mental sağlamlıqdan danışaq (və ya depressiya ilə təcrübəm) + kömək edən 10 tövsiyəm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ⭐instagram: @tamarasered
    🔔youtube: / tamaraseredaz
    *************************************************************
    ▶️ başqa bütün videolarım: • qızların təhsili, xoşb...
    ************************************************************
    reklam və əməkdaşlıq üçün: tamaraseredaz@gmail.com
    *************************************************************
    video barədə iki sözlə:
    xoşbəxtlikdən danışaq, mental sağlamlıqdan danışaq, depresiya ilə təcrübəm, mental sağlamlıq üçün kömək edən tövsiyələr, terapiyaya getdim, psixoloqa getdim, mental və fiziki simptomlarım, başı xarab etiketi, qurban fikir tərzi, burnout, alçaqlıq kompleksi, emosional intellekt, dərmanlarla təcrübəm, yaxşı qız kompleksi, özgüvən, özünə sevgi, eqo problemləri, ekzistensial böhran, Tamara Sered.
    *************************************************************
    əgər bunu axıra qədər oxumusuzsa, gülümsəyin! :)
    Tamara

ความคิดเห็น • 482

  • @TamaraSeredAz
    @TamaraSeredAz  2 ปีที่แล้ว +62

    1:10 - BİRİNCİ HİSSƏ: ÖZ TƏCRÜBƏM
    31:40 - İKİNCİ HİSSƏ: 10 TÖVSİYƏM
    Videoda qeyd etdiyim kimi helədə sağlamlığa gedən yoldayım, buna görə şərhlərdə mənə və ən əsası biri birinizə qarşı adi gündən bir az daha mərhəmətli olsaz, sevinərəm 🤗 yadınızdan çıxmasın ki ətrafdakılar nədən keçdiklərindən xəbərimiz yoxdur, özüm belə bu videoda paylaşdıqlarım problemlərimin heç 5%-i belə olmayan qeyri dərin problemlərdi.
    5:12 - bu videonu çəkdiyimdən məni artıq nəyinki kök, hamilə də adlandırıblar 😂 indi gedim bu sözlərin ziyanını fikirləşim
    11:35 - bu ona görə baş verib ki anxiety-yə gəldikdə idmanla məşğul olmaq qısa müddətli həlldir, ancaq beynimizdə baş verənlərə kömək edərək uzun müddətli həll etmək olar
    37:58 - bu videonu çəkdiyimdən bu artıq bir dəfədən çox baş verib 😄
    44:30 - burada təsvir etdiyim hadisələr panic attack adlanır
    46:07 - psixoterapevtə yazılanda həddindən artıq ehtiyatlı olmağa qeyd etməyə yadımdan çıxıb. Peşəkar terapevt çox yararlı ola bilər, lakin qeyri-peşakar terapevtdən zərər ala bilərsiz. Peşəkar terapevt sizə ancaq sual verə bilər və özünüzü anlayıb öz qərarlarınıza gəlməyə kömək edə bilər.
    👀 görəsən axırdakı əsəbli Tamaranı görən olub?
    P.S.Bu kanala abone olmağa unutmayın! :) th-cam.com/users/TamaraSeredAz
    ⭐instagram: @tamarasered

    • @carlo1935
      @carlo1935 2 ปีที่แล้ว +5

      Salam Tamara bu barede men de yaxin zamanda video cekmeyi planliyiram.

    • @girlhappy6442
      @girlhappy6442 2 ปีที่แล้ว +5

      Super hemiseki kimi ela 👍 cox aktualdir menimcun

    • @dr.cosmetologist
      @dr.cosmetologist 2 ปีที่แล้ว +1

      Uzu mimikanizdan cox istfade etmeyin esas qaslarinizi cox qaldirirsiniz bu qarsinizdakina neyise izzah etmek anlamina gelir onun yerine ellerinizdem jestika olaraq istfade edin

    • @ARZ.Bagirova7229
      @ARZ.Bagirova7229 2 ปีที่แล้ว +1

      Ingilis dilinde kanalinız var? varsa linkini paylasinda. Ingilis dili oyrenmeye calisiram

  • @nurtenalekberli6821
    @nurtenalekberli6821 2 ปีที่แล้ว +56

    Fergi yoxdur 3metr ya da 3sm suyun altındasan,hər ikisində havasız qalib bogulacagsan..Çox dəyərlidir bu cümlə.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +8

      Dəyərki tapdığınıza sevindim! 🤗

    • @AyNuR_MuntaziR_Hasanzada
      @AyNuR_MuntaziR_Hasanzada ปีที่แล้ว

      Tamara xanım, çox gözəl video idi, əhsən, çox faydalı oldu, çooox. Bu kimi problemlərdən əziyyət çəkən yaxın tanışımla da paylaşdım. Allah sizdən razı olsun. Sizin kimi gənclərlə və öz gəncliyimlə fəxr edirəm. Lakin sizə tövsiyəm budur ki, öz ana diliniz olan azərbaycan dilini təkmilləşdirin və bu dildə rəvan şəkildə danışmağı qarşınıza məqsəd qoyun. Bunun üçün ilk addım öz dilini həqiqətən, səmimi şəkildə sevməklə başlayır. Azərbaycan dilini sevin, çünki o rusun, ingilisin yox, məhz SİZİN ana dilinizdir! SİZİN!

    • @leylaleyla1288
      @leylaleyla1288 ปีที่แล้ว +1

      @@AyNuR_MuntaziR_Hasanzada Rus dilinde ve ingilis dilinde tehsil alan birine gore, chox temiz danishir. Azerbaycanca tehsil alanlarin choxu oz fikrini bu qeder selis ifade ede bilmir, söz ehtiyatlari kasaddır, diksiyaları urek bulandırır. xüsusen de Ç sesini ts kimi işledenleri dinlemek mümkün deyil, üreyim bulanır.

  • @ragsanacamalova
    @ragsanacamalova 2 ปีที่แล้ว +83

    Həqiqətən həddindən artıq faydalı oldu. Bir çox hallar məndə də olub :/ deyəsən bir çoxlarımız özümüzü aldadıb duyğularmızı yaşamırıq..

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +17

      Faydalı tapdığınıza sevindim! görünür ki elədir, təəsüf ki...

    • @ataturkkkxks
      @ataturkkkxks 2 ปีที่แล้ว

      @@TamaraSeredAz 🐖🇷🇺

  • @jourFelody
    @jourFelody ปีที่แล้ว +7

    Bu karantin dönəmində dərsdən çox geri qaldım və hər dəfə müəllimələrim,müəllimlərim öyrəndiyim dərslər üçün mənə afərin deyəndə,5/5+ qiymət verəndə özümü pis hissedirəm. Sanki layiq deyilmişəm kimi. Üstünə də maddi durumumuz gələndə inan ki özümü asmaq istəyirəm. Bu bərbad təhsil sistemi məni çox yorur. Açıqcası imkanım olan kimi yatmaq istəyirəm. Yataqdan heç durmuram istirahət günlərində. Fikrim çox yayınıqdır dərsi dəfələrlə oxusam da fikrimi cəmləyib birşey anlamıram. Vaxtilə çoxca çalışıb sinif əlaçısı seçilirdim. İndi də əlaçıyam ama zəif olduğumu hissedirəm. Nəinki psixoloqa getməyə,adi qan analizi verib vitamin çatışmamazlığımı müalicə etməyə maddi imkanımız çatmır. Video yaxşı hissetdirdi,bu kimi problemləri anlamaq və üstəsindən gəlmək çətindir və sənin üstəsindən gəlmiş olmağın bizə çox dəstək olur. Açıqcası izləyənə qədər bunları problem yox,müsbət yanım kimi qəbul etmişdim,özümü dərslərə verməyim,durmadan çalışmağım mənə yaxşı gəlirdi. Psixoloji problemlərimin olduğunu belə yeni anladım. Bir gün psixoloqa getməyi çox istəyərdim çoxdandır bu fikirdəyəm ama artıq məcbur olduğunu anlayıram. Çox uzatmaq istəmirəm özünə yaxşı bax səni sevirik💘✨yaxşı ki varsan❤️

    • @fidybeanbird
      @fidybeanbird 7 หลายเดือนก่อน

      Ümid edirəm indi daha yaxşısınız 🙏🏻

  • @nasibagahramanli5943
    @nasibagahramanli5943 2 ปีที่แล้ว +41

    Tamara, sənin danışdıqlarını özümə yaxın hiss edirəm. Evdə ailəmlə problemlər, özümü müstəqil hiss etməmə və s. kimi problemlər var və özümü dərsə vermişəm. Özümə həmişə sən güclüsən, bacararsan deyirəm. Yetmədiyini anladım. Tez bir vaxtda psixoloqa getməyə başlayacam. Yaxşıki varsan Tamara.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +15

      bölüşdüyünüz üçün təşəkkür! sağlamlığınıza gedən yolda uğurlar!! Siz güclüsüz və bacaracaqsız 🤗

  • @sevdaaaa
    @sevdaaaa ปีที่แล้ว +8

    Sizin danışdığınız bu problemləri mən 16 yaşımda yaşayıram və hər günüm ağlamaqla keçir .Yaxşıki səhifənizə göz atdım ,gedirəm evdəkilərlə danışım psixaloji dəstək alım.Təşəkkürlər Tamara💗

    • @jourFelody
      @jourFelody ปีที่แล้ว +2

      Ağlamıram ama 15 yaşında yaşayıram çox yaxşı anlayıram səni💘

  • @gulayqadimova
    @gulayqadimova 2 ปีที่แล้ว +12

    İllərdir artıq nələrsə etməyə həvəsim gəlmir. 19 yaşım var amma sanki hər şeyə gec qalmış kimi hiss edirəm özümü. Psixoterapiyaya gedəcək imkanım da yoxdu
    Ailəmə də bu haqda heçnə danışmamışam. Mental sağlamlığımı belə videolar izləyərək düzəltməyə çalışıram. Mənim üçün çox çətindi amma ümid edirəm hər şey yaxşı olacaq. Bu arada sevilirsən Tamara 💘💘

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +5

      Güclü qalın 🤗 hər şey yaxşı olacaq!

  • @aytanguluzade4777
    @aytanguluzade4777 ปีที่แล้ว +9

    I am so happy that you have shared this kind of video about yourself. It does not matter how strong we look, everyone is vulnerable and the moment we accept it, stop hiding or ignoring it, we set ourselves free. 💙

    • @TamaraSeredAz
      @TamaraSeredAz  ปีที่แล้ว +1

      Well said! Thank you Aytan ☺️

  • @babayevaleman5830
    @babayevaleman5830 2 ปีที่แล้ว +47

    Bu aralar məndə mental çöküş yaşayırdım, bu video çox faydalı oldu. Tövsiyyələrinçün təşəkkürlər Tamara!❤🤗

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +13

      Faydalı tapdığınıza çox sevindim!! Sizi də izlədiyiniz üçün təşəkkür edirəm 🤗

  • @samirhmdova1077
    @samirhmdova1077 ปีที่แล้ว +2

    Salam.Tamara sən çox ağıllı qızsan.hər şey dəqiq analuz etməyi bacarırsan.çünki belə hallar məndə də olub.Ama savadsız psixoliqlar heç vaxt bunları mənə izah etməyib.Məndə efirdən həkimləri dinləməklə (təsadufi) yaxud da özüm bəzi siptomları aşkar edib.çarə tapmağa çalışmışam. Mən sənə can sağlığı diləyirəm.Dahada yaxşı ol.inşəallah.mən səndən çix şeylər öyrəndim.çox sağol.və hər bir insanın həyatındakı bu hallar ətrafında baş verənlərin təsuridir.😘😘😘😘😘😘😘

  • @vina473
    @vina473 2 ปีที่แล้ว +36

    Keçmiş olsun Tamara, ümid edirəm bundan sonra həyatında bir daha belə problemlər yaşamazsan♡
    İfadə edilməmiş duyğular heç vaxt ölməzlər, onlar diri diri basdırılar və daha sonra qorxunc şəkildə təzahür edərlər.
    Sigmund Freud
    Anxiety, Panik atak kimi xəstəliklər vaxtı ilə ifadə etmədiyimiz, "ürəyimizə atdığımız" duyğuların daha qorxunc şəkildə üzə çıxma formasıdır. Ona görədə hər bir duyğunu vaxtında yaşamaq və ifadə etmək lazımdır. Yasınız varsa yasınızı tutun ağlayın, qışqırın vs. Kimsə sizin xətrinizə dəyibsə, gedin və deyin ki sənin filan hərəkətin mənə pis təsir etdi, əsəbləşdirdi və s.
    El arasında da " heç nəyi ürəyinə atma, çox fikir çəkmə sonra xəstə olarsan" deyə bir deyim var, həqiqətən əbəs yerə deməyiblər.
    Və məncə Anxiety-nin Azərbaycan dilində tərcüməsini dəyişdirmək lazımdır, "Narahatlıq" biraz cılız səslənir. Halbuki Anxiety həqiqətən insan həyatının keyfiyyətinə çox mənfi təsir edən ciddi bir xəstəlikdir. Anxiety-nin necə bir bəla olduğunu ancaq Anxiety xəstələri başa düşə bilər.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +7

      dəstəyiniz üçün çox sağolun! şərhinizi paylaşdığınız üçün təşəkkür, ümid edirəm ki izləyicilər oxuyar!

    • @vina473
      @vina473 2 ปีที่แล้ว +2

      @@TamaraSeredAz 🤗💝

  • @nbdysprfct
    @nbdysprfct ปีที่แล้ว +3

    əziz Tamara, bu video mənim üçün spoilerdir. eyni səbəblərdən olmasa da eyni keçirtdiyim hisləri qeyd edirsən. 1 aydır psixoloqla danışıram,amma elə ki məsələlərə qarşı sual yaranır, mənim müdafiə mexanizmam “yox, keçə bilməzsən, olmaz” deyərəkdən saxlayır məni və nəticə həmişə o sualın cavabını bilmirəm olur. seanslardan sonra belə özümə “vaxt ayırıb” həmin cavabını “bilmədiyim” sualların üzərində düşünmürəm. amma bu suallar bir yerlərdən asılıdır. sənsə onların cavablarını deyirsən kimi hiss etdim bir an

  • @soyalegriaaa
    @soyalegriaaa 2 ปีที่แล้ว +9

    Ailem o qeder dar dusuncelidi ki ve meni de ele yetisdiribler . Neticede öz dusunculerim bele cercive içindedir . Senin ve Leyla'nın videoları ile inkişaf etdiyimi düşünürem

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +4

      Sevindim ki videolarımda bir fayda tapırsız! Sizə gələcəkdə özünüzə uyğun ətraf və ailə qurmaq aruzu ilə 🤗

  • @mazeinsidemyhead9763
    @mazeinsidemyhead9763 2 ปีที่แล้ว +8

    Yazıb yazmamaq barədə çox düşündüm, amma yazacam. Tamara, eyni şeyləri eyni cür mən də yaşayıram, hazırda. Məktəb zamanı həmişə əlaçı olacam, unibersitetdə yaxşı oxuyacam, xaricə gedəcəm deyə-deyə özümü nə qədər qəbul etdirməyə və mükəmməl olmağa çalışmışam. Özüm özümə dəyər vermədiyim üçün həmişə nəyəsə nail olub, özümü onunla qəbul etdirməyə çalışmışam. (Sən danışdıqca ən içimdəki sirrləri bilən adam danışırmıç kimi hiss elədim) indi eynilərini mən də yaşayıram. Universitet bitdi, Avropaya gəldim, burda yaşamağa və işləməyə başladım. Həyatımdakı bütün arzularımı yerinə gətirmişəmsə məndən xoşbəxti olmamalı idi. Xoşbəxt hiss etmədiyim üçün vicdan əzabı çəkməyə başladım. Pul qazana bildiyim üçün, özümə istədiyim şeyləri ala bildiyim üçün, dünyada aclıq çəkən insanların olduğunu xatırlayıb özümü daha pis hiss edirdim (əslində hələ də edirəm). Və sonra mənim də bədənim reaksiya verməyə başladı. Bir gün işdə idim və gördüm ki, əllərim titrəməyə başlayıb. Və bunu dayandıra bilmirəm. 2 gün 3 gün davam etdi və sonra artıq dözülməyəccək hala gəlməyə başladı. Nevropatoloqa getdim, başımın MRT-si çəkildi. Heç nə tapılmadı. Sakitləşdirici dərman içməyə başladım (2-3 dəfə sınadım amma sonra özümü öyrəşdirməmək üçün davam etmədim). Psixoloqla danışmağa başladım. Və onun sayəsində əllərim 90% düzəlib. Hər şeyi yazsam daha da uzun olar. Amma bu videodan anladığım çox böyük 2 şey oldu. 1-cisi eyni hissləri yaşayan tək mən deyiləm. 2-cisi fərqi yoxdur 3 sm ya 3 metr suyun altındasınız, hər bir halda boğulursunuz. 3 sm olsa da bu suyun altından çıxmağımız diləyilə…

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +10

      ohhh o vicdan əzabı!!! ondan videoda danışmağa tamamilə yadımdan çıxdı! ətrafda hər şey əla olub amma içinizdə xoşbəxt olmadığınız üçün nankör insan olduğunu fikirləşib vicdan əzabı çəkmək 😭 mənim də əllərim komyuterdə işləyərkən titrəyirdi, həkimlər sadəcə stress olma deyib buraxmışdılar ... siz mənim itmiş əkiz-im deyilsiz ki?! 😅 bu şərhi oxumağa xoş idi, doğurdanda tək olmadığımızı bilmək kömək edir. sizə o 3 santimetr suyun altından çixmaq üçün çoxlu pozitiv enerji göndərirəm!!! 🤗

    • @mazeinsidemyhead9763
      @mazeinsidemyhead9763 2 ปีที่แล้ว +3

      Deyəsən itmiş əkizik doğrudan da 😅. Bu arada eynən mən də birinci psixoloqumu oxşar səbəblərdən dəyişdim. Çünki, bu gün danışdığım problemləri biraz sonra xatırlamır, mənə sadəcə qulaq asır reaksiya vermirdi. Mənim isə köməyə ehtiyacım vardı. İkinci psixoloqum isə mənə suallar verir və səbəbi aydınlaşdırmağa çalışır və tapşırıqlar verir. Mental sağlamlığı itirməyin ən pis tərəfi onun fiziki nəticələrinin olmasıdır. Əllərimin əsməsi və yaxud da bədənimdəki səbəbsiz ağrılar. Özümü fiziki olaraq xəstə hiss edir, hər nə qədər əksini bilsəm də özümdə qəribə xəstəliklər tapıram. 11-ci sinifi beynim yaddaşımdan silib. Məndə yoxdur həmin il. Ya da ilk münasibətimdən ayrılanda dostum mənə yazmışdı ki, necə hiss edirsən özünü? Demişdim ki, normal. Nə olub ki? Həyatım olduğu kimi davam edir. Bütün hisslərimi bağlamışdım. Və indi fərqinə varıram ki, özümü o qədər sıxmışam ki, indi bütün hisslərim birdən fontan kimi üzə çıxır və mən onları tuta bilmirəm. Vicdan əzabı məsələsi hələ də davam edir, 8 kilo kökəlmişəm etc. Tamara, direkt olaraq “sən” deyə müraciət etmişdim, bunun səbəbi eyni hissləri yaşadığım üçün özümə yaxın hiss etməm idi. Əgər hörmətsizlik etdimsə üzrlü say. Əgər okay-dirsə, sən desən sevinərəm. Good luck. Əgər istəsən mən dərdini bölüşmək üçün burdayam 😊

    • @auroradreamy6325
      @auroradreamy6325 2 ปีที่แล้ว +1

      @@mazeinsidemyhead9763 sanki mənim gələcək versiyamsiz.. sən və Tamara . Həmişə düsunurəm ki görəsən xəyallarım gerçəkləsəndən sonra yenə də xoşbəxt olacağammi sonra ağlıma gəlir ki bəlkə də olmayacam o zaman da başqa səbəb tapacam stres olmaga( mental sağlığımız düzəlmədən tam anlamiyla hüzurlu ola bilməyəcəyik bunu öyrəndim təşəkkürlər..💔

    • @lalealiyeva5440
      @lalealiyeva5440 2 ปีที่แล้ว +1

      Salam. Getdiyiniz psixoloqu tovsiyye edirsizse ad soyad melumat vere bilersiz zehmet olmasa 🙏

  • @rahidememmedli
    @rahidememmedli 2 ปีที่แล้ว +15

    danisigin,səs tonun terapiya kimi gəlir mənə❤️nə zaman kefsiz olsam, motivasiyam düşsə həmən seni izleyirem🥰sevilirsen, uğurların hər zaman davamlı olsun

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +4

      Sevindim ki videolarımın pozitiv təsiri var 🤗 xoş sözləriniz üçün təşəkkür!!

  • @mabel3152
    @mabel3152 2 ปีที่แล้ว +17

    Tamara səni burda görmək çox xoşdur 😍videoların uzun olmağı əladı məncə, səninlə daha çox vaxt keçirmək üçün

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +5

      Sizi də kanalımda görmək xoşdur 🤗 təşəkkür edirəm!

  • @turantagiyeva9981
    @turantagiyeva9981 2 ปีที่แล้ว +6

    Çox güclü qızsan. Biz insanlar hər birimiz çox güclüyük. Hərdən xırda hisslerimizle problemlər ola bilər. Onu da aradan qaldırmaq asandı. Allah var dərd yoxdu dəyərlər. Min dərd min bir dərman var. Artiq yaxşısınız.Cox sukur. Ancaq bu hisslərlə problemi hər bir insan deyərdim ki rastlaşır həyatının müəyyən yaşında. Və bundan çəkinmək lazım deyil. Bu da təcrübədir. 😊 Bizi daha da güclü edir.Hisslerimiz bizə sanki üsyan edir ki bezen bir mənə də bax, özünə vaxt ayrı, özünü daha çox sev, öz qədrini bil çünki biz deyerliyik. Özümüzü daha yaxından tanıyırıq. Hisslərimizi anlayırıq. Bir növ özümüzlə daha yaxından dostluq qurmuş oluruq. Her isde bir xeyir var bəzən. Sən dəyərli insanlardansan Tamara. Və sevgi dolusan🌺

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Bu qədər xoş sözlərlə dolu şərh üçün çox sağolun 🥹🫶🏻 🤗

  • @ferimirzezade9872
    @ferimirzezade9872 ปีที่แล้ว +2

    Videonun faydaliligi ve vacibliyinden sonraki esas mesele de, tam olaraq normal heyatda sirf 1dilde danismasaniz da, buna baxmayaraq fikrinizi cox temiz selist detayli izah edirsiniz 😇 teshekkurler Tamara 🫶

  • @rəsmsaatı
    @rəsmsaatı ปีที่แล้ว +5

    Mərdəkanda böyümüş və yaşayan biri olaraq səni elə yaxşı başa düşürəm ki, Tamara. Həmçinin bir məqamı da anladım. Məsuliyyət tələb edən və mənim üçün çox yaxşı bir işə anidən girdiyimdə bu sənin dediyin kimi xoş birşey olsa da stressdən yata bilmirdim və ürəyim bulanırdı. Bunun səbəbi videondan sonra daha aydın oldu mənə. Mərdəkan hələ də dəyişməyib. Hələ də insanlar qınayır, hələ də insanların çoxu toksikdi. Ancaq bu toksik insanlarına arasında sağlam qala bildiyim üçün özümlə fəxr edirəm. Eyni zamanda səninlə də fəxr edirəm Tamara. Take care🙏

  • @sarashelby601
    @sarashelby601 2 ปีที่แล้ว +16

    Как будто бы ваша душевная спокойствие повлияло и на вашем лице. Вы стали гораздо красивее и ваша улыбка стала ещё ярче сиять. Удачи вам 🌼

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +7

      Спасибо большое за приятные слова 🤗

  • @ayM.8408
    @ayM.8408 2 ปีที่แล้ว +4

    Tamara, paylaşimlarini severek izleyirem. 12 il evvel geldiyim Avropada ilk dil kursumda mene tam da bele deyildi : Siz, postsovet ölkelerinden gelenler, cox vaxt nümunevi ders davranişlarinizla( derfteri, kitabi, qelemi, tapşirigi yerinde ) seçilirsiz. O vaxt Egomu çox tetmin etmişdi bu terif . Indise, Abşeron yarimadasinin keçmiş elaçisi senin danişdiqlarini çox gözel anlayir.

  • @MehribanYadulla
    @MehribanYadulla 2 ปีที่แล้ว +11

    Sənə saglamlıq və xosbextlik arzulayiram!

  • @aynurdunyamaliyeva2513
    @aynurdunyamaliyeva2513 ปีที่แล้ว +3

    Müharibə baş verməmişdən əvvəl çox gözəl rutinim var idi və mental olaraq özümü çox sağlam hiss edirdim.Ən xırda şeylərdən belə zövq alırdım.Fərqindəliyim çox yüksək idi.Müharibə dövründə, şəhidlərimizin olması bütün psixologiyamı alt üst etdi.Yolun ortasında ağlamaq istəyirdim.Bütün musiqilər çox xırda şeylər məni ağladirdi.O dövrdə psixoloji dəstək almaq imkanım olmadı.Dərman dəstəyi aldım amma üzərindən kifayət qədər keçsə də əvvəlki kimi ola bilmirəm.

    • @aynurdunyamaliyeva2513
      @aynurdunyamaliyeva2513 ปีที่แล้ว +1

      Amma üzərində çox çalışıram.Ümid edirəm bacararam)

    • @jourFelody
      @jourFelody ปีที่แล้ว

      @@aynurdunyamaliyeva2513 məncə çalış get psixoloqa çünki nə qədər də olsa bunları adi dostla bölüşmək çox birşey dəyişmir vəya fərqində olmaq. Əsas odur ki üstəsindən gələsən,ümid edirəm ki gələrsən❤️

  • @snugglebuggsq
    @snugglebuggsq 2 ปีที่แล้ว +7

    Türküm ve anladım mı anlamadım mı bilmiyorum ama azerilerin konuşması bağımlılık yapıyo ❤

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      sevindim🤗

    • @gultajismayilzada1160
      @gultajismayilzada1160 ปีที่แล้ว +1

      Dinlediğiniz zaten azerice değil, Azerbaycan dili, yani Azerbaycan türkçesi:) Biz azeri değiliz, Azerbaycanlıyız, Azerbaycan türküyüz. Azeriler İranda yaşayan fars kökenli etnik grup. “Bir Millet, İki Devlet” dememiz bunun kanıtı. 🇦🇿🇹🇷 Bu konuyla ilgili internet üzerinden bilgi edinebilirsiniz.

  • @leila8704
    @leila8704 2 ปีที่แล้ว +11

    Salam! Uzun zamandan sonra belə gözəl video üçün təşəkkür edirəm... 🤍🪴

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +3

      Salam! Video xoşunuza gəldiyinə sevindim. Sizi də izlədiyiniz üçün təşəkkür edirəm 🤗

  • @anotherlove7083
    @anotherlove7083 2 ปีที่แล้ว +9

    Hey 👋 Videoların çox maraqlı alınır. Və çox şirinsən. Məncə videoların bir çox insana faydalıdır. Belə də davam et 🤗 Sevinirsən 💞

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +4

      Maraqlı tapdığınıza çox sevindim!! Çox sağolun xoş sözləriniz üçün 🤗

  • @Kenan-11111
    @Kenan-11111 2 ปีที่แล้ว +5

    Elə Danşdın ki Eləbildim Prafesorsan Hala olsun Gərb Ölkə də Öz Prablemlərin Öhtəsinən Gəlisən Bidə Öz Vətənində Görduyun Eşit Diyin Sözlərə Ramən Öhtəsinən Gəldin Halal Olsun Xanım Qız 🌹👏👏👏

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Dəstəyiniz üçün çox sağolun!!

  • @aytekinmamedova6250
    @aytekinmamedova6250 2 ปีที่แล้ว +6

    Faydalı video üçün sağol Tamara.Sıxılmadan axıra kimi baxdım.Dırnaqlarında çox gözəl görünür.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Çox sağolun bu qədər xoş sözləriniz üçün!!

  • @aygunaxundova5512
    @aygunaxundova5512 ปีที่แล้ว +1

    Terapiyada ise öyrendim şok xeber sen maşın deyilsen hissleri var olan insansan😅🤌🏻Bu video esl momentinde çıxdı qarşıma👍🏻

  • @Ibadovaseriyye_89
    @Ibadovaseriyye_89 2 ปีที่แล้ว +9

    Tamaradan bildiris geldi əla izlemeden like .Bu arada telebe adi qazanan her kesi tebrik edirem Biz Bacardiq 🙂

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +4

      dəstəyiniz üçün təşəkkür edirəm!! TƏBRİKLƏR!!

    • @Ibadovaseriyye_89
      @Ibadovaseriyye_89 2 ปีที่แล้ว +2

      @@TamaraSeredAz xosdur :) Tesekkurler ❤

  • @mammadli3427
    @mammadli3427 2 ปีที่แล้ว +7

    Çox vaxt belə uzun videolara baxanda sıxılıram. Amma bu videodan həzz aldım və heç sıxılmadan izlədim. Əməyinə, ağzına, düşüncənə sağlıqqqq))))

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Bunu oxumağa çox sevindim 🤗

    • @mammadli3427
      @mammadli3427 2 ปีที่แล้ว +2

      @@TamaraSeredAz 🤩❤️

  • @elmirahuseynova5954
    @elmirahuseynova5954 2 ปีที่แล้ว +10

    Hazırda psixologiya üzrə təhsil alıram ve təbii ki birinci öz üzərimdə işləyirəm, anlatdıqlarından çox şey öyrəndim həqiqətən çox faydalı oldu, bir gün peşkəş psixoloq olacağıma əminəm! 🥰❤️

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +5

      İstədiyinizə nail olmaqda çoxlu uğurlar arzu edirəm 🤗 videonu faydalı tapdığınıza sevindim!

  • @mirzhuseynzad9224
    @mirzhuseynzad9224 2 ปีที่แล้ว +5

    ozumu cox pis etdiyim zamanda sirf meni yamsilayan basliqli video cox tesekkurler ozumu tek hiss etmedim sayende daha yaxsi hiss edirem

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      Şərhlərdən görünür ki biz tək deyilik!! Sizə bu yolda uğurlar!!

  • @seydaaa66553
    @seydaaa66553 2 ปีที่แล้ว +7

    Danışarkən səni o qədər anladım ki, beyinin susmaması, heç nə edə bilməmək, insanların səni anlamaması hətta ailənin belə və bu halda idarə etməli olduğun işlər,dərslər.... inan çox gözəl anladım və dinlədim səni🌟🙄🥺

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      Ümid edirəm ki indi sizdə hər şey yaxşıdır!!

  • @XadicaHusaynly
    @XadicaHusaynly 2 ปีที่แล้ว +29

    Ayy hal hazırda dərs edə edə baxırdım . Sevindim video gəldiyinə 💥

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +10

      dərslərinizdə uğurlar 🤗

  • @euphoria2320
    @euphoria2320 2 ปีที่แล้ว +7

    Mən də bu yay öz üzərimdə işlədim , faydasini gördüm və bu müddətdə "heal your life" kitabınıda bitirdim , tövsiye edirəm sənədə. Yaxşıki varsann Tamara , biz bir ailəyik burda və həmişə dəstək olacagiq sənə, birbirimizə, təşəkkürlər video üçünn ❤️

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      dəstəyiniz və izlədiyiniz üçün təşəkkür 🤗o kitab əladır, artıq oxumuşam Louise Hay-ın bir çox kitablarını

  • @human.5452
    @human.5452 2 ปีที่แล้ว +2

    Of off offf. Bilmirəm kainat ya Allah qabağıma çıxartdı bu videonu və buna baxmalı oldum. Bəlkə də fərqinə varmasaydım eyni şeylərlə üzləşəcəkdim gələcəkdə. Heç fərqinə varmadığım çox dəyərli vərdişlərim də var imiş. Hislərimi ifadə edə bilmərəm, lakin həddindən artıq həyatımla, mənimlə uyğunlaşan və bir o qədər də məhsuldar bir video oldu. Bir də duyğu və təcrübələrini çox gözəl şəkildə ifadə etdin, Tamara. Heç sıxılmadan izlədim. Dəyərli mövzuları vurğuladın.
    Bəzi şeylər var ki, onları bilirik, amma həyatımızda reallaşdırmaq çətindi. Bunlardan biri özümüzü sevmədiyimi z tərəflərimizlə qəbul etməkdi. İstər istəməz mükəmməl olmağa çalışırıq. Unuduruq duyğularımızın olduğunu. Hislərə sahib çıxmaq lazımdır pis və ya yaxşı fərqi qoymadan. Bəzən səbəbsiz pis ola bilərik. Bu normaldır. Uyda nə qədər yazdım. Yazacaq yer axtarırmışam.uwu

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว

      Videonu bu qədər yararlı tapdığınıza çox sevindim!! bölüşdüyünüz üçün təşəkkür!

  • @nezrinferhadli178
    @nezrinferhadli178 2 ปีที่แล้ว +8

    Gözəl Tamara, səni uzun müddətdir ki, izləyirəm və səndən daima ilham almağa nələrsə tapıram. Öz təcrübələrini və həyatını paylaşıb, çox insana motivasiya olmusan.🤍 Və çox normaldır ki, hər kəsə dəstək olmağa çalışan insanın da motivasiyaya, dəstəyə ehtiyacı olsun. Necə deyərlər “insanın ən çox nəyə ehtiyacı varsa, onu əks etdirir- gülmək kimi.”
    İnanıram ki, özgüvəninin təməlini güclü pillələrlə quracaqsan. Özünü sevməkdən gözəl heç nə yoxdur 😂🤍
    Uğurlar! My favorite TH-camr🫂

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Videolarımdan motivasiya tapdığınıza çox sevindim!! Dəstəyiniz üçüm təşəkkür edirəm 🤗

  • @rnacabbarl8041
    @rnacabbarl8041 ปีที่แล้ว +1

    Əvvəlki videolarına baxanda səni "narahat" biri olaraq izləyirdim, hətta qıcıq olurdum sənə ki, bu qız bu cür əhəmiyyətli mövzular haqqında danışanda niyə bu qədər sıxılır. Amma indi sənin tam olaraq rahat və özünlə balansda olduğunu görürəm. Və sənin danışdığın emosional blokaj məndə də olub, inşaallah əlimə pul düşsün mən də bir psixoloqa gedim😃

    • @TamaraSeredAz
      @TamaraSeredAz  ปีที่แล้ว +1

      sözləriniz mənim üçün çox önəmlidir! təşəkkür edirəm! 🤗öz inkişaf yolunuzda da uğurlar!

  • @guluhuseynalizade9236
    @guluhuseynalizade9236 2 ปีที่แล้ว +4

    Ezizim Tamara,seni inandirimki senin problelmlerin ölkemizde cox insanda var.Lakin bizim ölkemizde terapiyaya ,pisixoloqa getmek o qeder de inkishaf etmeyib. Insanlar bunu daha cox ishlemekle,yaxinlariyla derdleshmekle yaxud aylarla yalniz kecirerek ustesinden gelmeye calishirlar(. Bu aci bir gercekdir..Senin adina cox sevindim,umidvaram özunu cox gozel hiss edersen😊

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      ümid edəcəm ki bu video psixoloqa getmək ətrafında stiqma ilə balaca da olsa kömək edər. dəstəyiniz üçün çox sağolun!!

  • @lmanmustafazad8080
    @lmanmustafazad8080 2 ปีที่แล้ว +3

    1-2 həftə qabaq hiss etdim ki, mən heç cür yaxşı ola bilmirəm. Sosial şəbəkələrdə hesablarımı dondurdum. Bütün günü özümü fərqli hobbilərlə məşğul etməyə çalışdım ki, özümü aldadım və universitetlərə start verilənə kimi nə qədər pis olduğumu unudum.. Onsuz dərslər başlayanda o qədər yorğun olacam ki, günün sonunda "Yaxşıyam?" kimi sualları özümdən soruşmayacam. Amma 3 4 gün sonra yenə mən beləyəm və yenə burdayam. "Mükəmməl" rutinim məni "uzunmüddətli" xoşbəxtliyə ,əfsus ki, aparmadı. Müxtəlif şeylər etdim, kitab oxudum, xarici dili inkişaf etdirmək üçün o qədər app yüklədim ki, artıq xarici tanışlarımın nə qədər olduğunu belə saymıram. İndi isə o hobbimlərim hobbi vəzifəsində deyillər. Və yenə də fərqindəyəm.. Mən "depressiflik" adlanan komfort zonamdan heç cür çıxa bilmirəm. Ümid edirəm ki, verdiyiniz məsləhətlər mənə də kömək edər. Video üçün minnətdaram 🍀

  • @intizar7758
    @intizar7758 2 ปีที่แล้ว +3

    Özümə belə qəribə səslənir ama sadəcə videolarını izlədiyim, realda görmədiyim bir qız üçün darıxmışam, daha ilk dəqiqələrdə səsini eşitmək belə məni çox rahatlatdı, sanki bir dostumun söhbətinə qulaq asırmışam kimi hiss edirəm səni izləyəndə, yaxşı ki buralardasan💙

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Çox sağolun gözlədiyiniz və izlədiyiniz üçün 🥹 sözləriniz qəribə deyil 🤗

  • @tahminaaliyeva5540
    @tahminaaliyeva5540 2 ปีที่แล้ว +3

    Salam Tamara 😍
    Hələ həyatımda belə məni həm emosional hiss etdirəcək həm də əyləndirəcək videoya baxmamışam kimi hiss edirəm hələki təxminən 1 saatlıq kiminsə söhbətinə dəqiq qulaq asmamışam. O qədər hislərini aydın ifadə etdin, düşüncələrimi tapdım səsləndirdiyin fikirlərdə, hisslərimi tapdım, bəzi etdiklərimi nə yaxşı etməyə başlamışam dedim özümə bəzilərinə isə hələ də cəsarət gözləyirəm. Bəli tamamilə haqlı fikirdi həqiqətən insan bütün hislərin vaxtında yaşamalıdır. Türklərin bir sözü var "birikmiş" yəni yığılıb qalmış bizi mental sağlamlıqdan geri salan bu hislərin doyunca və vaxtında yaşanmamışlıqlarıdır. Tamaraya lazım idimi bu qədər vaxt həsr edib danışmaq hələ videonu editləmək, minnətdaram bunun üçün. Çox yaxın və əziz biri kimi hiss edirəm. Sevgi ilə ♥️ Gülümsəməyi unutma 🥰💫

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      sizə bu qədər xoş hissləri bəhş etməyə bacardığıma çox sevindim 🤗 sizə cəsarət yığmaq üçün çoxlu pozitiv enerji göndərirəm 🫶🏻

  • @quliyevamehri1648
    @quliyevamehri1648 2 ปีที่แล้ว +4

    Nitqiniz çox yaxşıdı mənimdə mental sağlığımla bağlı çox pis vaxtlarım olub ama artıq elə deyil artıq hər kiçik şeydən xoşbəxt olmaq üçün birşey tapıram

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว

      sizin üçün çox sevindim!!

  • @bestt8926
    @bestt8926 2 ปีที่แล้ว +5

    Azərbaycanda böyüyən hər 10 uşağdan 9un da psixoloji travmalar var. Mən burda psixoloqa getdim, təəsüf hissi ilə deyə bilərəmki, daha cox psixologiyam pozuldu. Ona görədə xaricdə olanda, gedəcəm

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      etibar etdiyiniz bir terapevti taöana qədər güclü qalın! hər şey yaxşı olacaq 🤗

    • @bestt8926
      @bestt8926 2 ปีที่แล้ว

      @@TamaraSeredAz cox sağol gözəl tamara⚘

  • @gulnarqarayeva408
    @gulnarqarayeva408 2 ปีที่แล้ว +2

    Eyni yaşdayıq səni çox gözəl başa düşürəm, bizim mentalitetin verdiyi depressiyanı heç bir dərman heçnə verə bilməz. Nifrət edirəm bu ölkəyə inşallah çıxacam burdan

    • @rovsan7723
      @rovsan7723 2 ปีที่แล้ว

      Ölkəmiz səni kimi çirkablardan təmizlənsə yaxşıdır……

  • @abbasabbasl1884
    @abbasabbasl1884 2 ปีที่แล้ว +2

    Tamara, sənin də nəfəsin kəsilirmiş kimi olurdu . Mən birdən nəfəsim kəsilirmiş kimi oluram , ağlayanda çox pis ağlayıram dayana bilmirəm .

  • @guneladna3086
    @guneladna3086 2 ปีที่แล้ว +4

    Hələ izləməmişəm,amma videonun adını görüb çox sevindim)

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Ümid edirəm bəyənəcəksiz!

  • @madinizm802
    @madinizm802 2 ปีที่แล้ว +6

    Nə qədər bu ölkədən uzaqlaşmağa çalışsaq da, damarımızda Azərbaycanlı qanı var xeyri yoxdur ee terapevtə getməyə artıq xərc kimi baxırıq 🤦🏻‍♀️😀😆

  • @monsiraone
    @monsiraone 2 ปีที่แล้ว +5

    Ay çoooox teşekürler 💗
    Nə yaxşı ki varsan 👸🏼

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +3

      sizi də izlədiyiniz üçün təşəkkür edirəm!! 🤗

  • @carmensnur
    @carmensnur ปีที่แล้ว +2

    çox maraqlı, faydalı həm də terapiya kimi idi 🤍 ümid edirəm ki daha yaxşı olacaqsan

  • @girlhappy6442
    @girlhappy6442 2 ปีที่แล้ว +5

    Cox sagol Tamara ,
    Menim ucun cox aktualdir 👍

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      İzlədiyiniz üçün siz də sağolun! 🤗

  • @zibaisgenderli2990
    @zibaisgenderli2990 2 ปีที่แล้ว +3

    Dunen bir problem var idi, yuxuya gede bilmirdim. Dediyin nefes metodu ile nefes aldim, rahatladim. Cox sag ol

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Əlaaa!! Buna çox sevindim 🥳

  • @fidanhere
    @fidanhere 2 ปีที่แล้ว +3

    insanlar mental sağlamlığa fiziki sağlamlıq qədər fikir vermir, xüsusilə bizim insanlar harasa yıxılıb qalana qədər ikisi də maraqlandırmır, təəssüf. məlumatlandırıcı video üçün təşəkkürlər, Tamara.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Videonu məlumatlandırıcı tapdığınıza sevindim!! 🤗

  • @Uydurukbirgrafikçizelimbirnevi
    @Uydurukbirgrafikçizelimbirnevi 2 ปีที่แล้ว +3

    Ben türküm ama video keşfetime düşmüş her neyse anladığım kadarıyla izledim çok sempatik bir havan var :)

  • @selcanmahmudova
    @selcanmahmudova 2 ปีที่แล้ว +4

    Tam da depressiyada oldugum vaxt bu videonun paylashilmasi🥹

    • @TamaraSeredAz
      @TamaraSeredAz  ปีที่แล้ว

      sizə bu vəziyyətdən çıxmaqda uğurlar 🤗

  • @usert01.
    @usert01. 2 ปีที่แล้ว +3

    Tamara desəmki aylarla bu durumdayam necə inandırıcı alınar deyə bilmərəm,ama çox faydalı oldu, sanki o qorxunc yuxudan ayıldım.Buna görə sənə təşəkkür edirəm

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      videonu faydalı tapdığınıza sevindim!! güclü qalın!

  • @saadatmammadova4318
    @saadatmammadova4318 2 ปีที่แล้ว +5

    Videonun 17ci dəqiqəsindəyəm. Və bu ana qədər o qədər oxşar şeyləri yaşamışıq ki, şok oluram. Hətta psixoloqla olan təcrübələrə qədər. Hislər mövzusunda demək olar eyni olub. Video davam edə edə yazıram və hər saniyə bir yeni ortaq cəhət çıxır

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Tək olmadığımızı bilməyə çox kömək edir 🤗

    • @saadatmammadova4318
      @saadatmammadova4318 2 ปีที่แล้ว

      @@TamaraSeredAz 😊💜

  • @ulyalien
    @ulyalien 2 ปีที่แล้ว +5

    Tamara, tam zamanında yetişdin. Bizimlə paylaşdığın bütün fikir və tövsiyyələrin üçün təşəkkür edirəm. Ümid edirəm, zamanla dahada yaxşı hiss edərsən 💖

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      Çox sağolun! İzlədiyiniz üçün sizə də təşəkkürlər! 🤗

  • @sjsjsdjdjd1081
    @sjsjsdjdjd1081 2 ปีที่แล้ว +3

    Səsin və danışığın terapiyadır sanki✨️çox faydalı video oldu mənim üçün çox sağol Tamara🤍

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว

      faydalı tapdığınıza sevindim! siz də izlədiyiniz üçün sağolun!

  • @vanessa_baku4955
    @vanessa_baku4955 2 ปีที่แล้ว +4

    Tamara səni o qədər bəyənirəm ki özümə nümunə gostərirəm səni ümidvaram ki sənin kimi savadlı olaram belkede haçansa tanış olarıq... 💜💜💜💜

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +4

      Şərhinizi oxumağa xoş olsada öz savadınızı mənimki (və ya hər hansı başqa insanınki) ilə məhdudlaşdırmayın. Bəlkə qismətiniz məndən/başqalardan daha qabağa getməkdir. Ancaq özünüzün ən savadlı versiyası olmağa çalışın 🤗 uğurlar!!

    • @vanessa_baku4955
      @vanessa_baku4955 2 ปีที่แล้ว +2

      @@TamaraSeredAz ya can təşəkkürlər ❤️❤️

  • @tlb472
    @tlb472 2 ปีที่แล้ว +11

    Psixoloji derman qebul etmeyi heç kese tövsiyye bilmirem. Edilen en böyük yanlışlardan biridir fikrimce. 10_cu sinifde psixoloji yorğun vaxtımda hekimin mene yazdığı o dermanlar meni olmadığım birine çevirdi. Etrafıma saxta gülüşler saçırdım. İçimden gülmek gelmese bele o dermanlar meni güldürürdü. Psixoloji dermanların narkotikadan heç bir ferqi yoxdu. Men vaxtında istifadeni dayandırdım. TH-camda terapiya videolarına baxa baxa öz üzerimde işledim ve istediyim mental sağlamlığa qovuşdum.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +8

      Bölüşdüyünüz üçün təşəkkür! Əlbəttə dərmanlarla hər kəsin təcrübəsi bu qədər negativ deyill, elə insanlar var ki onlara kömək edir, sadəcə fikrimcə (əksər qeyri dərin hallarda) bu qısa müddətli kömək edən bir alət olmalıdır. Görünür ki peşəkar həkim deyildi ki terapiyasız sadəcə qeyri-uyğun dərmanları yazdırıb. Sizin yolunuz pozitiv notda bitməsinə çox sevindim!!

  • @vusaleadigozelova4938
    @vusaleadigozelova4938 ปีที่แล้ว +2

    Sizi çox sevirəm şirinsiz uğurlar hər şeydə 😘

  • @ilqaranazarova6067
    @ilqaranazarova6067 2 ปีที่แล้ว +5

    Mektebdeki psixologa gedenden sonra sinifimize girende ici muellim qarisig mizahla ne olmusdu deli olmuşduz reaksiyasi ile qarilasmisdim.amma bu ne mene nede yanimdaki refiqeme tesir etmisdi sadece artig 2ci defe psixologa gedende muellime yalan demisdik ve mence bu gulus obyektine cevrilmekden daha yaxsi idi.Amma hal hazirda artig dile getirmekden cekinmirem nece baxirlar baxsinlar)) i don't care:)

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +3

      əla! öz sağlamlığınızı ətrafdakıların fikirlərindən üstün tutmağa davam! 🤗

  • @khadijaaliverdi
    @khadijaaliverdi 2 ปีที่แล้ว +2

    Tamara bu fərqindəliklərin fiziki görünüşünə də yansıyıb, səni çox yaxşı gördüm. Bu addımı atdığın üçün özünlə qürur duymalısan, çünki həqiqətən psixoloqa gedib öz zəifliklərin, qorxuların və travmaların ilə üzləşmək hər insanın edə biləcəyi bir şey deyil, amma hər insanın da öz rəfahı üçün etməli olduğu şeylərdi. Cəsarətini alqışlayıram və bunları paylaşdığın üçün təşəkkür edirəm. Uğur ola!

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      bu qədər xoş sözləriniz gözlərimi yaşlatdı🥹təşəkkür edirəm!

  • @izzthv8714
    @izzthv8714 2 ปีที่แล้ว +4

    Salam tamara. Mənim bir qohumumun qızı çox yüksək balla tibbə qəbul olmuşdu. Amma universitetdə oxuya bilmədi. Yəni kitab oxuyan kimi fikri dağılır. Özündən asılı deyil . Tembel bir şagirdde heç vaxt olmayıb. Hər daim məsuliyyətli olub. Sadece inanılmazdır.Sanki kitab qızı itələyir məni oxuma deyerek. Beyni dolub sanki. Kitab oxuya bilmir deyə özünü yeni nələrdəse tapmağa çalışır. Məsələn fərqli yeməklər bişirir fərqli hobiler axtarır. Birde insan içine çıxa bilmir. Utanır çox. İnanılmaz dərcədə asosyal olub.Yeni insanlar görəndə ağlayır onlarla tanış olmağa çəkinir. Aparmadıqları hekim qalmayıb ancaq dərman yazdılar. O dermanlar qızı kökeltdi. Həkimlərin içərisində həm psixiatr həm də terapevt olanlarda var. Ailesi çox narahatdır onun üçün. Məndə dedim sənə yazım bəlkə bir fikrin olar..

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      həkim deyiləm amma dediyinizdən mənə elə gəlir ki sadəcə insan yorulub, oxumaqdan, kitablardan, imtahanlardan və s. və ya bəlkə heç tibbi oxumaq istəmir 🤷🏻‍♀️ hər hansıdırsa o qızın yerində olsaydım akademik məzuniyyət götürərdim. 1 il (və ya semestr) ərzində özümə, sağlamlığıma baxardım, imkan varsa harasa səyahətə çıxardım, qısa müddətli olsa belə işə düzələrdim ki sosial həyatım olsun. insan sosial varlıqdır, buna görə komfort zonadan çıxmaq lazımdır. bu məzuniyyətdən sonra isə yenilənmiş enerji ilə təhsilimə davam etdirərdim. sadəcə ideyadır, yazdım. qohumunuzun qızına çoxlu uğurlar!

  • @Karimova266
    @Karimova266 2 ปีที่แล้ว +2

    Hər dəfə şok xəbər dediyinizdə çox güldüm Tamara😂👍🏻Məndə günlərdiki ağir depresiya yaşayirdim hələdə yaşayiram indi yengülləşmişəm çünki dediyiniz kimi özümə daim sual verirəm sən niyə belə etdin nə olub sənə bu əsəb səndə hardandi niyə görə belə edirsən deyə deyə əsl probleme gedib çixiram. Özümü sevirəm hörmət edirəm başa düşürəm. Özünü sevmək özünlə danişib duygularindaki problemi həll etmək çoox ağir zəhmətli işdi o qədər başin şişirki ağir fiziki iş görsən belə yorulmazsan. Mənim terapevt lüksum yoxdu buna görədə özümdə bu gücü tapdim sizində videonuz mənə dahada çox dəstək verdi. Təşəkkürlər

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      Sevindim ki videoda dəstək tapdız ! Təcrübənizi paylaşdığınız üçün təşəkkür🤗 sizə bu çətin yolda çoxlu uğurlar arzu edirəm!

    • @Karimova266
      @Karimova266 2 ปีที่แล้ว

      @@TamaraSeredAz sizi yaxşi başa düşürəm bu həqiqətən bəlkə zəif insanda intiharada səbəb olacaq çox cəhənnəmi hiss etdirən duyğulardi birdə var aglamaq istiyib ağlaya bilməmək. Ona görədə necə içdən səmimi uğur arzu etdiyinizi hiss edə bilirəm

  • @huseynhesimov5623
    @huseynhesimov5623 ปีที่แล้ว +1

    Istəməylə deyil həyata keçirməy lazımdı bizlər üçün dəyərli paylaşım üçün təşəkkür edirəm 🌹 😌☺️

  • @nahidliyeva8626
    @nahidliyeva8626 2 ปีที่แล้ว +3

    Gözəl Tamara, öncəliklə belə faydalı video hazırladığına görə sənə minnətdaram🙏Sənin videoların, toxunduğun mövzular nə qədər insana stimul verir bir bilsən.Çox insanın demək istəyib deyə bilmədikləri hisslərini tərcümə etdin.❤🥺
    Bu yaşadıqlarının eynisini bir neçə ay öncə yaşadım,müalicələr aldım tam sağalmasam da qismən sağalmışam.Bəzi səhərlər hələdə sinəndə olan o dəhşətli narahat bir hisslə oyanırsan və bunun öhdəsindən gəlməyin necə çətin olduğunu sözlə izah etmək mümkün deyil🥺 Bu video sayəsində tək olduğumu bilməmək, verdiyin bütün faydalı məsləhətlər üçün təşəkkür edirəm.Bu yolda sənə uğurlar arzulayıram💘💘💘

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      Faydalı tapdığınıza çox sevindim 🤗 sizə də çoxlu uğurlar və pozitiv enerji göndərirəm 🫶🏻

  • @surhsnova8113
    @surhsnova8113 2 ปีที่แล้ว +19

    Bunları paylaşdığın üçün təşəkkürlər, Tamara! ✨
    Bu yolda sənə uğurlar ❤️
    Mən də son 1 ildə sağlamlığımın fiziki mənada əlimdən getməyi ilə üzləşdim, həm də ən çox qorxduğum tərzdə. Bundan sonra anladım, həmişə doğum günlərində deyilən o sağlıq nitqlərinin dəyərini 😂

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +7

      sizi də izlədiyiniz üçün təşəkkür edirəm!! haha, elədir, hər il eyni sözləri eşitdiyimizə baxmayaraq sağlamlığın dəyərini ancaq yaşlaşdıqca bilirik 😅

  • @aysunmammedova9409
    @aysunmammedova9409 2 ปีที่แล้ว +4

    Bu video üçün təşəkkürlər,Tamara. Bu videodan öyrəndiyim ən dəyərli məsləhət- özümüzü neqativə bogmamaqdir♥️

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      sevindim ki videoda nəsə dəyərli tapdız 🤗

  • @aryamahmudova
    @aryamahmudova 2 ปีที่แล้ว +5

    Özünüzü nə gözəl formada ifadə etmisiniz🫶🏻😍👍🏻

  • @finoram2825
    @finoram2825 2 ปีที่แล้ว +2

    Ən yaxın dostumla danışırmış kimi hiss elədim❤️ bütün bunları bölüşdüyünüz üçün bizimlə təşəkkür edirəm🤗 Demək olar bir çox yanaşmalarım, hətta depressiyaya səbəb olduğunu dediyi səbəblərin belə çox eynisini yaşadığımızı gördüm. Reaksiyalar belə eynidir. Çıxış yolu kimi terapevtə getməyi dəfələrlə düşünsəm də, araşdırma etsəm də birini tapa bilməmişəm. Bu səbəbdən ertələmişəm demək olar. TH-camdən psixoloqlar izləyib, bu sahədə elmi yazılar oxuyub, müxtəlif kitablardakı yolları yoxlamışam əvəzində.
    İdman, nəfəs, yoga, yazmaq, informasiya, yaxşı şeylər etmək, özünlə zaman və s. araşdırıb etdiyim tövsiyələr olub. İşə yarayıbmı? Müvəqqəti olaraq. Çünki üzülürsən və səbəbini də bilmirsən və bəzən də bildiyini sanırsan. Özün özünü anlamazkən həll axtarırmış kimi. Ya da videoda qeyd edildiyi kimi 5 səbəb tapırsan ki bunlar səbəb olub, bir də baxırsan tamam başqa şeylərdir. Səbəbi özümüzün tək tapa bilmıyəcəyimizin fərqindəyəm (mümkünsüz deyil təbii). Çıxış yolum hazırda oxuduğum kitab Prof.Dr. Mihaly Csikszentmihalyi-nin "Flow" kitabından tapmışam. Və mən də faydasını gördüyüm hərşeyi tövsiyyə etməyi sevənlərdənəm :))
    Flow (türkcə akış) teorisini çox izah etməyəcəm amma deyə bilərəm ki, problemlər həll olduqca keçmişdəki, daha da yeniləri yaranır. Bəzən akışda qala bilmək də önəmli və hazırda bunu öyrənməyə çalışıram. Son olaraq isə mənim də məsləhətim üzüntülər keçmir sadəcə onla mübarizə aparmağın yolunu zamanla öyrənirik, heçnə son deyil çünki bir qapı bağlanır yenisi hər zaman açılır və əsas uğur, əsas sevgi çatılacaq hədəf deyil. Çünki hər anımızda mövcuddurlar. Bura qədər səbirlə oxuyanlara da ayrıca təşəkkürlər💫

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว

      Sizi də izlədiyiniz üçün təşəkkür edirəm! Bölüşdüyünüz üçün çox sağolun, o kitab barədə eşitmişəm, qərək mən də göz atım 🤗

  • @manyhamw.z1527
    @manyhamw.z1527 2 ปีที่แล้ว +6

    Tövsiyələrini bölüşdüyün üçün təşəkkür edirəm 🌸

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +3

      mən də sizi izlədiyiniz üçün təşəkkür edirəm 🤗

  • @madinizm802
    @madinizm802 2 ปีที่แล้ว +8

    Həmişəki kimi möhtəşəm bir video oldu, yaxşı ki varsınız 💜

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +6

      sevindim ki videonu bəyəndiz!

  • @aybnizaslan3903
    @aybnizaslan3903 2 ปีที่แล้ว +3

    Tamara 15 gündür ki, ana olduğumu öyrənmişəm.Amma bu mənim psixoloji vəziyyətimi daha da sarsitmişdi, çünki anidən gəlmişdi..15 gündür saçlarini belə daramayan gəzən ölü kimiyəm.Video yaxşi təsir bağişladi.Videoya baxa-baxa hər şey kaşa olmuş evimi səliqəyə saldim.Bir az da suallar verirdim özümə.Kimsə kimsənin gəmini limana necə gətirdiyini bilməz məsələsini daha da aydinlatdin...Həyatlar var mübarizə dolu savaşçi...❤️ Səni Sevirəm Tamaram.Doğmamsan🧡

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว

      Təcrübənizi bölüşdüyünüz üçün təşəkkür edirəm! Ana olmaq çox böyük məsuliyyətdir, əminəm özünüzə qayğı göstərək gələcək uşağınıza əla nümunə olacaqsız, o da böyüyüb özünü sevmək nədir biləcək 🤗

  • @bnazirqarayeva162
    @bnazirqarayeva162 ปีที่แล้ว +2

    Tamara hər şey üçün təşəkkür.🥰❤

  • @user-uj8us5qw5w
    @user-uj8us5qw5w 2 ปีที่แล้ว +1

    Həqiqətən çooox-çoox yardımcı olduz. Bu prablemlərin hamısı məndə var idi. Sadəcə onları yox etməyə cəhd etmirdim. Tez panik olurdum,yuxu rejimim bərbad idi,nəfəs çatışmamazlığı yaşayırdım,tez-tez əsəbləşib ağlıayırdım. Amma sizin kanalınızı tapdığım üçün çox şadam. Sayənizdə daha pozitiv və produktiv oldum. Çox sağ olun

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      siz də izlədiyiniz üçün sağolun! sevindim ki kanalda bir fayda tapdız

  • @turkanamasdaliyeva5567
    @turkanamasdaliyeva5567 2 ปีที่แล้ว +2

    İnanın bu aralar mən de beləyəm😔. Ne vaxtdı izləmirdim, çox xoş oldu sizi yenidən görmək 😍

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว

      sizi də kanalımda yenidən görməyə xoşdur! 🤗

  • @AyselXlilli
    @AyselXlilli 19 วันที่ผ่านมา

    Salam Tamara bu mesajı oxudunsa eger bilmeni isterdimki Sən bizim üçün çox heddinden artiq deyerlisen ozune məxsus fikirlerin hər şeyinle bir sozle elasan senden motivasiya məlumat almaq isdeyen insanlar var ve bu cur hec bir xəbər vermeden sosial'ı göz ardı etmek doğru deyil duzdur neler yasadigini bilmirik yaxsi ve ya pis ama yenede biz seni gozleyirik geri qayit✨🫠💓😊

  • @m.abbasova.7366
    @m.abbasova.7366 2 ปีที่แล้ว +4

    3 aydır mentalaçıdan problemlər yaşayıram ,sizi dinlədikdən sonra anladım ki, özümü düzgün müalicə edirəm . Təşəkkür edirəm .

  • @turkanmemmedli5531
    @turkanmemmedli5531 2 ปีที่แล้ว +2

    Həqiqətən çox gözəl bir videodur. Çoxlu təşəkkürlər. Sadəcə özünüzün əvvəlki fikirlərini dediyiniz zaman burda göstərdiyiniz cəsarətlə birlikdə biraz dəyərsizlik hissinizi də göstərirsiniz. Çünki onlar haqqında "absurd" "mənasız" fikirlər deyirsiniz. Çox normaldır ki insan inkişaf etdikcə fikirləri də inkişaf etsin. Ona görə əvvəlki fikirlərinizin indiki düşüncə tərzinizə uyğun olmaması normalıdr. Bir çox hallarda bu şəxsi inkişafdan da xəbər verir. Mən belə hiss etdim ki, özünüz "absurd" fikirlərinizə belə toleransınız azdır. Amma heç birimiz mükəmməl olmaq məcburiyyətində deyilik. Ya da müdrik bir beyinlə dünyaya gəlmirik. Ona görə köhnə fikirlərinizə də daha toleranslı yanaşa bilərsiniz.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Heç bu dediklərimə fikir vermirdim 😅 amma düzdür, özümə qarşı gəldikdə qeyri tolerantam. öz üzərimdə işləmək helə çox var. Fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür!!

  • @dizimuzik5714
    @dizimuzik5714 2 ปีที่แล้ว +4

    Tamara, sağlamlıq hakkında, halsızlık, tembellik vs. hakkında video gelse çox gözel olar🤍

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +5

      bu elə bu videodur, ən 'tənbəl' halsız olduğum vaxtlar depressiyada olduğum vaxtlardı 🙂

    • @dizimuzik5714
      @dizimuzik5714 2 ปีที่แล้ว +2

      @@TamaraSeredAz he anladim, videoyu izlememisden evvel yazmisdim şerhimi😹

  • @heyyoooo
    @heyyoooo 2 ปีที่แล้ว +3

    Hal-hazırda o vəziyyətdəyəm🥺😥. Çox sağ ol Tamara. Çox faydalı oldu.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      sizə çoxlu uğurlar arzu edirəm bo vəziyyətdən çıxmağa!! 🤗

    • @heyyoooo
      @heyyoooo ปีที่แล้ว

      Çox sağ ol Tamara ❤. Uzun müddətdir ki bu haldayam.Çox çətindir Ümid edirəm bu vəziyyətdən çıxaram

  • @tofiqrhimov2932
    @tofiqrhimov2932 2 ปีที่แล้ว +3

    Salam Tamara xanım necəsiz? 00:16 Tövbəəsdafuruallah o nə sözdü əlbəttə mən sizi çox istiyəcəm Allah sizdən razı olsun ki belə videolar çəkib camaatın həm gözün həm də ürəyin açırsuz

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Çox sağolun xoş sözləriniz üçün!

  • @Nigar.H.Mammadli
    @Nigar.H.Mammadli ปีที่แล้ว +1

    Umumiyyetle stress ve yasamadigimiz anlar icimizde irin kimi yigilir daha sonra partlayir. Men ozume stressleri, heyecanlari yasamagi, aglamagi , bagishlamagi oyredennen daha yaxshi hiss elemeye baslamisam. Cox heyif ki bunu bize ushaqliqdan oyretmirler. Cox heyif ki valideynlerimizi de oyretmeyibler.

  • @turanlizad6505
    @turanlizad6505 ปีที่แล้ว +1

    😘😘😘🥰🥰🥰sənə qulaq asanda belə terapiyada kimi hiss edirəm.yaxşıki yotube səni qarşıma çıxarıb

  • @AygunGarayeeva
    @AygunGarayeeva 2 ปีที่แล้ว +3

    Tamara sənin yaşadıqlarını hal hazırda 1həftədir yaşayıram, sən danışdıqca özümü gördüm. Bu anxiety çox pisdi:(((

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      güclü qalın! hər şey yaxşı olacaq 🫶🏻

  • @gularmukhtarova6114
    @gularmukhtarova6114 2 ปีที่แล้ว +3

    Salam Tamara, ümid edirem ki her şey yaxşıdır. Sizden ötrü darıxmışdıq. Bu video mene hem yaxşı, hem de pis tesir etdi. Çünki hal hazırda teessüf ki, özümü mental breakdownda hiss edirem… özüne deyersizlik hissi, mükemmelliyetçilik hissi ve çox çalışmaq meni evvelkinden çox ferqli insana dönüşdürüb. Men Türkiyede tibb oxuyuram ve “elaçı” telebeyem (en azından bu ile qeder elaçı idim). 2 hefte evvel Almanyada 2 aylıq internshipden qayıtmışam. 200 neferlik qrupda müellimler terefinden tanınıram ve s ve s. Bir sözle bu vaxta kimi bir tibb telebesinin etmek istediyi, olmaq istediyi bir çox mövqede olmuşam. Amma guess what… xoşbext deyilem. Ne Almanyada, ne Türkiyede, ne Azerbaycanda, ne dostlarımın yanında, ne sevgilim yanında, ne ailemin yanında- bir sözle mende çatışmayan bir şey var ve bunu terapeftime nece izah edim, onu bele bilmirem… indi de işden, dersden qaçıram, günüm yataqda veya ağlayaraq keçir, heç bir productive işe meşgul deyilem… En yaxın zamanda terapeftimle yeniden elaqeye keçecem… buraya yazmaq istedim, çünki tenbel olduğuma göre notlarıma oturub yazı yazmıram… verdiyiniz meslehetlere göre çox sağ olun, bunları eşitmek mene yaxşı tesir etdi çünki başqa yerde görsem de tesirli olacağına inanmırdım. Özünüze yaxşı baxın, sevgilerimle Güler. 🥺💜

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      Salam Gular! Bölüşdüyünüz üçün təşəkkür edirəm! Terapevtim demişəkə: the biggest misery that can happen to a man is all his dreams coming true. Bir tibb tələbənin xəyallarını yaşadığınız vaxtı xoşbəxtsiz ola bilərsiz, bunun vicdan əzabını çəkməyə gərək yoxdur. Sizə tezliklə yaxşılaşmaqda uğurlar arzu edirəm və çoxlu enerji göndərirəm 🤗

    • @gularmukhtarova6114
      @gularmukhtarova6114 2 ปีที่แล้ว

      @@TamaraSeredAz çox sağ olun, size xoş gün dileyirem! 💕

    • @ilahagulieva
      @ilahagulieva ปีที่แล้ว +1

      nə qədər eyni durumda olan insanlar varmış:( özümü çox tək his edirdim

  • @meryem2261
    @meryem2261 2 ปีที่แล้ว +2

    videonu istəmədən ağlayaraq izlədim,təşəkkür edirəm çox faydalı video oldu

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      faydalı tapdığınıza çox sevindim!!

  • @masa6559
    @masa6559 2 ปีที่แล้ว +2

    Tamara, videonu çox beyendim😍 hem fikirlerin,hem danisiq terzin, secdiyin movzu hamisi xosuma geldi. Bele faydali videolarin davami gelsin xahis. Bu aralar men psixoloji çöküş yasiyirdim qurtulmaga calisirdim. Bu video mene yol gosterdi motivasiya verdi. Coxsagol😍❤️

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      bəyəndiyiniz üçün sevindim! 🤗

  • @aytanaliyeva150
    @aytanaliyeva150 2 ปีที่แล้ว +2

    Sonunda geldin 😍😍😍

  • @ayselorucova5301
    @ayselorucova5301 2 ปีที่แล้ว +1

    Video üçün çox təşəkkür edirəm❤mən də illərdir ki,təşviş pozuntusundan əziyyət çəkirəm.ümid edirəm həll etməyi bacararam.

  • @narminalasova
    @narminalasova 2 ปีที่แล้ว +4

    Hərzamanki kimi mükəmməl keyfiyyətli video 💙

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      Çox sevindim ki videonu bəyəndiz 🤗

  • @nurskixanl5482
    @nurskixanl5482 2 ปีที่แล้ว +2

    Vəə sonunda həftəsonu və "Tamarayla istirahət"! 🤍
    Bir çoxları kimi məni də narahat edən məsələ, dediyiniz fiziki simptomlar məndə də olur), tövsiyələriniz üçün çox sağolun!🫂

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      siz də izlədiyiniz üçün sağolun! 🤗 ümid edəcəm ki tövsiyələri faydalı taparsız!

  • @neyjendashdemirli8029
    @neyjendashdemirli8029 2 ปีที่แล้ว +2

    Çox məlumatlandırıcı videodur Tamara.Psixoloji sağlamlığın ne qədər önəmli olduğunu bir daha anlamış olduq ümid edirəm ki bu fikirde olmayan insanlar da tədricən buna inanar😊

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      Məlumatlandırıcı tapdığınıza sevindim 🤗

  • @VirtualAze
    @VirtualAze 2 ปีที่แล้ว +1

    Baxmadan like))
    Sonra baxacam )
    Xanıma təşəkkürlər deyirəm.

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +1

      Sizə də dəstəyiniz üçün təşəkkür!

  • @nazrinaliyeva4328
    @nazrinaliyeva4328 2 ปีที่แล้ว +3

    İlk öncə bu vidio üçün çox təşəkkür edirəm.Mənim 15 yaşım var.Və mən çox travma yaşamışam,atam travma nədir ,oldu qutardı deyəndə,sanki ruhumu parçalayırlar.Psixoloq tapmışam.Lakin hələ getməyə büdcəm yoxdur.Çünki,200 manatdır.Amma pul toplamağa çalışıram.Bir neçə ay öncə özümü çox pis hiss edirdim,nervpatoloqa müraciət etdim,getdim.Və nevrpotoloqun yaşadığım bir travma haqqında danışanda,gərək sən onu orda da unudardın,sonra isə bir müddət sonra yenə ağladıqdan sonra sakitcə ,boş boş zarıyır deməsi mənə çox pis təsir etdi.Və anladım ki,o mənim üçün uyğun deyil.Qısacası hər gün yaşadığım travmanın öhtəsindən gəlmək üçün çalışıram.Amma tək bunu həll edə bilməyəcəm ,ona görə də psixoloqa müraciət edəcəm.Bu arada səni sevirəm💗my sister💗

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      paylaşdığınız üçün çox sağolun! qeyri peşəkar nevrpotoloq-la təcrübənizə kövrəldim, lakin sizə yolunuzda çoxlu uğurlar və güc arzu edirəm!! 🤗

    • @nazrinaliyeva4328
      @nazrinaliyeva4328 2 ปีที่แล้ว +1

      @@TamaraSeredAz 💗

  • @ursoftwaresis
    @ursoftwaresis 2 ปีที่แล้ว +1

    Bundan təqribi 20 gün öncə depresiyaya düşmək kimi bir şey yaşamışdım. Fərqində olmadan sən demə doğru şeyləri edirəmmiş. Sadaladıqlarının hamsını etmişəm. Və eqoist, narsist insanların özlərini sevdiklərini düşünürdüm, amma sən demə elə sevmirlərmiş deyə belə imişlər. Videon sayəsində nə qədər doğru yolda və düşüncədə olduğumu anladım. Ümid edirəm terapiyan belə uğurlu şəkildə də davam edər. Düşüncələrini hər zaman bəyənmişəm, indi daha da çox bəyənirəm🫀

    • @TamaraSeredAz
      @TamaraSeredAz  2 ปีที่แล้ว +2

      sizin üçün çox sevindim ki uzun müddətli olmayıb 🤗 narcissit və eqoist anlayışları bir az fərqlidir, şükür ki narcissit deyiləm çünki güman edirəm ki onda üzərimdə işləməyim bundan daha da uzun çəkərdi. xoş sözləriniz üçün təşəkkür edirəm!!

  • @ilahe.aliyefa
    @ilahe.aliyefa 2 ปีที่แล้ว +3

    Aferin Tamara .d əla video idi🧡:)