ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Ən yaxşı liseylərimizi siz də tanıyın - Məzunların 99 faizi tələbə olub - APA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2022
  • #APATV #lisey #tələbə #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Ən yaxşı liseylərimizi siz də tanıyın - Məzunların 99 faizi tələbə olub
    Yeni tədris ilinə sayılı saatlar qaldı. Sabah ölkənin bütün məktəblərində ilk zəng çalınacaq.
    Hər kəs çalışır ki, uşağı mükəmməl təhsil alsın. Bunun üçün yaxşı təhsil verən məktəbləri seçməyə çalışırlar.
    Hər il ali məktəblərə qəbul olunan abituriyentlər arasında yüksək nəticə göstərənlər olanda hansı məktəbi, yaxud da liseyi bitirməsi diqqət çəkir. Açıq etiraf edək ki, liseylərdə təhsil alan abituriyentlər arasında yüksək nəticə göstərənlər daha çox olur. Belə olan halda da övladlarının liseydə təhsil almasını istəyən valideynlərin sayı artır.
    Bilik günü ərəfəsinda yolumuzu hər il yüksək göstəriciləri ilə diqqət çəkən
    Bakı şəhəri, Xətai rayonu, 287 saylı "Zəkalar” liseyi və Nərimanov rayonu "Ankara məktəbi" məktəb-liseyindən saldıq.
    Əvvəlcə əməkdar müəllim Aygün Əhmədli ilə görüşüb, lisey məzunlarının uğurları ilə maraqlandıq.
    Öyrəndik ki, təhsil göstəricilərinə görə hər il ilk üçlükdən qərarlaşan 287 saylı "Zəkalar” liseyinin bu il 30 yaşı tamam olur. “Lisey yarandığı gündən istedadlı uşaqların inkişafı ilə məşğuldur” deyən Aygün Əhmədlinin sözlərinə görə, məktəbdə bütün təmayyüllər üzrə ixtisaslı və təcrübəli müəllim heyəti çalışır. Hazırda liseydə 1229 şagird təhsil alır.
    Ayün Əhmədova deyir ki, bu il lisey 100 faizlik nəticə göstərib:
    ” 2021-2022-ci təhsil ilində isə 103 şagirdimiz artıq məzun adını qazanıb. 19 şagird 600 baldan yuxarı nəticə göstərib. 9 nəfər 650 dən yuxarı bal toplayıb. 36 nəfər 500 dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Şagirdlərimiz içərisində Avropanın və Türkiyənin yüksək reytinqli ali təhsil müəssisələrinə qəbul olunanlarda var. Bu bizi çox sevindiri ki, həmin uşaqlar Azərbaycanınımızı təmsil edəcəklər”.
    Bundan başqa builki məzunlar arasında liseyin iki qızıl medalçısı var. Respublika fənn olimpiadalarında qızıl, gümüş və bürünc medal mükafaçıları da var.
    “Ankara məktəbi" məktəb-liseyi də şagirdlərin bilik göstəriciləri, fənn olimpiadalarındakı uğurları, həmçinin məzun sayına görə paytaxtın seçilən məktəb-liseyləri sırasındadır. İllərdir məzun sayına görə ilk sıralarda qərarlaşıb. Direktor Səmayə Eynullayeva hesab edir ki, uğura gedən yol təcrübəli müəllim, məsuliyyətli şagird və valideyn birliyindən keçir.
    Səmayə Eynullayevanın sözlərinə görə, liseyin şagirdləri itədris ili çərçivəsində keçirilən fənn, beynəlxalq olimpiadaların qalibləri sırasında təmsil olunur:
    “Ötən il respublika fənn olimpiadalarında iki qızıl medal alıb. Təhsil Nazirliyinin xətti ilə İnformatika ilə bağlı keçirilən beynəlxalq olimpiadada bir şagirdimiz liseyimizin 8-ci sinif şagirdi bürünc medal qazanıb. Bu uğurda birlikdə işin, zəhmətin nəticəsidir”
    Sağlam cəmiyyətin əsası keyfiyyətli təhsildən, təhsilin keyfiyyəti isə məktəblərin təcrübəli, bilik və bacarığı ilə seçilən müəllimlərindən asılıdır.
    Yeni tədris ilimiz uğurlu olsun!
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

ความคิดเห็น • 33

  • @Temu711
    @Temu711 ปีที่แล้ว +13

    odenişsiz liseyler hansilardir xahiş edirem cavablandirasiz

    • @dufifys1
      @dufifys1 ปีที่แล้ว +1

      Salam Ankara Liseyi nerimanovda imtahanla pulsuz

    • @gulareabilova
      @gulareabilova ปีที่แล้ว +5

      imtahan verdikdən sonra balınız çatan liseylər hamsi pulsuzdur

    • @nicatmerdanov8888
      @nicatmerdanov8888 ปีที่แล้ว +3

      Salam bütün dövlət lisseyleri pulsuzdur meselen gence riyaziyyat informatika təmayüllü ve yaxud Şəmkir kimya biologiya təmayüllü

    • @lmanhacyeva785
      @lmanhacyeva785 ปีที่แล้ว +1

      ​@@gulareabilova balları necə öyrənmək olar ?

    • @hokumenebiyeva2690
      @hokumenebiyeva2690 ปีที่แล้ว +1

      ​@@nicatmerdanov8888Qara qarayevde olan kimya biologiya liseyi de dövlet liseyidi pulsuzdu mence qaqam

  • @gulzarsalahova2544
    @gulzarsalahova2544 17 วันที่ผ่านมา

    salam bu liseye qebul bitib?

  • @RaulAgazade-gq3pq
    @RaulAgazade-gq3pq 3 หลายเดือนก่อน

    Salam Ankara litseyinə neçənci sinifdən qebul var zəhmət olmasa cavablandırardız

  • @ilhamserifov8414
    @ilhamserifov8414 ปีที่แล้ว +2

    Yatili mektebdi

  • @ilhamserifov8414
    @ilhamserifov8414 ปีที่แล้ว +1

    Nomre verdizda

  • @LoviShapalax
    @LoviShapalax ปีที่แล้ว +13

    Hər şeyi pul həll edir Azərbaycanda❗guldurməyin məni❗😏

    • @hokumenebiyeva2690
      @hokumenebiyeva2690 ปีที่แล้ว +3

      Yo

    • @teymurteamyt1729
      @teymurteamyt1729 ปีที่แล้ว +1

      Hansı sinifde oxuyursan

    • @hokumenebiyeva2690
      @hokumenebiyeva2690 ปีที่แล้ว +4

      @@teymurteamyt1729 qardawim o mektebin mezunuyam ındi yüce liderimiz Elçibeyimin bitirdiyi fakültede şerqşünasliqda oxuyuram BDU 1-ci kurs

    • @General.10_
      @General.10_ ปีที่แล้ว +4

      @@hokumenebiyeva2690 Salam.Necə bir liseydir?Məlumat verə bilərsiniz zəhmət olmasa?

    • @orxanmansurov5067
      @orxanmansurov5067 ปีที่แล้ว

      ​@@hokumenebiyeva2690 2022 nin mezunusuz ?