YouthPass nədir? - Səadət Təhməzzadə, Erasmus+ iştirakçısı

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2023
  • 📣 “Sağlam Düşüncə” Gənclər Təşkilatı Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzi olaraq adı çəkilən proqramlar haqqında gəncləri məlumatlandırmaq məqsədilə “1 sual - 1 dəqiqəlik cavab” video cavabları sizlərə təqdim edir. Bu fəaliyyətlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (@GenclerveIdmanNazirliyi) tərəfindən gənclər təşkilatlarının qismən maliyyələşdirilməsi qrant layihəsi və SALTO Eastern Europe and Caucasus (@saltoeeca) dəstəyi ilə təşkil edilir.
    📌 Erasmus+ Gənclik layihələrində iştirakçı olmuşSəadət Təhməzzadənin "YouthPass nədir?" sualına cavabını sizlərlə paylaşırıq.
    ℹ️ "Youthpass Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramları çərçivəsində layihələrdə əldə edilən bilik və bacarıqları qiymətləndirmək və sənədləşdirmək üçün bir vasitəsidir. YouthPass sizin layihədə iştirakınızı təstiqləyən sənəd olmaqla yanaşı, öyrənmə nəticələrini həm gənclərin özləri, həm də başqaları üçün görünən etməyə kömək edir.
    YouthPass gənclər sahəsində qeyri-formal və qeyri-rəsmi öyrənmənin tanınması və təsdiqlənməsi üçün Avropa ittifaqı strategiyasının tərkib hissəsidir. YouthPass öyrənənin bacarıqlarının qiymətləndirilməsini 8 əsas sahə üzrə qruplaşdırılıb, belə ki, Şəxsi, sosial, Sahibkarlıq, Rəqəmsal, riyazi və sair qruplar şəklində formalaşdırılıb. Bu çərçivəyə uyğun gəlməyən spesifik bacarıqlar “Digər Xüsusi Bacarıqlar” kimi təsvir edilə bilər. "
    #Gənclərİdman #AzərbaycanGəncləri #AZE #AZEyouth #CSYO #SDGT #saltoNPC #saltoeeca #ErasmusPlus #ErasmusYouth #ESC #EUSolidarityCorps

ความคิดเห็น •