Uşaqlıq dadında "Ballı" tort resepti, ÇOX qənaətli və sərfəli resept, бюджетный медовик

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • 🍯Xəmir üçün : Şəkər tozu - 2 stəkan
    🍯Bal - 2 x.q
    🍯Kərə yağı -100 qram
    🍯Bitki yağı -100 ml
    🍯Soda - 2 c.q
    🍯Un - təpələmə 4 stəkan
    🍯Süd - 4 x.q
    🍯Yumurta - 3 ədəd
    Krem:
    🍧Süd - 2 stəkan
    🍧Şəkər tozu - 2 stəkan
    🍧Un - 2 x.q
    🍧Vanilin - 1 pachka
    🍧Kərə yağı - 250 qram
    Qlazur:
    🍫Kakao - 3x.q
    🍫Şəkər tozu- 3x.q
    🍫Süd - 100 ml
    🍫Kərə yağı - 30 qram
    Öncə kremi hazırlayaq. Süd, şəkər, vanilin və un qazana töküb vam odda bişiririk. Krem qatilasandan sonra ocaqdan götürüb tam soyuduruq. Kərə yağını mikser ilə çırpırıq və sonra hazırladığımız kremi əlavə edib qoyuruq soyuducuya.
    Xəmir üçün: Qazana şəkər tozunu, soda, bal və yağı əlavə edirik.Vam odda rəngi karamel olana qədər qarışdırıq. İsti məhlulun içinə yumurtaları əlavə edib tez tez qarışdırıq ki yumurtanın ağı bişməsin. Sonda süd və ünü əlavə edib, yumuşaq xəmir yoğururuq. Xəmir kündələrə ayırıb ( məndə 6 böyük kündə çıxdı) soyuducuya qoyuruq. Kündələri bir bir yayıb sobada rəngi qızılı olanadək bişirin.
    Qlazur üçün: Kakao, şəkər, süd və yağı ocağın üstündə bişirik. Tez tez qarışdırıq və tort hazır olan anda isti isti üstünə tökürük. Daha sonra soyumasını və bərkiməsini gözləyirik.

ความคิดเห็น • 4

  • @DavudManafov
    @DavudManafov หลายเดือนก่อน +1

    👍

  • @user-ce4pt4xn7e
    @user-ce4pt4xn7e หลายเดือนก่อน

    Mende bişirdim çox dadlıdır ellerine saqliq

  • @the_pasayefffa
    @the_pasayefffa หลายเดือนก่อน +1

    Görnşi.yaxsdı dadıda yaxsi olar