Şəhid atası Rayon İcra Hakimiyyətinə TƏŞƏKKÜR ETDİ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Sədərək Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda kəndarası yollar asfaltlanır, bəzi yollara isə çınqıl verilərək hamarlanma işləri aparılır. Həmçinin şəhid və qazi ailələrinin yaşadığı mənzilllərə gedən yollar da bu quruculuq işlərindən kənarda qalmır.
    Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən Dəmirçi kənd yolları asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan XTQ baş leytenantı Sadıqlı Məmmədhəsənin atası Meydan Həsənov görülən bu quruculuq-bərpa işlərinə görə kənd camaatı və öz adından rayon rəhbərliyinə təşəkkürünü bildirib.
    Məlumat üçün bildiririk ki, şəhid baş leytenant Sadıqlı Məmmədhəsən Meydan oğlu 1992-ci il fevralın 21-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub. 1998-ci ildə şəhid Etibar Əhmədov adına Dəmirçi kənd orta məktəbində təhsil almağa başlayıb. Məktəbdə təhsil aldığı müddət ərzində Yunan-Roma güləş növü ilə məşğul olub və bir çox yarışlarda daxil olub. 2007-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə, 2010-cu ildə isə oranı bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olub. 2014-cü ildə leytenant hərbi rütbəsini alaraq buranı bitirib. O, 2015-ci ildə Silahlı qüvvələrin TTM kursunu da müvəffəqiyyətlə başa vurub. Daha sonra leytenant kimi Culfa şəhərinə təyinat alıb. Xidməti dövründə bir çox əməliyyatlara iştirak edən Məmmədhəsən Günnüt döyüşlərində böyük şücaət görsətdiyi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə 26 iyun 2018-ci ildə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub. 2018-ci ildə Türkiyədə "Komando Temel Kursu"-nu Azərbaycan üzrə birinciliklə bitirib.
    O, 2019-cu ildə Əlahiddə Ümumqoşun ordu üzrə "Ən yaxşı kəşfiyyat (XT) bölüyü" yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərman ilə təltif olunub. 2020-ci il sentyabrın 27-də başlayan "Vətən Müharibəsi"ndə şəhid olan dostlarının və silahdaşlarının intiqamını almaq, həm də döyüşdəki silahdaşlarını tək qoymamaq və vətən borcunu yerinə yetirmək üçün Naxçıvan XTQ heyəti ilə birlikdə 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətinə yola düşüb. Baş leytenant Sadıqlı Məmmədhəsən Meydan oğlu Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə öndə gedən zabitlərdən biri olub. 27 oktyabr 2020-ci ildə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan XTQ baş leytenant Məmmədhəsən Sadıqlı Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Sadıqlı Məmmədhəsən Meydan oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, "Şuşanın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
    Şəhid atası Sadiqov Meydan Məmmədhəsən oğlu I və II Qarabağ qazisi ailəsinə göstərilən diqqətə görə, şəxsən öz adımdan və ailəmiz adından təşəkkürmü və minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun.
    Göründüyü kimi Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır. Bu gün vətəndaşların sosial problemlərinin həlli ilə bağlı mütəmadi addımların atılması hər bir azərbaycanlını qürurlandırır. Azərbaycan dövləti bununla bir daha sübut edir ki, Vətən uğrunda canından keçmiş vətəndaşların ailələri məhz dövlətin qayğısı altındadır.

ความคิดเห็น •