Erasmus+ gənclik layihələrində iştirak sizə nə qazandırır? - Elvira Cüciyeva, Erasmus+ iştirakçısı

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2023
  • 📣 “Sağlam Düşüncə” Gənclər Təşkilatı Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzi olaraq adı çəkilən proqramlar haqqında gəncləri məlumatlandırmaq məqsədilə “1 sual - 1 dəqiqəlik cavab” video cavabları sizlərə təqdim edir. Bu fəaliyyətlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (@GenclerveIdmanNazirliyi) tərəfindən gənclər təşkilatlarının qismən maliyyələşdirilməsi qrant layihəsi və SALTO Eastern Europe and Caucasus (@saltoeeca) dəstəyi ilə təşkil edilir.
    📌 Erasmus+ Gənclik layihələrində iştirakçı olmuş Elvira Cüciyevanın "Erasmus+ gənclik layihələrində iştirak sizə nə qazandırır?" sualına cavabını sizlərlə paylaşırıq.
    ℹ️ "Erasmus+ gənclik layihələrində iştirak hər bir şəxsin fərdi və sosial inkişafında müstəsna rol oynayır. Belə ki, siz bu layihələrdə iştirak etməklə, müxtəlif mədəniyyətlərdən olan fərqli insanlarla tanış olacaqsınız, onlar sizi maraqlandıran mövzularda fikir mübadiləsi etmək imkanı əldə edəcəksiniz, sosial mövzularda bilik və bacarıqlarınızı inkişaf etdirəcəksiniz. Layihələr zamanı təşkil edilən fəaliyyətlər, qrup işləri, komanda oyunları, eyni zamanda təşkil edilən mədəniyyət gecələri belə sizin fərdi inkişafınıza və dünya görüşünüzün inkişafına dəstək göstərir. Layihələrdə əsas ünsiyyət dili ingilis dili olduğundan siz eyni zamanda öz dil bacarıqlarınızı da ikişaf etdirəcəksiniz. Bu layihələrdə iştiak həmçinin sizə müxtəlif ölkələrə səyahət etmək imkanı da verəcək. Hər bir layihənin sonunda iştirakçılar YouthPass sertifikarı ilə təmin edilirlər."
    #Gənclərİdman #AzərbaycanGəncləri #AZE #AZEyouth #CSYO #SDGT #saltoNPC #saltoeeca #ErasmusPlus #ErasmusYouth #ESC #EUSolidarityCorps

ความคิดเห็น •