NATIQ QASIMOV - AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2024
  • Qasımov Natiq Səlim oğlu 2 yanvar 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuşdur. Hələ uşaq yaşlarında valideynləri ilə birlikdə Mingəçevir şəhərinə köşdükdən sonra Səlim orada 4 saylı orta məktəbin 8-ci sinfini bitirmiş, 39 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Natiq Qasımov 1989-1991-ci illərdə Krasnoyarsk vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. O, hərbidən qayıtdıqdan sonra «Kosmos» kino-teatrında kinomexanik, Azərbaycan DRES-də yanacaq nəqliyyat sexində dəmiryol təmirçisi vəzifələrində işləmişdir. Natiq Qasımov 1992-ci il mart ayının 2-də könüllü olaraq «Qarabağ şahinləri» dəstəsinin tərkibində cəbhəyə yollanmış, Əskəran, Xanabad, Xramort kəndlərinin düşməndən təmizlənməsində böyük igidlik göstərmişdir. Qasımov Natiq Səlim oğlu 1992-ci il mart ayının 12-də Xramort kəndi uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış və Mingəçevir şəhər Şəhidlər Xiyabınında dəfn edilmişdir.
    Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.
    Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (ölümündən sonra).
    Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun anamız Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksində ikiotaqlı, tam təmirli mənzillə təmin olunub.

ความคิดเห็น •