ƏLƏKBƏR ƏSGƏROV & ƏLİBABA MƏMMƏDOV duet tarixi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2021
  • Azərbaycanın görkəmli nəfəs çalğı alətlərinin novator-ifaçısı olan Ələkbər Əliəsgər oğlu Əsgərovun çoxşaxəli yaradıcılıq irsi,bu günümüzün musiqi kamilliyinin yüksək etalonu hesab edilə bilər. Neçə onilliklər boyu ifaçı və müəllim kimi fəaliyyət göstərmiş gözəl Ustadın Azərbaycan xalq musiqi sənətində yeri şərəflidir. Onun ifasında hər bir muğam,xalq mahnılari və rəqslər zövqlə,təravətlə və böyük ustalıqla səslənir,çünki ifaçı bu inciləri qəlbinin odu ilə isindirirdi.Professional musiqiçilərin fikrincə Ə.Əsgərov klarnetdə,balabanda,neydə və tütəkdə ən virtuoz ifaçı olmuşdur. O öz sənətində əvəzsiz dəsti-xətti ilə seçilən sənətkardır. Ələkbər Əsgərov dəfələrlə xarici ölkələrdə işləmək təklifi alsa da Azərbaycana olan məhəbbəti onu hər dəfə bu təkliflərdən uzaqlaşdırmışdır. Ələkbər Əliəsgər oğlu Əsgərov 3 may 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından onun heyrətamiz musiqi qabiliyyəti özünü biruzə verir.1951-ci ildə Ələkbər Əsgərovu Musiqili Komediya Teatrin xalq çalğı alətləri ansamblına, 1953-cü ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Həqiqət Rzayevanin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edirlər. 1959-ci ildə artıq peşəkar klarnet ifaçısı kimi yetişməsinə baxmayaraq Ə.Əsgərov Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Təhsil aldığı illərdə Səyid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə və eyni zamanda Əhməd Bakıxanovun rəhbərliyi ilə xalq çalğı ansamblında çalışıb.Müxtəlif illərdə Ə.Əsgərov Əlibaba Məmmədovun "Humayun" və Əliağa Quliyevin ansambllarında aparıcı ifaçılarından biri olmuşdur. 1966-cı ildən ömrünün son günlərinə qədər Sumqayıt şəhəri Soltan Hacıbəyov adına Orta-İxtisas Musiqi Texnikumunda balaban sinfi üzrə müəllim işləyib. Müəllimlik fəaliyyəti ilə yanaşı Ə.Əsgərov 1973-cü ildə SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrına dəvət alır. Bu kollektivin tərkibində o,nəinki keçmiş SSRİ dövlətlərində,həmçinin Liviya,Yəmən,Böyük Britaniya,Almaniya,İsveç,Misir və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Ömrünün son illərində Ə.Əsgərov Sumqayıt Musigi Texnikumunun müəllimlərindən ibarət "DÜGAH" instrumental folklor ansamblıni yaradir. Bu ansambl öz alət tərkibinə,repertuar və üslubuna görə Respublikada yeganə və orijinal idi.Görkəmli musuqiçi balaban, zurna,tütək və ney kimi nəfəs çalğı alətlərinin mahir ifaçısı olaraq,ansamblın tərkibinə həmin alətləri daxil edir və tar,kamança,ud,nağara alətləri ilə yanaşı,onların özünəməxsus və fərqli səslənmə xüsusiyyətlərini tətbiq edib. Ansamblın repertuarına xalq rəqslərindən əlavə özünün bəstələdiyi rənglər və rəqslər daxil etmişdir.Ə.Əsgərovun bəstələdiyi rəqs melodiyaları Azərbaycan rəqs musiqisinin nadir incilərindən sayılır. Onun rəqsləri proqramlıdır, və doğma insanların xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qeyd edək ki,onun bəstələdiyi rəqslər variasiyalıq prisipləri əsasında inkişaf etdirilib.Musiqi cümlələrinin intonasiya baxımından oxşar olmağına baxmayaraq burada melodik xətt eyni ilə təkrar olunmur.Dahi bəstəkar Üzeyir Hacıbəyli ənənələrini davam etdirən Ə.Əsgərov,öz rəqslərində müxtəlif muğam modulyasiya keçidlərindən bacarıqla istifadə etmişdir. Bu cür yanaşma onun muğam sənətinə dərindən yiyələndiyindən irəli gəlir. Ələkbər Əsgərovun "Segah","Humayun","Dügah","Rəhab","Bayatı-Şiraz""Şüştər","Zəminxarə","Rast","Şur","Bayatı-Qacar" instrumental muğam ifaçılığı interpretasiya tərzilə öz sələfləri və müasirlərindən seçilir. Onun çoxşaxəli yaradıcılıq irsi Azərbaycan Dövlət Televiziya və Radiosunun qızıl fondunda qorunub saxlanır. Dahi, novator-sənətkar Ələkbər Əsgərov zəngin və virtuoz ifaçılıq məharətilə tanınmış, musiqi ictimayətinin və xalqın dərin məhəbbətini qazanmışdır. Ələkbər Əsgərovun ifaçılıq üslubu gənc ifaçıların inkişafı üçün daim örnək olacaq!Allah rəhmət eləsin Dahi Ustadımıza! Məkanı cənnət olsun. Alekperaskerov#Ələkbərəsgərov#АлекперAскеров#klarnet#milli#musiqimiz#mugham#azeri#reqsleri#dastan#dəstgah#konservatoriya#dunyasi#ehsen#dadashov#seyid#rustemov#rəshi#behbudov#elekberesgerov#dahiustad#alekperaskerov#klanet#balaban#zurna#ney#tutek#duduk#azerimusiqisi#virtuoz#senetkar#bayatıkürd#elekberesgerov# ALEKPER ASKEROV,ELEKBER ESGEROV,АЛЕКПЕР АСКЕРОВ

ความคิดเห็น • 28

  • @user-gb8fd8mh8s
    @user-gb8fd8mh8s ปีที่แล้ว +4

    Ələkbər m. əlini qaldırdığı şəkildə ustadın duruşu da bir nümunədir! Allah Dahi sənətkarımızın ruhunu şad,məkanını Cənnət bağçası eləsin. Amin ya Allah!

  • @aydinmurtuzayev9244
    @aydinmurtuzayev9244 2 ปีที่แล้ว +20

    Allah dahi senetkar Elekber emiye rehmet elesin amin

  • @leventtayfun9303
    @leventtayfun9303 2 ปีที่แล้ว +16

    Kıymeti bilinmemiş çok büyük usta! Huzur içinde ol.

  • @telmanhaqverdiyev4974
    @telmanhaqverdiyev4974 2 ปีที่แล้ว +20

    Çox düzgün və ədalətli sözlər.Allah Ələkbər müəllimə Rəhmət eləsin,Əlibaba müəllimə isə can sağlığı versin.

  • @kosterpost223
    @kosterpost223 2 ปีที่แล้ว +16

    Allah rəhmət eləsin böyük sənətkarımızi !
    Canlı korifeyimiz Əlibaba müəllimə də uzun ömür can sağlığı arzu eliyək

  • @agababahacibalayev3418
    @agababahacibalayev3418 ปีที่แล้ว +10

    Ruhları şad,məkanları cənnət olsun,hər iki əvəz olunmaz sənətkarlarımızın Allah rəhmət etsin.

  • @muzkant9283
    @muzkant9283 2 ปีที่แล้ว +21

    Allah qəni-qəni Rəhmət eləsin Ələkbər müəllimə,məkanı cənnət olsun,dahi sənətkar idi,heyif qiymət verilmədi sağlığında.

  • @user-ez1xc7xl7b
    @user-ez1xc7xl7b 7 หลายเดือนก่อน +2

    her iki ustad senetkara ALLAHDAN rehet dileyirem ne gozel irs ne gozel xezine qoyub gedibler

  • @jazzhits4833
    @jazzhits4833 2 ปีที่แล้ว +17

    Allah Dahi Ustadımıza rəhmət eləsin. Başqa nə demək olar...
    İnşAllah, Əlibaba müəllim demişkən, heç vaxt gec deyil... Onsuzda ƏLƏKBƏR ƏSGƏROV çoxdaaaaan Xalq artistidi. Bu danılmaz faktdır!
    Böyük Ustad Sənətkarımıza Allahdan rəhmət diləyirəm. Rəhbərliyimizə də yüksək musiqi duyumu və insaf arzulayıram.

  • @eyyarmemmedov24
    @eyyarmemmedov24 ปีที่แล้ว +9

    Bir sozle dahi senetkar. Dunyanin senetkari

  • @sairzamiqsefai
    @sairzamiqsefai ปีที่แล้ว +9

    Allah rəhmət eləsin, hər iki böyük sənətkara, Azərbaycanın milii mənəvi sərvəti olan muğamımızı gənc nəslə məharətlə ötürən ölməz sənətkarlar.. Allah ruhunuzu şad eləsin, əsrlər ötəcək, dünyamız zamanla dondan dona girəcək lakin sizlər unudulmayacaqsız həmişə yaşayacaqsız xalqın dilində, qəlbində, yeri gəlmişkən mənim də Ustadım olub Ələkbər, Ə. özümü bəxtiyar sayıram az da olsa əvəzsiz Ustadı görmək şərəfi qismətim olub. Allah rəhmət eləsin Azərbaycan Xalq musiqisinin əfsanəsinə, yeri behişt olsun.

  • @elmarehmedov2384
    @elmarehmedov2384 ปีที่แล้ว +8

    Allah Rəhmət eləsin Karıfey Sənətkarlara

  • @turalrhimbyov3550
    @turalrhimbyov3550 2 ปีที่แล้ว +20

    4:12
    Solo klarnetdə ifa edir əfsanəvi Usdad sənətkarımız Elekber Esgerov
    "Bayatı kürd" rəngi.
    13:44
    Solo klarnetdə ifa edir əfsanəvi Usdad sənətkarımız Elekber Esgerov
    "Səni gözlər"
    ÇOX sevdiyim əsərlər. Dinlədikcə qanım donur.
    Allah rehmet elesin Elekber müəllimə!
    Böyük Ustad xanəndəmiz Əlbaba müəllimə uzun ömür, can sağlığı arzu edirəm.

  • @srdarzizbyli1672
    @srdarzizbyli1672 2 ปีที่แล้ว +19

    Adam dəhşətə gəlir ki,bu cür sənətkara necə qiymət verilmədi sağlığında??? Mədəniyyət Nazirlərimiz hara baxırdı???Nə üçün bu gün təbliğ olunmur belə bir sənətkar?Sənəti olmayan ifaçılara sənətkar deyib,səhərdən axşama kimi təbliğ edərlər, cavanların zövqünü körlayırlar.Baxın,eşidin,budur bizim əsil sənətkarımız,budur bizim əsil klarnet ustadımız!!!Allah sənə Rəhmət eləsin Ələkbər müəllim.

  • @ramaz575
    @ramaz575 ปีที่แล้ว +7

    ეს სიმღერა ცოცხლად მაქვს
    მოსმენილი ფილრმონიაში.
    მსოფლიოში ყველაზე მაგარი
    კონცერტი იყო. ცხოვრების
    ბოლო წუთამდე მემახსოვრება.

  • @clari-net6133
    @clari-net6133 2 ปีที่แล้ว +16

    Usta!

  • @user-ff3io6vt8v
    @user-ff3io6vt8v 5 หลายเดือนก่อน +1

    Allah rehmet etsin unidulmaz senetkarlarmiza

  • @mahirqedimov4204
    @mahirqedimov4204 4 หลายเดือนก่อน +1

    ALLAH SİZƏ RƏHMƏT ELƏSİN İKİ BÖYÜK DAHİ SENETKARLAR.

  • @Dccfb1
    @Dccfb1 5 หลายเดือนก่อน +1

    Шедевр!!!!!!!

  • @xanmcavadova7946
    @xanmcavadova7946 ปีที่แล้ว +8

    Bayatı kürd dahi sənətkarın ifasında.Allah rəhmət eləsin

  • @davidmirzabekov6901
    @davidmirzabekov6901 2 ปีที่แล้ว +16

    *ЭПОХА!*

  • @user-gd4xy6eq6p
    @user-gd4xy6eq6p 27 วันที่ผ่านมา

    Алякбар высший класс я когда жил в Баку слушал только его и Вяли эти два звездных кларнетиста звук техника.все остальные азербайджанские кларнетисты и даже до сих пор близко нету .это школа Каро Чарчогляна это стиль армянский.это правда.спасибо

  • @rhimgncl7404
    @rhimgncl7404 2 ปีที่แล้ว +15

    Bu yaxınlarda Ələkbər müəllimin toy zapisinə baxırdım. Zapis sona çatanda dedim ALLAH rehmet elesin sənə ay Ələkbər. Elə bunu dedim obiri videoya keçid oldu. Obiri video YASIN SURƏSİ idi. Gözyaşıma hakim ola bilmədim. Uca seslə dinlədim. Dedim ki Ələkbər həqiqətən Allahın bir möcüzəsidi.
    Bu gün bu videoya baxdım, və eyni əhvalat. Amma bu dəfə Əl-fatihə surəsi gəldi.
    Şokdayam. Allah qəni qəni rəhmət eləsin Ələkbər müəllimə. Məkanı cənnət, dünyası behiştlik olsun.

    • @arzulargercek2992
      @arzulargercek2992 ปีที่แล้ว +3

      Əli-Əkbər - əsil adı olub, (Ələkbər)
      Əli-Əsgər
      Əsgərov
      Bu üç ad Allaha məxsus olan adlardır. Allah ölənlərinizə rəhmət eləsin!

  • @user-gb8fd8mh8s
    @user-gb8fd8mh8s 2 ปีที่แล้ว +8

    🇦🇿🌎 ETALON❗

  • @alishhemze7307
    @alishhemze7307 ปีที่แล้ว +6

    Ələkbər Əsgərovun ustadı kim olub?

    • @srdarzizbyli1672
      @srdarzizbyli1672 ปีที่แล้ว +3

      Allah vergisi var idi Ələkbər müəllimdə.O tanınmış ifaçı olduğu zamanda,Əhməd Bakıxanovun,Səid Rüstəmovun xalq çalğı alətləri ansambllarında işlədiyi dövrdə Asəf Zeynallı adına musiqi texnikumuna daxil olub ki əlində bir diplomu olsun.Mən eşitdiyimə görə heç dərslərə də getməyib,imtahandan imtahana gedib əla qiymət alarmıs.Ərəbstanda onu Möcüzəli klarnet ifaçısı adlandırmışdılar.Bizimkilər qiymət vermədi ona sağlığında,əfsuslar olsun.