“Atasının adına yaraşmayan” iş tutdu, valideyni onu ömrü boyu bağışlamadı, ailəsi dağıldı

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Bir zamanlar Leyla deyəndə ağıla o gələrdi. Yüzlərlə analar, atalart qızlarına ona görə, daha doğrusu onun yaratdığı obrtaza görə Leyla adı qoydu. “Leyli və Məcnun” qədər olmasa da, “Leyla və Toğrul” da bir zamanlar Azərbaycanda xeyli sevildi. Sonradan isə o, Leyla kimi bütün obrazlarını əynindən soyunub qeybə çəkildi. Biri var, Xalq Artisti Zemfira Nərimanova...
    Zemfira Əli qızı Nərimanova 1959-cu il, aprelin 20-də Bakıda doğulub. Orta məktəbin sonuncu sinfində oxuyanda İncəsənət Universitetinə daxil olmaq istəyən rəfiqəsi ilə birgə hüquq fənni üzrə hazırlıq müəlliminin yanına dərsə gedir. Amma dərsə gecikir. Zemfiranın müəllimi gecikdiyinə görə onu dərsə buraxmayıb qovur. Zemfira birbaşa rəfiqəsi ilə tədris teatrına gedir. Orda onu görən hər kəs onun səhnəyə yaraşdığını, gözəl fakturası olduğunu deyir. Və ona təklif eləyirlər ki, o da onlarla birgə İncəsənət Universitetinə, imtahanlara hazırlaşsın. Rus dilində təhsil aldığı üçün Zemfiranın tələffüzü çox pis olur. Ancaq buna baxmayaraq, hazırlaşır, sənədlərini universitetə verir. İş elə gətirir ki, o qəbul olunur, rəfiqəsi isə imtahanlardan kəsilir.
    Bu barədə aktrisa özü müsahibələrinin birində belə deyir:
    “Qəbul olunandan sonra əvvəl anama, daha sonra isə atama dedim. Atam çox sarsıldı. Çünki o, özü də uzun illər hüquq sahəsində yüksək vəzifədə işləmişdi. Məni də öz sahəsi üzrə ixtisaslaşdırmaq istəyirdi. Amma onun bütün ümidlərini puç eləmişdim. Üstəlik də, aktrisa olacaqdım. Bir gün uzun bir sükutdan sonra dedi ki, mütləq fakültə dəyişdirilməlidir. Mən də qorxudan o an razılaşdım və hər semestr fakültəmi dəyişəcəyimə söz verə-verə 5 ili belə yola verdim. Bir dəfə Şamaxı rayonuna qastrola getmişdik. Rayon rəhbərliyi ilə görüş zamanı oranın milis rəisinə məni təqdim edəndə dedilər ki, filankəsin qızıdır. İnanmadı, dedi ki, o kişinin qızı aktrisa ola bilməz. Atam ömrü boyu aktrisa olmağımı mənə bağışlamadı”.
    Beləliklə, aktrisa 1976-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino fakültəsinə daxil olur. Artıq universitet illərindən tanınmağa başlayır. Təsadüfən bir verilişə cəmi bircə dəfə aparıcılıq etmək üçün dəvət alır. Sonra həmin veriliş çox uğur qazanır və onu daimi aparıcı kimi işə götürürlər.
    Üçüncü kursun sonunda yay semestri üçün hazırlanan tamaşada Zemfira da iştirak edir. Bu tamaşaya isə dövrün ən güclü rejissorlarından biri Tofiq Kazımov da gəlib baxır. Akademik Milli Dram Teatrında Tofiq Kazımovun quruluş verdiyi “Yastı təpə” tamaşasına aktrisa lazım olur. Rejissor bu tamaşadakı Şeyda roluna Zemfiranı dəvət edir.
    Aktrisa 1980-ci ildə rejissor Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülür. Ancaq təəssüf ki, “Yastı təpə” tamaşası Zemfira xanımla Tofiq Kazımovun son birgə işi olur. Tofiq Kazımov 1980-ci il, avqustun 2-də avtomobil qəzasına düşərək həyatını itirir.
    Bundan sonra rejissor Hüseynağa Atakişiyev bir müddət dram teatrında baş rejissor kimi fəaliyyət göstərir. Həmin ərəfədə aktrisanın tamaşaları yenidən artmağa başlayır. Hüseynağa müəllimin vaxtında Hökümə Qurbanovadan sonra ikinci aktrisa olaraq Kleopatra rolunu oynayır. Aktrisa həmin dövrü belə xatırlayır:
    “Hökümə xanım da çox böyük sənətkar idi. Amma bir məsələ var ki, o, özünə görə yox, qızı, rəhmətlik Vəfa xanıma görə məni bir az qısqanırdı. Bütün müsbət səhnə fakturalarıma baxmayaraq, Hökümə xanım məni heç vaxt aktrisa kimi qəbul etmirdi. Onun böyüklüyünü mən o zaman anladım ki, “Kleopatra” tamaşasından sonra mənə yaxınlaşıb belə demişdi: “Bundan sonra bu səhnəni sənə tapşıra bilərəm”. Bu sözlər mənim üçün çox böyük alqış idi. Bircə şeyə heyfsilənirəm ki, o vaxtlar Hökümə xanım tez-tez məni öz otağına dəvət edirdi. Ancaq təəssüf ki, mənim ovaxtkı cavanlıq xudbinliyim mənə imkan vermirdi ki, onun yanına gedib, onunla söhbətləşib, ondan nələrsə öyrənim. İndi bunun peşmanlığını çox çəkirəm. Çünki günlərin bir günü o yox oldu...”
    Aktrisalıq fəaliyyəti dövründə Zemfira Nərimanova “Yastı təpə”, “Yad adam”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Dəlilər və ağıllılar”, “Atabəylər ailəsi”, “Sizi deyib gəlmişəm...”, “İblis”, “Lənkəran xanının vəziri”, “Özümüzü kəsən qılınc”, “Qapalı orbit”, "Ordan burdan",“Göz həkimi”, “Sarıköynəklə Valehin nağılı”, “Pəncərədə işıq” tamaşalarına, “Müqəddəs torpaq”, “Otel otağı”, “Axırıncı dayanacaq” filmlərinə çəkilib.
    Ümid edək ki, bir zamanlar səhnədən, ekrandan insanların ürəyinə yol tapan aktrisa o yolun davamını addımlamada özündə güc tapacaq.

ความคิดเห็น • 477

  • @renaaqayeva3865
    @renaaqayeva3865 2 ปีที่แล้ว +265

    1985 illerin en papulyar genc 3 aktrisalarîndan biri idi. Zemfira, Firengiz, Besdi. Uşaq olsamda yadîma gelir.

    • @gulnarnergiz5425
      @gulnarnergiz5425 2 ปีที่แล้ว +19

      Elə bu dövrün də sevimlisidir. Sadəcə paxıllar qoymur üzı çıxsın. Onu görən sevinirsə. Sənətkara bu bəsdi.

    • @sevgisetirleri6882
      @sevgisetirleri6882 2 ปีที่แล้ว +12

      Nəli o göz həkimindədə yaxş rol almışdı elə bu yaxınlarda həmn tamaşaya baxdım pəncərədə işığ Nurədbi bəylə oda çox isdedadlı bəydir bəs indi Zenfira xsnım hardadı

    • @ahilememmedova6828
      @ahilememmedova6828 2 ปีที่แล้ว +12

      Tamamilə doğrudur, Azdramanını, həm də televiziya tamaşalarında gənc qız rollarını bu aktirisalar oynayırdı

    • @RUJ733
      @RUJ733 2 ปีที่แล้ว +9

      Çox düzgün qeyd eləmisiz.Ən çox sevilən aktrisalar idi...

    • @elladadegirmenci8935
      @elladadegirmenci8935 2 ปีที่แล้ว +7

      Cox sevdiyim aktirisalar Zemfira Firengiz Besti Vəfa bunlardan birde olmuyacaq❤️❤️❤️

  • @sevincwixaliyeva624
    @sevincwixaliyeva624 2 ปีที่แล้ว +105

    Rovwen Isakdan cox xahiw edirem, bir tamawaci kimi, novbeti seriyalda Zemfira xanima baw rolu versin, eminemki gozlerimiz bir gozellik dahada gorsun.Seriyal dagada baximli olacag, inaniram.

    • @ayat6910
      @ayat6910 2 ปีที่แล้ว +8

      Hec kimi emeğini itirmek istemerem.vallah eyni istedadsiz sifetler gormekden evde televizora baxmiram.

    • @hyatabdullayeva3996
      @hyatabdullayeva3996 ปีที่แล้ว +5

      İndiki seriallarda oynamaz, onun səviyyəsində film çəkilmir indi

    • @yeganeheyderova9638
      @yeganeheyderova9638 3 หลายเดือนก่อน +2

      😊😊😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @СевилФарзалиева
      @СевилФарзалиева 3 หลายเดือนก่อน +2

      Единственная актриса, каго так я люблю и уважаю. Дай аллах ей здоровья и счастья. Живите долго😊

  • @gunnarashirinova9501
    @gunnarashirinova9501 2 ปีที่แล้ว +105

    Yoxdur,yoxdur ve yoxdur bu aktrisalar indiki dovrde.Olmayacaq da.Allah omur versin gozel aktrisamiza.Amin

  • @ibrahimxelilovaseyafet5757
    @ibrahimxelilovaseyafet5757 2 ปีที่แล้ว +105

    Allah ömür versin gözəl aktrisamıza. Bircə pəncərədə işıq bəs edir. Yadımdadı o qədər ağlamışdım ki gəl görəsən. Əlbəttə ki oynadığı gözəl rolları hamımız bilirik

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว +1

      Salam sizə onlayn iş təklif edirəm evdən idarə olunur xanımlarla çalışırıq rəsmi işdi gün ərzində 3-4saat işləmək lazımdı şirkət artan gəlir sistemi ilə işləyir

  • @paraparalar4510
    @paraparalar4510 2 ปีที่แล้ว +16

    cooooox gözəl xanim və aktrisa idi hamimiz sevirdik o xanimi inşalah yenə cəkilər filmlərə tamaşalara

  • @aydinaydin8923
    @aydinaydin8923 2 ปีที่แล้ว +80

    Vallah Mənə Gülməyin,,Zemfira xanım o Qədər Gözəldir ki,Səsi də,Özü də,Tələffüzü də🧿Həm Yaraşıqlı və həm də İste'dadlı və Gözəgəlimli🧿Elə Ona Görə də Göz-Nəzər və Bəd Nəfsə Tuş Gəlib

    • @zulfiy4473
      @zulfiy4473 2 ปีที่แล้ว +3

      Vaılaki

    • @cickcick855
      @cickcick855 2 ปีที่แล้ว +3

      Çox düz deyirsiz 👌🏻👏🏻eynən məndə belə oldum gözəl, göyçək hər tərəfli gözəl bir qız 😣😞

    • @umudovayegane6785
      @umudovayegane6785 2 ปีที่แล้ว +2

      Hörmətli aparıcı mən sizə çox-çox minnətdaramZemfira xanım haqqında bizə məlumat verdiyinizə görə. Neçə illərdir ki ,onu axtarıram tapa bilmitəm heç bir məlumat yox idi onun haqqinda internetde. Sevindim ki o,sağ və salamatdır. Belə istedadlı insanlara vaxtında qiymət vermək lazımdır. O cingiltili səsin sahibinə burdan qucaq dolusu salamlarımı(zı) göndərirəm. Allah nəsib edər inşeallah bir de onu ekranlarımızda görerik. Sevgilərlə💋💝💖💗

  • @eminzerger7636
    @eminzerger7636 2 ปีที่แล้ว +26

    DEMEK VALİDEYN XEYİR DUASI ÖVLAD ÜÇÜN ÇOX LAZIMDIR.

  • @sirvantv4314
    @sirvantv4314 2 ปีที่แล้ว +75

    Uşaqlıq illərimin ən sevimli aktrisası həqiqi mənada mözüzəli bir insan kimi təsəvvür etdiyim Azərbaycan xanımı Allah sizə can sağlığı qismet etsin insallah Sizin yaratdığınız rollar sizin övladlarinizdir Həyat təzadlarla doludur Bu da bir tale yazısıdır

  • @mehparealiyeva5851
    @mehparealiyeva5851 2 ปีที่แล้ว +73

    Sarıköynəklə Valehin nağılı, tamaşasından çox bəyəndim Zemfira xanımı. Gözəl sənətkarımız, SƏHNƏ SİZİ GÖZLƏYİR!...

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว

      Salam sizə evdən idarə olunan onlayn iş təklif edirə işimiz rəsmidi xanımlala çalışırıq gündə 3-4saat işləmək lazımdıartan gəlir sistemi ilə işləyirik

  • @nusabbaxsyeva4291
    @nusabbaxsyeva4291 2 ปีที่แล้ว +45

    O illərin gözə aktrisaları Zenfira,Bəsti,FirəngizBəsti xanımda sənəttdən uzaqlaşıb

  • @sevincaliyeva4438
    @sevincaliyeva4438 2 ปีที่แล้ว +23

    Zemfira xanimi indi tamawaya cekmezler,cunki indi onun seviyyesinde aktrisa yoxdur.Onun kolgesinde itib batarlar ona gore.

  • @ibrahimabdullaev7013
    @ibrahimabdullaev7013 2 ปีที่แล้ว +52

    Çox sevdiyimiz gözəl aktrisamız. Hər bir rolunu sevə, sevə izləmişik. Allah möhkəm can sağlıqı versin Zenfira xanıma!

  • @tunzalqurbanova2637
    @tunzalqurbanova2637 2 ปีที่แล้ว +198

    Mənim ən çox sevdiyim Pəncərədə işıq tamaşasıdı Leyla Toğrul adları çox xoşuma gəlirdi hətta oğlumun adını Toğrul qoymaq istədim Atam bəyənmədi İndi də ürəyimdə qaldı İnşəallah nəvəmə qoyaram Allahın izni ilə🙏🤲

  • @emiliyarasulova2776
    @emiliyarasulova2776 2 ปีที่แล้ว +26

    1997 ci ildə AzDramanın qarşısında Füzuli heykəli var və park orda oglumu gəzdirirdim birdən Zemfira xanımı yanındada bur başqa xanımla kecən gördüm. İlahı, nə qədər möcüzələr sahibisən SƏN ! Xəlq etdiyin Zemfira xanım da yaratdıgın mpcüzələr möcüzəsi ! İnanln, insan bu qədır gözəl olarml?? Boy buxun fiqura, dərisinin rəngi qaş gözlər.. Hələ dalgall sarışın qumral gur saclar!! Əynində tünd yaşıl qəhvəyi cicəkli don vardl belində kəməri, xanlm xatln yerişi belidə o qədır incə idi ki .. Danışdıqcada təbbəsümü elə bil nur sacırdl ! Qadınlıgımla heyran qaldım onun gözəlliyinə! DÜNYA GÖZƏLİ QÜSURSUZ BİR XANIM !
    Zemfira xanım, ALLAH SİZİ QORUSUN SİZƏ CAN SAGLIGI XOŞ VƏ XÖŞBƏXT GÜNLƏR ARZU EDİRƏM !!🤲❤💐🧿💋

    • @nailehesenova9038
      @nailehesenova9038 2 ปีที่แล้ว +3

      Amin

    • @vsilabdullazad36
      @vsilabdullazad36 2 ปีที่แล้ว +1

      Mende 96 cilde gormusdum cox gozel xanimdi

    • @azerbaijan_az
      @azerbaijan_az 2 ปีที่แล้ว +5

      Emilya xanım! Azərbaycan gözəli belə olar. İndi elə gözəllərə gözəl deyirlər ki, adamın ürəyi bulanır. Başdan ayağa qədər əldə qayirma! .

    • @emiliyarasulova2776
      @emiliyarasulova2776 2 ปีที่แล้ว +2

      @@azerbaijan_az SİZİNLƏ TAM RAZIYAM👍

    • @accounttnuocca5938
      @accounttnuocca5938 2 ปีที่แล้ว +1

      94 ilde yasamalda yasayanda balkondan baxanda gordum tesadufe bax ki heyat yoldasim oglumu heyetde gezdirirdi ve Zenfira xanim gulerek yanagina sigal cekib dindirdi .inanin o qeder sevinmisdimki 🥰indi oglumun artiq 29 yasi var🙂

  • @ilaheehmedova3066
    @ilaheehmedova3066 2 ปีที่แล้ว +36

    Fanatı oldugum gözəl aktrisamız,Allah can saglıgı versin,kaş ki,yenə də efirlərə çıxaydı

  • @taranahasanova6407
    @taranahasanova6407 2 ปีที่แล้ว +57

    Bu verilişi çox həyacanlı izlədim. Belə ki, çox rəğbət bəslədiyim, gənclik illərindən tamaşalardan tanıdığım Zemfira Nərimanovanin şəxsi həyatında baş vermiş bu hadisələrdən çox kədərləndim. Hörmətli xalq artistimiziə Allahdan möhkəm cansağlığı arzulamaqla, yeni rollarda görmək arzusu ilə : Rauf Həsənli

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว +1

      Salam sizə evdən idarə olunan onlayn iş təklif edirəm işimiz rəsmidi xanımlarla çalışırıq dün ərzində 3-4saatişləmək lazımdı şirkətimiz artan gəlir sistemi ilə işləyir

    • @ilqarIlqar-th3zu
      @ilqarIlqar-th3zu ปีที่แล้ว +1

      Zenfira xanimi tamaşacilar xöşbext görmek isteyirdi aileli uşaqli

  • @narminamuradova8511
    @narminamuradova8511 2 ปีที่แล้ว +33

    Çox sevirəm Zemfira xanımı bu yaxınlarda toyda gördüm sevindim yeni rollarını gözləyirik

  • @gultekinmahmudova6814
    @gultekinmahmudova6814 2 ปีที่แล้ว +47

    GÖZƏL QADIN SEVİMLİ AKTRİSAMIZ ZEMFİRA XANIM ALLAH SİZƏ SAĞLAM ÜZÜN MƏNALI ÖMÜR VERSİN. SİZİ COX SEVİRİK.

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว

      Salam sizəevdən idarə olunan onlayın iş təklif edirəm işimiz rəsmidi xanımlar işləyirgündə 3-4saat işləmək lazımdı

  • @kazimlimehemmed
    @kazimlimehemmed 2 ปีที่แล้ว +59

    Uşaqlıq baxdıgımız tamaşalar Nişanlı qız, Pəncərədə işıq, Valehlə Sarıköynəyin nağılı, Ğöz həkimi.İndi belə tele - tamaşalar yoxdu.çoxx heyif

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว

      Salam sizə evdən idarə olunacaq onlayn iş təklif edirəm işimiz rəsmidi xanımlarla çalışırıq gündə 3-4daat işləmək lazımdı artan gəlir sistemi ilə işləyirik

  • @meleyimisova196
    @meleyimisova196 2 ปีที่แล้ว +11

    Hökümə Qurbanova çoooox xain kibirli aktrisa olub. Rəhmətlik Amaliya xanımı çox qısqanırmış. Heç öz qızını da xoşbəxt olmağa icazə verməyib. Rəhmətlik Fəfa Fətullayeva Fuad Poladova həsrət dünyasını dəyişib. Yəqin özü vurulubmış Fuad P.

    • @leylaismaylova836
      @leylaismaylova836 2 ปีที่แล้ว +2

      Xain qadin olubsa,ola biler ki sadece qisqanib,nenesi tatar olub,mence onlar paxil olular😏

    • @qarabagazrbaycandr8635
      @qarabagazrbaycandr8635 2 ปีที่แล้ว +2

      Hökümənin sevgilisi olub bir qalanın sirri filmindəki elşən sadece fuad subay oğlan idi vəfa boşanmış o dövrde pis baxılırdı boşanmış qadınla subay oğlanın evlenmesine

  • @ilhammsimli7980
    @ilhammsimli7980 2 ปีที่แล้ว +185

    Təkrarolunmaz və öz dəsti xətti olan bir aktrisadır, Allah Zenfira xanıma can saglıgı versin

  • @ulkersanaliyeva1563
    @ulkersanaliyeva1563 2 ปีที่แล้ว +15

    O vaxtlarda Vefa Fetullayevada vardi. O da gozel aktirisa idi. Allah rehmet elesin. Goz hekimi tamasasinda teref muqavili idi Zemfira xanimla.

  • @aygulqurbanova8590
    @aygulqurbanova8590 2 ปีที่แล้ว +37

    Heyif ki, indi televiziya tamawalarini efirlerde gormuruk.Elece de Zemfira xanim kimi aktrisalara efirlerde hesret qalmiwiq

    • @birman683
      @birman683 2 ปีที่แล้ว

      Bu da onu göstərirki böyük sözünə baxmayan böyüeə böyürə qalar

    • @XTQ-Fanat
      @XTQ-Fanat 2 ปีที่แล้ว

      @@birman683 nə aidiyyatı var?

  • @hecermustafayeva2839
    @hecermustafayeva2839 2 ปีที่แล้ว +106

    Mən Zenfira xanım üçün darıxıram.Gözəl və istedadlı aktrisadır!Allah onu qorusun!Amin!

    • @zulfiy4473
      @zulfiy4473 2 ปีที่แล้ว +1

      🤲

    • @sevdaesgerova1005
      @sevdaesgerova1005 2 ปีที่แล้ว +2

      Gözəl aktrisa. Gözəl sənətkar. Göz həkimi tamaşasında çox xoşuma gəldi.

  • @НасимаБабаев
    @НасимаБабаев 2 ปีที่แล้ว +67

    Menim en çox sevdiyim nişanlı qiz teletamasasidir Amalya Penahova Səyavuş Aslan Rafael Dadaşov Zenfira xanim Bəsti Cəfərova nece gözel aktyor aktrisalarimiz olub zamanında allah sag qalanlara can sağlığı versin rehmete gedənlərə isə Allahdan rəhmət diləyirik

    • @bakubaku5112
      @bakubaku5112 7 หลายเดือนก่อน +2

      Zemfira Nərimanova Amaliya Pənahova ilə dayı qızı olsa da ömrünün axırına qədər küsülü oldular! Amaliya Pənahova Zemfiranın aktrisa olmasını istəmirdi. İncəsənət Universitetinini bitirdikdən sonra təyinatla Az.Dramaya aktrisa işləməyə başlayanda mübahisə edib ömrünün axırına qədər Zemfiranı danışdırmadı!😏

    • @childlibbaku
      @childlibbaku 3 หลายเดือนก่อน

      @@bakubaku5112 sebebi ne idi goresen? bes sonra Zenfira xanim aile qurmayib?

  • @asiman_gunesh
    @asiman_gunesh 2 ปีที่แล้ว +27

    coxx sevdiyim gozelliyine hesed apardigim bu xanim senetcimizi yeniden ekranlarda gormek isterdik... sizin vasitenizle ona coxlu salam ve sevgilerimi gondermek istedim...

    • @zulfiy4473
      @zulfiy4473 2 ปีที่แล้ว +1

      Menimde ona hörmetim sonsuzdu

  • @ilhameabbasova599
    @ilhameabbasova599 2 ปีที่แล้ว +2

    Hər zaman çox sevdiyim gözəl xanım, aktrisa Zemfira Nərimanova üçün çooox darıxıram. Yeri hər zaman görünüb, görünəcək fə. Allah qorusun. Amin.

  • @familkrimova5687
    @familkrimova5687 2 ปีที่แล้ว +12

    Sağlığında qiymət verin insanlara ......
    Onu görmək istəyirik səhnədə, efirlərdə...

  • @whiteman7085
    @whiteman7085 2 ปีที่แล้ว +4

    Belə gözəl bir xanım üçün belə zəif bir efir məhsulu İşləmək lazımdır Bəlkə mən yanılıram. Zemfira xanım Sizi sevirik bəyənirik izləyirik Mingəçevirdən salamlayırıq Uğurlar Sizə halal olsun Size valideynlərinizin verdiyi çörək

  • @sevincwixaliyeva624
    @sevincwixaliyeva624 2 ปีที่แล้ว +9

    Pencerede iwig rolundaki Togrul adini cox beyendim, oglumun adinida Togrul qoydum.Artig 28 yawi var.Allah butun balalari qorusun.Amin.

  • @hecermustafayeva2839
    @hecermustafayeva2839 2 ปีที่แล้ว +27

    Çox sağ olun ki,onun haqqında məlumat verdiniz.

    • @zulfiy4473
      @zulfiy4473 2 ปีที่แล้ว

      Çoxsaqolsun

  • @yeganebabayeva3019
    @yeganebabayeva3019 2 ปีที่แล้ว +52

    Gozel qadinlar xowbext olmur.

  • @memm-va8833
    @memm-va8833 2 ปีที่แล้ว +12

    Sehnemizin Sarikoyneyi gozel xanim Zemfira Nerimanbeyova Allah size can sağlığı versin

  • @tunzalemeherremova9316
    @tunzalemeherremova9316 2 ปีที่แล้ว +13

    En cox sevdıyım rol Pencerede ıshıq Cox gözel bır fılmde cox gözel bır rolda olan aktrısamız hemın fılmde o qeder canlı ıfa etmıshdır kı hetta gercek hesab etmekde olardı Allah can saqlıqı versın Sıze de teshekkür edırık kı bızlerı meshhurların heyatı ıle tanısh edırsınız Uqurlar sıze ve Zemfıra xanıma

  • @kmmkmm8660
    @kmmkmm8660 2 ปีที่แล้ว +18

    Deməli rəhbərlik onu istəmir.Bəs bi?Biz tamaşaçılar illərlə onu gözləyirik.Onu da bilirəm ki Firəngiz Mütəllibovanın rəfiqəsidi

    • @samirnebiyev790
      @samirnebiyev790 2 ปีที่แล้ว +2

      HƏR İKİSİ DƏ ĞÖZƏL AKTROSA OLUB. HEYİF .HEÇ BİRİNİN DƏ BƏXTİ ĞƏTİRMƏDİ.

  • @ФираЛюбовь
    @ФираЛюбовь 2 ปีที่แล้ว +10

    Heyifgozel Aktirisa gozel xanim ama bexti getirmeyib

  • @letafetbabayeva15
    @letafetbabayeva15 2 ปีที่แล้ว +14

    Sehnemizin sariwin tebii gozeli❤🌹👍😔🥺 taleyine cox kovreldim🙏

  • @simuzeraliyeva9742
    @simuzeraliyeva9742 2 ปีที่แล้ว +4

    ona gore hec teatr tamawalara baxmiram, meleyke kimi duwuylerden bawga kim galib ki?

  • @faizeabbasova6891
    @faizeabbasova6891 2 ปีที่แล้ว +13

    Gozel aktirizamiza can saqliqi ve uqurlar arzulayiriq. Ancaq uwaqlari varmi ya yox ? Bu haqda melumat vermediz

    • @Nur-os9hl
      @Nur-os9hl 2 ปีที่แล้ว +1

      Sexsi heyatinnan az danisdiz ovlatlari varmi yemiden aile qurubmu maraqli bu idi

  • @Supremaman
    @Supremaman 2 ปีที่แล้ว +9

    Neçə illərdir gözüm hər verilişdə, hər tamaşada Zemfira xanımı gəzib. TH-cam da ələk-vələk edirdim. 12.06.201ü ci ildə Akademik Dram teatrında nəzarətçilərdən soruşdum onu, dedilər:"Zemfira xanım 3 il olar teatra gəlmir". Yenə də bilmədim bu səbəbdən kimi günahlandırım?! Məncə, Zemfira xanım bu qədər illəri əbəs itirib! Onu tamaşalara də'vət edib tamaşaçıları sevindirmək lazımdır!!!

  • @Милана-ч9р9ц
    @Милана-ч9р9ц 2 ปีที่แล้ว +11

    Çox qarışıq danışıldı..Hazırlığa gedirdi...qovuldu,sonra rəfiqəsi ilə tədris teatrına gedir...------

  • @sevincrustmova4332
    @sevincrustmova4332 2 ปีที่แล้ว +8

    Atabəylər ailəsi yox Atayevlər ailəsi

  • @samiraahmedova1436
    @samiraahmedova1436 2 ปีที่แล้ว +9

    En Cox sevdiyim aktrisadl əsas pəncərədə iwlqda qlz hilal oğlan hilal əri Toğrul qlsqanlr onu niwanll qlzdada oynuyur Niye efirlərə caglrmlrlar görəsən boylu hüzünlü qeweng qadlndl seriallara çəkilsə serialla reytinqi 100-i kecer

  • @natvan5118
    @natvan5118 2 ปีที่แล้ว +7

    Ən gözəl obrazı dilarə ənvər məmmədxanlının şərqin şəhəri televiziya tamaşasi tesufki bu tamaşa heç yüklənmiryutubda

  • @mhstiagayeva741
    @mhstiagayeva741 2 ปีที่แล้ว +11

    Huquq bitirenlerin adini ceken yoxdu.ama Zenfirani hamimiz cox sevirdik....niye indi Zemfira efirlerde yoxdu?

  • @gulyasaliqova39
    @gulyasaliqova39 2 ปีที่แล้ว +9

    Nece illerdi azerbaycan televiziyasina baxmiram efir medeniyyeti goz oxwayan verliwler bu zamanin aktyor ve aktrisalari ile birlikde mehv oldu indi sosial webekelerde rastima cixir xecalet cekiremki bizim efirler bu gune duwub bu seviyyesizliyin qarwisini alan tapilacaqmi umid sonda olur sizede minnetdarik ki bu cur gozel videoroliklerle bizi sevindirirsiz

  • @minayeiskenderova1278
    @minayeiskenderova1278 2 ปีที่แล้ว +30

    Çox hayıf,bu gözəl aktrisanı istədiyimiz qədər görə bilmirik, Allah can sağlığı versin 🤲 seriallarda görək heç olmazsa, çünki biz onu TV ekranlarında görüb sevmişik...🌹❤️

    • @allahverdi5583
      @allahverdi5583 2 ปีที่แล้ว +3

      Yadına gəlir pəncərədə işıq Nurəddin Mehdixanlı ilə cekilmisdi

    • @kmmkmm8660
      @kmmkmm8660 2 ปีที่แล้ว +3

      Sarıköynəklə Valehin nagılı

  • @werrytt9292
    @werrytt9292 2 ปีที่แล้ว +8

    Zemfira Xanimin ses tonu heckimin sesina benzamir ferqlidir

  • @xatircabbarova695
    @xatircabbarova695 2 ปีที่แล้ว +16

    ALLAH ZENFİRA XANİMA CİSMANİ GÖZƏLİYİNİ BƏXTİNE VERƏYDİ
    ÇOX SEVEREK ROLLARİNA BAXDİĞİM AKTİRİSA
    GÖZƏLİYİNƏN BAXARAQ ZÖVQ ALDİĞİM QADİN BİRDƏ LEYLA BƏDİRBƏYLİ
    SƏHNƏMİZİN GÖZƏL AKTİRİSALARİ
    EVLADİ OLMAYİBMİ BU HAKDA DEMEDİZ
    SİZƏDƏ UĞURLAR DİLƏYİ İLƏ
    SİZE DƏ ZÖVQ ALARAQ DİNLƏYİRƏM
    BAŞQASİ KİMİ ƏL QOLDAN İSDİFADƏ ETMİRSİZ VƏ DANİŞİĞİNİZDAN HİS EDİRSƏNKİ SEVSENDE SEVMESENDƏ SEN QONAQLARİN ARASİNDA AYRİ SEÇKİ QOYMURSAN HAMİYA EYNİ GÖZLƏ BAXİRSAN

  • @ilahhmdova1131
    @ilahhmdova1131 2 ปีที่แล้ว +13

    Səhnəmizin Sarı köynəyi sarışın ğözəli Zenfira xanım ğözəl aktrisadır

  • @ramiznagiyev204
    @ramiznagiyev204 2 ปีที่แล้ว +43

    CAN, KAŞ HÜQUQŞÜNAS OLARDIN! HAYIF Kİ, SEVDİYİN SƏNƏT SƏNİN BƏXTİNİ VERMƏDİ.

  • @ilkinmustafa4796
    @ilkinmustafa4796 2 ปีที่แล้ว +13

    Möhtəşəm aktrisadır

  • @yusifovareyhan2060
    @yusifovareyhan2060 2 ปีที่แล้ว +9

    Gözəllər gözəli Zemfira xanım sizi çox sevirik

  • @КенанТ
    @КенанТ 2 ปีที่แล้ว +7

    Özu niye musahibe vermir ?

  • @fatimemustaqova8655
    @fatimemustaqova8655 2 ปีที่แล้ว +10

    Mene cox maraqliydi ki,, Zenfira xanim hardadir. Cavanligimizin taninmish,sevilmish aktrisasidir. Sehne ucun o qeder de yashli deyil , hele de gozel rollarda cixish ede biler.

  • @valehmirzoyev4584
    @valehmirzoyev4584 2 ปีที่แล้ว +9

    Men 1 kursda oxuyanda Zemfira xanim axirinci kursda oxuyurdu.
    Hesenaqa Turabov menim senet muellimim olub.61 yawim var menim.Hele bu yawima kimi onun kimi boyuk, mudruk, fedakar, qayqikew bir insana rast gelmemiwem. Allah sizi rehmet etsin Hesen muellim.

    • @МамаМама-ю4ы
      @МамаМама-ю4ы 3 หลายเดือนก่อน

      Allah rehmet elesin butun olen aktyorlara...🤲

  • @almazmamedova851
    @almazmamedova851 2 ปีที่แล้ว +13

    Gərək atasının sözünə baxardı. Həyatı daha yaxşı olardı.

    • @solo205
      @solo205 2 ปีที่แล้ว +3

      Azərbaycanlı kişilər rus erməni qadınla evlənəndə heç milli adət ənənələr yadlarına düşmürdü

    • @leylaismaylova836
      @leylaismaylova836 2 ปีที่แล้ว +1

      @@solo205 Duz deyirsiniz Vallah

  • @nasibaaskerova3770
    @nasibaaskerova3770 2 ปีที่แล้ว +10

    Onu ən cox Xalidə Hasilovanın "pənçərədə işıq" tv.tamşasınnan sevdim, cox heyif evdə problemlər yaşayıb,götünür bu xasiyyətinədə təsirsiz ötüşməyib

    • @sultankasultanka5279
      @sultankasultanka5279 2 ปีที่แล้ว +2

      Pəncərədə İşıq əsəri Əzizə Əhmədovanındır

  • @azenarkoz7043
    @azenarkoz7043 2 ปีที่แล้ว +9

    Keşkə hər şey əvvəlki kimi oleydi ,Heyif o günlərdən Allah uzun ómùr versin yerdə qalan aktirisa və aktyoylarimiza .

  • @sevincmmmdova6792
    @sevincmmmdova6792 2 ปีที่แล้ว +13

    Ğözəl aktrisamız … həmişə ekranlarda görmək istərdik

  • @sma9292
    @sma9292 2 ปีที่แล้ว +21

    həyat dolu,hec Zaman yaşlanmayan, uşaq qəlbli, Gözəl Aktrisa 💐😍😍

    • @zulfiy4473
      @zulfiy4473 2 ปีที่แล้ว +1

      Çox gözsldi🥰

  • @yeganeabbasova5552
    @yeganeabbasova5552 2 ปีที่แล้ว +5

    Zemfira xanım ğizlenib sanki. İstedadlı xanımdır.

  • @ofeliyaxeyrullayeva9955
    @ofeliyaxeyrullayeva9955 2 ปีที่แล้ว +1

    Hər işdə ana ata xeyir duası olmalıdır bu da bir daha sübutu

  • @eflatunmustafayev722
    @eflatunmustafayev722 2 ปีที่แล้ว +6

    Sanballi aktirasamiz heyfki gorsenmir

  • @ALINKIY100
    @ALINKIY100 2 ปีที่แล้ว +8

    Cox sevdiyim aktrisa gözel ve nazli xanimdir

  • @Supremaman
    @Supremaman 2 ปีที่แล้ว +44

    Bu gözəllikdə, buözünəməxsusluqda, spesifik səs tembrli aktrisamızı itirməli deyilil! Niyə axı belə sənətkarlara az yer verilir?

    • @sarasafaraliyeva9334
      @sarasafaraliyeva9334 2 ปีที่แล้ว +5

      Azerbaycan Dövlst DramTeatrı ile birlikde butun Azerbaycan teatrı mehv olub.Indi sehnede 5-6 duşuk, teatrdan xeberi olmayan adamlardır.Sehne savadlı, medenı aktyorluqu bacaran adamlara verilmelidir.

    • @gulnarnergiz5425
      @gulnarnergiz5425 2 ปีที่แล้ว +2

      Son dəfə onu Azdramada Xanumanı oynayan gördüm. Sona tamaşaçılarla sağollaşmadı. Deyəsən incimişdi. Məncə çoxları onun paxıllığın çox çəkirdi.

    • @aqilmustafavey9256
      @aqilmustafavey9256 2 ปีที่แล้ว +2

      @@sarasafaraliyeva9334 düzdü biabrçlıqdı azdrama

  • @renasohbetova7866
    @renasohbetova7866 2 ปีที่แล้ว +31

    Sevdiyim aktirisa.her defe gozum axtarir efirlerde.Pencerede isiq tamasindan...Ordan Burdan tamasinda Rena obrazi ...hec vaxt unutmadiqim... usaqliq tamasalarim...

  • @aidaeyubova938
    @aidaeyubova938 2 ปีที่แล้ว +12

    Gözəl xanım. Şərhlərdə deyildiyi kimi möhtəşəm üçlüyün bir qolu. Sizi çox sevirik və unutmuruq. Xüsusilə də indiki cılız "aktrisaları" gördükdən sonra

  • @zekimuren2642
    @zekimuren2642 2 ปีที่แล้ว +26

    ZENFİRA NƏRİMANBEYOVA bu ad hər zaman qəlbimizdədir unutmamışıq uşağlığ gənclik illərmizin aktirisasıdır Allah rəhmət eləsin gözəl sənətkarlarımıza onların yoxluğu məhv etti AZƏRBAYCAN mədəniyyətini çox heyif Allah uzun ömür versin Zemfira xanıma❤

  • @selimenikbin958
    @selimenikbin958 2 ปีที่แล้ว +13

    bu xanim" ordan-burdan "tamaşasinda da cox gözeldir birde "Göz hekimi "tamaşasinda süper canlandırır obrazını. Can sağlığı arzu edirik. Sehnelere dönüşünü gozleyirik.

  • @Soft_sofim
    @Soft_sofim 2 ปีที่แล้ว +6

    Her bir işdə ana-ata xeyir duası lazımdır.O gözelliyine kadın həyatda xosbextdirmi?

    • @sariyyaalizada767
      @sariyyaalizada767 2 ปีที่แล้ว +1

      Bəlkə elə indi xoşbəxtdir? Görün nə qədər insan onun sənətini sevir, şərhlər yazır. Hamımızın həyatında çətinlik olur, bunu valideyn xeyir duasına bağlamaq lazım deyil. Valideyn övladını dəstəkləməlidir, sənəti övlad özü seçməli, sevməlidir.

    • @nuriyaguliyeva3191
      @nuriyaguliyeva3191 2 ปีที่แล้ว

      Ana ,ata destek olmayanda evlad bedbaxt olur,bu ne sevgi,ne gaygi deyil,valideyn evladi bawa duwmelidi..heyf bele gozel insanan

  • @Cema-cu1nk
    @Cema-cu1nk 2 ปีที่แล้ว +26

    gözəl aktrisamız Allah can sağlığı versin Amin

  • @refigeferzeliyeva9177
    @refigeferzeliyeva9177 2 ปีที่แล้ว +20

    Həyat davam edir, Zenfira xanım. Səhnə sizi gözləyir. Biz sizin üçün çox darıxmışıq.

    • @tranqhrmanova9347
      @tranqhrmanova9347 2 ปีที่แล้ว +1

      Salam narahatçılığa görə üzr istəyirəm sizə evdən çıxmadan onlayn iş təklif edirəm işimiz rəsmidi xanımlarla çalışırıq gündə 3-4saat işləmək lazımdı şirkət artan gəlir sistemi ilə işləyir

  • @xanmbagrova
    @xanmbagrova ปีที่แล้ว +19

    Allah ata anasına rəhmət eləsin. Nə xoş bizim xalqa Zemfira xanım kimi dəyərli , sevgili aktrisamız oldu. Həyatını sənətə həsr etmiş , tamaşaçıları gözəl rolları ilə sevindirən Zemfira xanıma bir tamaşaçı kimi çox təşəkkür edirəm.❤️❤️❤️

  • @seltenetrzayeva8259
    @seltenetrzayeva8259 2 ปีที่แล้ว +1

    MƏLİK DADAŞOVUN SEVGİIİSİ İDİ NİŞANLI QIZDA ÇƏKİMİŞDİ ONU ,GÖZƏL ZENFİRA.

  • @gulnaremirzeyeva4626
    @gulnaremirzeyeva4626 2 ปีที่แล้ว +5

    Kaşki kecmişi geri gətirmək ikanımız olsaydı heyif o illərə o insanlara nə gözəl idi hər şey ən sevdiyim aktirisa

  • @gulnarnergiz5425
    @gulnarnergiz5425 2 ปีที่แล้ว +1

    Atası yəqin agırxasiyyət kişi olub istəmiyib ki qiz aktrisa olsun,,,aktrisa da elə bir sənətdir ki,,,məcburən istəmədiyin rollara girirsən. Cunki sənin işindir ,,

  • @refiqememmedova826
    @refiqememmedova826 2 ปีที่แล้ว +7

    İllərdi mən onu həmişə ekranlarda axtarmışam. Həmişə düşünmüşəm ki Zemfira xanım haralardadı?--O çox həddindən artık təbii gözəl xanım bir qız idi. Səhnəyə yaraşıq gözəllik verirdi. Həmişə yaddaşlarda xatirələrdə qalan sənətkar idi. Mən ailəmiz onu həmişə çox sevmişik. Allah ona can sağlığı versin.

  • @konulsdova3244
    @konulsdova3244 2 ปีที่แล้ว +7

    Gözəl aktrisaidi.Rolların çox yaxşı yaradırdı.Əla oynayırdı.
    O dövürün ataları çox fərqliydi.Amma indi atalar özü qızın aparıb aktrisa edir.Qadın kimi heç vaxt xoşbəxt olmuyub ....

  • @vefabayramova8192
    @vefabayramova8192 2 ปีที่แล้ว +4

    Ne qazandin heyf ocur kisinin qizi gozel ailen olardi sansi buraxdin cox heyf

  • @elmar7266
    @elmar7266 2 ปีที่แล้ว +4

    Belkede gozelliyiniz bashiniza bela olub?Firengiz xanim danishin,gozleyirik.SEBIRSIZLIKLE....

  • @narminaadamova6864
    @narminaadamova6864 2 ปีที่แล้ว +5

    Sevdiyim gözel aktrisa allah size can sağlığı versin🤲😘

  • @mehi9147
    @mehi9147 2 ปีที่แล้ว +11

    Çox sevimli istedadlı aktrisamızdır. Onu tez- tez görmek isterdim.Allah can sağlığı versin gözel Zemfira xanıma👍🥰❤💐

  • @NihadBayramov-l1w
    @NihadBayramov-l1w 2 ปีที่แล้ว +6

    Cox gozel aktirisadi indi bele aktirisa yoxdu

  • @hrksanti3538
    @hrksanti3538 2 ปีที่แล้ว +10

    Salam mən Zenfira xanımın vurğunu olmuşam həmişə onun tamaşalarını sevə sevə izləmişəm onu səhnədə görməyi arzulayıram Allah onu qorusun.

  • @untrueworlddreams1989
    @untrueworlddreams1989 2 ปีที่แล้ว +6

    Neye lazımdır tenha qalıb şöhretli olmaq?!

  • @qonc7916
    @qonc7916 2 ปีที่แล้ว +21

    Gözəl xanımdır Vaxtilə ekranlarda tez-tez görünərdi Xeyli vaxtdır görünmür Səbəbini bilmirəm Məncə, sənətdən uzaqlaşıb Allah ona cansağlığı versin 🌹

  • @aminakerimova819
    @aminakerimova819 2 ปีที่แล้ว +1

    Cox kubar qadin ve pesekar aktrisadir Zemfira Nerimanova. Onun butun rollari benzersizdi.

  • @qarabagazrbaycandr8635
    @qarabagazrbaycandr8635 2 ปีที่แล้ว +4

    Azdramını tənzimləyən sənətkara qiymət verən iki böyük şəxsiyyıt olub Adil İsgəndərov və Həsənağa Turabov o ki qaldı Zenfira xanıma onunla çəkişən çox aktrisa olub istedadlı insanlar çox həssas olur

  • @nazarovanazanin6909
    @nazarovanazanin6909 2 ปีที่แล้ว +8

    Çox istedadlı və göəl aktrisalardan biri. Yeni rollar gözləyirik Zemfira xanımdan.

  • @КарадоКарадо
    @КарадоКарадо 2 ปีที่แล้ว +7

    Gozel Xanim deyerli ve bacariqli Aktirisa Hormetli insan Boyuk senetkar Genclik illerimizin Gozel el catmaz xanim Zenfira size saglam ve uzun omur Arzilayiriq Cok teeufki ovladi yokdu..xeyirlisi 🙏SIZ HEMIWE GOZEL VE DEYERLI XANIMSIZ🌹

  • @metanetcavadova3128
    @metanetcavadova3128 2 ปีที่แล้ว +1

    LÜTFÜ MEMMEDBEYOVUN....... Çox GÖYLERE QALDIRMAYIN

  • @mtantcfrova3347
    @mtantcfrova3347 2 ปีที่แล้ว +4

    Televiziyalara kimi gəldi cıxarırlar belə gözəl sənətkarlarımız qalıb kənarda itirib axtaran yox Allah qorusun ölüb gədəndə yada düşəcək Sizə təşəkkürümü bildirirəm Zenfira xanımı yada saldığınız ücün. Atayevlər ,göz həkimi ,nişanlı qız , Solgun cicəklər ,Sarıköynəklə Valehin nağılı tamaşalarını sevə sevə izləmişəm . Allah Zenfira xanıma can sağlığı versin❤️

  • @familkrimova5687
    @familkrimova5687 2 ปีที่แล้ว +5

    Gəncliyimin ən sevimli aktrisası... Niyə efirlərə çıxmır? Niyə dəvət olunmur?
    Öləndən sonra gedib veriliş çəkəcəklər. Allah gecindən versin. Çox yaşayın, yaradın, gözəl qadın⚘❤

  • @nazeninquliyeva6824
    @nazeninquliyeva6824 3 หลายเดือนก่อน +2

    ЧОХ СЕВДИЙИМ АКТИРИСА.ЧОХДАНДЫ ЕФИРЛАРДА ЙОХДУР.НИЙА ?

  • @rich8382
    @rich8382 2 ปีที่แล้ว +7

    Ne qeder eziyyet cekib cavan yawlarinda.sevincle tamawadan cix yorgun eve gel,evdede ata deyinir((valideynleri heyatini sindiriblar xasiyyetide deyiwib,aileside alinmayib.Heyf,bele gozel qadin xowbext olmaqa layiqdir.Allah can sagligi versin.sevgi ile omrunu yawasin.

    • @salehsalehov870
      @salehsalehov870 2 ปีที่แล้ว +1

      Mende cox sevirdim penceredə işıq tamaşasını. Menim həyatıma benzeyirdi adlarımızda eyni idi Leyla Togrul qaynanam rehmetlik deyerdi eynən sizsiniz .Azda olsa biraz düzelib.Togrul💗👿

  • @sahibealiyeva9228
    @sahibealiyeva9228 2 ปีที่แล้ว +9

    Çox gözəl və istedadlı Akrtisadır.Heç xəbər yoxdur...Allah can sağlığı versin.

  • @ilqarrzayev1860
    @ilqarrzayev1860 2 ปีที่แล้ว +9

    Sevimli, bacarıqlı, istedadlı,dəyərli aktrisamız Sizi çox sevirik və səhnə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq, təbii gözəl olub heç vaxt gözəlliyindən danışmayan əsil insan və dahi sənətkar ALLAH can sağlığı versin Amin

  • @Leyla-lp6fg
    @Leyla-lp6fg 8 หลายเดือนก่อน +2

    Gİc meleyke sehneni tutub,min cur hoqqalar ede-ede.Dunyanln en istedadslz gic-gicesi..

  • @НасимаБабаев
    @НасимаБабаев 2 ปีที่แล้ว +13

    Salam çox sevirdim bu aktrisanı uşaqlığımın illəri olub çox istərdik efirlerde qonaq qismində görek bir aktrisa da vardı Besdi Cəfərova zehmet olmasa onun haqqındada məlumat vererdiz