ƏLƏKBƏR ƏSGƏROV "ORTA MAHUR" MUĞAM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ƏLƏKBƏR ƏSGƏROV "ORTA MAHUR" MUĞAM
    Azərbaycanın görkəmli nəfəs çalğı alətlərinin novator-ifaçısı olan Ələkbər Əliəsgər oğlu Əsgərovun çoxşaxəli yaradıcılıq irsi,bu günümüzün musiqi kamilliyinin yüksək etalonu hesab edilə bilər. Neçə onilliklər boyu ifaçı və müəllim kimi fəaliyyət göstərmiş gözəl Ustadın Azərbaycan xalq musiqi sənətində yeri şərəflidir. Onun ifasında hər bir muğam,xalq mahnılari və rəqslər zövqlə,təravətlə və böyük ustalıqla səslənir,çünki ifaçı bu inciləri qəlbinin odu ilə isindirirdi.Professional musiqiçilərin fikrincə Ə.Əsgərov klarnetdə,balabanda,neydə və tütəkdə ən virtuoz ifaçı olmuşdur. O öz sənətində əvəzsiz dəsti-xətti ilə seçilən sənətkardır. Ələkbər Əsgərov dəfələrlə xarici ölkələrdə işləmək təklifi alsa da Azərbaycana olan məhəbbəti onu hər dəfə bu təkliflərdən uzaqlaşdırmışdır. Ələkbər Əliəsgər oğlu Əsgərov 3 may 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından onun heyrətamiz musiqi qabiliyyəti özünü biruzə verir.1951-ci ildə Ələkbər Əsgərovu Musiqili Komediya Teatrin xalq çalğı alətləri ansamblına, 1953-cü ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Həqiqət Rzayevanin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edirlər. 1959-ci ildə artıq peşəkar klarnet ifaçısı kimi yetişməsinə baxmayaraq Ə.Əsgərov Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Təhsil aldığı illərdə Səyid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə və eyni zamanda Əhməd Bakıxanovun rəhbərliyi ilə xalq çalğı ansamblında çalışıb.Müxtəlif illərdə Ə.Əsgərov Əlibaba Məmmədovun "Humayun" və Əliağa Quliyevin ansambllarında aparıcı ifaçılarından biri olmuşdur. 1966-cı ildən ömrünün son günlərinə qədər Sumqayıt şəhəri Soltan Hacıbəyov adına Orta-İxtisas Musiqi Texnikumunda balaban sinfi üzrə müəllim işləyib. Müəllimlik fəaliyyəti ilə yanaşı Ə.Əsgərov 1973-cü ildə SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrına dəvət alır. Bu kollektivin tərkibində o,nəinki keçmiş SSRİ dövlətlərində,həmçinin Liviya,Yəmən,Böyük Britaniya,Almaniya,İsveç,Misir və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Ömrünün son illərində Ə.Əsgərov Sumqayıt Musigi Texnikumunun müəllimlərindən ibarət "DÜGAH" instrumental folklor ansamblıni yaradir. Bu ansambl öz alət tərkibinə,repertuar və üslubuna görə Respublikada yeganə və orijinal idi.Görkəmli musuqiçi balaban, zurna,tütək və ney kimi nəfəs çalğı alətlərinin mahir ifaçısı olaraq,ansamblın tərkibinə həmin alətləri daxil edir və tar,kamança,ud,nağara alətləri ilə yanaşı,onların özünəməxsus və fərqli səslənmə xüsusiyyətlərini tətbiq edib. Ansamblın repertuarına xalq rəqslərindən əlavə özünün bəstələdiyi rənglər və rəqslər daxil etmişdir.Ə.Əsgərovun bəstələdiyi rəqs melodiyaları Azərbaycan rəqs musiqisinin nadir incilərindən sayılır. Onun rəqsləri proqramlıdır, və doğma insanların xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qeyd edək ki,onun bəstələdiyi rəqslər variasiyalıq prisipləri əsasında inkişaf etdirilib.Musiqi cümlələrinin intonasiya baxımından oxşar olmağına baxmayaraq burada melodik xətt eyni ilə təkrar olunmur.Dahi bəstəkar Üzeyir Hacıbəyli ənənələrini davam etdirən Ə.Əsgərov,öz rəqslərində müxtəlif muğam modulyasiya keçidlərindən bacarıqla istifadə etmişdir. Bu cür yanaşma onun muğam sənətinə dərindən yiyələndiyindən irəli gəlir. Ələkbər Əsgərovun "Segah","Humayun","Dügah","Rəhab","Bayatı-Şiraz""Şüştər","Zəminxarə","Rast","Şur","Bayatı-Qacar" instrumental muğam ifaçılığı interpretasiya tərzilə öz sələfləri və müasirlərindən seçilir. Onun çoxşaxəli yaradıcılıq irsi Azərbaycan Dövlət Televiziya və Radiosunun qızıl fondunda qorunub saxlanır. Dahi, novator-sənətkar Ələkbər Əsgərov zəngin və virtuoz ifaçılıq məharətilə tanınmış, musiqi ictimayətinin və xalqın dərin məhəbbətini qazanmışdır. Ələkbər Əsgərovun ifaçılıq üslubu gənc ifaçıların inkişafı üçün daim örnək olacaq!Allah rəhmət eləsin Dahi Ustadımıza! Məkanı cənnət olsun.
    #Alekperaskerov#Ələkbərəsgərov#Elekberesgerov#Алекпераскеров#
    ALEKPER ASKEROV,ELEKBER ESGEROV,АЛЕКПЕР АСКЕРОВ,КЛАРНЕТ,KLARNET,BAYATI KURD,MUGHAM,RENGİ,HUMAYUN,ELİBABA MEMMEDOV,USTAD,SENETKAR,VİRTUOZ,REŞİD BEHBUDOV

ความคิดเห็น • 25

  • @mamed56zade84
    @mamed56zade84 5 ปีที่แล้ว +23

    Dahi senetkarimiz Alekber Askerov Azerbaycanin Bakinin Pirshagi kendinin fexridu.1977_79 illerde bele bir hadise olub Yugoslaviyada konsertden sonra Reshid Behbudovun ansambli avtobusa minib gorubler ki Alekber m. yoxdu .Gorubler xeyli sayda adam ehate edib Alekber m. Musigichiler yaxindan izleyende gorubler Yugoslaviyanin adli sanli senetkarlari Alekber m.ifasinin sirrin oyrenmek isteyibler.Balkan olkelerinde nefes aletleri ne xususile klarnet esas musigi aletidir ozu de guclu senetkarlari var.Acig deyek bele bir dunya seviyyeli senetkarimizin effektli yuksek seviyyede yazilmish ne video ne de hec olmasa audio yazisi yoxdu.Studiyalarda yani aparatlar magni tafonlar yox idi???????????? Cox heyif. Ruhun shad olsun Alekber muellim.

    • @media_page
      @media_page 4 ปีที่แล้ว +3

      Mamed56 Zade 👍🏻 beli elbetdeki studialar var idi. Biz xalq olaraq hec vaxt ozumuze, ozumuzinkilere deyer vermemisiy. Kenardan gelenleri qaldirib qoymusug gozumuzun ustune. Ona gore uzdeniraglar bizi bu ve diger sahelerde usteleyib. Cunki hami bir birininin elinden tutub ozunden qabaga iteleyir. Lakin bizde...

  • @taleddinquliyev5274
    @taleddinquliyev5274 3 ปีที่แล้ว +7

    Butun dovrlerin en neheng klarnet ustadi senden bir daha gelmeyecek dunyaya,mekanin cennet olsun dahi senetkar

  • @jazzhits4833
    @jazzhits4833 6 ปีที่แล้ว +20

    Bu gözel ifası ile insanların qulağlarına yox,direkt ruhlarına hitap eden Elekber Esgerov'dan dinlemenin ayrı bir lezzeti var! Allah Ustadimiza cenneti bexş elesin. Əfsanəvi bir ifa!

  • @cavidpolad6445
    @cavidpolad6445 5 ปีที่แล้ว +11

    Allah rehmet elesin Ələkbər əmiyə. Ruhun şad olsun. İnşallah.

  • @sifayeddinbalayev1037
    @sifayeddinbalayev1037 6 ปีที่แล้ว +20

    Allah rehmet elesin bu Beyuk kamil usdadi Alekber muelim muelimlerin muelimidir bele ifa hec yerde yoxdu klarnet dil acib san ki aqlayir .Mekanin ceenet olsun ay usdad

  • @яправвсегда-и6щ
    @яправвсегда-и6щ 5 ปีที่แล้ว +7

    Высший пилотаж,👍👍в ЦАРСТВО ЕМУ НЕБЕСНОЕ СВЕТЛЫЙ ПАМЯТЬ 🙏

  • @muzikant1967
    @muzikant1967 6 ปีที่แล้ว +23

    Qelbleri oxşayan,insanin duygularini oyadan bir ifa.Ehsen sene ustad!!!!!!

  • @violin777
    @violin777 6 ปีที่แล้ว +20

    Allah rehmet Elesin, mekani Cennet olsun in shaa Allah! Amin

  • @agulmovsisyan7738
    @agulmovsisyan7738 6 ปีที่แล้ว +21

    легендарни кларнетист играет как надо👍👍👍👏👏👏вечная памть

  • @azeribalasi01
    @azeribalasi01 6 ปีที่แล้ว +21

    ALLAH ALLAH. SANKI ADAMIN JANINA YAHILIR EEEEE. ALLAH REHMET ELESIN. BOYUK SENETKAR.

  • @musiqidunyas2371
    @musiqidunyas2371 6 ปีที่แล้ว +20

    Allah rehmet elesin Elekber Esgerova

  • @davidmirzabekov6901
    @davidmirzabekov6901 6 ปีที่แล้ว +21

    *Алекпер Аскеров был не просто гениальным музыкантом - он был ВЕЛИЧАЙШЕЙ ЛИЧНОСТЬЮ, который обладал ДАРОМ БОЖЬИМ.Мне кажется, что он никогда не терял связи со своим Создателем, потому и был пронизан такой великой светлой грустью мудрости при всей своей жизнерадостности и энергии...Он был не лучший а был ЕДИНСТВЕННЫМ...
    Это не просто слова и дань уважения и признания Таланта Аскерова! Нет равных ему ! И,наверное,не будет! Нет такой сердечности и душевности исполнения,такого благородства,артистизма, аристократизма,такой харизмы,такого воздействия на слушателя! И такой НЕВЕРОЯТНОЙ скромности,застенчивости при его мегапопулярности! Кого можно поставить рядом???.....Он один такой!!! Светлая память Великому Музыканту!*

  • @mamed56zade84
    @mamed56zade84 5 ปีที่แล้ว +18

    Alekber Eskerov bizim dogma dahi gorkemli ustad senetkarimizdu.Mugam lari mukemmel bilmesi ereb Iran turk Hindistan avropa ve balkan olkelerinin musigilerine digget etmesi Alekber m. ifalarina hech bir problem yaratmir eksine onun boyuk ustaligla ifalarina komek edir ozu de bizi musigimizin koloritini itirmemek shertile.Ustadimizin ovladi da ele bilirem menimle razi olar.Allah Alekber m.ruhunu shad elesun balalarini saxlasun.Balaxani.

  • @vaqifmusaev8119
    @vaqifmusaev8119 4 ปีที่แล้ว +7

    Исполнение Фантастика !

  • @ИсаГаджинский
    @ИсаГаджинский 5 ปีที่แล้ว +9

    Божественное и непревзойденное исполнение. Аллах рахмет етсин.

  • @aydinmurtuzayev9244
    @aydinmurtuzayev9244 6 ปีที่แล้ว +23

    Allah rehmet elesin cox boyuk musiqi xadimi yaradici senetkar ALEKBER ESKEROV ELE BIR SELTENET QOYUB XALQIMIZCUN GENLERIMIZ BEHRELENSELER COX GOZEL OLAR

    • @semen982
      @semen982 6 ปีที่แล้ว +10

      Aydin Murtuzayev çox degig soylediz - SALTANAT!!! INSHALLAH bunu anlayanlarin sayı coxalar...

  • @aha1909
    @aha1909 6 ปีที่แล้ว +25

    Şahanə! Neden bu ifani ancaq matəm günlərində eşidirik??? Nədən bizim ƏIəkbər Əsgərov kimi USTAD imiz oldugunda biz onun haqqında fərqli yerlərdən məlumat alırıq.? Allah gəni-gəni rəhmət eləsin Dahi Ustada! İnşallah HAQQ yerini tapar. AMİN!

  • @sairzamiqsefai
    @sairzamiqsefai 6 ปีที่แล้ว +20

    Allah rəhmət eləsin,dəfələrlə qulaq asdığını səsyazmadır,lakin doymuram bu ruhuma yaxın ifadan,bir daha Allah rəhmət eləsin.

  • @АлександрНовиков-у3л
    @АлександрНовиков-у3л ปีที่แล้ว +1

    Ələkbər Ələskərov çox gözəl və çox yüksək səviyyəli bir sənətkar olub. Heyif ondan, həm çox az yaşadı, həmdə qədri bilinmədi.

  • @Sədulla_Əhmədağaoğlu
    @Sədulla_Əhmədağaoğlu 6 หลายเดือนก่อน

    ALLAH usdad senetkarmiz Elekber emimize qeniqeni rehmet elesin ruhu sad mekani cennetdiyolsun insALLAH amin

  • @ГеоргийКеласов-л9й
    @ГеоргийКеласов-л9й หลายเดือนก่อน +1

    🔥🔥🔥