Məhəmmədhüseyn Şəhriyar qəzəl cəfa etdin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2024
  • Nə oldu ki, yenə də yadi-aşina etdin?
    Yaxınlıq eyləməyin əhdini bina etdin
    Küsüb həmişə cəfa eyləmək şüarın idi
    Nə oldu mehrə gəlib sən bizə vəfa etdin?
    Mənə cəfa eləyəndə sənə vəfalı idim
    Görəndə mehri-vəfa sən yenə cəfa etdin
    Gəl ey gözəl mənə namehribanlıq etsən də
    Səfa gətirmək ilə məclisi səfa etdin
    O gözlərin ki baxır naz ilə gözəl canan
    Sənə deyən tapılarmı nə macəra etdin?
    O sərvi-qamət ilə sərvinaz zülfün ilə
    Əyib mənim belimi halımı fəna etdin
    Mən ahu gözlərinə canımı desən verrəm
    Sən isə ahu gözəl xəttimi xəta etdin
    Əgər cahanin işi keçməsə muradım ilə
    Gələndə sən bizi şadlıqla aşina etdin
    Mənim bu canıma min dərd göndərib canan
    Gələndə dərdlərimə ən gözəl dəva etdin
    Xəzinədarı sən oldun mənim qəzəllərimin
    Bu Şəhriyari-könül şahını gəda etdin.
  • เพลง

ความคิดเห็น •