Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2024
  • #demədidemə #azerbaycan #qaraciyər
    Qaraciyərdəki problemlər haqqında xəbər tutmaq istəyirsiniz? Ayaqlarınıza baxın!
    Bəli, bu gün qaraciyərimiz haqqında məlumatlı olmaq üçün ayaqlarımızı müşahidə edəcəyik. Bir şeyi vurğulayım ki, hazırladığım video ultrasəs müayinəsi edən aparat və ya mütəxəssis deyil, sadəcə, məlumat xarakterlidir. Dəqiq müayinələr üçün tibb müəssisəsinə getməlisiniz.
    Keçək videomuza.
    Kiçik qırmızı və ya qəhvəyi nöqtələr. Ölçüləri fərqli ola bilər. Adətən, aşağı ətraflarda müşahidə edilirlər. Nöqtələrin qaynağı zəif qan dövranıdır. Yəni qaraciyər probleminin xəbərçisidirlər. Ürək qanı ayaq barmaqlarınızın ucunadək göndərir, oradan isə vaskulyar sistem vasitəsilə geri qaytarır. Lakin qaraciyərdə hər hansı problem varsa, vaskulyar sistem düzgün işləyə bilmir. Nəticəsi isə orqanizmin müxtəlif nahiyələrində özünü biruzə verir. Çünki qan dövranı pozulur.
    Problemlərin əksəriyyəti ürəkdən uzaqda olduğuna görə, ürəkdən şübhələnmək heç kimin ağlına gəlmir. Diabet isə əl və ayaqlarda nevroloji problemlərə yol açır.
    Hörümçək damarları. Adətən, sirroz zamanı müşahidə edilirlər və hörümçək toru kimi qarma-qarışıq, iç-içə keçmiş kapillyarlar dərinin səthində qabarır. Burada vəziyyət belədir: estrogen səviyyəsi yüksəlir, vaskulyar sistem mənfi təsirə məruz qalır. Dolayısı ilə, hörümçək damarları sirrozun ilkin əlamətlərindəndir.
    Çatlamış dabanlar. B3 vitamininin çatışmazlığı zamanı, yaxud Omega-3 yağ turşularına ehtiyac duyulduğunda meydana çıxırlar. Qaraciyərin işlərindən biri də öd suyu istehsal etməkdir. Öd suyu isə yağ turşularının mənimsənilməsində əsas vasitədir. A və E vitaminləri yağda həll olan vitaminlərdir; yəni onların həlli üçün qaraciyər var gücüylə işləyir. Əgər lazımi miqdarda olmasalar, dəridə, xüsusən, dabanda problemlərin olması labüddür. D vitamini çatışmazlığı isə qaraciyərin işinə mane olan əsas faktordur. B3 vitamininin çatışmazlığı pellaqra xəstəliyinin yaranmasına da gətirib çıxarır. Bu dəri xəstəliyinə əllərdə və ayaqlarda daha çox rast gəlinir.
    Ayağın altında qaşıntı. Bu simptom qaraciyərdə maye yığıldığının göstəricisidir. Yəni qaraciyərdə tıxanma var, nəticədə, öd suyu normal şəkildə öd kisəsinə ötürülə bilmir. Səbəb öd kisəsindəki daş da ola bilər. Ayaqlardakı qaşıntını və iltihablanmanı plantar-fassit ilə əlaqələndirənlər də tapılır. Məlumat üçün deyim ki, plantar-fassit dərin daban fassiyasının, digər adıyla plantar aponevrozun zədələnməsi, iltihablanması, yaxud deformasiyaya uğraması səbəbiylə yaranır. Dərin daban fassiyası uzununa lifləri olan və dəriyə birləşən qalın, ağ toxumadır. Qaraciyərdə maye yığılması səbəbiylə qaşınan ayaq altlarını plantar-fassitlə qarışdırmaq olmaz. Çünki plantar-fassit daha çox ağrı ilə özünü biruzə verir, qaraciyər problemi isə qaşıntı ilə.
    Ayaqlarda istilik. “Yanan ayaqlar” qaraciyərdə problem olduğuna işarədir. Bu ayaqlar, həm də, iylənməsi ilə diqqət çəkir. Üfunətli ayaq qoxusu o deməkdir ki, qaraciyər normal şəkildə detoks həyata keçirə bilmir. Yəni onun işində ləngimələr və ya pozulmalar var. Qaraciyər detoks edə bilməyəndə toksinlər dəri vasitəsilə xaric edilir. Qaraciyərdə vəziyyət pisdirsə, ən birinci rasiona diqqət edilməlidir; demək, qidalanma vərdişi də pisdir. Orqanizm “zibillənib”, xüsusilə də, qalın bağırsaq və böyrəklər toksinlərin istilasına məruz qalıb. Bu halda, inanın, barmaqlarınızın ucunda belə, sağlamlıq axtarmaq mümkün deyil. Bununla demək istəyirəm ki, qaraciyər xəstədirsə, demək, orqanizm başdan-başa xəstədir…
    Ayaqlarda ödəmlər. Əlinizlə ayağınıza basdınız və sizə elə gəldi ki, əlinizin altında maye ilə dolu kiçik bir torba var… Bunu yaşamısınızmı heç? Yaşamısınızsa, rəylərdə yaza bilərsiniz. Bu kiçik torbalar ödəmlərdir. Yaranma səbəbi qaraciyərdə maye yığılmasıdır.
    Göbələklər. Məsələn; ayaq dırnaqlarında göbələk peyda olubsa, demək, orqanizm göbələk sporları tərəfindən işğal olunub. Bu da onu göstərir ki, bağırsaqdakı mikroorqanizmlərin balansı pozulub. Çünki qaraciyər düzgün işləmir. Əgər son dönəmlərdə qəfildən baş qaldıran dırnaq göbələyi, pullu dəmrov, kəpək kimi problemlərlə qarşı-qarşıyasınızsa, bilin ki, qaraciyərin iş prinsipi pozulub və ən ucdakı sinirlərdə qan dövranı həddən artıq zəifləyib.
    Qaraciyər problemlərinin səbəbləri nələrdir?
    Dərman preparatlarının əks təsirləri;
    Yüksək miqdarda şəkər qəbulu;
    Pasterizə edilmiş, konservləşdirilmiş qidaların qəbulu;
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 67

  • @afetbaxsaliyeva7325
    @afetbaxsaliyeva7325 หลายเดือนก่อน +4

    Bahadur bəy sizə cox təşəkkür edirəm və uğurlar arzulayıram sağlığla uzun xoşbəxt ömür sürün .Cünki belə faydalı vodeoları hazırlayırsız həttda dəfələrcə eyni mövzuda həkimlər belə dəvət edirsiz müsahibə alıb bizləri marifləndirisiz 👍.cox sağolun 👏

  • @merdmerdane760
    @merdmerdane760 หลายเดือนก่อน +2

    Cox ğözəl məsləhət verirsiniz .Allah sizdənn razı olsun.Təşəkkür edirəm

  • @ceyhunhuseynov7496
    @ceyhunhuseynov7496 หลายเดือนก่อน +9

    Çox çox sağ olun hər şeyi açıq başa salırsınız

    • @user-cd8gp6ml4u
      @user-cd8gp6ml4u หลายเดือนก่อน

      Salam məndə sol ajagm qaşnır altıda nejnijə bilərəm.Balaca tynd nöktelər var dərinin altnda əl vuranda cox qaşnr. Sagolun.

  • @UcaHaciyev
    @UcaHaciyev หลายเดือนก่อน +2

    Maraqlı və məsləhətli video üçün təşəkkür

  • @isaahmedov7657
    @isaahmedov7657 หลายเดือนก่อน +4

    Allah razı olsun inşallah

  • @cowqunveliyev9762
    @cowqunveliyev9762 หลายเดือนก่อน +3

    Saq olun var olun meslehetin üçün ...

  • @miraslanbagirov7102
    @miraslanbagirov7102 หลายเดือนก่อน +9

    Sağ olun, çox maraqlı məlumatlar verirsiniz

  • @birbaxkanal
    @birbaxkanal หลายเดือนก่อน +2

    Paylaşıma görə var olun

  • @user-ee6se6zk8s
    @user-ee6se6zk8s หลายเดือนก่อน +1

    Allah razi olsun

  • @ASIA_85
    @ASIA_85 หลายเดือนก่อน +2

    Çox sağ olun

  • @dilareeliyeva5687
    @dilareeliyeva5687 หลายเดือนก่อน

    Marifləndirici videoya görə tşk. Edirəm.

  • @kamranquliyev9403
    @kamranquliyev9403 หลายเดือนก่อน +1

    Çox sağ olun tşk möhtəşəmsiz

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 หลายเดือนก่อน

    Təşəkkür edirəm .

  • @qerenfilramazanova1925
    @qerenfilramazanova1925 หลายเดือนก่อน

    Təşəkkùr edirik!

  • @user-dg2dh6mp1m
    @user-dg2dh6mp1m หลายเดือนก่อน +1

    Təşəkkür❤

  • @Sadiqova209
    @Sadiqova209 หลายเดือนก่อน +2

    Paylawima gore tewekkurler

  • @gultekincahangirov7193
    @gultekincahangirov7193 หลายเดือนก่อน

    Cox sağ olun

  • @XanimAgammedova-ne4du
    @XanimAgammedova-ne4du หลายเดือนก่อน

    Çoox təşəkkürlər sizə

  • @RedmiNote-kp3ki
    @RedmiNote-kp3ki หลายเดือนก่อน +1

    Allah köməyiniz olsun

  • @elikerimov6887
    @elikerimov6887 หลายเดือนก่อน +1

    Sağ ol

  • @azadnrdaranli3351
    @azadnrdaranli3351 หลายเดือนก่อน +2

    🙋💓👏👏👍👍🌴🕌 NƏRDARAN 🌴 ƏHLİNDƏN 🌴💓🙋

  • @seabetyaqubova3511
    @seabetyaqubova3511 หลายเดือนก่อน +23

    Mendede eledi neylemek lazımdi meslehet versən yaxşı olar

    • @user-cw9lo6hs9m
      @user-cw9lo6hs9m หลายเดือนก่อน

      Айагларьн кезин неркун

  • @user-zp3vg6lp4o
    @user-zp3vg6lp4o หลายเดือนก่อน

    Cox sag olun doktor mənim ayaqlarım və barmaqlarım sizin dediyiniz kimidir elə bilirdim şəkərdir amma qara ciyər və ödümdədə agrılarım var sag olun ❤❤❤

  • @muradbabazad560
    @muradbabazad560 หลายเดือนก่อน

    Çoox sağ olun məndədə ayaqlarım qaşınır

  • @Gulnarliyeva-uf4wz
    @Gulnarliyeva-uf4wz หลายเดือนก่อน

    Qardaşımda bu əlamətləri görəndə əhəmiyyət vermədik. Fikirləşdik ki adi səpmədi. Ancaq çox keçmədi bunun ankaloji xəxtəlik olduğunu bilfik. Qaraciər xərçəngi 1 ildə onu məhv elədi 😢

  • @zerquliyevakonul6872
    @zerquliyevakonul6872 หลายเดือนก่อน

    👍

  • @sevilagayeva7792
    @sevilagayeva7792 หลายเดือนก่อน

    Çox sağol düzgün izah etdiniz. Mənim ayaqlarımda qırmızı nöqtələr var mən nə edim? , xaiş edirəm mənə məlumat verin.

  • @user-mk1qo3wo6w
    @user-mk1qo3wo6w หลายเดือนก่อน

    👍👍SALAM. ÖDÜ OLMAYANLAR NECƏ QİDALANMALIDIR ?
    ÖMRÜN QISALMAĞINA SƏBƏB OL UR ?

  • @sehranferecov2556
    @sehranferecov2556 หลายเดือนก่อน +4

    Mendede xırda kapilyarlar var indi mən sorrozam.demey ya yox zəhmət olmasa cavab verin ...birdeki daban catdamasini çox insanlarda gormusem

    • @user-vo9ss1np3d
      @user-vo9ss1np3d หลายเดือนก่อน +5

      Özünüzü qorxutmayın, serroz zad deyilsiniz. Məndə də qırmızı tockalar var bədənimdə. Getdim uzi elətdim qara ciyərim sap sağlamdır. Amma böyrəyimdə çöküntü göstərdi, ona da tabletka yazıb həkim kanefuron içdim və hər 3 aydan bir içəcəm 2 həftə. Qorxmayın özünüzü stressə salmayın. Stress özü ən pis xəstəliklər yaradır. Allah hamımıza, əzizlərimizlə birlikdə can sağlığı nəsib etsin Amin Amin Amin inşaAllah.

    • @sehranferecov2556
      @sehranferecov2556 หลายเดือนก่อน

      @@user-vo9ss1np3d çox sağ olun duz yazdiqiniz kimidir qırmızı tockalar ayaqlarimdadir

    • @denizkemal6359
      @denizkemal6359 หลายเดือนก่อน +1

      @@user-vo9ss1np3d Salam serroz deye bilmerem amma qaraciyeri yoxlamaq ucun mutleq onun analizi var 4dene o temiz cixarsa demeli qaraciyer normal fuksiyasini yerine yetirir

  • @user-bk7uq6co5e
    @user-bk7uq6co5e หลายเดือนก่อน

    Pellarqa deyil o Pellaqradi video maraqli idi

  • @sevilbagiyeva3076
    @sevilbagiyeva3076 26 วันที่ผ่านมา

    🎉❤

  • @yasarsukurov2651
    @yasarsukurov2651 หลายเดือนก่อน

    Salam hər vaxtınız xeyir olsun mənim əyağlarımın altı yanirda

  • @nothing15382
    @nothing15382 หลายเดือนก่อน

    Salam ,axir zamanlar ayaqimin alti aqrayir bu neden ola biler??

  • @NizamNizam-db6wl
    @NizamNizam-db6wl 22 วันที่ผ่านมา

    Menim de ayaxlarim barbaxlarim axsamlar cox vaxt qasinir

  • @maqo1252
    @maqo1252 หลายเดือนก่อน

    Qollarda ağ ləpkələrin əmələ gəlməsi bəs nədən xəbər verir? Bilirsinizsə zəhmət olmasa deyə bilərdiniz? ...

  • @gulluceferova3410
    @gulluceferova3410 หลายเดือนก่อน

    NƏ YAXŞI VARSIZ TƏŞƏKKÜRLƏR

  • @user-rg7co7ws2w
    @user-rg7co7ws2w หลายเดือนก่อน

    Qilçada hörumçek damarlar yaranib mende neynim

  • @elmirasuleymanova3346
    @elmirasuleymanova3346 หลายเดือนก่อน

    Merhaba efendim Menimde ayakta yanma var şekerim yok teşekkür ederim

  • @turalhuseynov8716
    @turalhuseynov8716 หลายเดือนก่อน

    Salam məndə vilson xəstəliyi aşkar olunub kofe içəndə yaxşı dincələndə qaşınma azalır ama axşamlar qaşınma artır

  • @elmidarbabayev3845
    @elmidarbabayev3845 หลายเดือนก่อน

    Var olasan seni

  • @tenzilerustamova
    @tenzilerustamova หลายเดือนก่อน +1

    Mənim ayaqlarımın içində sanki nəsə gəzir daxilən. Əsəb verir ürəyimə.Bəzən istəyirəm qışqırım çatın mənə. Məsələn ağaqlarımı ya balıncın altına ya da üstünə qoyuram. Ya da gərək ayaqlarımı harasa diriyim.Ağırlıq olanda az hiss edirəm.Bu nədən ola bilər ? Və ya müalicəsi varmı ? Onu da deyim ayaqlarımın altı düzdür. Bəziləri deyir ondandı.

    • @user-vo9ss1np3d
      @user-vo9ss1np3d หลายเดือนก่อน

      Oynaqlar ağrıyanda da elə sizin kimi olur adam. Oynaqlarınızı yoxladın.

  • @user-ph6mh5zq2l
    @user-ph6mh5zq2l หลายเดือนก่อน +1

    Vaskulyasiya ne demekdi? Bilen varsa meni başa salsin xayiş🙏

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu หลายเดือนก่อน +1

    ƏTRAFLI MƏLUMATA GÖRƏ ÇOX SAĞOLUN

  • @berdeservis2039
    @berdeservis2039 8 วันที่ผ่านมา

    Mənim 39 yaşım var məndə kalsinatlar izlənir bunun üçün nə edə bilərəm

  • @aselmuradova7484
    @aselmuradova7484 หลายเดือนก่อน

    Məndə ayagimda var topuqdan yuxari qirmizi nöqtələr🥺

  • @XeyaleXelilova-xi7tf
    @XeyaleXelilova-xi7tf หลายเดือนก่อน

    Mendede horumcek damarlar var.men serrozam indi??

  • @ZuheyrQasimov
    @ZuheyrQasimov หลายเดือนก่อน

    Menim ayagmda yanma var ozumde ankaloyi xesdeye

  • @user-fe1nv5ez9y
    @user-fe1nv5ez9y หลายเดือนก่อน +1

    Вар олун демеди деме

  • @MetanetShekihanova
    @MetanetShekihanova หลายเดือนก่อน +1

    Toxumlar yox toxuma!

  • @user-ww9ed2hs4b
    @user-ww9ed2hs4b หลายเดือนก่อน

    Tm

  • @YasoGenc
    @YasoGenc หลายเดือนก่อน

    Dalijizabaxanda ne oour

  • @sehranferecov2556
    @sehranferecov2556 หลายเดือนก่อน +4

    11 yaşlı oğlumun ayaqindan qoxu gəlir indi onun qara ciyəri yaxşı ısdemır deyirsiz cavab yazın zəhmət olmasa bu vıdoya baxdım.lap narahat oldum

    • @rennattargls9120
      @rennattargls9120 หลายเดือนก่อน +2

      Xanım, ayagdan ıy gelmeyın yolunu deyım sıze, sprey Teymurova alın, her gun ayaglarını yuyub, temız gurutdugfan sonra hemın spreyı vurun, cox baha deyıl, bı, ıkı hefte elıyın kecıb gedecey

    • @azrcfrov-ex6gn
      @azrcfrov-ex6gn หลายเดือนก่อน

      ​@@rennattargls9120
      Salam. O müalicə, çarə deyil, o özünü aldatmaqdır, özünüzü aldatmayın, təbii yolla müalicəsi mümkündür.

    • @sehranferecov2556
      @sehranferecov2556 หลายเดือนก่อน

      @@rennattargls9120 çox sağ olun

    • @sehranferecov2556
      @sehranferecov2556 หลายเดือนก่อน

      @@rennattargls9120 çox sağ olun

  • @allahverdialekberov5905
    @allahverdialekberov5905 หลายเดือนก่อน

    Lll:46 Salam məndə ayağımın altında torbalanma əmələ gəlib

  • @leylahaciyeva767
    @leylahaciyeva767 หลายเดือนก่อน

    SĞOL

  • @bacixanimhesimova3225
    @bacixanimhesimova3225 หลายเดือนก่อน

    Mən ayaq usdə cox oluram hörmucək kimi damarlar var var .