Pulsuzluq və kasıblıq | Fakirlik Psikolojik mi?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • 11 sentyabr Eastern Time (EST) ilə saat 11:00AM (GMT-5) info sessiyamıza gəlin texio.io/event/
    Yalnız aşağıdakı hallarda qeydiyyatdan keçin
    1. Siz növbəti bir və ya iki ildə ABŞ-a və ya Kanadaya köçməyi və iş icazəsi almağı ciddi şəkildə planlaşdırırsınız
    2. Siz artıq ABŞ-da və ya Kanadada yaşayırsınız
    3. Siz ABŞ Green Card qalibisiniz və ya Kanadada iş icazəniz var
    İngilis dilini bilmirsinizsə, problem deyil. Siz Texio-da tələbə olduğunuz müddətdə dillbill-də ingilis dilini pulsuz öyrənəcəksiniz.
    texio.io/event/

ความคิดเห็น • 189

  • @LEYLAKHANAHMADAZE
    @LEYLAKHANAHMADAZE  2 ปีที่แล้ว +37

    11 sentyabr Eastern Time (EST) ilə saat 11:00AM (GMT-5) info sessiyamıza gəlin texio.io/event/
    Yalnız aşağıdakı hallarda qeydiyyatdan keçin
    1. Siz növbəti bir və ya iki ildə ABŞ-a və ya Kanadaya köçməyi və iş icazəsi almağı ciddi şəkildə planlaşdırırsınız
    2. Siz artıq ABŞ-da və ya Kanadada yaşayırsınız
    3. Siz ABŞ Green Card qalibisiniz və ya Kanadada iş icazəniz var
    İngilis dilini bilmirsinizsə, problem deyil. Siz Texio-da tələbə olduğunuz müddətdə dillbill-də ingilis dilini pulsuz öyrənəcəksiniz.
    texio.io/event/

    • @gunayii
      @gunayii 2 ปีที่แล้ว +2

      Sadəcə maranmaq istəyirəm qeydiyyatdan keçə bilmirəm?

    • @gulgezseyidova8508
      @gulgezseyidova8508 2 ปีที่แล้ว

      Salam,videolarinizi izleyirem ve coooox beyenirem,men qeydiyyatdan kecdiyime nece emin ola bilerem?))Kecdim lakin emin ola bilmedim

  • @nutellalidondurmacik1884
    @nutellalidondurmacik1884 ปีที่แล้ว +18

    Mən kiçik bir rayonda yaşayan, kiçik qəlbində dünyaları daşıyan bir qız... 3 il əvvəl səni izləməyə başlamışdım,Leyla . Motivasiyaya ən çox ehtiyacım olan abituriyent vaxtlarımda. Ailəmdə maddi durumumuz o qədər də ürəkaçan olmasa da, mən coğrafiya kaderdir fikrini inkar etməyə həmişə davam edirdim. Bütün zorluqlara, çətinliklərə, imkansızlıqlara rəğmən bu il universitetə qəbul oldum. Xəyalım , ailəmin xəyalını bütün ezmimle çin etdim . Region üzrə birincilik ...Özüdə tibb universitetinə yüksək balla və pulsuz... Yaşadığım kiçicik rayonda, maddi durumumda, "olmazlar", "bacarmazsanlar"da önümde engel olmadı, bundan sonra olmayacaq da. Çünki hamı eyni şərtlərdə həyata gəlmir. Hər kəsin ailəsi varlı, ona hər imkanı sunan, her istediyini maddiyat cəhətdən qıtlıq çəkməkdən alan olmur, Mən isə söz verirəm ki, bu imkanlari özüm üçün yaradacam. Anamin sözləri kimi "ayaqları üstə dura bilən" heç kimə nə maddi nə də mənəvi ehtiyacı olan " gənc qız olmaq yolunda ilk addımlarımı atıram. Mənə və mənim timsalımda yüzlərcə gence stimul verdiyin üçün bu yazını yazmaq istədim.İmza :Dr. N.

  • @hypophrenia8
    @hypophrenia8 2 ปีที่แล้ว +110

    çox şanslı biriyəm ki, valideynlərim mənim xaricdə təhsil almaq istəyimə normal yanaşdı və mənim gələcəyimin parlaq olması üçün mənə yatırım edirlər ✨

    • @nasibahuseyn7801
      @nasibahuseyn7801 2 ปีที่แล้ว +15

      Cox xosbext adamsiniz, heqiqeten de. Bu cox boyuk bir shansdi. Bundan yararlanin.

    • @hypophrenia8
      @hypophrenia8 2 ปีที่แล้ว +6

      @@nasibahuseyn7801 təşəkkür edirəm.

    • @Sema_Samirqizi
      @Sema_Samirqizi 2 ปีที่แล้ว +1

      @@hypophrenia8 ne gozel tebrik edirem.Hansi olkede ne uzre tehsil alacaqsiz?

    • @hypophrenia8
      @hypophrenia8 2 ปีที่แล้ว +1

      @@Sema_Samirqizi ABŞ -da tibb üzrə (4-cü qrup)

    • @bktm8367
      @bktm8367 2 ปีที่แล้ว +1

      Çox şanslısan. Mənim ailəm təəssüf ki, buna qarşıdır. Eyni zamanda maddiyyat problemi yaşayırıq

  • @Ibadovaseriyye_89
    @Ibadovaseriyye_89 2 ปีที่แล้ว +153

    Universitete qebul oldum ve qebul olan her kesi tebrik edirem ümid edirem parlaq geleceye doğru addimalayarıq ve Leyla kimi öz ayaqlarimizin üstünde durmağı bacararıq♡

  • @elyaalesgerli6598
    @elyaalesgerli6598 2 ปีที่แล้ว +25

    Mənim fikrimcə insanın kasıb olması birinci onun özündən asılıdır . Belə bir deyim var ki , kasıb dünyaya gəlmək sənin günahın deyil . Kasıb olaraq ölmək sənin günahındır ( səhv yazmış ola bilərəm ,amma məzmun belə idi ) . Bəzi insanlar var ki , kasıb olmağından istifadə edir . Nəsə edə bilmirsə , nəyisə ala bilmirsə , harasa gedə bilmirsə "mən kasıbam , imkanım çatmadı " deyir. Amma məncə insan istərsə hər şeyi edə bilər . Sadəcə çalışmaq lazımdı , bir müddət özümüzə əziyyət verməliyik ki , gələcəkdə rahat yaşaya bilək. Mən tələbəyəm və sonuncu kursam artıq . Tələbəliyimin ilk ilindən işləməyə başladım . Həm oxudum , həm işlədim. Dil kurslarına getdim və bunun üçün ailəmdən pul istəmədim. Özümə hər hansısa bir şey alanda öz pulumla aldım . Hətta bacardığım qədər ailəmə də kömək etdim . Demək istədiyim odur ki , əgər bir şeyə ehtiyacımız varsa , onu özümüz əldə etməyə çalışmalıyıq . Hər nə qədər çətin olsa da , işləməliyik . Heç vaxt kasıbam deyib , o həyatı qəbullanmamalıyıq . Həyata bir dəfə gəlirik və bu həyatı xəyal etdiyimiz kimi yaşamalıyıq.

    • @valehmemmedli9986
      @valehmemmedli9986 ปีที่แล้ว

      Beli, ruh yuksekliyi, inam. Ve urekden istəmək. Ama bu xususiyyetler hamida yoxdur xanim. Qinamaqda olmaz niye yoxdur

  • @alisha-is2ch
    @alisha-is2ch 2 ปีที่แล้ว +34

    Qiz dediyin heç kime möhtac olmayacaq, oxuyub öz ayaqlarının üstünde duracaq. O ki "qız oxumaz, evlənib dizin qırar oturar evinde" deyenleredi sözüm

    • @hypophrenia8
      @hypophrenia8 2 ปีที่แล้ว +6

      Haqlısınız. Çox təəsüf ki, cəmiyyətimizdə hələ də bu cür düşünən insanlar var😔

    • @alisha-is2ch
      @alisha-is2ch 2 ปีที่แล้ว +4

      @@hypophrenia8 bəli :(

    • @vina473
      @vina473 2 ปีที่แล้ว +1

      Eynən!

  • @Mani-Kure
    @Mani-Kure 2 ปีที่แล้ว +13

    Salam Leyla xanim.Men Rusiyada yasayiram.Mektebde rus dilini kecmemisem.Oxumaq isdediyim ucun oz ozume rus dilini oyrendim.Sonra senedlerimi tibbe verdim.Leksiyalar dersler umumiyyetle o qeder coxdurki o qeder material varki rus dilini ana dilim qeder bilmediyim ucun cox cetin olur.Ancaq cox gozel oxuyuram.Bu gun ilk stipendiyami aldim cox sevincliyem.Bir ovladim.var ev is dersler her sey qarmaqariwiqdi heyatimda.Gozel.neticeler almaq ucun gece saat 3de yatib seher 6,7de oyaniram.Cox yorgunam ancaq cox xosbextem.Videolariniz meni cox motive edir.Cox sag olun.

  • @gunelbilalzade1424
    @gunelbilalzade1424 2 ปีที่แล้ว +34

    Leyla, səni dinlədikcə artıq bəzi insanları həyatımdan çıxardığım üçün özümü günahlandırmıram, hətta özümə bu şansı verdiyim üçün təşəkkür edirəm, bəzi hərəkətləri necə düz etdiyimi görüb özümlə qürur duyuram, səhvlərimisə səndən eşidəndə bu məni qıcıqlandırmır ,əksinə onları daha rahat qəbul edib düzəltmək üçün daha çox motivasiyam olur, əminəm ki, çox insan üçün motivasiya mənbəyisən, etdiyin işlə qürur duymalısan!

  • @fatima.8746
    @fatima.8746 2 ปีที่แล้ว +12

    Bəli."Kasıb doğulmaq günahımız deyil,məsuliyyətimizdir.Kasıb ölmək isə bizim günahımızdır."
    Əlasan Leyla💜💜

  • @aygungaribli
    @aygungaribli 2 ปีที่แล้ว +8

    Leyla ölkədə ən çox pul qazanmağa layiq bloger sənsən

  • @laleqacayeva6481
    @laleqacayeva6481 2 ปีที่แล้ว +4

    16:19 tam da menem. Ele ancaq behaneler hec addim atmamis bacarmaram demek . Deyesen ozumde ferqinde olmadan konfort alanimdan cixmaq istemirəm

  • @memmedovareyhan523
    @memmedovareyhan523 2 ปีที่แล้ว +14

    Leyla "o puldan canınızı qurtarmağa çalışırsınız" sözü o qədər doğrudur ki, mən də tam olaraq elədir pul baxanda qazandığım çox da deyildi amma əlimi yandırırdı elə bil tez xərcləmək istəyirdim. Sonra bunu etdiyimi dərk etdim tam olaraq həll edə bilməmişəm bunu görə bilsəm də hələ həll edə bilməmişəm. Leyla yaxşı ki, varsan🌸🐞.

  • @alisakh2984
    @alisakh2984 2 ปีที่แล้ว +24

    İlk hədəfim BDU hüquq idi bunu bacardım. Bu il qəbul oldum. Qəbul olan hamını təbrik edirəm.💖

    • @hypophrenia8
      @hypophrenia8 2 ปีที่แล้ว +2

      təbriklər. uğurlar

    • @alisakh2984
      @alisakh2984 2 ปีที่แล้ว

      @@hypophrenia8 təşəkkürlər.

    • @herajeon339
      @herajeon339 ปีที่แล้ว

      Tebrikler. Ada huququ manifestledim. aldim qebul eledim ele de oldu 777. Amin

  • @DurdanePearl
    @DurdanePearl 2 ปีที่แล้ว +8

    Beli, kasıb insanın beyni, düşüncəsi kasıb olur malesef. Sizin videolarınıza böyük hevesle baxıram. Sevilirsiz 🌸👍 Teshekkur edirem Size

  • @azizashahgaldiyeva
    @azizashahgaldiyeva 2 ปีที่แล้ว +7

    Tez-tez video yükləməyin məni o qədər sevindirir ki!💃🏻💃🏻💃🏻
    My motivation of source🫂💕

  • @Nazrynnnn
    @Nazrynnnn 2 ปีที่แล้ว +21

    Xaiş edirəm isveçrədə pulsuz təhsil almağın yolları haqda video çəkin

  • @tofiqrhimov2932
    @tofiqrhimov2932 2 ปีที่แล้ว +7

    Allaha şükür bu il qəbul oldum Lənkəran Marketinq 250 balnan bu il qəbul olan hər kəsi təbrik edirəm. Leyla xanım Allah sizədə cansağlığı versin bu cür videolar çəkib camaatın ürəyin açırsuz

    • @Zeynab671
      @Zeynab671 2 ปีที่แล้ว +1

      Təbrik edirəm

  • @daddycat
    @daddycat 2 ปีที่แล้ว +6

    Amazing 🤩 Menim hekayeme cox oxwardi. Men Amerikada oxumuwam baxmayaraq ki priveleged familide doqulmamiwam. Fulbright teqaudu qazanmiwam 29 yawinda. Overall, cox pozitivsiz ve motivaciya ucun cox saq olun

    • @gunelsirinova
      @gunelsirinova ปีที่แล้ว

      Salam fulbright teqaudunu nece qazanmisiniz zehmet olmasa izah ede bilersiz ? Vacib sertlerini

  • @azizashahgaldiyeva
    @azizashahgaldiyeva 2 ปีที่แล้ว +4

    İndicə baxıb qurtardım videoya. O qədər səmimi və mehriban danışırsan ki Leyla.. Sanki səninlə üzbəüz oturub söhbət edirik🫂 Danışdıqların həqiqətən bu mövzuya olan "baxış açımı" dəyişdi. Təəssüflər olsun ki, dünya ədalətsiz qurulub. Və biz hamımız eyni şərtlər altında yaşamırıq. Buna baxmayaraq özümüz öz şansımızı yarada bilərik :)
    Ümid edirəm ki, bir gün gerçəklər xəyallardan daha gözəl olacaq🌾

  • @theartfulbaker
    @theartfulbaker 2 ปีที่แล้ว +7

    Product manager,traning haqqında məlumat əldə etmək istəyirəm.😊Növbəti videonu səbirsizliklə gözləyirəm

  • @fatmacabbarova4741
    @fatmacabbarova4741 2 ปีที่แล้ว +4

    Salam Leyla.Cox sağol bu qeder real movzular baresinde yaşanmış meslehetler olan vloglar hazirlayirsiz.Men de uğurlu bir aileden değildim.Daha doğrusu boyuduyum dovrde maddi olaraq iflas eden aileden..Komfort zonada ailevi sevenler vardı..İstediğim heç bir şeye icaze verilmirdi.Bilirsiz"qiz uşağı" tendensiyasi.Ailem bizi Cox sevirdi haqsizliq etmiyim.Amma öz dogrularina göre heyatimiz vardı.Guc bela Tibb Texnikomundan mezun oldum.Bezmedim yene hazirlasdim ozum.İsleyerdim hemcinin
    ADİU ne qebul oldum
    Yene imkan verilmedi eyani oxuyum
    Qiyabi etdim davam eledim.O arada aile qurdum.Bu defe hemin o "menden asılı olmayan"sebebleri bayraq tutub evvelki isimde davam eledim.Amma bir yerde bu men deyilem heyat felsefem bu değildi axi deye özümü oyandirdim.Daha doğrusu düşündüğüm şeyler fursete cevrilib mene catanda heç kimi dinlemeden öz qerarimi verdim.
    İndi Türkiye'de Ali tehsil aliram.Sosial bir layihenin rehberiyem.Daha yaxsi heyat terzleri olan insanlarla munasibetdeyem.Ve psixoloq desteyi aliram baxmayaraq ki özüm psixologiya oxuyuram ve yaşam koucuyam))Seni Cox isteyirem ,Leyla.Hemise bele davam)

  • @askerofa.13esgerova8
    @askerofa.13esgerova8 2 ปีที่แล้ว +9

    Kanalını yeni kəşf etdim Leyla🤍vəə çoox gözəlll videolarin var🤍bütün videolarin kimi mükəmməl video alınıb🖤. Və çox xahiş edirəm Ukraynada pulsuz magistr barəsində video çəkərsən,inşeAllah gələn illərdə oralar düzəlsə orada magistr təhsili almaq istəyirəm🥲🤍🤍.

  • @soyalegriaaa
    @soyalegriaaa 2 ปีที่แล้ว +11

    Tam menlik video .Kasib,maddi ve menevi desteği olmayan "qiz uşağı " amma men bunlari yixacam

  • @NuriyyaBagirova
    @NuriyyaBagirova 2 ปีที่แล้ว +3

    Ürəyim sıxılırdı elə. Axır ki, qəşəng vidyoyla qarşılaşdimn 😊🤝

  • @22salimova
    @22salimova 2 ปีที่แล้ว +6

    Sizin videolarınızı sevərək gözləyirəm🥰

  • @jalamustafayeva
    @jalamustafayeva 2 ปีที่แล้ว +8

    Product management haqqında video gəlsə, əla olar 👌

  • @faridrahimzada132
    @faridrahimzada132 ปีที่แล้ว

    Qadın olaraq uğur qazanmaq daha çətindir bizim ölkə insanı üçün.Sizə ve sizin kimi xanımlara uğurlar.Heçnə gec deyil doğrudur.Mən avropa oxuyuram artıq son ilimdir.Çetin olduğunu bilirəm. Uni illiyində özüm ödəyirəm ata ana müəllil olanda edesi bir şey qalmır.Bizim insanlar çox tenbeldi.

  • @fatimeismayilzade5006
    @fatimeismayilzade5006 2 ปีที่แล้ว +5

    Product management haqqinda video gelsin. Sevilirsen♥️

  • @perigulieva
    @perigulieva 2 ปีที่แล้ว +5

    Hər zamanki kimi faydalı bir vidyo daha təşəkkürlər Leyla xanım 🌹

  • @aykai5437
    @aykai5437 ปีที่แล้ว

    Mənim 15 yaşım yadıma gəlir həm pulsiz idik həmdə duygularimin məsuliyyətin7 daşımırdım elə bilirdim ki mən belə doğulmuşdum özümə güvənsiz,bacarıqsiz,dəyərsiz.qaldı ki hələ özümün məsuliyyətini daşımaq

  • @zehra4656
    @zehra4656 2 ปีที่แล้ว +2

    I love you very much

  • @rabiahaqverdiyeva7798
    @rabiahaqverdiyeva7798 2 ปีที่แล้ว +3

    Sən möhtəşəm sen.
    Səni dinləmək mən çox xoşdur.

  • @meryabd9161
    @meryabd9161 2 ปีที่แล้ว +6

    Çox gözelsen🤍

  • @Shebnems
    @Shebnems 2 ปีที่แล้ว +1

    Həqiqətən yaxşıki sizin kanalla tanış olmuşam. Təmiz düşüncələrimi gələcək planlarım dəyişdi. Özümü və özümə xeyirli olacaq yolu tapmağa sizin söhbətlərinizin çox köməyi oldu. Çox sağ olun. Sevilirsiniz😊

  • @rarenature1442
    @rarenature1442 2 ปีที่แล้ว +3

    leyla davamli yutuba video qoymagin bize motivasiya verir tesekkur edirem

  • @abnormalauthor164
    @abnormalauthor164 2 ปีที่แล้ว +1

    Mukemmel derecede komek olsu bu video mene yeniki daha euzgun heyat plani qurmagima destek oldu cox sagolun Leyla xanim 🙏

  • @izlyici1216
    @izlyici1216 2 ปีที่แล้ว +3

    Təşəkkürlər Leyla belə maraqlı faydalı video üçün 👏👍🏻👍🏻👍🏻🌹🌷😊

  • @your.soulmate
    @your.soulmate 2 ปีที่แล้ว +3

    Product management ve salesforce admin haqqinda video ceksez ela olar.

  • @uuuuuuuu3544
    @uuuuuuuu3544 2 ปีที่แล้ว +2

    çox gözəl , mükemmel şəkildə özünü inkişaf etdiribsen,amma nəsə hiss edirəm şüuraltı hələ də sixilirsan,let shame on your relatives that made you feel like that.

  • @ulkerbagirova3960
    @ulkerbagirova3960 2 ปีที่แล้ว +1

    Butun deye bilmediklerimi amma duwunduklerimi dile getirdiz😍Sizi sevirem♥️

  • @milaloree
    @milaloree 2 ปีที่แล้ว +2

    Təşəkkürlər ,Leylam , o qədər gözəl mövzulara toxunursan ki..❤

  • @iii9331
    @iii9331 2 ปีที่แล้ว +2

    Online,xarici ölkədə təhsil haqqda da video gəlsə çox şad olaram .😍

  • @nuriyynsirli4641
    @nuriyynsirli4641 2 ปีที่แล้ว +1

    Səni çox sevirəm Leylaa❤məsləhətlərin qızıldır

  • @mmismayil
    @mmismayil 2 ปีที่แล้ว +4

    Salam Leyla xanim 10 cu sinife kecib Meqsedi xarice verenler ucunde video cekseniz sevinerem .

  • @crasher516
    @crasher516 2 ปีที่แล้ว +2

    Leyla xanim.zehmet olmasa bir qrupumuz olsa siz bize orda ingilis dilini öyretsez en çoxuda danişiq düzgün telefuz etmek biz sizi çox sevirik ve inanin sizin yerinizde olmaq isteyen minlerce insan var kasib ailedir ve aileleri onlari oxuturmaq için imkani olmur sizin bize kömek ede bilersiz bize ingilis dilini öyredersiz ele insanlar var ki Amerikda özlerini gösterir amma siz bize kömek edirsiz 💙💦

  • @fatimmhrrmova7654
    @fatimmhrrmova7654 2 ปีที่แล้ว +8

    Cox sagolun,cox motivasiya oluram size baxanda💜InsAllah mende sizin kimi oz ayaqlarim ustunde durub pullar qazanacam.Kurs haqqinda video ceke bilersiz zehmet olmasa

  • @asimabdullayev4965
    @asimabdullayev4965 ปีที่แล้ว +1

    Salam Leyla xanım.Zəhmət olmazsa bu dedikləriniz haqqında video çəkin bizimdə məlumatımız olsun

  • @no...4206
    @no...4206 2 ปีที่แล้ว

    Salam, Leyla bu il universiteti bitirdim və müəllimə adını qazandım çox sevinirəm axır ki maddi müstəqil olacam☺️🙏. Səni heç yaxından tanımıram amma səninlə çooox qürur duyuram her zaman işlərində ve həyatında uğurlar arzu edirem

  • @DurdanePearl
    @DurdanePearl 2 ปีที่แล้ว +4

    Leyla hanim mumkunse mene training ler barede mene butun informasiyalari veresiniz zəhmət olmazsa

  • @kamamusayeva9718
    @kamamusayeva9718 ปีที่แล้ว +1

    Çox bəyənirəm sizi

  • @nurcanbakhisov1331
    @nurcanbakhisov1331 2 ปีที่แล้ว +1

    Bu video mene böyük motivasiya verdi,çox sagol ❤️

  • @gulnarbagirova1424
    @gulnarbagirova1424 2 ปีที่แล้ว

    Wooow yene mohtewem bir video😍ve men yene guzgude ozumu gordum sanki🤦🏻‍♀️🙈pulum olan kimi puldan canimi qurtarma hissi pulum olmayan kimi konfort zonaya qayitma hissi,cooox uzuldum konfort zonamin bu olduguna gore🤦🏻‍♀️

  • @suae1983
    @suae1983 2 ปีที่แล้ว

    Leyla möhtəşəmsen♥♥♥yaxşi ki varsan.Tesekkurler bu faydalı video üçün👏👏👏Doğurdan da eledir.Ilk defe stpendiya 100 manat aldığım gün gedib hamisini bir günde xerclemisdim😕😔Demek kasibliq psixologiyasi bunu mene mecbur edirmiş

  • @niu_owiwi
    @niu_owiwi 2 ปีที่แล้ว +1

    Mövzu ilə əlaqəsi yoxdu amma paltarın çox gözəldi💜💕

  • @foodrecipes8033
    @foodrecipes8033 2 ปีที่แล้ว +2

    Her gün vidio paylaş motivasiyasan ❤

  • @sabinasulaymanova6475
    @sabinasulaymanova6475 2 ปีที่แล้ว

    Sənin videolara həqiqətən Mənə
    İmkansizin olmadığını yeniden xatirladır💟

  • @sportsgame7521
    @sportsgame7521 2 ปีที่แล้ว +2

    Salam Leyla xanım mən burda oxumağıma peşmanam.maddi imkanda yoxdu ausbuilding edim çıxıb bu bataqlıqdan.bircə qalır greencard ya da evlilik onada dil yoxdu.yalnız greencard.təki Allah köməyim olsun canımı qurtarım burdan yoxsa 250 350 maaşdan yaşamaq,ayı gətirmək olmaz.çalışın buralara ancaq gəzmək üçün gələsiniz.

  • @CemreYılmazzz4757
    @CemreYılmazzz4757 2 ปีที่แล้ว

    Leyla, seni ve fikirlərini çox sevirem. Sen video paylaşanda çox sevinirəm. Daha çox videolar arzu edirem

  • @effq1
    @effq1 ปีที่แล้ว

    Beli, qazanc sizindir, pul sizindir.sonra ozunuze xercleyirsiniz ya basqalarina komek edireiniz oz isinizdir. Amma hemise oz ozunuze deyin bu menim pulumdur, oz eziyyetimin ve vaxtimin qarshiliginda verilir. Men de ozume masterimin xercleri bitenden sonra bir il save edib aldim. Hech kimin mortgageni odemirem ve bu gozel hissdir. Hamiya nesib olsun o gozel hiss. Bostona gelende gorusmek cox olar, Leyla.

  • @MMMM-vh5qm
    @MMMM-vh5qm 2 ปีที่แล้ว +3

    Çox gözəlsən, Leyla ❤️❤️

  • @nazimmemmedov1401
    @nazimmemmedov1401 2 ปีที่แล้ว +2

    Maraqli video idi

  • @westxcoast4035
    @westxcoast4035 2 ปีที่แล้ว +2

    leyla xais eliyirem kollec oxuduqdan sonra amerikaya cox büdceli olmayan yollarini deyersen cox lazimdi mene...

  • @naibehasanova13
    @naibehasanova13 2 ปีที่แล้ว +1

    daha choc videolar gelsin, Leyla, bele devam

  • @qarayevhesenaga
    @qarayevhesenaga 2 ปีที่แล้ว +3

    Salamlar Leyla

  • @gulaymamedzade6891
    @gulaymamedzade6891 2 ปีที่แล้ว +1

    Taleyimizle barismamaliyik.maksimum dərəcə çalışmalıyıq.

  • @onlybillieeilish
    @onlybillieeilish 2 ปีที่แล้ว +2

    Thanks

  • @raminverdiyev
    @raminverdiyev ปีที่แล้ว +1

    Leyla Xanım siz harada doğulmusunuz harada təhsil almısınız ,ailəlisinizmi ingilis ,rusdilini hansı müəllimənin sayəsində öyrənmisiz bu barədə bir video istərdim❤

  • @luckluckyy8665
    @luckluckyy8665 2 ปีที่แล้ว +6

    Salam Leyla videoların çox keyfiyyetlidir ,men de yoldaşımla Amerikada işlemek isteyirem.Bilmek isterdim ki,iş tapmaq çetindir mi?Yoldaşım hüquqşünas ,men fizika mühendisiyem.Bir de fakültemize uyğun olmayan sahede de çalışa bilerik,men hazırda mühasib işleyirem,ixtisasımla elaqeli deyil,orada da işleye bilerem mühasib kimi,yoxsa o sahe üzre diplomum yoxdur deye bu engeldir mene?

  • @fatimmhrrmova4485
    @fatimmhrrmova4485 ปีที่แล้ว +2

    Salam,Leyla xanım. Proqramçı tanısınız varsa onunla video çeke bilersiniz zəhmət olmasa? Nece öyrənib necə xaricə gelib

  • @aybanizazimova2532
    @aybanizazimova2532 2 ปีที่แล้ว +1

    Hər şey pulda deyil, ailə basqısı var , savad var ama icazə yoxdur, qız uşağının xaricidə nə işi var düşüncəsi, qızsan o işdə işləmə bu işdə işləmə var da var ...

  • @draces2767
    @draces2767 ปีที่แล้ว

    Great talk! Thank you.

  • @gulaymamedzade6891
    @gulaymamedzade6891 2 ปีที่แล้ว +1

    Universitetə qəbul olmak hər şey değil əsas.part time işlərlə məşğul olmakdi.yoxsa aldığımiz diplomun heç bir xeyri olmayacak.cox təcrübə lazımdı.o zaman pul bize gelecek.ve biz kasıbçılık zencirini məhv edə bilərik.

  • @nasibahuseyn7801
    @nasibahuseyn7801 ปีที่แล้ว

    Uguru insan yaninda ugursuz insani istemir. Hetta yaxin refiqen, qohumun da olsa qacacaq ugursuz adamdan.

  • @elieliyev1637
    @elieliyev1637 2 ปีที่แล้ว +1

    Çox mükemmel anladirsiz👍

  • @teranesadiqova9473
    @teranesadiqova9473 ปีที่แล้ว

    Bakldan salamlar insanln öz əlindədir maşallah

  • @nihataskerov8975
    @nihataskerov8975 2 ปีที่แล้ว +1

    Tesekkurler Leylam♡

  • @fidanr9455
    @fidanr9455 2 ปีที่แล้ว

    Çox çox sağol Leyla dəyərli fikirlərin üçün❤️❤️

  • @nasibahuseyn7801
    @nasibahuseyn7801 2 ปีที่แล้ว

    Leyla xanim hetta belli yasha gelmish insanlara ders kece biler. Tesekkur edirem 🙏

  • @reksanememmedova4365
    @reksanememmedova4365 2 ปีที่แล้ว +1

    Sən sadəcə supersen Leyla 💖

  • @nicatallahverdiyev9820
    @nicatallahverdiyev9820 2 ปีที่แล้ว +4

    Salam Leyla xanım Azerbaycanda olan sirketləre nə qədər guvenmek duzgundur tehsil yolunan gelmek ucun.

  • @gunayii
    @gunayii 2 ปีที่แล้ว +11

    9cu sinifem bilmirəm nə edim. Hazırlığa getmirəm , kurslara getmirəm. Özün üçün ingilis dili öyrənməyə çalışıram , kalassik kitablar oxuyuram. Amma məktəb derslerini sevmirəm. İstəmirəm Azərbaycan da uni oxuyum xaricdə təhsil almaq istəyirəm amma yolunu bilmirəm hər gece fikir eliyirəm görəsən gələcəyimi qura bilib bilikli, elmli biri olacam yoxsa ömrü boyu sadeve bir çörək üçün işləyin ölüb gedecem. Bilmirəm

    • @Epiph0ny
      @Epiph0ny 2 ปีที่แล้ว +13

      Salam. Əgər xarici ölkələrdə oxumaq istəyirsənsə birincisi dil biliyini genişləndir. İkincisi isə, başa düşürəm, məktəb dərsləri maraqlı deyil. Amma bacardığın qədər oxumalısan. Xaricdə təhsil üçün ilk növbədə yaxşı attestat qiymətlərinə ehtiyacın olacaq. Ona görə də əlindən gələni elə sona qədər yaxşı bitir məktəbi. Elə düşün ki, gələcəyin təməl daşlarını qoyursan. Mobil oyunlara çox zaman ayırma. Çalış yaxşı oxuyanlarla dostluq et. Dərslərdə və ya müzakirələrdə aktiv ol, utancaq olma. Qidalanmaya diqqət elə, zərərli qidalardan uzaq ol. Çalışqan, zəhmətkeş olsan qapılar hər zaman açılacaq sənin üçün.

    • @gunayii
      @gunayii 2 ปีที่แล้ว +5

      @@Epiph0ny dərsləri sevmədiyim o demək deyil ki qiymətlerim pisdir həqiqətən yaxşıdı əgər 9cu sinif imtahanımi da yaxşı versem əla olacaq. Sedece mən Azərbaycan da universitet oxuyub vaxt itirmək istəmirəm.

    • @gunayii
      @gunayii 2 ปีที่แล้ว +5

      @@Epiph0ny motivasiya verdiniz çox sağ olun :)

    • @Nazrynnnn
      @Nazrynnnn 2 ปีที่แล้ว +6

      9 da mən də hazırlığa getmədim. Hamı mənə deyirdi başında bişey yoxdu haza get(məktəb müəllimləri) qulaq asmırdım. Gri koç benimle çalış canlıları var onlarla oxuyurdum 241 yığdım. Sinfdə ən çox mən yığdım. O mənə başın boşdu deyən müəllim var idi ha onun ən yaxşı oxuyanı 170 yığdı :D indi 11 ci sinifəm və uğurluyam. Düzdür müəllimlər hələdə məni sevmir amma umrum dışı :D yəni inan özünə mən inanıram sənə❤️

    • @gunayii
      @gunayii 2 ปีที่แล้ว +1

      @@Nazrynnnn 😍 AAA ne yaxşı . Çox sağ olun 💞

  • @amilsn9822
    @amilsn9822 2 ปีที่แล้ว +1

    3:49 - Kasıb doğulmaq sizin günahınız deyil, amma kasıb olaraq ölmək sizin günahınızdır (c)anonim.
    - Coğrafiya "kaderdir" amma, o coğrafiyada bir "heç olaraq" yaşamaq sizin günahınızdır (c)anonim.
    - Umudunuzu kayb etmeyin, ben hiç bir zaman umudumu, kayb etmedim. Cihanda (sərhəddən çöldə) barış (sülh), yurdda barış (c)Atatürk.

  • @leylamemmedova4289
    @leylamemmedova4289 2 ปีที่แล้ว +5

    Toxic stress of poverty

  • @niu_owiwi
    @niu_owiwi 2 ปีที่แล้ว

    Çox gözəl məsləhətlər verirsən🤍

  • @asiframazan7025
    @asiframazan7025 2 ปีที่แล้ว

    Leyla xanım adamı vicdanınnan baş baş qoydu.

  • @zamiqmemmedov8840
    @zamiqmemmedov8840 2 ปีที่แล้ว +1

    İxtisas seçimin necə edək bizə nə uyğundu video çeke bilərsiniz

  • @urfan2505
    @urfan2505 2 ปีที่แล้ว

    Qeyd elədiyiniz 2 işlə bağlı video gəlsin 👍

  • @nuriyynsirli4641
    @nuriyynsirli4641 2 ปีที่แล้ว +1

    Leyla zəhmət olmasa self-study haqqında video paylaşa bilərsən? Dil öyrənmək üçün necə çalışmalıyıq?

  • @Nice8Life
    @Nice8Life 2 ปีที่แล้ว +1

    Bəs eyər 18 yaşımız yox 25-30 arası dediklərinixin ferqindeliynə bu yaşlarda varmışıqsa onda biliyi pula evezlemeden başlamalıyıq yoxsa pul qazanmağa çalışmalıyıq?

  • @ayselmhrrmova2600
    @ayselmhrrmova2600 2 ปีที่แล้ว +2

    Bildiriş gələn kimi qaçıb gəlirəm

  • @fidanrehmanova7742
    @fidanrehmanova7742 2 ปีที่แล้ว +4

    Azərbaycanda iş tapmaq olmur mənim 20 yaşım var dövlətədə müraciyyət etdim amma ki mənə mesaj gəldi ki sizi işsiz kimi qeydiyata aldıq hansısa kursa getməyə imkan yox peşə öyrənmək istəyirəm peşə məktəbidə elə uzağ və çox az olan insanlar olan yerdədi ko gedə bilmirəm və Azərbaycanda işləmək istəyirsənsə adi süpürgəçi belə tanışın olmalıdı ki işə götürsünlər mənə o qədər depresiyya yaşadır ki bu nə edim bilmirəm bəlkə mənə məsləhət verəsiz olar?

    • @fidanrehmanova7742
      @fidanrehmanova7742 2 ปีที่แล้ว +2

      Buları yazmağimda səbəb mən kasıb olmaq istəmirəm əksinə işləmək istəyirəm amma heç bir işdə məni işə götürmü ali təhsilim yoxdu dil bilmirəm təcrübəm yoxdu heç kimdə şans verib mənim nələ bacara biləcəyimi görmək istəmir

    • @aytachuseynova1649
      @aytachuseynova1649 2 ปีที่แล้ว +4

      Düz deyirsiniz vAllah yalandan elə deyək pul yaxşı iş hamısı adamın olmasa 80% çətin alınan şeydir. Artıq o vaxtki dövr deyil ki, xəyallarla çıxıb harasa gedək. Cibimizdə 1 manatla uzağı 3 avtobusa minirik artığı yoxdu

    • @mistythecat33
      @mistythecat33 2 ปีที่แล้ว +1

      Onlayn biznese baslamagi yoxlaya bilersiz. Menim etrafimda onlayn biznesle kifayet qeder yaxsi meblegler qazanan adamlar var, hansi ki 3-4 illik zehmetin neticesinde 1500- 2000 manat sabit gelirler+deyisen bonuslari var her ay. Cox yaxindan tanidigim qiz ixtisasca muellimdir, amma onlayn isle ozune ev aldi :)

    • @sabinastudio725
      @sabinastudio725 ปีที่แล้ว

      Siz Macdonald da cv verin ,böyük təcrübə gazanmis olarsınız,sonra isə dil öyrənin ,uniyə hazırlaşıb gəbul olasız,əyani da olar ,butiklarda yaxşı satıcı konsultant ,sonra isə karyeranızı gura bilərsiz !
      İş yoxdur demək asandır!😊

  • @ebdulnasir9778
    @ebdulnasir9778 ปีที่แล้ว +1

    Salam leyla xanım siz ferdi dərs kecirsinuz dilbillde?

  • @shamsbedel541
    @shamsbedel541 2 ปีที่แล้ว +2

    New video😍

  • @leylatalbzad2269
    @leylatalbzad2269 ปีที่แล้ว

    Leyla xanım. İnanmıram siz mənlə razılaşasız. Amma öz fikrimi sizə bildirmək istəyirəm. Xaricdə valideyn uşağı 18 yaşından sonra buraxır ki, o müstəqil yaşamağı öyrənsin. Bu bizim cəmiyyət tərəfindən nə qədər dəhşətli qarşılansada mən görürəm ki, bunun uşağa daha çox xeyri var. Yəni bizimkilərin "avropalılar uşaqlarını sevmir" fərziyyəsi 100 % yalnışdır.
    Amma belə bir şeydə var. Avropalılar öz uşaqlarını həyatın axınına, müstəqil yaşamağa buraxırlar və onların gözü uşaqlarını da, qazandığı pulun da, "çəkdiyi əziyyətin" də olmur. Ona görə. Mən özümdə super imkanları olmayan bir ailədə anadan olmuşam. O biri uşaqlardan maddi cəhətdən fərqlənirəm. Mən məktəbdə görürəm, uşaq oxumur, anası zəng eliyir sinif rəhbərinə, direktorun yanına gedir ki, "mənim uşağıma qiymət yazın". Uşağı oxumur, bütün pulunu axırıncı qəpiyinə kimi xərcləyir ki, uşağım oxusun. Mən görürəm ki, onlar uşaqlarına xeyirdən çox ziyan vururlar. Sonda sizə demək istəyirəm ki, mən tam siz deyən kimi yaşaya bilmərəm yəqin ki. Amma sizin dedikləriniz məndə bir fərqindəlik oyatdı. Buna görə sizə təşəkkür edirəm.

  • @jfjdisosojdkdzoosdk6592
    @jfjdisosojdkdzoosdk6592 ปีที่แล้ว +1

    Amerikadaki tehsil yaxsidi yoxsa Kanadadaki?zehmet olmasa melumat vererdiz

  • @biriikisi9626
    @biriikisi9626 2 ปีที่แล้ว +1

    Very beautiful

  • @sevinc8448
    @sevinc8448 2 ปีที่แล้ว +2

    Salam,Leyla xanım. Sizin fikirləriniz mənimçün çox maraqlıdı. Xeyli vaxtdı ki,sizi izləyirəm. Sizinlə əlaqə saxlamaq istərdim. Bunu necə edə bilərəm?

    • @fghg9whsb78
      @fghg9whsb78 2 ปีที่แล้ว

      instagramdan ola biler

  • @niu_owiwi
    @niu_owiwi 2 ปีที่แล้ว +1

    Leyla tərcüməçilik yüksək gəlirli işdir?(aze-ing,ing-aze)
    Cavab versən sevinərəm💜

  • @theartfulbaker
    @theartfulbaker 2 ปีที่แล้ว +3

    Traning ə necə qoşulaq?

  • @azerxelilov8160
    @azerxelilov8160 2 ปีที่แล้ว +1

    Salam muellime necesiz muellime sizden bir soz sorusacaqdim ingilis dilini nece oyrenmrk olar inanirsiz cumle verilir butun sozlerin tercumesini bilirem duzub qosub azerbaycanca tercume ede bilmirem ve ya cumle qura bilmirem neyneye bilerem? Bu arada sizi cooooox sevirem