Məşhur müğənni ilə şayiəsi yayıldı, üç qardaşını itirdi, anasının son nəfəsinə çata bilmədi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • O 61 yaşlı gəncdir. Yaşındakı rəqəmlər artsa da, hər zaman gözəl, gənc, təmkinli qalmağı bacarıb. Biri var. Azərbaycan Teleməkanının unudulmaz siması Nailə İslamzadə.
    Nailə İslamzadə 2 noyabr 1961-ci ildə Balakən rayonunda anadan olub. Evin sonbeşiyi olan Nailə xanımın özündən başqa dörd böyük qardaşı olub. Orta məktəbi bitirəndən sonra sənədlərini Rus dili və Ədəbiyyatı İnstitutuna verib və qəbul olunub. Hər dəfə tətillərdə Balakənə gedəndə sevinir, geri qayıdanda isə yolboyu ağlayırmış.
    O tələbəlik illərində rəfiqələrinin təkidi ilə diktorluq müsabiqəsinə qatılıb və müsabiqə yolu ilə dörd yüz nəfərin içərisindən seçilərək Azərbaycan Dövlət Televiziyasında işə qəbul olunub.
    İlk dəfə 1983-cü il fevralın 19-da efirə çıxaraq “hörmətli tamaşaçılar, bir neçə dəqiqədən sonra “Zəngli saat” və “Sovet ittifaqına xidmət edirəm” verilişləri transilasiya olunacaq” deyib. Bu sözlərdən sonra diktor Rafiq Hüseynov rejissor pultunun ardından ayağa qalxıb Nailəni qucaqlayıb və ona deyib: “Təbrik edirəm Nailə! İndi səni bütün Azərbaycan tanıdı”.
    Ancaq iş elə gətirib ki, Nailə xanım 25 il işlədiyi televiziya kanalından, AzTV-dən ayrılmaq qərarına gəlib. O, bu barədə deyib. “Bu qərarı qəbul etmək məcburiyyətində qaldım. 25 il çalışdığım, bütün gücümü, bacarığımı sərf etdiyim işdən təbii ki, digər həmkarlarım kimi, mən də istəməzdim. Amma düşünürəm ki, insana işi ilə yanaşı, çalışdığı mühit də vacibdir. Ətrafımda hörmət etdiyim, illərlə Azərbaycan televiziyasının ağır yükünü çiyinlərində daşımış həmkarlarımın olmadığı yerdə işləyə bilməzdim, işləsəm də, qoymazdılar”.
    O, 1998-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb. Uzun müddət Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyib. Eyni zamanda Türkiyənin “TRT AVAZ” kanalında yayımlanan "İş'te kadın" proqramının aparıcısı olub.
    Diktorun həyat yoldaşı onu efirdən görüb, bəyənib. Sonradan o, Xalq artisti Ağakişi Kazımovla televiziyaya gələrək diktor Rafiq Hüseynovla görüşüb. Rafiq Hüseynov məsələdən xəbər tutanda, Nailəni otağa çağırıb. Heç nədən xəbəri olmayan Nailə xanım otağa girib çıxandan sonra öyrənib ki, qonaqlar onun üçün elçiliyə gəliblər. Bu məsələdən sonra Nailə xanım onunla tanış olmaq istəyən bəylə görüşüb, münasibət qurub. Bir müddətdən sonra onlar evləniblər. Bu evlilikdən cütlüyün İslam adlı bir oğlu dünyaya gəlib.
    Onun haqqında yayılan ən maraqlı şayiələrdən biri Xalq artisti Akif İslamzadənin həyat yoldaşı olmasıdı. Bu barədə diktor özü deyib. "İllər öncə şaiyə yayılmışdı ki, Akif İslamzadənin həyat yoldaşıyam. Buna səbəb soyadlarımızın eyni olması idi. Həm də ki, Akif müəllimin xanımının adı da Nailə idi. Mənim də onların da bir oğul övladı var. Yəni uyğunluqlarımız çox idi. Hətta bu vaxta qədər deyənlər də var ki, Akif İslamzadə ilə ailəliyəm".
    İstedadlı jurnalist özünü aktrisalıqda da sınayıb. Bir zamanlar Space televiziyasında yayımlanan Cənnətə Səyahət serialında ana obrazını canlandırıb. O özü bu haqqda deyib. " Mən diktor, aparıcı olduğum zaman kinostudiyadan bir neçə dəfə təklif gəlmişdi. Amma alınmamışdo. Bu fikir məndə yaranmadı, sadəcə bu rolu mənə təklif etdilər, məni bu rolda gördüklərini dedilər, mən də ssenari ilə tanış olduqdan sonra qəbul etdim. Çünki, bu işin başında Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı, filmləri beynəlxalq səviyyədə tanınan, onlarla beynəlxalq müsabiqələr laureatı, tanınmış rejissor və ssenari müəllifi, hörmət bəslədiyim insan Vaqif Mustafayev durmuşdu.
    Televiziyada işləyəndə diktorun atası rəhmətə gedib. Bir müddət keçib. diktorun iki qardaşı xərçəng xəstəliyindən vəfat edib. Onun üçüncü qardaşı isə yol qəzasında dünyasını dəyişib. Bu zaman Türkiyədə TRT Avaz-da aparıcı kimi fəaliyyət göstərən Nailə İslamzadə verilişlərin birində fasilə vaxtı təsadüfən "Facebook"a girib və rəfiqəsinin ona başsağlığı yazdığını görüb. Əvvəl heç nə başa düşməsə də, sonradan ona qardaşının ölüm xəbərini veriblər. O, özü müsahibələrinin birində bu haqda deyib. “Gördüm ki, başsağlığı verirlər mənə. Sonradan anladım ki, belə hadisə olub, qardaşım vəfat edib və mənə demirlər. Bilmədim necə edim, necə aparım verilişi. Hələ elə ağır veriliş aparmamışdım”.
    Pandemiya dövründə aparıcının Balakəndə yaşayan anasının vəziyyəti pisləşib. Diktora zəng vurub anasının son nəfəsdə olduğunu və gəlmək lazım olduğunu deyiblər. O, təcili yola çıxsa da anasının son nəfəsinə çata bilməyib. Müsahibələrinin birində bu haqda deyib: “Mən Bakıdan çıxanda, yolda bildim ki, anam artıq rəhmətə gedib. məni polislər saxladı, onlar dedilər ki, sizin adınız portalda yoxdur. Bu mənə pis təsir elədi ki, anamı son dəfə görə bilmədim. Bəlkə onun mənə bir sözü, məndən bir istəyi vardı”.
    Nailə xanım boş vaxtlarında səsli kitabları və Quran dinləyir. Formasını daim nəzarətdə saxlayan diktorun sözlərinə görə, gün ərzində Bulvarda 5-6 km yol gedir. Bir neçə il əvvəl isə depressiyaya düşdüyündən piano öyrənməyə başlayıb. Bunun üçün xüsusi müəllim yanına gedib notları öyrənib.

ความคิดเห็น • 112

  • @elnazhuseynova8088
    @elnazhuseynova8088 ปีที่แล้ว +91

    Əsl Azərbaycan xanımı. Çox sevilən, hörmət olunan Nailə xanım İslamzadə

  • @mahirmossumov4013
    @mahirmossumov4013 ปีที่แล้ว +85

    Çox təmiz, namuslu, abır-həyalı, xalq tərəfindən çox sevilən xanım. Allah ömür versin.

    • @hcrheydrli9815
      @hcrheydrli9815 9 หลายเดือนก่อน +2

      😂o,qədər cox sevirəm ,ki bu qadinı kaş ki, həyatda görə bilsəydim onu azərbaycanımızın bütün xañımları gözəldir amma nailənin abır həyası başga şeydir .keyimi bir gadın kimi məni valeh edir.

  • @azrbaycan3964
    @azrbaycan3964 11 หลายเดือนก่อน +14

    Əsil Azərbaycan xanımı.Var ol qızım.Səni dünyaya gətirən anaya allah rəhmət eləsin deyirəm .

    • @DkxkxkFncncn
      @DkxkxkFncncn 4 หลายเดือนก่อน

      Naiənin atası mənim riyaziyyat müəllimim olub. Nailəni şəxsən tanımamışam. Qardaşı Aydın məndən2 sinif aşağı oxuyurdu çox istedadlı idi. Nailə xanıma can sağlığı və ölənlərinə Allahdan rəhmət diləyirəm

  • @cavidcfrov6333
    @cavidcfrov6333 ปีที่แล้ว +12

    En xoş sözlere layig Xanim.Allahdan can sağliği,xöşbextlik arzu edirem fexrimiz olan Naile Xanima.

  • @cicekcicek7510
    @cicekcicek7510 ปีที่แล้ว +65

    Nailənin qızlıq familiyası Uluxanovadır.
    Televiziyaya ilk gəlişi yadımdadır. İslamzadə ərinin soyadıdır.

  • @user-hn4io3df4m
    @user-hn4io3df4m 9 หลายเดือนก่อน +7

    Çox sevilən bir xanimdir. Ona can sağliği və uzun ömur diləyirik.

  • @user-tx1su2zs7i
    @user-tx1su2zs7i ปีที่แล้ว +42

    Mədəniyyətdə, abır-həyada, böyük - kicik də həmin illərdə qaldı. Qörəsən qələçəkdə indikilərdən nə danışacaqlar. Cox qözəl paylaşım👍❤️

  • @Teymurfotball
    @Teymurfotball ปีที่แล้ว +8

    Allah Nailə xanıma həm daxili həm də xarici gözəllik verib.Allah qorusun.İndiki gənclər nümunə ğötürsünlər.

  • @rahileibrahimova6149
    @rahileibrahimova6149 ปีที่แล้ว +21

    Çox sevilən seçilən istər zahiri istər də daxili görünüşü ilə tam fərqli olan gözək diktorumuz Nailə xanım var olun siz nümunəsiniz sizi çooo gözəl xatırlayırıq hətta saç düzumunuz (o zaman) əsl xanım xatınlıgınızdan xəbər verirdi...Allah ömür versin🙏😍⚘️

  • @user183kdk19r
    @user183kdk19r ปีที่แล้ว +7

    Oyyyy...Çooox sevdiyim bir aparıcı... Necə gözəl veriliş aparırdı: ' Ailələr və talelər" verilişi nə gözəl idi...

  • @Təfəkkür_zəka
    @Təfəkkür_zəka ปีที่แล้ว +48

    Biz də Nailə xanıma uzun ömür can sağlığı arzu edirik...Nailə xanım ən xoş sözlərə layiq əsl Azərbaycan xanımıdır❤🌹 Sizlərə də təşəkkür edirik ki, belə gözəl insan'lar haqqında videolar hazırlayıb bizlərə təqdim edirsiz...Əməyinizə sağlıq❤🌹

    • @elshadjafar2437
      @elshadjafar2437 ปีที่แล้ว +12

      ƏLA ŞƏRH

    • @Təfəkkür_zəka
      @Təfəkkür_zəka ปีที่แล้ว +4

      @@elshadjafar2437 Təşəkkür edirəm...Var olun! İnsanların əməyinə dəyər verməliyik...Borcumuzdur...

  • @gunaiafandie
    @gunaiafandie ปีที่แล้ว +13

    Çoxsevdiyim diktor,aparıcı gözəl xanım Nailə İslamzadə . Uca Allahdan ona möhkəm cansağlığı və yeganə oğlunun daim xəş xəbərlərini eşit əyini arzu edirəm.İllər o un yox,o,illərin bəzəyi olsun.Amin İnşəAllah!!!1❤❤❤

  • @Azripro-ve2fk
    @Azripro-ve2fk 6 หลายเดือนก่อน +2

    Gözəl Nailə xanım.Fərqli yol seçərək.60 yaşında da necə gənc və gözəl qalmağın mümükn olduğunu göstərir❤

  • @cavansirmovsumov2770
    @cavansirmovsumov2770 ปีที่แล้ว +20

    ALLAH CANSAQLIQI VERSIN.COX HORMET ETDIYIM QIZDIR.❤

  • @qarabagazrbaycandr3185
    @qarabagazrbaycandr3185 ปีที่แล้ว +41

    Allah ömür versin ki, özü kimi istedadlar yetişdirsin ❤️🌹

  • @nrmingurbanova6722
    @nrmingurbanova6722 ปีที่แล้ว +7

    ALLAH ÖMRYNƏ BƏRƏKƏT VERSİN ,GÖZƏL NAİLƏ XANİMİMİZİN .MAŞALLAH OLSUN.👍👍🤲🤲♥️

  • @user-kk6np4ry9y
    @user-kk6np4ry9y ปีที่แล้ว +15

    Əsl azərbaycan xanımı.nailə xanım sizi cox sevirik ağsudan hamıya salamlar❤❤

  • @qarbagazerbaycandir9680
    @qarbagazerbaycandir9680 6 หลายเดือนก่อน +4

    Abırlı həyalı gözəl yaraşıqlı xanım xatın Sevimli Nailə xanım sizi çox sevirik

  • @IradeEkberova-rg8kb
    @IradeEkberova-rg8kb ปีที่แล้ว +15

    Çox bəyənirəm bu xanımı.❤

  • @user-ow6hu8hm4t
    @user-ow6hu8hm4t 11 หลายเดือนก่อน +3

    Uzun ömür, can sağlığı arzu edirik.
    Bütün Azerbaycan xalqının sanki aile üzvü kimi daimi sevilen insanlardan - xanım-xatın gözel, güler üzlü insanı kimi televizada tez- tez görmek isterdik.

  • @za-1980
    @za-1980 ปีที่แล้ว +9

    AZTV nin direktoru vəzifəsinə bu gözəl xanıma layiqdi

  • @user-ny6lj6jj8u
    @user-ny6lj6jj8u ปีที่แล้ว +17

    Nailə xanım ƏSL AZƏRBAYCAN XANIMINIIN ETOLUNUDUR.
    İçərisi ilə xarici gözəlliyi bir - birini tamamlayan bu xanım ətrafa daim pozitiv enerji saçır.
    Düşünürəm ki niiyə biz belə insanlara həqiqi dəyərini verə bilmirik.

  • @saratalishinski6014
    @saratalishinski6014 ปีที่แล้ว +21

    Xoş gunləri və ugurları bol olsun Nailə xanımın

  • @elmiranecefova5092
    @elmiranecefova5092 ปีที่แล้ว +24

    Of o Nailə xanımı necə sevirdim.Kaş indikilərdə belə olaydı hər şeyə.Nailə xanımgözəliyi qədər zərif incə xasiyyətliidi.Mən ona dinləməkdən və baxmaqdan doymurdum...

    • @user-ng2ok1fj2s
      @user-ng2ok1fj2s ปีที่แล้ว +4

      Меним идеалымдыр бу гадын

  • @zakirhsnov8298
    @zakirhsnov8298 ปีที่แล้ว +22

    Həqiqətən də Nailə xanım qiymətli sənətçidir.

  • @SSSSSS-hp7zd
    @SSSSSS-hp7zd ปีที่แล้ว +17

    SƏN SADƏSƏN,SƏN GÖZƏLSƏN,SƏN MƏLƏKSƏN
    SƏN BİZİMSƏN,HARDA OLSAN GƏLƏCƏKSƏN...

  • @hazirangecesi1130
    @hazirangecesi1130 6 หลายเดือนก่อน +1

    Nailə xanım Azərbaycanın dəyərli diktorlarından biri olub.Onu bütün xalq sevib,sevilirdə.Nailə xanım namuslu,ismətli, həyalı və xanım-xatın bir qadın kimi tanınıb.Mən bir qadın kimi Nailə xanımın pərəstişkarı olmuşam.Nailə xanıma can sağlığı və gözəllik arzulayıram.ALLAH özü qorusun Nailə xanımı.🤲🏻🤲🏻🤲🏻🤲🏻❤❤❤❤

  • @azerbaijan_az
    @azerbaijan_az ปีที่แล้ว +11

    Allah ömür versin!!! Turkiyədədə isləyib ? ❤❤❤❤ Birinci dəfədir ki, eşidirəm.

  • @alinasirli8958
    @alinasirli8958 7 หลายเดือนก่อน +6

    Наила ханым Азербайчан телемаканынын ен ханым хатын апарычысыдыр.

  • @fizuliceferov4667
    @fizuliceferov4667 ปีที่แล้ว +8

    Cox gözəl xanımdır

  • @ilahaaajjkkxhhhh
    @ilahaaajjkkxhhhh ปีที่แล้ว +11

    Gözəl xanım həmişə xanım xatın temkinli

  • @sevincabdullayeva969
    @sevincabdullayeva969 ปีที่แล้ว +3

    Telebe yoldaşım Naile xanim var olun🙏❤️👍

  • @user-uj3cg8su3y
    @user-uj3cg8su3y 11 หลายเดือนก่อน +4

    Əsl Azərbaycan xanımı❤

  • @xuraehmed1581
    @xuraehmed1581 9 หลายเดือนก่อน +2

    Cox sevdiyim aparicilardan biri

  • @ramileliyeva2425
    @ramileliyeva2425 ปีที่แล้ว +6

    Çox sevimli baxımlı və mədəni xanımdır

  • @user-fj6ov2mf2h
    @user-fj6ov2mf2h ปีที่แล้ว +5

    Чох семими ханымдыр Аллах омур версин 💯🙏🏻🇦🇿

  • @user-br7ik8lm5k
    @user-br7ik8lm5k ปีที่แล้ว +12

    Bu xanimi cox sevirem cox insani kefiyeti coxdu 😘💐

  • @gooddddd1397
    @gooddddd1397 ปีที่แล้ว +8

    Rafael Dadasova Allah rehmet elesin

  • @seva9939
    @seva9939 11 หลายเดือนก่อน +2

    Allah ömür versin gözəl sənətkar

  • @ffhilecisi210
    @ffhilecisi210 ปีที่แล้ว +10

    Bu qədər özün çəkdimək olar

  • @eltacmemmedov4102
    @eltacmemmedov4102 ปีที่แล้ว +19

    Naile xanim tebii gozel idi. Indi uzunu o qeder dartdirib, o qeder botoks etdiribki , daniwigini da itirib. Fikir verin daniwanda agzi nece olur. Cunki men qohumumla getmiwdim qohumumun uzunu botoks eletdirmeye. Onda Naile xanimi yaxindan gordum uzunu cox dartdirmiwdi. Cox pis gorunurdu. Onda ureyimden kecdiki kawki bu ozunu bu gune qoymazdi. Hec xow gorunmurdu. Cunki onun ehtiyaci yox idi botoksa

  • @ugurilkin9901
    @ugurilkin9901 ปีที่แล้ว +2

    Nailə xanım gəncliyin iksirini tapıbe deyəsən ,qadın 61yaşında çox gözəl görünür

  • @vtnoqlu
    @vtnoqlu ปีที่แล้ว +8

    Mən uşaq vaxtı həqiqətəndə elə bilirdim ki, Akif İslamzadənin həyat yoldaşıdı😊😊

  • @aliyeff.3537
    @aliyeff.3537 11 หลายเดือนก่อน +3

    Allah ömür versin 🤲

  • @fakir_oglan
    @fakir_oglan ปีที่แล้ว +5

    Bu kanalı Sərdar Amin öz ecazkar səsi ilə bizlərə sevdirib, indi isə sizin təqdimatınızda dinləyirik. Xahiş edirik bu verilişin "biri var "haqqını verməyə çalışın. Çünki Sərdar bu proyekti böyük kütləyə sevdirib.

  • @agamahmudlu8476
    @agamahmudlu8476 ปีที่แล้ว +16

    Ölürəmdə bu xanımçün.Əsil Azərbaycan xanımıdı.

  • @taksikerem9020
    @taksikerem9020 ปีที่แล้ว +6

    COX-COX -COX GOZEL XANİMDİ... SEVİREM BU XANİMİ. MEDENİ... GEYİM-KECİMİ YERİNDE ...TELEKANALA REHBER TEYİN EDİLMELİDİ..BELKE BİR EXLAQ YARADA BİLDİ...ESL SOVET EXLAQİ.

  • @volkvolk815
    @volkvolk815 11 หลายเดือนก่อน +2

    COX.GÖƏLDR.HƏM.YAŞIDĞ

  • @gulbenizmemmedova922
    @gulbenizmemmedova922 ปีที่แล้ว +9

    Doğurdanda mən bu xanıma 45 yaş verərdim62 yaşı təccüblü gəldi😂

  • @raziyyetnuriyeva8907
    @raziyyetnuriyeva8907 ปีที่แล้ว +3

    Allah təmkinlı,gözəl,öz yerini və sözünü bilən,insanlarla xoş münasibət yaradan,özünü əxlaqı və davranışı ilə hər kəsə sevdirə bilən Nailə xanım.Allah Sənə sağlam ömür versin.Sənə bir müəllimə kimi daha böyük uğurlar arzulayıram.

  • @ilhameeliyeva-gc7gq
    @ilhameeliyeva-gc7gq 11 หลายเดือนก่อน +2

    Heyif bu illerden cox gozel illerdi

  • @qarbagazerbaycandir9680
    @qarbagazerbaycandir9680 6 หลายเดือนก่อน +3

    Kaş elə Rafayıl Dadaşova ilə evlənərdiniz çünki çox yaraşardınız . Onu xoşbəxt edərdiniz. Bu yazıya görə üzürlü sayın

  • @ruqiyybabsova9809
    @ruqiyybabsova9809 ปีที่แล้ว +8

    Özünü nə hala qoyub bu. Allah gozəllik vermisdi də bəyənmədin? Ozun duzəltdiyinin nəticəsi də budur.

  • @gulergulgun5195
    @gulergulgun5195 ปีที่แล้ว +4

    Etibarsız dünya😢 bir vaxtlar belə yaraşıqlı idi Rafael

  • @AyselMustafayeva
    @AyselMustafayeva ปีที่แล้ว +13

    Nümunəvi qadın ❤

  • @nebidehuseynova2375
    @nebidehuseynova2375 11 หลายเดือนก่อน +1

    Cox hormet edirem

  • @Asleepycity
    @Asleepycity ปีที่แล้ว +4

    Uşaqliqdan Sevdiyim Aparıcı

  • @fatimehuseynova2640
    @fatimehuseynova2640 6 หลายเดือนก่อน +2

    Bir də indikilərə baxın

  • @aaaaaa-vg6gn
    @aaaaaa-vg6gn ปีที่แล้ว +2

    SƏRDAR AMİN
    ÇOX SƏLİST NİTQLİ
    APARICIDIR
    GÖZƏL SƏSLƏNDİRİR
    ARAYIB AXTARDIQLARINI

  • @zxcdfsaei4974
    @zxcdfsaei4974 11 หลายเดือนก่อน +2

    ❤💯

  • @sefacavadova841
    @sefacavadova841 ปีที่แล้ว +4

    Deməli Nailə xanım Akif İslamzadənin həyat yoldaşı deyil?Məndə elə bilirdim onlar ailədirlər.Allah can sağlığı versin.Xoşbəxt olsun

  • @behbudovaulkr6657
    @behbudovaulkr6657 11 หลายเดือนก่อน +2

    Nailə xanımı çox sevirəm

  • @surayyaasadova8353
    @surayyaasadova8353 ปีที่แล้ว +2

    Cox böyük lehçe ile danishirdi,heç də danışığı cəlbedici deyildi.Amma çox gözəl idi.

  • @SamsungGalaxy-lb9uu
    @SamsungGalaxy-lb9uu ปีที่แล้ว +5

    Xoşum gelirdi .Qizlara qarşi sert mövgeyine geder.Gelinler haqda sehf fikrine qeder.
    Bu fikirde olan ananin oglu duzgun aileye baxmir.

  • @aaaaaa-vg6gn
    @aaaaaa-vg6gn ปีที่แล้ว +3

    NAİLƏ ULUXANLI XOŞBƏXT SAMBALLI BİR AİLƏNİN XANIM XATIN GƏLİNİ İDİ
    MƏNCƏ QAYNATASI SAYILIB SEÇİLƏN VƏZİFƏ ADAMI OLUB

  • @user-iy9dm8iq3v
    @user-iy9dm8iq3v 11 หลายเดือนก่อน +2

    Nayile xanim cox ciddi bir Xanim olib. Amma son ilde Özünün imecinindeyişmiş ve cox genc bir Stil yaratmişdi Özübde. Hetra hereketleri davranişlarini sa gencleşdirmişdi. Bu da cox bayagi görünür. Men Getra Onu taniya bilnedim. Yaşuna uygun olmayan bir terz!

  • @xan2006
    @xan2006 ปีที่แล้ว +8

    😮

  • @sevincismayilov4706
    @sevincismayilov4706 11 หลายเดือนก่อน +1

    62 yasi var.Ama elebil 40 yasi var.Masa Allah

  • @Sevil-d2c
    @Sevil-d2c ปีที่แล้ว +3

    😢😢

  • @user-de5bu2ym3v
    @user-de5bu2ym3v 9 หลายเดือนก่อน +2

    Nailə xanim sevirem sizi❤

  • @zarazara9172
    @zarazara9172 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤

  • @user-hk4ux8gn4b
    @user-hk4ux8gn4b ปีที่แล้ว +2

    ❤❤❤🙌🙌🙌🌹🌹🌹

  • @nazileeliyeva102
    @nazileeliyeva102 ปีที่แล้ว +3

    Dodağını sifətini niyə bu günə qoymusan? Təbii üzünüz eləbil itib.Səsiniz oxşamasaydı deməzdim Nailəsiz.Heç yaraşmır .Yəni oxşamırsız.Biraz arsızlıqda lazımdı.

  • @seyyaremagmudova9281
    @seyyaremagmudova9281 ปีที่แล้ว +3

    Əsl Azəri xanım, Öz həyası , səsi, oturuşu, duruşu ilə sevilən bir xanım Kaş televiziyada verilən hər hansı bir verilişdə iştirak edən müğənnilər, aparıcılar, münsiflər oturuş mədəniyyətini Nailə xanımdan öyrənsələr yaxşı olar. Millət qarşısında ayağını ayağının üstünə aşırıb oturanlar yaxşı olar ki , Nailə xanım kimi aparıcılardan etik qaydalarını öyrənsinlər Nailə xanım, elimizin sevilən aparıcısı ən əsası Sizə sağlamlıq, işinizdə uğurlar arzulayıram.

  • @nigarseferova6931
    @nigarseferova6931 ปีที่แล้ว +1

    ❤❤❤

  • @RRM.celilabad
    @RRM.celilabad 5 วันที่ผ่านมา

    Naile xanım men uşaq vaxdı aztveyi izleyende yaşlı görünürdü indi ise menim 33 yaşlm var o menden cavan görsenir 😊

  • @zinyetqasimova4028
    @zinyetqasimova4028 ปีที่แล้ว +1

    Çox sevdiyim diktor idi.

  • @elshadjafar2437
    @elshadjafar2437 ปีที่แล้ว +11

    BƏYƏNDİM . ƏLA KANALDİR

  • @nurlanmirzebeyli6208
    @nurlanmirzebeyli6208 ปีที่แล้ว +2

    SALAM Dilbər xanım Haqqında danışılanlar,coxusu dùz deyildit.Mən onu yaxşı tanıyırdım, Onun qızının adı Leyla Oqlunun Adı Fikrət Axunzadə idi. 82 nőmrəli texniki peşə məktəbinin mùduri idi. AXÌR GUNUNƏ KIMI ONUN HAQQINDA DEYƏ BILƏRƏM KI O HEC VAXT DƏLI OLMAYIB, SADƏCƏ OLARAQ BELƏ OLMASI LAZIM IDI KI, DƏLIXANA DÙŞSÙN KI ONDAN ƏL CƏKSINĹƏR,

    • @denizgulu7095
      @denizgulu7095 ปีที่แล้ว +1

      Dilber xanim kimdi???

    • @leylimemmedova573
      @leylimemmedova573 9 หลายเดือนก่อน

      Mikayıl Müşfiqin yoldaşı idi, Dilbər xanım...

  • @user-ng2ok1fj2s
    @user-ng2ok1fj2s ปีที่แล้ว +3

    Бу гадын идеалымдыр меним

  • @Sevinc-oc5oq
    @Sevinc-oc5oq 11 หลายเดือนก่อน +2

    BAlakənımın gözəlı.qüruru

  • @meleklerim2338
    @meleklerim2338 ปีที่แล้ว +4

    Sevimli diktorumuz❤💐

  • @user-se1ec3dn7k
    @user-se1ec3dn7k ปีที่แล้ว +3

    Dar paltar xilaskar ola bilmez Allahın yazığı gelib yenede fürset verib deyerlendirin

  • @gulnaradigozalova8341
    @gulnaradigozalova8341 9 หลายเดือนก่อน +1

    Anası nə tez yadına düşüb?

  • @gulnaradigozalova8341
    @gulnaradigozalova8341 9 หลายเดือนก่อน +1

    O qədər yalan danışırsız ki….

  • @nurlanmirzebeyli6208
    @nurlanmirzebeyli6208 ปีที่แล้ว +1

    Mən onun haqqinda cox şey deyə bllərəm, Onun Fikrətdən olan 2 qız və 2oqlan, Leyladan isə 1qız nəvəsi vardır.

  • @efqanesgerzade3957
    @efqanesgerzade3957 ปีที่แล้ว +2

    Mən bəyənmirdim Nailəni.Ülkər Quliyeva,Nərgiz Cəlilova daha istedadlı idilər.

  • @PrimerLaura
    @PrimerLaura 2 หลายเดือนก่อน

    Görəsən aparıcılar onu görəndə heç utanırlarmı ?

  • @user-pb6ct3un1j
    @user-pb6ct3un1j ปีที่แล้ว +1

    Чоох. севдийим. Бир. ханымдыр

  • @aaaaaa-vg6gn
    @aaaaaa-vg6gn ปีที่แล้ว +1

    NAİLƏ ULUXANLI

  • @elzaelya8863
    @elzaelya8863 ปีที่แล้ว

    bu ne maykadi aparicinin🤦🏼‍♀️

  • @efqanesgerzade3957
    @efqanesgerzade3957 ปีที่แล้ว

    Transilasiya😂😂😂😂😂

  • @dunyadunya
    @dunyadunya ปีที่แล้ว +2

    Amma saz xaladi

  • @user-ys7vt4ts1i
    @user-ys7vt4ts1i 9 หลายเดือนก่อน +2

    BAXDEVER AZERBAYCAN ESIL MUSDEQIL AZERBAYCAN BAX BU IDI SOSIALIST AZERBAYCANI ,AZERBAYCAN SSRI NE GÖZEL ILLER IDI MEN FEXR EDIREM KI GENCLIY ILLERIM ÇOX GOZEL QURLUSDA KECIB ESIL MUSDEQIL AZERBAYCAN SSR ZAMANI GOZEL ILLER TÜRKLERSIZ ,EREBLERSIZ AZERBAYCANIMIZ TERBIYELI EXLAQLI AZERBAYCANIMIZZZ