Bulaq Verlishi Semender Rzayev, Mehluqe Sadiqov.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 224

  • @mehinaliyeva6391
    @mehinaliyeva6391 ปีที่แล้ว +11

    Dinlədikcə insanı rahatlaşdıran, ona yaşamaq həvəsi, ruh verən səslər, sənətkarlar hardasınız? Allah sizə rəhmət eləsin. Nə gözəl illər idi.

  • @ВикторКурбанов-ц4ю
    @ВикторКурбанов-ц4ю ปีที่แล้ว +5

    Allah sizdən razı olsun, hərdən yutubda tapıb qulaq asıram rəhmətliklərə, 35-40 il bundan qabaq atam rəhmətlik axşam saat 8-də yığardı bizi radionun qabağına qulaq asardıq bu gözəl əsil milli verlişə. Nostalji. 👍

  • @musabesirli8409
    @musabesirli8409 ปีที่แล้ว +6

    Allah dünyasini dəyişən sənətkarlarimiza rəhmət eləsin

  • @Yukaacamss
    @Yukaacamss ปีที่แล้ว +13

    Ay Allahım ürəyim partlayacaq bu an.Hara getdi atam anam,hara getdi 7 qardash bir bacım,shirin shirin süfrə başına yigishardiq atamın oturmağın gözlərdik,ki,otursun biz yeməyə əl uzadaq.Sonrada ki bulaq baba bashlardiVay vay yandı bağrım ilahi nə tez getdi gəncliyim,hara getdi xeyir bərəkətimiz hara getdi siz deyin hara

    • @alprtonqa5855
      @alprtonqa5855 3 หลายเดือนก่อน

      😢

    • @ŞaiqNazarov
      @ŞaiqNazarov 2 หลายเดือนก่อน

      Eyni hisslər keçirirəm.Biz də 7 qardaş 2 Bacı idik….

  • @musabesirli8409
    @musabesirli8409 4 ปีที่แล้ว +51

    Səməndər Rzayev---möhtəşəm səs,möhtəşəm tələffüz.....Allah rəhmət etsin,qəbri nurla dolsun.

    • @СейфадинДжафаров-р8б
      @СейфадинДжафаров-р8б ปีที่แล้ว +1

      Самендер рехметлийин ентонасйасы хеле хеч кимде олмайыб олмйажахда о киши йекиди

  • @sadiyaradanqulu2774
    @sadiyaradanqulu2774 11 หลายเดือนก่อน +6

    Gözəl verliş idi. Hər zaman dinləyərdik nəfəsimizi fərmədən. Səməndər Rzayevə Allah rəhmət eləsin.

  • @akeake3797
    @akeake3797 3 ปีที่แล้ว +43

    Allah size rehmet elesin gözel senetkarlar.Azerbaycan radiosunun dadı duzu sizinle getdi.

  • @NizamiQerib-r8k
    @NizamiQerib-r8k 2 ปีที่แล้ว +24

    Allah rəhmət eləsin məkanları cənnət olsun dəyərli sənətkarımız. Çox heyif o günlərdən. Abırlı həyalı günlərimiz sizlərlə getdi vallah.

  • @baxslitarverdiyev4362
    @baxslitarverdiyev4362 ปีที่แล้ว +4

    Məlahətli səsə malik olan bu böyük sənətkarlara Allahdan rəhmət diləyirik.
    Vaxt var idi bu dahi insanlar Bulaq verlişində şirin ləhcələriylə, deyirdilər ki, Qubanın Zıxır kənd sakini Baxşəli qardaşımızın növbəti məktublarını gözləyirik.
    GÖZƏL GÜNLƏRDƏ mənim haqqımda deyilən bu baldan şirin kəlmələri eşidəndə daqlar qoynunda yerləşən kədimizdə göylərdə ucmaq istəyirdim.
    Allah rəhmət eyləsin, bu ramazan ayında dahilərimizə.

  • @nailegenceliyeva5515
    @nailegenceliyeva5515 ปีที่แล้ว +4

    Nə yaxşı ki internet var ! Heç olmasa ,,Bulaq,, verilişi yüklənib .Uşaqlığım ,əzizlərim yadıma düşùr ! Necə darıxmışam o illər üçün ! Allah sizə rəhmət eləsin əziz sənətkarlarımız ,sizdən birdə olmayacaq 😢😢😢

  • @1970КазимоваСе
    @1970КазимоваСе 4 ปีที่แล้ว +61

    İçin için ağladım bir zamanlar bu həzin səslərə rəhmətlik atamın balaca bir radiosu vardı ailəlikcə qulaq asardıq.O vaxtlar yeni yetməydim.bu səslərin zaman gələcək məni bu qədər özünə çəkəcək desəydilər inanmazdım.Hə yaşa doldum indi acgözlüklə qulaq asıram elə bilirəm atam ailəmiz bir yerdəyik.Necədə gözəldi o illər.həm ağlıyıram həmdə içimdə bir peşimançılıq var.kas o illər olardı isdəmirəm bu yalançı dünyanı gözümü yumub o illərə qayıdıram.Allah sizdən razı olsun.bu verlişlər gözəldi ruhumuzu oxşayır. (Sumqayıt Yardımlı.)

    • @ilhamilham-kd5fu
      @ilhamilham-kd5fu 2 ปีที่แล้ว +6

      Düz deyirsiniz. Elə mənim də atam Qax rayonunda Sabir kisinin bir VEF radiomuz vardı. O həmişə bulaq verilişinə qulaq asardı. Kövrəldim

    • @vidadinasibov5943
      @vidadinasibov5943 ปีที่แล้ว +4

      Hələ, qardaşlar,biz hamımız eyni dərdliyik. Dünya həm bal kimi şirin,həm də zəhər kimi acıdır.

    • @ozumozum6093
      @ozumozum6093 ปีที่แล้ว +1

      Məndə eynən sizin kimi atamı vef radiosu vardı saata baxardı atam 8 in yarsı olanda deyərdi bulaq başladı açın radonu özmüzdə qoyun fermasıda olurduğ .indiki kamaləddin dağnın ətəyində.

    • @kifayetliyeva649
      @kifayetliyeva649 ปีที่แล้ว +2

      Cox kövrəldim😢😢 kaş o günlərə qayıda biləydik rəhmətlik nənəmlə bulaq verlişinə cox maraqla qulaq asardıq .

    • @sadiqovaselale1661
      @sadiqovaselale1661 ปีที่แล้ว +2

      Kövrəlməmək mümkün deyil😢

  • @hacicafarov3453
    @hacicafarov3453 ปีที่แล้ว +5

    ALLAH sizi rəhmət eləsin. Qəbriniz nurla dolsun. Xeyir bərəkət sizinlə getdi

  • @mehrimunis1672
    @mehrimunis1672 5 ปีที่แล้ว +120

    Ay Allah necede darixmiwam, evimiz, ocaqimiz yadima duwdu, o vaxtlar valdeyimlerimde saq idi, xowbext gunlerimuz idi,, heyifff

    • @heyatesed6190
      @heyatesed6190 3 ปีที่แล้ว +12

      Səsi illərdi yaşayan özləri rəhmətlik Sənətkarlarımız.Heyif

    • @elmanpiriev6364
      @elmanpiriev6364 2 ปีที่แล้ว +6

      Аллах рехмет етсин Семендер ве Мехлуге ханымы. Унудулмаз сенеткарларымыз.

    • @turuncagayeva4209
      @turuncagayeva4209 2 ปีที่แล้ว +7

      Bəli.heyf o gunlərdən.uşagligimiz, xoşbəxtliyimiz o gunlərlə getdi.Necə də bəxtəvər idik aman Allah😥😥😥

    • @СахетМамедов
      @СахетМамедов 11 หลายเดือนก่อน +4

      Хеч данышма 🥺адамын ураги дарыхыр аман Аллах 🥺🙏

    • @barselonaspain733
      @barselonaspain733 8 หลายเดือนก่อน +1

      Cox duz qeyd etmisinuz, inasaniniyyatli illar idi o illai,,yaman text kecdi 💔

  • @ofelyacabbarova3429
    @ofelyacabbarova3429 11 หลายเดือนก่อน +4

    Cox gözəl veriliş idi.Hər bazar günü səbirsizliklə gözləyirdik.

  • @rahibbakhtiyarov3140
    @rahibbakhtiyarov3140 ปีที่แล้ว +3

    Verliş ilk başlayanda tarda Ramiz Quliyevin ifası olardı.
    Çox heyif geçən günlərdən.Maraqla oturub dinləyərdik bu verlişi.Maraqlı nağıllar saz havaları,şeirlər və xalq deyimləri söyləyərdilər.
    Allah Səməndər Rzayevə və Məhluqə Sadıqovaya rəhmət eləsin.

  • @abu-Hureyra
    @abu-Hureyra 5 ปีที่แล้ว +76

    Bizi ne oldu axı bele? Bu cür medeniyyet tarixi olan millete ne oldu? Harda axı Semender Rzayev kimi aktyorlar..Vallah çox acınacaqlıdır halımız..Elmeddinler, Ferdalar, Felaketlermi olacaq bundan sonra ancaq?😔😔
    Bu gözel anları bize yaşatdığınız üçün derinden teşekkür edirem size Arzu bey, Allah sizden razı olsun.

    • @faiqqaraev676
      @faiqqaraev676 4 ปีที่แล้ว +9

      Bəli indən sonra belə olacaq mədəniyyətimiz.Cunki.o vaxti sənət ucun isləyirdilər.Amma indi sənət ucun yox.pul ucun işləyirlər.hec kim qinanasi deyil .indi kimin pulu var yasayir.pulu olmuyan surunur.adi xəstəxanaya da göturmurlər.

    • @bayramquseynov6674
      @bayramquseynov6674 4 ปีที่แล้ว +5

      Bunlar apariciligi '"Xoshqedem veZaur guluseliyevlerden' ' oyrenibler'

    • @mehledostlari1234
      @mehledostlari1234 2 ปีที่แล้ว +5

      İndiki efirlər gələcəyimizi uçuruma aparır.heyif əvvəlki nəsilə.Amma hələdə var belə şeylərə dəyər verən var.

    • @sevincmusayeva3265
      @sevincmusayeva3265 ปีที่แล้ว +2

      @@faiqqaraev676 mətıəb kimi eşşəkıərə bundan da beter etmək ıazimdir goy aciğ aşkar etsin diıənciıiyini hami onu yaxşi tanisinıar zahərin oısun

    • @Mila.Fizulili
      @Mila.Fizulili 7 หลายเดือนก่อน

      Hele muqennilere baxin,oxuduqlarını demirem hele

  • @ВелиюллаНагиев-ф7к
    @ВелиюллаНагиев-ф7к 6 หลายเดือนก่อน +2

    Bulag suyunun şırıltısı adam hiss edir bu verilişə gulag asanda. Halal olsun bizim sənətkarlarımıza. Nağıyev

  • @sevinc63
    @sevinc63 5 ปีที่แล้ว +25

    Bu mukemmel metnleri "Bulaq" uchun yazan ssenariste de Allah rehmet elesin....gozel sozler hech tukenmirdi....

  • @СейфадинДжафаров-р8б
    @СейфадинДжафаров-р8б ปีที่แล้ว +3

    Аллах сизе рехмет елесин лап ушахлыгым йада душду

  • @salamsalam946
    @salamsalam946 2 ปีที่แล้ว +6

    Ay Allah necə də şirin məntiqli veriliş. 🤔❤️🙏🙏🙏🙏

  • @cavansirmustafayov2464
    @cavansirmustafayov2464 3 ปีที่แล้ว +14

    O gözəl ıllərdən bu ıllərə qədər keçən ıllər qədər sənə ömur arzulayiram.Çoxxx sag ol kı,o ıllərə qaytararaq o keçən xoş gunlərı,xatırələrı,yaşatdin.Sənə sonsuz dərəcədə mınnətdaram.

  • @kamaleddinmemmedov8218
    @kamaleddinmemmedov8218 5 ปีที่แล้ว +33

    Allah her 2 nize rehmet etsin!!! Heyif sizlerden. Insan ruhu dincelir...

  • @mikromikro9075
    @mikromikro9075 3 ปีที่แล้ว +24

    Dilimizin gozəlliyinə baxın ay millətim varol Azərbaycan varol Oguz elim🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿 o gözəlliyimiz yenə gələcək .Su gələn arxa birdə gələcək .

  • @aynurmmmdli3629
    @aynurmmmdli3629 2 ปีที่แล้ว +6

    Babamgildə bir radio vardı. Hər səhər açardılar, akşama kimi belə gözəl verlişlər, musiqilər olardı. İndi nə babam, nənəm, nə də o radio var. Mənə o günləri xatırlatdınız. Kənddəki qayğısız, babalı, nənəli, atalı günlərimi. Təşəkkürlər.

  • @jewjjsjeusbsbhshshshsh5861
    @jewjjsjeusbsbhshshshsh5861 3 ปีที่แล้ว +9

    Ne gozel sesleri vardl rehmetliklerin
    Evezsiz Senetkarlardllar Semender bey ve Mehluqe xanlmln..heyif..fani dunya ..

  • @dr_892
    @dr_892 2 ปีที่แล้ว +6

    Uwaqligim yadima düwdü, nenemgilde radioda bu veriliwi gözleyerdim... Uca Allah dünyasini deyiwen böyüklerimize rehmet etsin. Amin!

  • @ceyhun645
    @ceyhun645 2 ปีที่แล้ว +7

    Allah Allah. Hanı o gözəlliklər? Hanı o bərəkət? Hanı o böyüklük ??? HEYİF, HEYİF, HEYİF . Allah sizdən razı olsun Arzu Qurbanov. Qaytardız bizi o möhtəşəm gözəl günlərə. Böyük sənətkarlarımıza Allah rəhmət eləsin.

  • @fridallahverdiev8285
    @fridallahverdiev8285 2 ปีที่แล้ว +7

    "Allah rəhmət eləsin!!!Papamın ən sevdiyi radio verilişi idi!!!Həyətimizdə dəmir çarpayı var idi!!!Papam əllərini başının altında çarpazlayib, mütəkkəsinin üzərinə uzanıb,maraqla qulaq asardı!!!Heyf o günlərə bir daha gəlməz!!!😔😔😔

  • @АкифГусейнов-т4я
    @АкифГусейнов-т4я 2 ปีที่แล้ว +6

    Аллаh рэhмэт етсин

  • @tt_172
    @tt_172 2 ปีที่แล้ว +5

    Beh beh adamin kecmise aparir ,ruhum dinceldi lap

  • @mahirehesenova3687
    @mahirehesenova3687 6 ปีที่แล้ว +35

    Cox sağ ol Arzu bey.Allah razı olsun.Emanetimizi biz dinleyicilere qaytardin.Kovreldim lap.

    • @faiqqaraev676
      @faiqqaraev676 4 ปีที่แล้ว +1

      O vaxti cəmi iki radio vardi.Azerbaycan radiosu və Araz radiosu.Evlərdə 5 manatliq radiolar olurdu.vı həmişə də aşaği səsnən oxuyurdu.Axşam oldumu hami bu verilişi gözləyirdi.heyf.Məncə indi də gedir bu veriliş.Amma Azərbaycan əhalisindən soruşsan nəinki qulaq asmaq hec verilişin başlama vaxtini bilmir.Hər şeyin ləzzəti elə o vaxtlarnan getdi.Cox heyf.

  • @poladli
    @poladli 6 ปีที่แล้ว +28

    Бу бойук мэдэниййэтимизи горумаг эн бойук хошбэхтлийимиздир ,ваар ол ГАРДАШЫМ.

    • @СССРСССР-ч5ы
      @СССРСССР-ч5ы 5 ปีที่แล้ว +3

      Biz medeniyyetimizi qoruya bilmedik indi medeniyet yoxdu wou var birde pozgunlar

    • @mehledostlari1234
      @mehledostlari1234 2 ปีที่แล้ว +2

      Allah rəhmət eləsin gözəl insanlara.Səsi hələdə mədəniyyətimizi qoruyur.Sizdə sağ olun ki,içtimailəşdirirsiz.Bizim nəsilə lazımdı.Cünki indiki nəsillərin mənəvi dəyərləri azalıb,zövqləri korlanıb.

  • @musanuriyev4019
    @musanuriyev4019 5 ปีที่แล้ว +11

    ALLAH sizden razi olsun cox kederlendim heyif o günlerden abir heya namus qeyrət o devirde qaldi

  • @xuramanaliyeva1035
    @xuramanaliyeva1035 2 ปีที่แล้ว +5

    Ata evimiz,köhnə radiomuz,Atam-Anam,uşaqlığım....
    İlahi,haralara getdim?
    Allah hamısına Rəhmət eləsin

  • @vusal960
    @vusal960 6 หลายเดือนก่อน +1

    Bu səslərin sirri insanı sanki ofsunlayırdı.Bütün ailəlikcə yığışıb, gözəl aktyorların maraqlı , ibrətamiz söhbətlərinə sevə sevə qulaq asardıq.İndi nə zaman o zaman deyil, nədə bu gözəl aktyorlar var.Məkanları cənnət olsun

  • @sabanmemmedov300
    @sabanmemmedov300 ปีที่แล้ว +2

    Şənbə günü axşam saat 18- də baslayar böyüklüyü kicikli radionun yüksək səslə dinləyərək masa başında yeməyimizi yeyərək dinləyərdik hayıf o xoş günlərdən vallah darıxmışam o qayğısız günlər üçün

  • @afan4125
    @afan4125 ปีที่แล้ว +4

    Bu gözəl səslərin sədasında böyümüşük. Xoşbəxt idik. Çox təəsüflər ki, mərdimazarlar günümüzü qara gətirdilər. Allah zalımın günün qara edəcək InşiAllah!!!

  • @benovshememmedova2056
    @benovshememmedova2056 2 ปีที่แล้ว +4

    Allahim usagligim valideyinlerim her sey yadima dusdu👍🙏😪😪😪

  • @shlaabbasova3135
    @shlaabbasova3135 3 ปีที่แล้ว +10

    İlahi səsin gözəlliyi məni sehirlədi Allah hər iki sənətkara rəhmət eləsin. Sizin də əllərinizə sağlıq Arzu bəy, davamlı olsun.

  • @melahethesenova7095
    @melahethesenova7095 4 ปีที่แล้ว +6

    Kecmise qayltdlm. Allah komeyiniz olsun. Amin.

  • @kifayeteliyeva9803
    @kifayeteliyeva9803 3 ปีที่แล้ว +6

    Ay Allahım məni kecmiş illərə apardı kaş ki ,illər geriyə dönəydi😔 o vaxtlar qayğısız günlərimiz idi😢

  • @tunceraliyev3537
    @tunceraliyev3537 2 ปีที่แล้ว +5

    Dünya durduqca var olasan bulaq dədə.Səni yaşadanlardan Allah razı olsun.Bu cür gözəl insanları bizə tanıtdın daima.Dünyasını dəyişənlərə.rəhmət qalanlara cansağlığı arzylayıram.

  • @yaquteyyubova5221
    @yaquteyyubova5221 2 ปีที่แล้ว +3

    Aziz qonagımız artıq neçe gündü dostunda yoxdu yadigar beyin ogurlanmasındakı sovxoz direktörü dediğin ad qalıb ay rehmetlik

  • @mubarizsoltanov7132
    @mubarizsoltanov7132 ปีที่แล้ว +2

    Аллах рехмет етсин Семендер муеллиме

  • @afetquliyeva8094
    @afetquliyeva8094 3 ปีที่แล้ว +6

    Hayif o gunlerden gozel heyat yashayirdig

  • @namiqmmmdov3280
    @namiqmmmdov3280 3 ปีที่แล้ว +6

    Mən bu günü bildim ki,Bulaq verlişi yenidən qonaq gəlib bizlərə.Çox kədərləndim.Hər bazar həsrətlə gözləyirdik hamılıqla.Rəhmətlik nənəmin ən çox sevdiyi veriliş idi.Heyf o günlərə.Həyat çox dadlı duzlu idi.Bütün ölənlərə Allah rəhmət eləsin.Əziyyəti olanlarda minnətdaram.

  • @ArzuKerimli-ov2ip
    @ArzuKerimli-ov2ip 5 ปีที่แล้ว +19

    Allah rehmet elesin size ne gozel gunler idi cox heyif o gunlerden

    • @musayeva.n5084
      @musayeva.n5084 2 ปีที่แล้ว +1

      Allah rəhmət etsin Amin.

  • @КамранДжаббаров-ъ8с
    @КамранДжаббаров-ъ8с 3 ปีที่แล้ว +7

    Allah unudulmaz və əvəzolunmaz sənəkarlarımız Səməndər Rzayebə və Məhluqə xanım Sadıüovaya qəni-qəni rəhmət eləsin! Dünya incəsənət aləmində gözəl incilər yaradıblar!

  • @sahinmemmedov1798
    @sahinmemmedov1798 4 ปีที่แล้ว +7

    Əla əla kaş ki indi belə verlişlər olardı bezmişik bu rüsvayçı şou əhlinin əlindən

  • @gulka1158
    @gulka1158 4 ปีที่แล้ว +9

    Arzu bu gözəl verilişi bura yüklədiyiniz üçün çox sağ olun, allah sizdən razı olsun, təşəkkürlər. Xəyallar məni 35-40 il əvvəlki xoş keçmişlərə apardı. Verilişə qulaq asmaq üçün səbirsizliklə bazar gününü gözləyərdim. Kaş ki, o günlər olaydı.
    Azərbaycanın əvəz olunmaz sənətkarları Məhluqə Sadıqova və Səməndər Rzayev. Çətin ki, tarix bir daha belə sənətkarlar yetirə. Necə də gözəl, yerli yataqlı ləhcəli danışıq. Əfsanəvi səslər bir biri ilə necə də gözəl uzlaşır. Hər ikisi üzüyün büllur qaşlarıdır. Allah hər ikisinə qəni-qəni rəhmət eləsin, qəbirləri nurla dolsun, məkanları cənnət olsun. Amin!

  • @ilhamqurbanov9934
    @ilhamqurbanov9934 2 ปีที่แล้ว +2

    Ötən illərim yadıma düşdü.pəncərədə balacabir radiomuz vardı. Gecə gündüz işliuərdi.mən balaca uşaq idim.dərsə gedməzdan əvvəl Sandıqca verlişi var idi.ona qulaq asıb sonra gedirdim dərsə.Allah rəhmət eləsin sizə dünyadan köcənlər😢

  • @arifagdamli5052
    @arifagdamli5052 ปีที่แล้ว +2

    Böyüklərimizlə bərabər qulaq asardıq, amma indi onlarla bərabər böyüklərimizdə bizi qoyub getdiblər. Kaş heç ölüm deyilən bir anlayış olmayaydı. 😢

  • @eldenizsukurov9981
    @eldenizsukurov9981 ปีที่แล้ว +2

    Allah hər ikisinədə qəni qəni rəhmət eləsin ehhhhhh hayıf o günlərdən

  • @mtantmhrrmova9691
    @mtantmhrrmova9691 3 ปีที่แล้ว +5

    usaqligim kecmisim her seyim heyatimda geri qayidir,acili gunlerimde bele xos olur,itirdiklerim geri qayidir,xeyallar xatirelerr......cox sagolun bu paylasimlari coooox edin❤️🙏

  • @jewjjsjeusbsbhshshshsh5861
    @jewjjsjeusbsbhshshshsh5861 3 ปีที่แล้ว +5

    Oy nece kovreldim.😢😢kaw o gunlere qaylda bileydim bir an.
    Nece gozel caglar idi gozel veriliw
    Mehluqe Sadlqova ve Semender
    Rzayeve Allahdan rehmet dileyirem..
    Ocaglmlzln bawlnda oturan duwmene l Allah lenet elesin.hesret
    Qalflq evimize elimize ocaglmlza..
    Oz ermenimizi deyirem...

  • @turkoglu520
    @turkoglu520 ปีที่แล้ว +5

    Heyif o günlerden usagligim bir geldi gözümün qabagina🤗👍🏽
    Allah cemi ölenlere rehmet elesin🤲🏽

  • @mensurcabbarov9295
    @mensurcabbarov9295 3 ปีที่แล้ว +5

    Minətdaram sizlərə belə verilişləri qoruyub saxladığınız üçün.

  • @sabuhiyusifov2806
    @sabuhiyusifov2806 2 ปีที่แล้ว +5

    Mənim də gözəl xatirəlim var bu səslərdə

  • @АкифГусейнов-т4я
    @АкифГусейнов-т4я 2 ปีที่แล้ว +5

    Сэмэндэр Рзаев

  • @sahinabdurzaqov6848
    @sahinabdurzaqov6848 11 หลายเดือนก่อน +3

    Xöşbəxt cağlardan qalan xatirələr...😪😪😪

  • @sakirshushanov6847
    @sakirshushanov6847 2 ปีที่แล้ว +4

    Bu verilişə qulaq asanda gəncliyimiz o vaxtları xatırlayırıq. Allah rəhmət eləsin hər ikisinə .

  • @ГусейнТаривердийев
    @ГусейнТаривердийев ปีที่แล้ว +2

    Allah rəhmət etsin sizlərə, görün kimləri itirib kimləri tapmışıq. Azərbaycanda özəl televiziyalar abır-həyanı silib süpürdü, yerinə abırsızlıq, həyasızlıq, yaltaqlıq, ailə münaqişələri, efirlərə layiq olmayan aparıcılar müğənniciklərlə millətə ibrət dərsi verirlər. Hər şeyimizi itirə-itirə gedirik, allah axırımızı xeyirli etsin. Amin.

  • @qaramese
    @qaramese 10 หลายเดือนก่อน +1

    Uşaqlıqda ən çox sevdiyim və dinlədiyim veriliş. Unudulmaz səslər.

  • @ЭльманПириев-ф1р
    @ЭльманПириев-ф1р 3 ปีที่แล้ว +6

    Аллах рехмет елесин сизи, бойук сенеткарлар.

  • @ИгырДенисов
    @ИгырДенисов 3 ปีที่แล้ว +5

    Xalgnj tarixni yaddan cxarmayan kozel insanlara. Bu kelimli kedmli goca dunyada itid yaddan cjxmaga goymayan insanlar varolsun .

  • @mlahtvliyeva1149
    @mlahtvliyeva1149 2 ปีที่แล้ว +4

    Allah rəhmət eləsin sizəə necəə darxmışdım bu səslər üçün.

  • @gulpasayeva6051
    @gulpasayeva6051 5 ปีที่แล้ว +12

    Valideynlərim yadıma düşdü.necə həsrətnən gözlüyürdük bu verlişi

  • @afaqqasimova021
    @afaqqasimova021 2 ปีที่แล้ว +4

    SEMENDER ALLAH VERGISI . ALLAH SIZI QENI QENI REHMET ELESIN ❤👑❤👑❤👑😔😔😔

  • @ntiqhuseynova
    @ntiqhuseynova ปีที่แล้ว +3

    Nə gözəl günlərimiz geridə qaldı. İndiki zamanın, heç nəyin maraqı yoxdur

  • @ilhamilyasov8875
    @ilhamilyasov8875 2 ปีที่แล้ว +4

    Salam Arzu bəy. Allah o gözəl sənətkarlara rəhmət eləsin. Allah səndən də razı olsun bu gördüyün xeyirxah işə görə. Adamın ruhu dincəlr. Mənim sinif yoldaşım var idi, sənin adaşın, Arzu Qurbanov. Qəza nəticəsində bivaxt rəhmətə gedib.

  • @cingizalyev3545
    @cingizalyev3545 5 ปีที่แล้ว +30

    Məni dogma Kəlbəcərimə, bəxtəvər atalı babalı günlərimə apardı. Cox hayif indi nə Kəlbəcər var nə baba nənə nədə ki ata. Cox hayif cox. Uca Allah bunnan betərinnən saxlasın. Amin

    • @samiribrahimli6650
      @samiribrahimli6650 5 ปีที่แล้ว +3

      Eyni ilə, məndə Kəlbəcəri xatırladım çox kövrəldim, son 2 il işıqları üzdən iraraqlar kəsmişdi bateryayla ancaq radioya qulaq asardıq, bazar günü olanda səbirsizliklə saat 8 olmağını gözləyirdik,hekayələri dinləyirdik, daha bilmədik ki ən böyük roman bizim talehimizə yazılacaq 😢 uşaqləğımızı əlimizdən alan, evinizi eşiyimizi əlimizdən alan bir roman 😢

    • @kamalsfrova6108
      @kamalsfrova6108 4 ปีที่แล้ว +2

      😢😢😢

    • @nerminhidayetzade2745
      @nerminhidayetzade2745 4 ปีที่แล้ว

      Kelbecere qovusmaga az qaldi

    • @elnur7105
      @elnur7105 4 ปีที่แล้ว +7

      Kelbecer artiq var gozunuz aydin olsun.

  • @bakili3854
    @bakili3854 3 ปีที่แล้ว +5

    Bu verilise men o zaman da qulaq asardim.indi buna yeniden qulaq asanda,insan inana bilmir ki,indiki insanlar bu insanlardir.aradaki ferqi,daha dogrusu ucurumu gormek cetin deyil .insanlar vehsilesdi, dunyaperest oldu,insani deyerler yoxa cixdi.simasini itirmis bu milletin geleceyi aydin deyildir.

  • @ferhadyaqub2386
    @ferhadyaqub2386 4 ปีที่แล้ว +5

    Allah razi olsun insanin ruhu dincelir

  • @niyazigulmemmedov9693
    @niyazigulmemmedov9693 2 ปีที่แล้ว +5

    Ömrümüz nə tez gəlib keçdi.

  • @kamalyaverdiyeva4195
    @kamalyaverdiyeva4195 2 ปีที่แล้ว +5

    Heyif o gunlərdən ,ailəlikcə bu verilişi gözləyirdik ,analı atalı gunlərim geri qayidaydi kaş,

  • @seymuraliyev4398
    @seymuraliyev4398 8 หลายเดือนก่อน

    Allah butun boyuk senetkarlarimiza rehmet eylesin Amin Allah

  • @mahmudovyasar3214
    @mahmudovyasar3214 3 ปีที่แล้ว +6

    Kas o gunler olaydi ne internet ne telefon lazim degil radio besimiziydi xosbext gunlermiz idi

  • @resadismayilov2773
    @resadismayilov2773 5 ปีที่แล้ว +7

    Kecmisi olmayan geleceyi qura bilmez...bu bizim kokumzdur....unutmayaq beyenek yayaq....

  • @АхмедНаджафли
    @АхмедНаджафли 10 หลายเดือนก่อน +3

    Uşaqlıq illərində Kəlbəcərin Daşbulaq kəndində dinləyərdim

  • @elshanmamedov5269
    @elshanmamedov5269 2 ปีที่แล้ว +4

    Təəssüflər olsun ki,indi heç bir nə radio nə də televiziya kanallarında bu cür verilişlər görmürük.

  • @mahirehesenova3687
    @mahirehesenova3687 6 ปีที่แล้ว +7

    En boyuk isdeyim idi ki köhne bulaga qulaq asmaq

  • @nailtahirzad3910
    @nailtahirzad3910 ปีที่แล้ว +2

    Nə ğözəl verlişidi. Rəhmətliklər də necə gözəl, dilimizin şirinliyini artıra - artıra danışırdılar. İndi nə radioda, nə də televizorda bir əməlli- başlı veriliş yoxdur. Əsas da televizor, lap zayı çıxıb. Səviyyəsiz verlişlər, bir əxlaqi, mənəvi əhəmiyyəti olmayan şoular.Baxmaq münkün deyil. Aparıcıların əksəriyyəti də davranışını, danışığını bilməyənlərdir .13:48

  • @aysec-va2103
    @aysec-va2103 ปีที่แล้ว +4

    O illere qayıtdıq bir anlıq çoxxx heyif o illerden nece gözel insanlar vardı her bazar axşamı bulaq verilişini gözleyirdik 😔😪

  • @aligasimov1836
    @aligasimov1836 5 ปีที่แล้ว +9

    Cox cox sag olun bu verlişe göre

  • @vefa_aliyeva
    @vefa_aliyeva 11 หลายเดือนก่อน +2

    HƏR ELDƏ HƏR EVDƏ DOĞMALAŞAN JYADİGAR SƏSLƏR

  • @aysalabbasbeyli8668
    @aysalabbasbeyli8668 2 ปีที่แล้ว +4

    Ürəyimin ucu göynədi!

  • @vasifmemmedov8207
    @vasifmemmedov8207 3 ปีที่แล้ว +4

    Arzu bəy cox saq olun atalı analı qayqısız ğunlərımə qaytardınız

  • @durdaneveliyeva6472
    @durdaneveliyeva6472 2 หลายเดือนก่อน

    Necede kövreldim uşaqlıgım yadıma düşdü analı atalı günlerim heyif o günlerden indi hec neyin maragı qalmayıb nece gözel senetkarlar idı Allah rehmet eylesin

  • @vasmahuseynova9545
    @vasmahuseynova9545 2 ปีที่แล้ว +3

    Allah rehmet eləsin gözəl insanlardi,niye indi belə verlişdər vermirlər,cox təəsüflər olsun

  • @azrbaycanazrbaycan9023
    @azrbaycanazrbaycan9023 5 ปีที่แล้ว +10

    Hər gün axşam saat 8 də yemək yeyilən vaxt radioda başlayırdı yemək yeyə yeyə hamı birlikdə ləzzətnən qulaq asırdıq. Allah rəhmət eləsin bu aktyorlara gözəl aparırdılar, elə bildim həmən illərdəyəm. Sağ olun o günlərə qaytardınız. Görəsən bu veriliş indi də gedir yoxsa yox mən izləyirəm tapa bilmirəm.

    • @CavadzadeCavadzade
      @CavadzadeCavadzade 5 ปีที่แล้ว +2

      Azərbaycan Azərbaycan . Beli gedir bazar gunu 8-in yarisi

  • @Mila.Fizulili
    @Mila.Fizulili 7 หลายเดือนก่อน

    Neler geldi-kecdi göz önümdən,heyf,birde geri gelmez o,günlərimiz

  • @rzamirzyev6648
    @rzamirzyev6648 5 ปีที่แล้ว +5

    Салам. ДУНЙАНЫН ДУЗ ВАХТЛАРЫ. hейиф о кунлара

  • @oktaytagiyevKebirli
    @oktaytagiyevKebirli 2 ปีที่แล้ว +3

    Çox gözəl olardı bu lent yazılarını ardıcıl olaraq səsləndirirlər bu milli folklorumuzun itib batmasının qarşısını alar....

  • @Yukaacamss
    @Yukaacamss ปีที่แล้ว

    Ay Allah hara getdi o illər? 70 çilləri qaytardı geri bashim kələğayı ki anam buxara papaqlı atam birlikdə qulaq asardıq bizim qayğısız bəxtəvər günlərimiz idi.Nə atam var indi nə anam.ozumdə artıq yashlanmisham.Goz yaşlarım sel kimi axdı ürəyim partladı nələrdən keçdik bu günə gəldik ilahi kash o,günlərə qayidardim.O,qayğısız xoşbəxt illər hara getdi hara?

  • @ElnurAbbasov-jv6lt
    @ElnurAbbasov-jv6lt 9 หลายเดือนก่อน

    NƏ GÖZƏL İLLƏR VARİYDİ BULAQ VERLİŞİ 😢😢

  • @cahangir2247
    @cahangir2247 4 ปีที่แล้ว +4

    Allah sizdən razı olsun . Qayģısız uşaqlıq illərimi xatırladım.Hər bazar səbirsizliklə 19.30 u gözləyərdim...

  • @elcinibadov2800
    @elcinibadov2800 ปีที่แล้ว

    Möhtəşəm veriliş

  • @tehmezebilov8346
    @tehmezebilov8346 10 หลายเดือนก่อน

    ALLAH RƏHMƏT ELƏSİN.

  • @yasmn2078
    @yasmn2078 3 ปีที่แล้ว +5

    Gecə yadıma düşüb bu veriliş kuxnada balaca radiomiz vardı orda qulaq asirdiq anamla indi xatırlayıram o günləri ,cooxx şeyləri xatırlayırsan istiyiren bu verliş dircrlsin çünki bu bizik uşaqlarımız bundan məhrum olmasın ,yasatsinlsr ,

  • @sevincagayeva6170
    @sevincagayeva6170 3 หลายเดือนก่อน

    Allah sizə min rəhmət eləsin. Bizə nə qədər lazımsız, səsiniz məlhəm, kəlamlarınız dərman , heyif o illərdən. Səsləri məlhəm, kəlamları min dərdə dərman. Heyif ...