
    @ulviyyehacili6232 3 ปีที่แล้ว +8

    Uşaqlığım məktəb illərim yadıma düşdü birdə şəhid övladları çox üzüldüm ifanız həzin səsiniz və bir də musiqi

  • @zehracebiyeva8312
    @zehracebiyeva8312 2 ปีที่แล้ว +3

    Eh hani o neneler hani o werler ewidende uwaqligim canlandi cox sagol allah razi olsun

  • @tamerlanqafarli6513
    @tamerlanqafarli6513 3 ปีที่แล้ว +4

    Uşaqlıq, rəhmətlik müəlliməm bunu elə maraqla danışmışdıki bizə:(

  • @sevincabbasova7122
    @sevincabbasova7122 3 ปีที่แล้ว +9

    Ürəyim sızladı. Uşaq vaxtı oxuduğumuz indiki zamana yazılıbmış. Allah sizdən razı olsun. Allah şəhidlərə rəhmət eləsin.😢😢😢

  • @nurayadilova277
    @nurayadilova277 3 ปีที่แล้ว +7

    En sevdiyim seirlerden biri.
    Tesekkurler size

  • @cimnazbabayeva5569
    @cimnazbabayeva5569 3 ปีที่แล้ว +6

    Gözəl şer gözəl ifa Əhsə n

  • @aygunhazretova8032
    @aygunhazretova8032 2 ปีที่แล้ว +7

    Məktəbi bitirdiyim 20 ildi hələ bu şeir yadimadi
    Ehhhh o zamanlar ...

  • @konulhacibalayev6192
    @konulhacibalayev6192 3 ปีที่แล้ว +5

    Hamımızın eşitmek istediyimiz bir naqıl var...

  • @sardarbabayev2127
    @sardarbabayev2127 3 ปีที่แล้ว +5

    Ne gözel zamanlar var idi ilahi.!
    O nağıllarla böyüdük.Neneler,Babalar olan evde ruzi bereket olur.
    Amma indi neve var ki,neneni tik toka qoyub baxış sayı toplayır.
    Çox saqolun Kamran bey,eziz insan.Allah sizi Azerbaycanımıza çox görmesin.🇦🇿🇹🇷✊✌️
    Her sabahlarınız xeyirle,sağlıqla,bol ruzi bereketle açılsın dostlar.

  • @Nurynsyns
    @Nurynsyns ปีที่แล้ว +2

    Bu şeiri əzbərləyəndə bilməzdimki bir zaman gələcək o günlər üçün darıxacam. Allah sənə rəhmət eləsin mənə hər gecə nağıl oxuyan nənəm🙏 özün də getdin, o nağılları da apardın

  • @mubarizmemmedov6532
    @mubarizmemmedov6532 3 ปีที่แล้ว +13

    Təşəkkür edirəm, məhz bu şeiri seçdiyiniz üçün.Nə yaxşı ibtidai sinif dərsliyində hələ də saxlanıb bu şeir, hər dəfə bu şeiri övladlarımla əzbər deyirik,mən şeir kimi baxmıram,mənə görə əsərdi ,,Can nənə bir nağıl de,, əlbəttə Əhməd Cəmili də yada salırıq,nə yaxşı ki,bu şairləri unudulmağa qoymursunuz,var olun.

  • @azersela7605
    @azersela7605 3 ปีที่แล้ว +5

    Mòhteşem ser , mòhteşem ifa...hezin bir ses...var olun...❤🙏

  • @renaagabekova1741
    @renaagabekova1741 3 ปีที่แล้ว +5

    Sabahlarınız xeırlı olsun .................... Gözəl şeir .Gözəl ıfa .Allah sızı vorusin !

  • @IAMELNUR.R
    @IAMELNUR.R หลายเดือนก่อน +1

    Hər dəfə bu şeiri dinləyəndə duyğulanıram

  • @dogruyol6251
    @dogruyol6251 3 ปีที่แล้ว +5

    Can, ay nene! Bostanini talayardiq bir zaman. İndi o bostan da yox, siz de yoxsuz dunyada. Cam nenem, nur uzlu, gul uzlu Gulcohre nenem!

  • @ramilaalishova8018
    @ramilaalishova8018 3 ปีที่แล้ว +7

    Nəfəsinizə sağlıq, sənətkar. Necə gözəl bir həyat tablosu, neçə insanı keçmişinə, məktəb illərinə aparıb xoş xatirələrə daldıran parça və ifa! Çox sağ olun, minnətdarıq sizin kimi sənətkara və Əhməd Cəmil ruhuna!

  • @fatimeulusoy4309
    @fatimeulusoy4309 3 ปีที่แล้ว +7

    Menim balam hele korpedi indiden telesirem geceler nagil deyem korpeme 😊 10 👍

    • @nezaketletifova1118
      @nezaketletifova1118 3 ปีที่แล้ว +1

      Caan meleyim.meni ilk nene edenim.ALLAH seni bütün arzularina čatdirsin.AMİN!🤲🤲🤲❤️💋🌹

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 ปีที่แล้ว +1

      Balan xeyirli övlad olsun. Atalı analı böyüsün inşallah 🙏🤲🙏🌹

    • @nezaketletifova1118
      @nezaketletifova1118 3 ปีที่แล้ว +1

      @@yaqutosmanl5593 AMİN!🤲🤲🤲

    • @fatimeulusoy4309
      @fatimeulusoy4309 3 ปีที่แล้ว +1

      @@yaqutosmanl5593 cox saqolun🥰😊

    • @nezaketletifova1118
      @nezaketletifova1118 3 ปีที่แล้ว +1

      @@yaqutosmanl5593 Yaqut xanim,menim Raul nevemde Kamran mellimi dinleyireey.Qizim deyirki, birde görürük ki evden Kamran mellimin sesi gelir.😀Raul atasinin,anasinin telefonunu alib qurcalayir.Kamran mellimin vidiosuna baxir👍😂

  • @amalyamehdiyeva3691
    @amalyamehdiyeva3691 3 ปีที่แล้ว +4

    Ne gözel.Var olun!

  • @aygunaygun8263
    @aygunaygun8263 3 ปีที่แล้ว +5

    Cox sag olun Kamran bey🙏🏻🙏🏻🙏🏻

  • @azerbaba9807
    @azerbaba9807 3 ปีที่แล้ว +10

    Allah qorusun Səni sənətkar

  • @konulbayramova3514
    @konulbayramova3514 3 ปีที่แล้ว +10

    Hani indi de nagil isteyen neveler....
    Eyyyyy....vallah mence hec o neneler de yox daha.
    IFANIZDA EWITMEK COX XOW OLDU DEYERLI SENETKAR

  • @maksim.1967
    @maksim.1967 3 ปีที่แล้ว +2

    Mektebde oxuyanda bu şeri oxuyub ezberlediyim anlarim yadima düşdü,havada heqiqeten bayirda o zaman cox soyuq idi.

  • @husuvelizade4850
    @husuvelizade4850 ปีที่แล้ว +1

    Çoox heyf uwaqliqimdan, keçən günlərimdən.Nenem yadıma düşüb yadıma....

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 3 ปีที่แล้ว +5

    Ustad sabahınız xeyirli gününüz uğurlu olsun cümə gününüz mübarək.. . kaş Rəbbim bizlərə nağıl kimi xoşbəxt həyat qismət etsin.. arzularımız çin olsun inşallah..🤲🙏🤲🙏

  • @u.3077
    @u.3077 3 ปีที่แล้ว +3

    Bu şeri o qeder cox sevirem ki usaqliqdan lap bizim ucun yazilib ele bil .cox xos oldu emeyinize sagliq

  • @arzumehmana.m7639
    @arzumehmana.m7639 3 ปีที่แล้ว +7

    🎧👏👏👍😴🌛..........✍️💐🕊️ sabahınız xeyir olsun Kamran bəy səsinizə saqliq 😔😒 çox təşəkkürlər 🤝

  • @axireheyderova7603
    @axireheyderova7603 3 ปีที่แล้ว +10

    Acılan sabahlarınız xeyirə acılsın🙏🙏🙏

  • @vusaleelizade4357
    @vusaleelizade4357 3 ปีที่แล้ว +4

    Teshekkurler ,bey. Nedense cox kovreldim .

  • @nazamazanova4014
    @nazamazanova4014 3 ปีที่แล้ว +8

    Çox təşəkkürlər Ustad🙏Uşaqlığımı xatırlatdınız....😔1ci sinifdə Əlifba bayramında bu şeirə səhnəcik qurmuşduq...Nənə də mən idim😊

  • @esmirakrimova1315
    @esmirakrimova1315 3 ปีที่แล้ว +9

    Dilimde ezbere bildiyim seir....

  • @nezaketletifova1118
    @nezaketletifova1118 3 ปีที่แล้ว +5

    🎧👍👍👍

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 ปีที่แล้ว +1

      Nazım cüməniz mübarək olsun 🙏🤲🌹🌸💐🌺

    • @nezaketletifova1118
      @nezaketletifova1118 3 ปีที่แล้ว +1

      @@yaqutosmanl5593 Sizinde Yaqut xanim.❤️🌹💋

  • @VALY_CAXAROK
    @VALY_CAXAROK 2 ปีที่แล้ว +3

    Allah size can sağlığı versin deyerli senetkarimiz. Möhtəşəm eser Möhtəşəm ifa

  • @konulbayramova3514
    @konulbayramova3514 3 ปีที่แล้ว +10

    Geceniz xeyir olsun USTAD

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 3 ปีที่แล้ว +7

    Ay nənə bir nağıl de....o nağılda bir süfrə ətrafında bütün ailəm otursun . dünyanın bəxtəvər uşaqları bizik deyək...ay nənə bir nağıl de...ata, anamız bizi ağ gəlinlikdə vağzalı ilə gəlin köçürsün.... zülümlə böyütdü balasını bir Allah bəndəsinə əmanət etsin....o Allahın bəndəsi bizə verdiyi çörəyi haram etməsin...ay nənə bir nağıl de...getdiyimiz ocağın istisi bizi yandırıb kül etməsin.... gözlərimizin yaşı ürəyimizə axıb yarasını goynətməsin....hər gün Allahım apar məni yanına kəlməsi dilimizdən çıxmasın....ay nənə bir nağıl de... dünyanın bütün qızlarinin arzuları yerinə yetir... sediyi kimi sevilir...dəyər verilir... baş tacı olurlar..ay nənə bu qızların nagilidi.... nağılı...

  • @useruser5401
    @useruser5401 3 ปีที่แล้ว +9

    Allah varlığınızı ,səsinizi bizlərə çox görməsin dəyərlimiz.Kaş o günlərə qayıda biləydik😔

  • @userrrsswww
    @userrrsswww 6 หลายเดือนก่อน +1

    Heyf məsum uşağlığīm bu şeiri hele de əzbər bilirəm ehhh neçədə gözəl idi uşaq vaxtı bu şeiri xəyal etmək konhe ev soba nurani nənə və qış gecəsi lap ağlamağım gəldi 🥹

  • @nrgizsalmanl9301
    @nrgizsalmanl9301 3 ปีที่แล้ว +6

    Allah Azərbaycanımıza bir daha müharibə göstərməsin.Əsgərlərimiz sag- salamat Tam zəfərlə ailəsinə qayıtsın inşəAllah.Bizə bu acıları yaşadan rus ermənini və içimizdəki rusbaşları Allahım darmadagın etsin.

  • @forzaneftcibak6511
    @forzaneftcibak6511 ปีที่แล้ว +2

    Uwglig ilermin ən sevimli weri

  • @khataimirzeyev
    @khataimirzeyev 2 ปีที่แล้ว +4

    2006 cı il 4 ci sinif çöldə qar yağır sinifdə odun peçinin səsi və müəllimənin incə səsilə bu şeiri oxuması ((.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 ปีที่แล้ว +6

    Gecəniz xeyir olsun Ustad! 🙏

  • @arzua.5422
    @arzua.5422 3 ปีที่แล้ว +4

    Təşəkkürlər🙏

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 3 ปีที่แล้ว +4

    Var olun dəyərlimiz!

  • @aliyevaliyevs8713
    @aliyevaliyevs8713 3 ปีที่แล้ว +4

    Var olun 😘

  • @nurcahan6353
    @nurcahan6353 3 ปีที่แล้ว +6

    Açılan hər Sabahlarınız xeyrə açılsın Bəy 🌹

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 ปีที่แล้ว +3

    Axı, nənə, heç demirsən atan haçan gələcək,
    İndi onu səngərdə bəs üşütmürmü qar, külək?😔

  • @rzuismayilova4502
    @rzuismayilova4502 3 ปีที่แล้ว +4

    Salam Mənim Nənəm Rehmete gedib Allah rehmet elesin Əhnəd Cəmil Oxu əlaci Oxu 😭Nənəm ucun o, qeder darixmiwam... Ki, Nene Ay Nene Nur İcinde Yat Nene Yerin cennet olsun Canim Nenem 😭😭^_^

  • @Schatz1039
    @Schatz1039 2 ปีที่แล้ว +5

    Ay nənə, bir nağıl da de!
    - Ömrüm-günüm, yat daha,
    Hamısını indi desəm, nağıl qalmaz sabaha.
    - Can nənə, de birini də.
    - Ağrın alım, sözə bax.
    Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
    Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
    Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
    Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
    - Qar yağırmı?
    - Elə yağır… sazaq qılınc tək kəsir…
    Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
    Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.
    Nənə yığır düyünçəyə iynəsini, sapını,
    Külək hərdən taqqıldadır pəncərəni, qapını.
    Körpə çəkir təzə, güllü yorğanını üzünə,
    Gözlərini yumur… amma yuxu getmir gözünə.
    - Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
    - Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur..
    Bir gizilti duyur uşaq vücudunda bu ara,
    Həsrət qonan gözlərini zilləyərək divara,
    Çarpayının baş ucunda öz əliylə asdığı
    Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…
    - Bəs ay nənə, atam indi haradadır, görəsən?!
    - Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
    - Axı, nənə, heç demirsən atam haçan gələcək,
    Indi onu səngərdə bəs üşütmürmü qar, külək?
    - Ömrum-günüm, körpə quzum, qurban olum adına,
    Niyə köks ötürürsən o düşəndə yadına?
    Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
    Deyir oğlum darıxmısan, görüşərik bu bahar.
    Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,
    Qaranquşla bir zamanda qayıdaram kəndə mən…
    Heç darıxma, dərdin alım, atan gələr, o zaman
    Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!
    Di yat, indi gecə keçir…
    - Onda, nənə, ay nənə!
    Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
    - Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,
    Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
    Mən eyvana xalı sallam, anan evi bəzəyər,
    El qaydası süfrə açar, qohum-qonşumuz gələr.
    Sən atanı qucaqlar, üz-gözündən öpərsən,
    Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…
    Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,
    Öpdü onun xəyalını indi özgə bir aləm;
    Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
    Qucaqladı atasını, sonra kimsə çaldı saz…
    Körpə özü hiss etmədən, onu yuxu apardı,
    Çöldə isə bütün gecə külək tufan qopardı...
    Əhməd Cəmil

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 ปีที่แล้ว +5

    ❤️20❤️

  • @gulnareceferova82
    @gulnareceferova82 3 ปีที่แล้ว +5

    Kaş uşaq olaydım...nənəm sağ olaydı...saçımızı oxşaya oxşaya nağıllar danışaydı...kaşki hansısa sehrli qüvvə qaytara biləydi o illəri...

  • @behbudovamanzar
    @behbudovamanzar 4 หลายเดือนก่อน +1

    Səsiniz mənə yuxu gətirdi! Gözümü yumub,bir anlığa uşaqlığıma getdim!Nənəm də belə bizə nağıllar danışardı!Əhməd Cəmilə də min rəhmət!Bu şeiri çox eşitmişəm!Sizdəki sehr tamam ayrı idi!Elə qaranlıqda oturmağıniz və nağıl danışmağıniz başga aləm idi!Əgər yazmasaydim,elə nağıla qulaq asib,yuxumda seirdəkiləri görərdim! Təşəkkürlər!🙏🌹

  • @dagistaninsesi5338
    @dagistaninsesi5338 2 ปีที่แล้ว +3

    Bu SERE QULAQ ASANDAN SONRA USAQLIGIM XATIRLAYIB AGLADIM...HEYIF USAQLIGIMIZA HER SEY SAF HER SEY TEMIZ ...HEYIF SOVET DOVRUNDEN..

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 ปีที่แล้ว +2

    Qaranquşla bir zamanda qayıdaram kəndə mən...🎧

  • @aliyevaliyevs8713
    @aliyevaliyevs8713 3 ปีที่แล้ว +4

    Uşaqlığıma qayıtdım...

  • @baharmemmedova3068
    @baharmemmedova3068 3 ปีที่แล้ว +5

    Bizim vaxtimizin detail kitabinda var idi.Alah qorusun sizi.cox saqolun bey. Usaqliqima qaytardiz meni.

  • @mehrabaliyev1841
    @mehrabaliyev1841 ปีที่แล้ว +1

    Kamran.bəy.Allah.sizə.bərəkətli.ömeür.versin

  • @arzurehimli
    @arzurehimli 7 หลายเดือนก่อน +2

    Menim de canim nenem vardi😢 artiq haqq dunyasindadi.😢😢😢 ehh kederlendim. Nenemi istedim lap

  • @user-sj4us4uk9b
    @user-sj4us4uk9b 6 หลายเดือนก่อน +1

    Şeir əladi

  • @hemidhemid8677
    @hemidhemid8677 3 ปีที่แล้ว +2

    Sağlıq olsun! ❤❤

  • @qasmova713
    @qasmova713 ปีที่แล้ว +2

    Özümdən asılı olmayaraq nədənsə bu şeir ağlıma gəldi başladım söyləməyə ama çox yeri yadımdan çıxmışdı. Yazdımki görüm uşaqlığımız ın bu gözəl xatirəli bu şeiri yutubda varmı. Baxtımki gözəl aktyoru uz sizin ifanızda yayımlanıb. Sanki uşaqlığıma qayıtdım Duyğulandım. Çox sağ olun səsinizə qüvvət

  • @gulyakocharli164
    @gulyakocharli164 3 ปีที่แล้ว +4

    😔🙏❤👏

  • @gulayetallahyarova232
    @gulayetallahyarova232 8 หลายเดือนก่อน +1

    42 yawindayam helede ezber bilirem heyif o gunlerden bu weri ezberleyerken sanki yawamiwdim

  • @esmirakrimova1315
    @esmirakrimova1315 3 ปีที่แล้ว +6

    Axi nene hec demirsen atam hacan gelecek???
    😔😔

  • @user-qq6ei1zr4i
    @user-qq6ei1zr4i 7 หลายเดือนก่อน +1

    Körpə uşag idim bu şeri əzbərləyəndə. Hələdə yadimdadir bu şeridəki uşaq elə bilirdum özuməm😢

  • @elsnquliyev2957
    @elsnquliyev2957 ปีที่แล้ว +1

    Sadəcə dinlədim😔😔😔

  • @nezaketqasimova1338
    @nezaketqasimova1338 2 ปีที่แล้ว +2

    Səsinizə ürəyinizə sağlıq,İnanın müharibə gedən vaxtlar,Bakida nəvəmgildə dedim,Can Nənə bir nağıl de şerini mənə tapin telefonuma yazacam əzbər bilmirdim gör neçə illər keçib, Məndə bu şeri Şəhid evladlari olduqca dusunmusəmm,ki bu gün üçün yazib Ramiz Rövşən,musiqidə ürək parçalayır nöqtəsinə kimi damarlarıma işləyir,Allahım Şəhid balalarimizi qorusun,əlimizdən heç nə gəlmir.

    • @nezrinagazade889
      @nezrinagazade889 2 ปีที่แล้ว +1

      Ramiz Rövşən yazmayıb. Əhməd Cəmildit müəllif

  • @nigarnajafguliyeva1047
    @nigarnajafguliyeva1047 3 ปีที่แล้ว +3

    ♥️

  • @ayguneliyeva1620
    @ayguneliyeva1620 11 หลายเดือนก่อน +2

    Super. Mən bu şeri əzbər bilirəm

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 3 ปีที่แล้ว +2

    Təkrarlanan tarix..

  • @userzemfira8022
    @userzemfira8022 3 ปีที่แล้ว +4

    43 👍🎧

  • @xalidequliyeva9449
    @xalidequliyeva9449 3 ปีที่แล้ว +3

    😥

  • @ceyhunbabayev2589
    @ceyhunbabayev2589 2 ปีที่แล้ว +2

    Uşaglar dinləmir nənə nagılını
    Gecə gündüz əlində telefonla gəzir.
    Toplayıb fütbola bütün aglını.
    Messi,Ronaldonun fikriylə gəzir.

  • @aidasadixova4715
    @aidasadixova4715 3 ปีที่แล้ว +2

    💐💐💐💐💐💐💐

  • @cickyags4191
    @cickyags4191 3 ปีที่แล้ว +3

    ❤️114❤️

  • @eldenizeliquliyev6874
    @eldenizeliquliyev6874 ปีที่แล้ว +1

    👍👍👍

  • @arzunesirova1732
    @arzunesirova1732 2 ปีที่แล้ว +2

    Ehhh kaş ki,uşaqlar xəyallarında deyil, reallıqda xoşbəxt olaydılar.

  • @shahlaibrahimli5600
    @shahlaibrahimli5600 ปีที่แล้ว +2

    🙏🙏🙏😌👏👏👏👍💐💐💐

  • @userzemfira8022
    @userzemfira8022 3 ปีที่แล้ว +7

    ........çöldə isə bütün gecə külək tufan qopardı.............

  • @rzayevasebine7419
    @rzayevasebine7419 3 ปีที่แล้ว +3

    Na yaxwl ki,varslz.

  • @user-vp5ot8cq8j
    @user-vp5ot8cq8j หลายเดือนก่อน +1

    Uşaqlığmın şeyri

  • @user-sj4us4uk9b
    @user-sj4us4uk9b 6 หลายเดือนก่อน +1

    Salam Kamran dayı

  • @leylabekir8046
    @leylabekir8046 ปีที่แล้ว

    Təbii ki, yaxşı ifadə, çox sağ olun, ancaq mətni təhrif etmək olmaz. Axı bu mahnı deyil ki, hansısa sözləri yazılanda artıq sayda deyəsiz

    • @kamranmyunis
      @kamranmyunis  ปีที่แล้ว +2

      bədii qiraətdə külli ixtiyar aktyordadır... Xoşlamayan gedib kitabdan oxuya bilər şeiri

    • @leylabekir8046
      @leylabekir8046 ปีที่แล้ว

      @@kamranmyunis Bədii qiraət improvizasiyanı deyil, gözəl səs, səlis tələffüz, incə duyum, eləcə də mətn təhrif olunmasın deyə iti yaddaşı özündə birləşdirir. Çox ixtiyar veriləndə təcrübə göstərir ki, məzmuna xələl gəlir.

    • @kamranmyunis
      @kamranmyunis  ปีที่แล้ว +2

      Leyla Bekir... bu dediklərinizi hansı kitabda oxumusuz, linkini atın oxuyum. Lütfən! Yadıma, Alim Qasımovu, Vaqif Mustazadəni, Səttar Bəhlulzadəni qınayanlar düşdü... Sənətdə - BELƏ OLMAZ!!!,,, deyə bir şey yoxdur!