Bəybəyim zirvəsi, mütləq və nisbi hündürlüklər haqqında

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025
  • Bəybeyim, Vərəftə silsiləsinin ən yüksək zirvəsidir. Baxmayaraqki Vərəftə silsiləsinin ən yüksən zirvəsi Bəybeyim adlanır, eyni adlı yüksəklik silsilədən cənubda yerləşir.
    Mütləq hündürlüyü nisbətən çox olmasada, dırmanma marşurutlarına görə çətin dağdır. Əsasən üç istiqamətdən bura çıxmaq olar. Ən çətin marşurut Bakı-Xızı yolu tərəfdən olan, nisbi hündürlük fərqi böyük oluğuna görədir. Daha iki cığır Şərqdən, biri Zarat digəri Keş kəndi tərəfdən olan marşurutdur. Burda zirvənin yaxınlarına kimi gəlmək olar, hətta yolsuzluq avtomobili ilə zirvəyədə çıxmaq olar deyərdim. Qışdan başqa bütün mövsümlərdə zirvəyə rahat çıxmaq olar, qışda yağış və qar bu işi çətinləşdirsədə, ekstrim sevənlər üçün maraqlı olar bu.
    Vaxt azlığını nəzərə alaraq Birinci Zaratdan çıxıb zirvə edib, sonra silsilə ilə cənuba doğru gedib, göl yaxınlarında kəndə qayıtdıq. Bu marşurut çox asan oldu və dırmanarkən müşahidə etdiyimiz mənzərə adamı valeh edirdi. Burdan Zarat, Keş kəndlərinə, Zarat gölünə, Beşbarmaq dağı və ətrafına, Xızı rayonunun mərkəzinə görüntü açılır.
    Yuxarıda qeyd etdiyim mütləq və nisbi hündürlüklər nə deməkdir?
    Mütləq hündürlük zirvənin dəniz səviyyəsindən olan hündürlüyüdür, nisbi hündürlük zirvənin ətraf relyefdən fərqli olan hündürlüyüdür. Belə bir misal çəkək, Azərbaycanda ən yüksəkdə yerləşən palçıq vulkanı Şamaxının Dəmirçi kəndi yaxınlarında yerləşən eyni adlı vulkandır, mütləq hündürlüyünə görə ən yüksən olan vulkanımız Torağaydan qat-qat yüksəkdir. Amma necə deyərlər dağı dağ edən onun nisbi hündürlüyüdür. Beləki nisbi hündürlüyünə görə Dəmirçi, Torağayın topuğundan sayılır:)

ความคิดเห็น •