Super qida - Kətan toxumu - Nələrə çarə deyil ki... Mütləq baxın
ฝัง
- เผยแพร่เมื่อ 1 ก.พ. 2025
- Bağırsaq xəstəlikləri, ürək-damar problemləri və arıqlamaq üçün. 1 qaşıq kətan toxumu ilə 10-dan çox problemdən xilas olacağınızı desəm, mənə inanarsınız? Bu gün sizə kətan toxumunun istifadə qaydası barədə sizə ətraflı məlumat verəcəm. Diqqətiniz məndə olsun.
Kətan toxumunun qəbul qaydası.
Məhsulun ən optimal qəbul vaxtı səhər yeməyindən əvvəldir. Maddələr mübadiləsini sürətləndirir, artıq çəkidən yaxa qurtarmağa kömək edir, bütün orqanizmi tonuslaşdırır. Heç bir emala məruz qoymadan 1 xörək qaşığı kətan toxumunu götürün, yeyin. Ağzınızda yaxşı əzin. Üstündən də su için. Effektiv nəticə üçün minimum qəbul müddəti 3 həftədir.
Kətan toxumunu 1 aydan az istifadə olunmamalıdır. Yalnız bu zaman orqanizm yetəri qədər faydalı maddələr qəbul edəcək. İlk olaraq, az-az qəbul edin. Məsələn; 1 xörək qaşığı. Yavaş-yavaş 2 xörək qaşığı və daha çox miqdarda qəbul edilə bilər. Sonra bir neçə ay fasilə verin.
Arıqlamaq üçün.
Qədimdən insanlar bu məhsulu sırf arıqlamaq məqsədilə rasionuna daxil edib. Təəccüblü deyil; bu üsul, həqiqətən də, işə yarayır. Xüsusilə, qatıqla qarışdıranda. Gündə 2 dəfə, hər dəfə 2 xörək qaşığı olmaqla kətan toxumu qatılmış qatıq yeyin. Üstündən 1 stəkan su için. Arzuolunan nəticə özünü çox gözlətməyəcək. Mədə şirəsi ilə təmasda olan kətan toxumu şişir və toxluq hissi yaradır. Üstəlik, bu məhsul kalorisizdir. Beləcə, asanlıqla arıqlamaq mümkün olur. Bundan əlavə, o, bağırsağın işini normallaşdırır, bağırsağın müntəzəm şəkildə boşalmağına kömək edir. Yəni, siz həm arıqlayırsınız, həm də orqanizm toksin və zərərli maddələrdən təmizlənir. Amma yuxarıda qeyd etdiyim kimi. Yaxşı çeynəmək şərtilə. Yaxşı çeynəmədiyiniz zaman kətan toxumu bütöv halda nəcisdən xaric olacaq. Bu zaman siz onun çox effektini görə bilməyəcəksiniz.yaxşı çeynəyə bilməyənlər onu qəhvəüyüdəndə üyüdüb istifadə edə bilər. Üyüdülmüş və xırdalanmış şəkildədirsə, həmən qəbul etməlisiniz. Çünki tərkibindəki yağ turşuları xarab olmağa üz tutur.
Üyüdülmüş kətan toxumunu nəyə qatmaq olar?
Əvvəlcə, bir daha xatırladım ki, üyüdülmüş kətan toxumu həmən qəbul edilməlidir. Yoxsa o, oksidləşəcək və xərçəng riski yaradacaq. Buna görə də, onu istifadə edəcəyinizdən artıq hazırlamayın. Bir dəfə qəbul üçün nə qədər lazımdırsa, o qədər üyüdün. Üyüdülmüş toxumu şirəli içkilərə qata bilərsiniz. Meyvəni və giləmeyvəni qaynadın, sonra onun suyuna üyüdülmüş kətan toxumu əlavə edin. 1 stəkan içkiyə 1 xörək qaşığı toxum bəs edir. Kətan toxumunun stəkanın dibinə çökməyini gözləyin, sonra yeməkdən 30 dəq qabaq birnəfəsə için.
Kətan toxumunu meyvə salatlarına, yerkökü şirəsinə və digər faydalı içkilərə də qata bilərsiniz. 1 xörək qaşığı kətan toxumunu 1 stəkan mayeyə əlavə edin və yaxşıca qarışdırın. 2-3 dəqiqə gözləyin, sonra səhər acqarına için.
Siz kətan toxumu ilə faydalı sıyıq da hazırlaya bilərsiniz. 1 stəkan qarabaşağı və kətan toxumunu qarışdırın. Azca qaynar su əlavə edin və 1 saat gözləyin. Zövqə görə, sıyığa kərə yağı, ləpə, meyvə dilimləri əlavə edə bilərsiniz.
Mədə xəstəliklərinin kəskinləşməsi zamanı.
Bu məhsul mədədəki iltihablanmanı aradan qaldırmaq qabiliyyətinə malikdir. Müalicəvi qarışımı hazırlayın. Qarışım sizə ürəkbulanma və ağrı kimi simptomlardan yaxa qurtarmağa kömək edəcək. Bunun üçün 2 xörək qaşığı kətan toxumunu qaynar suya əlavə edin və 8 saat gözləyin. Yaxşı olar ki, axşamdan qazanın ağzını dəsmal ilə örtəsiniz. Beləcə, qazanın istiliyi qalar. Hazır qarışımdan yeməkdən qabaq 300 ml olmaqla, mütəmadi olaraq için.
Parazitlərdən yaxa qurtarmaq üçün.
Kətan toxumu bağırsaqları parazitlərdən təmizləyir. Buna o, tərkibindəki liqnanlar sayəsində nail olur. Bu polifenol qrupu bağırsaq yumşaldıcı xarakterə malikdir. Beləcə, böyük ölçülü parazitlər, onların sürfələri və yumurtaları sürətlə bağırsaqdan xaric olunur. Kətan toxumunun təsir etmədiyi yeganə bağırsaq paraziti askarid qurdudur. Çünki askarid qurdunun dişiləri yumurtalarını bağırsağa deyil, dəri bükəcəklərinin arasına qoyurlar. Helmintlər əleyhinə məhlulu hazırlamaq üçün 1 xörək qaşığı kətan toxumunu qaynar suya əlavə edin. 1 sutka dəmlənməyini gözləyin. Yeməkdən 30 dəq əvvəl 100 ml olmaqla için.
Mədəaltı vəzin xəstəlikləri zamanı istifadəsi.
Mədəaltı vəzində problem varsa, kətan toxumundan çox istifadə etmək məsləhət deyil. Amma siz ondan düzgün və ölçülü şəkildə istifadə etsəniz, müsbət nəticə ilə qarşılaşmaq şansınız var. Şəkərli diabet zamanı istifadə etmək üçün reseptlər mövcuddur. 2 xörək qaşığı kətan toxumunu yarım stəkan qaynar suya qatın. Bir neçə dəqiqə gözləyin. Sonra stəkan tam dolanadək üstünə ilıq su əlavə edin. Məhlul istifadəyə hazırdır. Gündə 2 dəfə-səhər və axşam olmaqla, yeməkdən yarım saat əvvəl bu məhlulu qəbul edin.
Bağırsaq xəstəlikləri zamanı.
ÇOX SAĞ OLUN Kİ,MƏLUMATLANDIRIRSINIZ.ALLAH SİZİ QORUSUN☝️❤❤
Allah sizdən razı olsun, bütün videolarınızı izləyirəm şöbə qədər, sonra layk edib, bir iki insanla paylaşıram....çox faydalı kanaldır...uğurlar 🇦🇿
Faydalı məlumatlara görə təşəkkür edirik cox sağolun🤲👍
Çox sağolun bütün məlumatları bu vidyoda tapdım.Elə ona görədə abunə oldum.
SALAM xanim ariqlamaq ucun nece istifade edek
cox vox tesekkurler rebbim sizi qorusun insallah
Tesekkurler maraqli faydali məlumatlara gore
Cox sağ olun. Faydalı məsləhətlər ücün.
Allah razı olsun
Salam Bu cur movzular vevizahlariniza gore Cox sag olun Sonraki iwlerinizi avand olsun
Çoxsağol Bahadur marifləndirdiyinə görə
Fəaliyyətinizə görə çox sağ olun
Allah razl olsun
Super , əsl vitaminlər elə təbii bitki toxumlarıdadı
HƏRƏSİNDƏN 100 GR.Kətan toxumu,gara və ağ küncüt gara cirə toxumu,çiya toxumu,balğabag təmizlənmiş tumu kofemolkadan əzib üstünə ət maşınlndan keçirilmiş 300 gr gara kişmiş və 300 ərik gurusu bir xörək gaşığıda jelatin balla garışdırıb,soyducuda saxlayib hər bir x.g yeməkdən gabag yemək lazımdı.Sümük oynag ağrıları üçün.
Salam Elvin bəy .Kətan toxumunun başqa adı "Zəyərək " dir Deyilənə görə Omeqa 3 -dən daha güclüdur .Təbii toxumun heç bir ziyanı yoxdur .Nə yesən ,içsən 10 , 15 gündən sonra 1həftə fasilə verib yenə davam etmək olar .
Coxsaqolun .❤
Çox sağ olun
Allahu Ekber
Cox sagolun agzınıza saglıq
Cox sag olun
Təşəkkür edirəm 🎉
Təşəkkür edirəm
Faydalı məlumatdır çox sağolun
Bəyəndim təşəkkür edirəm
Ürəksiz❤
Kətan toxumu ağ qalağanın tumudu 8:05 du
Arıqlamaq istəmirəm axı,amma vitamin qəbul məqsədilə istifadə etmək istəyirəm
Zehmet olmazsa verilen bigilerin menbeylerini linklerde paylaşın. Bu bilgiler hansı araşdırmalara dayanır
Salam, kətan toxumunu uyudulmuş halda qatiğa qatmaq lazimdir ya nece?
Əıa məsləhtlər
Kətan toxumunu hamısını yumaq lazımdır, yoxsa işlətdiyim qədər?Birdə soyuducuda saxlayım, yoxsa adi otaq temperaturunda?
zehmet olmasa qeder deyin
Salam men aldim yudum onu yuyub isfifade edek hamsin cekdim olar hamsin cekmey deyrler ziyandi
Süd veren ana istifade ede bilermi?
😊
Qara ciyərdə olan problemləri də aradan qaldırmaq olarmı
Qatıqa qatanda üyütməliyik ?
Bəs arıq adam yedikdə ziyan olar ? Zəhmət olmasa bu barədə bizi məlumatlandırın 🙏🤲
Uyudub saxliyiram
Saxladiqda boyatlayir ve effekti azalir.teze teze uyudub ist,etmek lazumdir
Həm üyüdüb saxlayanda xərçəng xəstəliyi yaradır ehtiyatlı olun üydən kimi yeyin saxlamağ olmaz nə qədər lazımdırsa o qədər üyüdün
Bu məhsul kistalara ziyandir?
Salam deyilərki kistaya ziyandir.sizcə bəs🎉
Siz ketan yagindan da melumat verseydiz yaxwi olardi..
Bes. Xercengin kokun nece kesmek olur😢
Baytar aptekinde derman var o kesir deyirler
Allah komey olsun inşaallah
Mən gecə yatmadan qabaq qatıqla edirəm duz etmirəm hee ?
🥰🥰💐💐🌹🌹💐💐💐🥰🥰
Məndə kətan toxumu var, amma köhnədir 6 ildir qalıb, istifadə edə bilərəmmi? Xahiş edirəm cavab verərdiz
Xeyr olmaz vaxti kecib uzagi 1_2il arasi
Bes deyirler döw xercengi yaranır
Turk professoru yem den sonra buyurur.siz y/evvel
kətan toxumun 4 saat islatmamış qətiyyən yemək olmaz bağırsaq keçməməzluyi yaradabilər
Yeyilən qalağanın tumudu
El arasında zeyrey də deyilir buna
Kətan toxumunun başqa adı nədir ilk dəfədir ki eşidirəm ?
Zəyərəy
Xeyri yoxdu
ancaq ariqlamadan yazirsiz bəs kökəlmək istiyənlər nə etsin
Çörəy yeyin
Kətan tomu hansı toxumdu
ilkk sabitlə
Uyūdūlmūw halda yaxwldl .Ancaq həmin gūnū isdifade edəsən
Q
Çox sağ olun
Çox sağ olun