Farhouse | Novxanıda neon ev-muzey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #vlog #art #painting #neon #painter
    Novxanı qəsəbəsində yerləşən unikal neon ev muzeyi "Farhouse" iki mərtəbədən ibarətdir. Ev sahibi və bütün bunların yaradıcısı da orada yaşayır. Əlavə olaraq su səviyyəsindən bir qədər aşağıda yerləşən industrial stildə olan bir ərazi də var ki, ora kiçik sərgi zalı funksiyasını yerinə yetirir. Burada F.Ələkbərovun öz işlərindən başqa onun dostlarının və həmkarlarının işləri nümayiş olunur. Elə bu da "Farhouse"un spesifik xüsusiyyətlərindəndir - o, özlüyündə bir növ art-holdinqi birləşdirir. Təsviri sənətin müxtəlif növləri - heykəltəraşlıqdan tutmuş metal üzərində nəqqaşlığa, rəssamlıqdan vitrajlara qədər, bir sıra müəlliflərin işləri həmin neon naxışlarla birləşib.
    F.Ələkbərovun istifadə elədiyi neon boyalar adi gün və ya elektrik işığında zəif görünür, ya da ümumiyyətlə görünmür. Amma qaranlıq yaradıb, xüsusi ultra-bənövşəyi işıq yandırmaq kifayətdir ki, insan paralel - mistik və hədsiz gözəl reallığa qərq olsun.
    Qeyd edək ki, neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. İşıq illüziyası və 3D effektinin köməyi ilə neon boyası ilə çəkilən şəkillər canlandırılır.

ความคิดเห็น • 6

  • @aranlibalasi4798
    @aranlibalasi4798 ปีที่แล้ว +3

    Talant batmamalıdır

    • @RSDcfs
      @RSDcfs  ปีที่แล้ว

      Əlbəttə

  • @melaheteliyeva8804
    @melaheteliyeva8804 ปีที่แล้ว +1

    Bu ev kime mexsusdur yeni her kes gefib evi gore biler yeni muzeydir

    • @RSDcfs
      @RSDcfs  ปีที่แล้ว

      Evin sahibi rəssamdır. Özü də o evdə yaşayır. Çox maraqlı muzeydir. Saat 12:00 dan 19:00 a qədər işləyir. Amma getməzdən əvvəl mütləq zəng vurmaq lazımdır.

  • @aranlibalasi4798
    @aranlibalasi4798 ปีที่แล้ว +2

    TV müraciət edin.