Məni candan usandirdi, cəfadan yar usanmazmı? (Məhəmməd Füzuli)/Aqil Məlikov

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2020
  • Azərbaycan mədəniyyətinə,ədəbiyyatına həsr olunmuş kanal
    Abunə olun,yeni videolarimizdan xəbərdar olmaq ücün
    -------------------------------------------------------------------------------------
    #fuzuli#aqilmelikov#qezel
    Məni candan usandirdi, cəfadan yar usanmazmı?
    Fələklər yandi ahimdan, muradim şəmi yanmazmi?
    Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
    Neçün qilmaz mənə dərman, məni bimar sanmazmi?
    Qəmim pünhan tutardim mən, dedilər yarə qil rövşan
    Desəm, ol bivəfa bilməm, inanarmi inanmazmı?
    Şəbi-hicran yanar canim, tökər qan çeşmi-giryanim,
    Oyadar xəlqi əfğanım,qara bəxtim oyanmazmi?
    Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
    Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?
    Degildim mən sənə mail, sən etdin əqlimi zail,
    Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?
    Füzuli rindü şetdadır, həmişə xəqə rüsvadir,
    Sorun kim, bu nə sevdadir, bu sevdadan usanmazmi?

ความคิดเห็น • 171

  • @turkaansraxiim6724
    @turkaansraxiim6724 2 ปีที่แล้ว +62

    "Məni candan usandırdı.."qəzəli:
    Məni candan usandırdı,cəfadan yar usanmazmı?
    Fələklər yandı ahimdən,muradım şəmi yanmazmı?
    (Məni candan bezdirdi,yar əziyyət etməkdən bezməzmi,fələklər ahımdan yandı,arzumun şamı yanmazmı?)
    Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
    Neçin qılmaz mənə dərman,məni bimar sanmazmı?
    (Canan bütün xəstələrin dərdinə dərman bağışlayır,nə üçün mənə dərman etmir,məni xəstə saymırmı?)
    Qəmim pünhan tutardım mən,dedilər yarə qıl rövşən,
    Desəm,ol bivəfa bilməm,inanarmı,inanmazmı?
    (Mən qəmimi gizli saxlayırdım,dedilər:yara aydınlaşdır.Bilmirəm,desəm,o vəfasız inanarmı,inanmazmı?)
    Şəbi-hicran yanar canım,tökər qan çeşmi-giryanım,
    Oyadar xəlqi əfğanım,qara bəxtim oyanmazmı?
    (Ayrılıq gecəsi canım yanar,ağlar gözüm qan tökər,xalqı fəryadım oyadar,qara bəxtim oyanmazmı?)
    Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,
    Həbibim,fəsli-güldür bu,axar sular bulanmazmı?
    (Gül üzündən qarşı gözümdən qanlı su axar,sevgilim,bu,bahar fəslidir,axar sular bulanmazmı?)
    Degildim mən sənə mail,sən etdin əqlimi zail,
    Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
    (Mən sənə meyil salan deyildim,sən mənim ağlımı heç etdin,yəni məni özünə aşiq etdin,ağıl yerinə eşq gətirdin.Məni qınayan xəbərsiz səni görəndə utanmazmı?)
    Füzuli rindu şeydadır,həmişə xəlqə rüsvadır,
    Sorun kim,bu nə sevdadır,bu sevdadan usanmazmı?
    (Füzuli heç bir şeydən çəkinməyən eşq dəlisidir,həmişə xalqın yanında rüsvaydır.Soruşun ki,bu nə sevdadır,bu sevdadan bezməzmi?)
    MƏHƏMMƏD FÜZULİ(1494-1556)..❤
    Əruz vəzninin həcəz bəhrindədir,məfAİLün,məfAİLün,məfAİLün,məfAİLün ölçüsündə yazılmışdır.✨

    • @user-ci4bj6hw5z
      @user-ci4bj6hw5z 2 ปีที่แล้ว +7

      Nə əlavə edəsən?..Allah Söz elmində nə gözəllik,qüdrətlilik olubsa ,bəcdir,-demədən bəşər incisi ,rəhmətlik Fizuliyə bəxş edib.Və onu çox böyük sevgiylə bizə çatdıran,ruhumuza zövq verən, istedad və elm sahibi Adil bəyə də Allah bütün gözəllikləri nəsib etsin!

    • @turkaansraxiim6724
      @turkaansraxiim6724 2 ปีที่แล้ว +2

      @@user-ci4bj6hw5z Amin..

    • @yalquzaq010
      @yalquzaq010 ปีที่แล้ว +5

      Sonuncu beytdeki usanmaq sozunun menasini ustad aciqladi axi.... usanmaq-sagalmaq

    • @behruzeliyev784
      @behruzeliyev784 ปีที่แล้ว

      Allah köməyiniz olsun sizində təşəkkür edirəm ürəkdən

    • @MQS.1968
      @MQS.1968 ปีที่แล้ว +1

      Sağolun TƏŞƏKKÜRLƏR

  • @shahriyaragazade9336
    @shahriyaragazade9336 3 ปีที่แล้ว +59

    Dinlədikcə dəhşətə gəlirəm allah rəmət eləsin Füzuliyə. Allah sənə can sağlığı versin Həci Aqil

  • @TaghiHajizada
    @TaghiHajizada หลายเดือนก่อน

    Biz hamımız ALLAHIN razılığını almağa çalışırıq. Hacı Aqil, dahi Füzulini gözəl təhlilinizə görə ALLAH Sizdən razı olsun.

  • @rizvanaliyev5300
    @rizvanaliyev5300 3 ปีที่แล้ว +58

    Yaşa Ustad! Qızıl xırdalayır maşallah! Qədrini bilək dəyərli insanlarımızın ! Əhsən admin! Çoxsağolun gözəl video üçün !

  • @siyasatdzhafarov8430
    @siyasatdzhafarov8430 3 ปีที่แล้ว +14

    Siz və sizin kimi alimlər Azərbaycan dövlətinin və xalqımızın mənəvi sərvətidir. Allah sizə can sağlığı versin.

  • @nurcahan6353
    @nurcahan6353 2 หลายเดือนก่อน +1

    Allah sizə sağlam və uzun ömür versin.

  • @soulli
    @soulli ปีที่แล้ว +8

    Biz bu qəzəli 10-cu sinif Ədəbiyyat dərsliyində keçirik, çox möhtəşəm qəzəldir.

  • @vm9818
    @vm9818 2 ปีที่แล้ว +13

    Allah bu kisinin nefesine bereket versin. Bu kisiden faydalanmaq lazimdir. Çox gözəl. Ədəbi dilimizi qorumaq lazımdır.

  • @femidaworld7660
    @femidaworld7660 3 ปีที่แล้ว +10

    Beh-beh, ruhum dinceldi...

  • @xeyyamxelefov1262
    @xeyyamxelefov1262 ปีที่แล้ว +12

    Heyran oluram sizə! Allah ömür versin.

  • @muwviqwirinov6686
    @muwviqwirinov6686 3 ปีที่แล้ว +12

    AGA COX TESSUFKI FIZULINI BILEN TEBLIG EDEN COX AZDIR ALLAH SIZE OMUR VERSIN YUZ YAWAYIN

  • @niyazimirzbyov9031
    @niyazimirzbyov9031 ปีที่แล้ว +2

    Ustad sizin yaşlandığınızı görüb çox pis oluram. Sizdən sonra kim buları təhlil edəçək. Allah sizə uzun ömür can sağlığı versin. Allah Hüseyn müəllimidə qorusun. Gümanımız onadı.

  • @user-md6mp2cm5x
    @user-md6mp2cm5x ปีที่แล้ว +3

    Калининград Саламлар олсун Аллах чаныву саг елесин Хечи

  • @user-up4pr5cn6u
    @user-up4pr5cn6u 5 หลายเดือนก่อน +4

    Hadı ədəbiyyat da bu qədər söz zənginliyi var, yalnız Azərbaycan dilində,👍

  • @bakixanmadatov4620
    @bakixanmadatov4620 ปีที่แล้ว +7

    Ustad Aqil Məlikov, sizi dinlədikcə adam usanır. Məqtə beytdəki usanmağı nəzərdə tutdum...Möhtəşəm...

  • @nikolankon
    @nikolankon ปีที่แล้ว +5

    Dahilərin hamısını oxumuşam, amma belə (izahlı) başa düşməmişəm. Eşq olsun 👍👍👍

  • @sevincabdullayeva63
    @sevincabdullayeva63 3 ปีที่แล้ว +10

    Us sözü qedim türk sözüdür,2 mənada işlənir:
    1)ağıl,kamal,zəka,dərrakə
    2)ədəb,tərbiyə
    Rindü-şeyda divanə aşiq deməkdirsə onda məntiqlə də götürəndə beytdəki usanmaq yəqin ki,ağıllanmaq mənasında işlənib

    • @cavadmammadov7415
      @cavadmammadov7415 3 ปีที่แล้ว +2

      əhsən

    • @cavadmammadov7415
      @cavadmammadov7415 3 ปีที่แล้ว +1

      yəni ağlını başına yığ

    • @orkhanmammad
      @orkhanmammad หลายเดือนก่อน

      Türklər uslanmak deyir. Uslan artık deli gönül ..ağıllan artıq dəli könlüm yəni

  • @minayeagayeva9262
    @minayeagayeva9262 4 หลายเดือนก่อน +1

    Ruhu şad olsun, Mənim müəllimim, Füzulişünas Əli Fəhminin. Auditoriyaya daxil olandan dərs bitənə qədər iki saat Füzuli dünyasının gözəlliyini öz tələbələrinə izah edərdi. Sizə təşəkkür edirəm, gözəl insan. Qəzəlin daxili aləmini açıb, unutmadığım, hər zaman yaddaşımın pik nöqtəsində qərar tutmuş müəllimimi bir daha mənə xatırlatdınız. Allah sizi qorusun.🤲 Var olun! ❤🎉🎉🎉🎉

  • @evezabdullayev8046
    @evezabdullayev8046 3 ปีที่แล้ว +3

    Uzeyirin baxisi bunnan coxdu ki!!!! Bu bizim kokumuzdur eyyy sahib cixmaliyiq !!! Nesimi fuzuli ve s bizim RUHUMUZUN QIDASIDIR!!!!

  • @nazim_mamedov
    @nazim_mamedov 3 ปีที่แล้ว +13

    Ustad var olun!

  • @user-yq6yo1gk9h
    @user-yq6yo1gk9h 5 หลายเดือนก่อน +1

    Валлах бу келмелер Аллах пейгемберимизден ве месумлардан сонра тайы берабери олмайан келмелердир❤

  • @TP-jy1th
    @TP-jy1th 2 ปีที่แล้ว +4

    Sağ olun , Aqil məllim!
    Mənə tənə edən qafıl -ancaq tənə xəbərsiz adam , dərin olmayan adam , "kor" adam yəni qəflət yuxusunda olan adam tənə edə bilər! Boş adam , sevgisiz , Yaradanı diymayan adam naxəbər ola bilər! Bədbəxt hardan bilsin ki , yaradan nədir, yaradılan nədir ona aşiq olmaq nədir.

  • @Sebinesadıqov
    @Sebinesadıqov 2 ปีที่แล้ว +2

    Bu cür USTADIMIZIN qədrini bilmək lazımdır.Trend bir ölkənin zövqüdür 22min zövqlü var cəmisi bu ölkədə Hansı ki,zövqü dəxlisiz videoları trendə çevirən belə xırdalıqla qızıl xırdalayan Ustadların qədrini Ustadları itirəndə biləcey Ondada bəlkə.ALLAH CAN SAĞLIĞI VERSİN.!

  • @alimamedov9834
    @alimamedov9834 3 ปีที่แล้ว +15

    Allah Hacini salamat elesin. Omrune bereket eta elesin inwallah

  • @user-yv4cl2ib7g
    @user-yv4cl2ib7g 4 หลายเดือนก่อน +1

    Allah can sağlığı versin

  • @nrminliyevaofficial3433
    @nrminliyevaofficial3433 3 ปีที่แล้ว +11

    Bəh-Bəh❤️

  • @bakili3940
    @bakili3940 ปีที่แล้ว +3

    ALLAH sende razi olsun

  • @fexreddinelsever2679
    @fexreddinelsever2679 ปีที่แล้ว +5

    Hacı Aqil, Allah Sizdən razı olsun. Füzulinin bu qəzəli mənim çox sevdiyim qəzəllərdəndir. Çox gözəl izah etdiniz. Sağ olun.🇦🇿♥️🇹🇷🤲🤲🇹🇷♥️🇦🇿🤲🤲

  • @behruzeliyev784
    @behruzeliyev784 ปีที่แล้ว +3

    Allah həciyə can sağlığı versin ömrünə bərəkət versin mənə bu adamın danışığı çox xoş gəlir çox səmimi danışır

  • @hemiddagli848
    @hemiddagli848 3 ปีที่แล้ว +15

    Allah ustad sizə uzunömür cansağlığı versin sizin kimi ustadlara, ağsaqqallara çox ehtiyacı var millətin xüsusilə indiki gəncliyin.

  • @azerzahidzade5194
    @azerzahidzade5194 ปีที่แล้ว +3

    Həci, Allah sizdən razı olsun.
    Həci, Allah ömür versin Sizə

  • @zahidmehdiyev397
    @zahidmehdiyev397 ปีที่แล้ว

    Aqil bəyin təbligindən ləzzət aldim söhbəti sirin cox vacibdi hər kəs onu oxusun dinləsin

  • @user-jr5rb3iu9h
    @user-jr5rb3iu9h 3 ปีที่แล้ว +6

    Хеч кимин еле устат шаирлери олмуяуб , бизим олуб , онунчун де биз сечилирик , биз Несими, Дахи Физули евладларыйыг , чох саголун 🙏🙏🙏🙏

  • @sevincmemmedov747
    @sevincmemmedov747 2 ปีที่แล้ว +6

    ALLAH sonsuz razı olsun.
    Şirin danışırsınız.

  • @atasatas2289
    @atasatas2289 3 ปีที่แล้ว +7

    Həci Allah sənə can sağlığı versin! Həci özüvü qoruginən, bir iki nəfər qalmısuz, sizlər də getsəz ədəbiyyatımızın şirinlyi sizinlə gedəcey, məənən yetim qaliceyig.

  • @user-lc2mu9wq9h
    @user-lc2mu9wq9h 3 ปีที่แล้ว +17

    Həmişəki kimi şərhinizə görə çox sağ olun, Aqil müəllim. Çox heyf ki, hakl-həyatda sizinlə görüşə bilməmişəm. Qismət Allahdan. Füzulinin bu məhşur şəbu-hicran əsəri sırf Allaha ünvanlanıb, axrıncı beytin də mənası şərh etdiyinizdən daha dərin mənaya malikdir. Yəqin bilirəm ki, "rind" şeyda" "rüsva" kimi sözlərin mənasını bilirsiniz.. Təsəvüf ədəbiyatından götürülən sözlərdir. Ümüd varam ki, gələn şərhlərinizdə, belə beytləri xiridar üçün daha geniş şər edəcəksiniz.
    Allah dahi Füzuliyə rəhmət eləsin.
    Füzuli rindu-şeydadır, həmişə xəlqə rüsvadir,
    Deyin kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?!

    • @privatep009
      @privatep009 3 ปีที่แล้ว +4

      Hacı Ələmdarın dediyi kimi, Füzuli qəzəllərini 2 başli(mənali) yazirdi. Bir tərəfini aşiqlər üçün bir tərəfini ariflər. Əgər bizə verilən şərh sadədirsə demək ki arif deyiliy:)

    • @Boridatiy_kulinar
      @Boridatiy_kulinar 3 ปีที่แล้ว +1

      Bir bilsen neler demek isteyib Fizuli ......kiwi bir onur Imam huseyn zevvarlarina qullua edib

  • @user-qj3pq8mv7n
    @user-qj3pq8mv7n ปีที่แล้ว

    Hərdəfə izləyirəm doya doya

  • @azerbaycan6303
    @azerbaycan6303 3 ปีที่แล้ว +4

    bu verilişləri tvdə də versələr yaxşı olar

  • @user-km1my3dc7x
    @user-km1my3dc7x 5 หลายเดือนก่อน +2

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @AzariBulbul
    @AzariBulbul 2 ปีที่แล้ว +4

    Ustad Çox təşəkkür edirəm. Cəsarətlə Füzuli, Nəzami, Şəhriyar, Hafiz və Rumi Rumi kimi, şair olmamışdan əvvəl də əsl sufi və mənəviyyat dənizi idi. Qəzəl və dil, Fəzulinin sonsuz sevgisini Azərbaycan dilində, Ruminin fars dilində olduğu kimi, təsvir etmək vasitəsi idi. Əsl sevginin xüsusi bir dili yoxdur və coğrafi sərhədlərlə məhdudlaşmır. Fəlsəfəli dil, məcazlar və Fizulinin eşqi Rumi, Hafiz, Səədi Şirazi və digərlərini başa düşməklə anlamaq olar. Allah mənim kimi insanlara o qədər mehribandır ki, hər ikisini oxuya bilərlər.
    Allah sənə uzun ömür versin. Qoy həmişə varlığınızdan istifadə edək.

  • @aygunqulamova4239
    @aygunqulamova4239 3 ปีที่แล้ว +6

    Allah can sağlığı versin,var olsunnn belə ustad insanlarimiz,davamlı olsun adminnn🙏🙏🙏🙏

  • @ya6946
    @ya6946 7 หลายเดือนก่อน

    Allah Sizi Qorusun Hacı.

  • @user-ci4bj6hw5z
    @user-ci4bj6hw5z 2 ปีที่แล้ว +4

    Yaşa,yaşa , min illər yaşa! Dərindən minnətdarlığımı bildirirəm. Hə,dilimizdə var;- ysanmaqdan ysandım , yəni xəstələndim .sağ ol ,var ol,ustad ! Bir də sizin söhbətlər hər səmtdən ürək açandır, musiqiyə ehtiyac yoxdur ,.can sağlığında olasınız.

  • @aqilliyev9082
    @aqilliyev9082 หลายเดือนก่อน

    Allah sizə xeyirli ömür versin

  • @sozundeyeri9942
    @sozundeyeri9942 2 ปีที่แล้ว +3

    ALLAH bu kisiye can saligi versin

  • @mehruqehesenova7048
    @mehruqehesenova7048 2 ปีที่แล้ว +2

    Var olun .Allah can saglıgı versin.

  • @mahirnabiyev874
    @mahirnabiyev874 2 ปีที่แล้ว +2

    Sevda sözün mən ticarət kimi eşitmişəm, mənəvi ticarət.
    Usanmaq isə tükənmək, bankrot olmaq anlamında işlətdiyini düşünürdüm.
    Siz deyen versiyanı da mütləq araşdıracam. Ömrünüz uzun olsun

  • @user-dx1gu4lo2n
    @user-dx1gu4lo2n 3 ปีที่แล้ว +2

    Ахсан Сиза чох гозал тахлилдир !

  • @ebelfezlmirzazade7950
    @ebelfezlmirzazade7950 ปีที่แล้ว +6

    Fuzuli Asiq olub hemda Imam Huseyn(e.s) Asiqi

  • @azersellugur7503
    @azersellugur7503 2 ปีที่แล้ว +2

    Allah kömek olsun hamiya inshallah.Sag olun,siz Deryasiniz.Allah sizleri saxlasin inshallah.

  • @TP-jy1th
    @TP-jy1th ปีที่แล้ว

    Sağ ol usta !

  • @ildirimmusayev820
    @ildirimmusayev820 3 ปีที่แล้ว +5

    Allah ömür versin xalqını sevənlərə

    • @miras_aze
      @miras_aze  3 ปีที่แล้ว +1

      Allah sizlərdən də razı olsun bizim videoları bəyənirsiz

  • @tjecklebourg7474
    @tjecklebourg7474 ปีที่แล้ว +1

    Salam olsun! "Füzulinin bir neçə qəzəli var ki, təmiz Azərbaycan dilində yazıb". Mənə ən çox təsir edən cümlə oldu (0:56). Miras əhlinə, o cümlədən Hacı Aqil Məlikova sonsuz hörmət və sevgilər. Allah köməyiniz olsun!

  • @renaliyar5781
    @renaliyar5781 2 ปีที่แล้ว +2

    Maşallah

  • @mirhafizhuseyn1466
    @mirhafizhuseyn1466 ปีที่แล้ว +1

    Allah sizi qorusun hacican

  • @rashad9337
    @rashad9337 ปีที่แล้ว +2

    👍👍👍

  • @respectvideo8147
    @respectvideo8147 2 ปีที่แล้ว +2

    Ehsen cox sevindim bu kanali tapdiğim ucun tesekkurler bele dahi insanlari yayimladiğiniz ucun

  • @mostafakhaghani43
    @mostafakhaghani43 ปีที่แล้ว +2

    Çox əla. 🌸🌸

  • @slavaabdullov5968
    @slavaabdullov5968 ปีที่แล้ว +2

    Nə gözəl izah edirsən, Ustad.

  • @sevamanafli6282
    @sevamanafli6282 3 ปีที่แล้ว +5

    Möhtəşəm qəzəldir

  • @samirquliyev3712
    @samirquliyev3712 3 ปีที่แล้ว +1

    Sagol Usdad
    ... cox gozel aydlnllg getirib biz cavan wairleri kamillewdirirsiz . Bilmediyimizi size qulag aslb őyrenirik. Allah sizi űstůműzden əksik etməsin. Amin.

  • @sevencanbufe2142
    @sevencanbufe2142 3 ปีที่แล้ว +1

    Dilimiz cok guzel ömrünüz uzun olsun saygilarimla

  • @sevencanbufe2142
    @sevencanbufe2142 2 ปีที่แล้ว +1

    Şevket hanimefendi gibi gönülden okuyani bulamadim sanirim bizim gönlümüzün yolu labirent zor giriliyor azerbaycan dili dilimdir TÜRKÇE dir

  • @turalceferliii
    @turalceferliii 3 ปีที่แล้ว +4

    Çox maraqla baxdım və öyrəndim! Çox sağ olun!

  • @resulhuseynov1965
    @resulhuseynov1965 3 ปีที่แล้ว +3

    Allah sizdən də razi olsun.Yaxsi mənada sizə həsəd apariram.

  • @Elshad.Aliyev
    @Elshad.Aliyev 2 ปีที่แล้ว +2

    Çox əla xırdalayırsınız. İnsan dinlədikcə zövq alır. Ədəbi dilimiz haqqında da çox gözəl vurğuladınız.

  • @zweck5486
    @zweck5486 ปีที่แล้ว +1

    Daxili qafiyələri ayırsaq gəraylı olur bu qəzəl:
    Qamu bimarinə canan
    Dəvayi-dərd edər ehsan
    Neçin qılmaz mənə dərman
    Məni bimar sanmazmı?

  • @aydinkerimov6424
    @aydinkerimov6424 2 ปีที่แล้ว +3

    Allah sizədə can saglıgı versin.Sizi Balaxanıda toy məclisində dinləmişəm.Elə adınıza (Hacı Aqil) LAYİQ araşdırmalar aparan sevimli qəzəl ustadısınız.Sizinlə fəxr edirəm!!!!!

  • @knansxyev2889
    @knansxyev2889 ปีที่แล้ว +2

    Ürəksiz, can cigərsüz.Aqil müəllim.
    Allah eliminizə bərəkət versin.

  • @user-uu7uq7lz3g
    @user-uu7uq7lz3g 3 ปีที่แล้ว +3

    Seni Çok Seviyorum Hacı #Aqil🖤

  • @leyla6306
    @leyla6306 ปีที่แล้ว +2

    Allah sizə uzun ömür can sağlığı versin!🥰 Təşəkkürlər

  • @medded9070
    @medded9070 3 ปีที่แล้ว +3

    Çox gözəl. Böyük zövq aldim. 👍❤❤

  • @rizvanveliyev8791
    @rizvanveliyev8791 ปีที่แล้ว +1

    саг ол Киши.

  • @MrStinzon
    @MrStinzon 3 ปีที่แล้ว +1

    Var ol Heci, var ol😊

  • @suleymansuleymanov6310
    @suleymansuleymanov6310 3 ปีที่แล้ว +5

    HACI, RİNDÜ ŞEYDAYA TOXUNMADIN.ACAR RİNDÜ ŞEYDADADIR.

  • @magerrammirzoev2868
    @magerrammirzoev2868 3 ปีที่แล้ว +4

    Cox gozel .

  • @sulanabisov5553
    @sulanabisov5553 3 ปีที่แล้ว +2

    Allah səndən razı olsun ustad.
    Allah səni qorusun və xəlqimizə çox görməsin.Sağ ol.
    Mənim sizin kimi bir əsil Türk azərbaycan dünyam var.Sizi dinləyəndə o dünyama gedirəm...
    Böyük şəxsiyətsiniz!
    Əhsən.
    Sağ ol.

  • @NamelessWarrior-ub8hg
    @NamelessWarrior-ub8hg ปีที่แล้ว

    Fizuli heqiqi muselman Ehli Sünnet yolunda olan böyük sufilerden!!! Allah derecesini ali eylesin Amin

  • @abumuradov2375
    @abumuradov2375 3 ปีที่แล้ว +3

    Esl hezz...!

  • @natellaabbasova9753
    @natellaabbasova9753 3 ปีที่แล้ว +2

    Aqil bəyi birinci dəfədir dinləyirəm,əladi!

  • @hosniehallahkaram5126
    @hosniehallahkaram5126 2 ปีที่แล้ว +1

    salam ustad aziz az iran cox allei bh bh

  • @natiqazizov4695
    @natiqazizov4695 3 ปีที่แล้ว +4

    Uzman, usta sözləri yəqin "us" sözündən əmələ gəlib

    • @TP-jy1th
      @TP-jy1th 2 ปีที่แล้ว +1

      Bəli , Azərbaycan dilinin etimoloji lüğətini yaratmırlar , tərtib etmirlər!
      Əyər bunu etmiş olsalar onda Azərbaycan dilinin türk dili olmasına böyük şübhə yaranar! Azərbaycan dilinin sözlərinin 40-45%-i fars-İran sözləridir! 15-20%-i ərəb sözlərindən ibarətdir! Hələ bağlayıcıları demirəm! Bu yalan-palan , total saxtakarlığ bizə hardan keçib , bəlkə bu turk-monqol natamımlığından irəli gəlir??

  • @vafadartaqiyev388
    @vafadartaqiyev388 2 ปีที่แล้ว +1

    Süper ..

  • @baxabax3580
    @baxabax3580 3 ปีที่แล้ว +2

    Var ol usdad

  • @baki-veteran
    @baki-veteran 3 ปีที่แล้ว

    Fexr edirik seninle kendcim

  • @sevencanbufe2142
    @sevencanbufe2142 3 ปีที่แล้ว +3

    Us anadolu şivesinde akil olarak kullaniliyor sayin hocam akli basina gelmek gibi bir anlam cikabilir nacizane fikrim sizin aciklamaniz olmasa bu ihtimal aklima gelmezdi

  • @huseynagazade4347
    @huseynagazade4347 3 ปีที่แล้ว

    Bəh bəh bəh Allah ömür versun

  • @fatimabdullayeva9246
    @fatimabdullayeva9246 2 ปีที่แล้ว +1

    👍🏻

  • @alibabanuruzade665
    @alibabanuruzade665 2 ปีที่แล้ว

    Ehsen 👍 👍 👍

  • @fxriqudrtli7958
    @fxriqudrtli7958 2 ปีที่แล้ว

    👍👏

  • @alienagent5453
    @alienagent5453 3 ปีที่แล้ว +7

    Həbibim dedi ustad həbibtim demədi, həbibim kişi cinsidir. Bu ilahidir. Onun həyat hekayəsinə nəzər salsaq bir qadına yazılması mümkünsüzdür.

    • @Boridatiy_kulinar
      @Boridatiy_kulinar 3 ปีที่แล้ว +2

      Imam Huseyne aidir

    • @alienagent5453
      @alienagent5453 3 ปีที่แล้ว +1

      @@Boridatiy_kulinar Burda umur, istəyir, şikayət edir. Qurani Kərimdə bir çox yerdə yalnız səndən istəyirik deyir. O insan inanmırak yaranmışdan istəyə

  • @mimidadasova5320
    @mimidadasova5320 3 ปีที่แล้ว +4

    🥰👍🥀

  • @resadsuleymanov3417
    @resadsuleymanov3417 2 ปีที่แล้ว +11

    Salam aleykum...Füzuli qətiyyən hansısa qıza yazmayıb...ilahi eşgdən yazıb...dərindən oxuyun və mənanı başa düşün...görəcəksiz ki hansısa qıza yazmayib

    • @nzaktliyeva5728
      @nzaktliyeva5728 15 วันที่ผ่านมา

      Düzdür. Sizinlə tam razıyam. Həqiqi aşiq var orda. Füzuli. Ancaq məşuqə yoxdur. İlahi eşqdən söhbət gedir. Nə əcəb bu cür araşdırmaçı belə səhvə yol verdi ?😮

    • @mirhuseynasad068
      @mirhuseynasad068 13 วันที่ผ่านมา

      Sozunuzden bele cixirki , Desem ol bivefa bilmem inanarmi inanmazmi? beytinde Allaha bivefa deyir sizin fikrinizce Fuzuli ?

  • @elchinjafaroff1345
    @elchinjafaroff1345 2 ปีที่แล้ว +1

    Hacı 8:50 türkiye türklərində us sözü hələ də işlənir, "uslu dur, uslan" kimi ifadələrə çox rast gəlirik

  • @user-gf1jc5kx5w
    @user-gf1jc5kx5w 10 หลายเดือนก่อน

    Дейин ки, бу не севдадыр.йох сорун ки, олмалыдыр

  • @Raul-do2ek
    @Raul-do2ek 3 ปีที่แล้ว +2

    Us axı ağıl deməkdi elə deyil?

  • @ramilmemmedov5263
    @ramilmemmedov5263 2 ปีที่แล้ว +3

    Sőz,senet xiridari Bakilimiz!

  • @nadirrzayev4755
    @nadirrzayev4755 3 ปีที่แล้ว +2

    Hər səbəbin səbəbi var
    Nəticənin nəticəsi
    Bir biri illə zəncir qurar
    Onların silsiləsi
    Nəticə özü səbəbdir
    Səbəb isə nəticə
    Ölçüb biçmək gərəkdir
    Nədən nə olar necə?
    Hər hansı bir səbəbdən
    Törənəcək nəticə
    Cəmisi bir dəqiqədən
    Sonra olar gizlicə
    Həm nəticə həm səbəb
    Yaxşı nəticə verir
    Hörmət,məhəbbət,ədəb!
    Qaytarmaq olmaz geri
    Olanlar artıq oldu
    Oxudunuz bu şeri
    Nəticəsi nə oldu??

    • @emil0li
      @emil0li 2 ปีที่แล้ว +1

      Nəticə nə oldi olsaydı məncə day axıcı olardı

    • @liyusifcebrayilov224
      @liyusifcebrayilov224 3 หลายเดือนก่อน

      Mindim Qatara Qaçdım

  • @vafadartaqiyev388
    @vafadartaqiyev388 2 ปีที่แล้ว +1

    Həri aqil itir ruh .311

  • @sakitaliyev4117
    @sakitaliyev4117 2 ปีที่แล้ว +4

    SİZİN GADANIZI ALARAM EY AGİL İNSAN. ADİNIZA LAYİG İNSANSIZ.SİZƏ BAXIRAM SİZİN O ĞÜZƏL İZAHINIZDAN DOYMAG OLMUR. ALLAH SİZƏ UZUN ÖMR VERSİN.