KƏKLİKOTUNUN İNANILMAZ FAYDASINI BİLİRDİNİZMİ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2023
  • #qafqaztv #trend
    Azərbaycanda kəklikotu bitkisi çox geniş yayılıb. Özəlliklə dağlıq rayonlar bitən bu bitkinin hündürlüyü 20 sm-dən 35 sm-ə qədərdir. 400-ə qədər növü olan kəklikotunun yaşıl yerüstü hissəsini, bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar.
    Bu bitkidən müxtəlif yeməklərin və çayların hazırlanmasında istifadə edilir. Amma bir baxın hələ ta qədim zamanlardan bizim mətbəximizin demək olar ki, vaz keçilməzi olan kəklikotunu necə istifadə ediblər. Deməli, Qədim yunanlar kəklikotunu gözəllik ilahəsi Afroditanın şərəfinə yandırıblar. Kəklikotu onlar üçün həm də zəhmətsevərlik rəmzi olub. Qədim slavyanlar isə kəklikotu dəstələri ilə ikonalarını bəzəyirdilər. Belə hesab olunurdu ki, bu bitki insana nəinki sağlamlığını, hətta həyatını qaytara bilər. Elə bu inama görə də bayılma zamanı kəklikotunun tozunu iyləyirdilər. Amma kəklikotunun gerçək faydaları ilə bağlı İbn Sinanın əsərlərində rast gəlinir. İndi gəlin şəfalı bitkilər sırasında yer alan kəklikotunun faydaları ilə tanış olaq.
    Kəklikotu sinir sisteminə çox müsbət təsir edir, beyində qan dövranını və mübadilə proseslərini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, əhval-ruhiyyəni yüksəldir. Başağrıları zamanı yeni dəmlənmiş kəklikotulu çay içmək məsləhətdir. Bu zaman həm də xroniki yorğunluq aradan qalxır, yuxu bərpa olunur. Kəklikotu yaddaşı gücləndirir. Onun qəbulu immun sistemi üçün də çox xeyirlidir. Kəklikotulu çay hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotunu 1 stəkan qaynar suda 20 dəqiqə dəmləmək lazımdır. Çaya bal və limon da əlavə etmək olar. Soyuqdəymə xəstəliklərinin ilk əlamətləri özünü büruzə verəndə bu çay çox yaxşı təsir edir, xəstəliyin inkişafının qarşısını alır.
    Kəklikotu həm də güclü ağrıkəsicidir, antibakterial və antiseptik təsirə malikdir, onun köməyi ilə başağrısı və bağırsaq spazmını aradan qaldırmaq olar. Kəklikotu dəmləməsi ağız boşluğu iltihabları, tonzilit zamanı qarqara üçün istifadə olunur. Kəklikotu bəlğəmgətirici xüsusiyyətə malik olduğuna görə respirator xəstəlikləri zamanı da geniş istifadə olunur. Bağırsaqlarda yaşayan zərərli mikroorqanizmləri yox edir, qurdqovucu təsir göstərir. Kəklikotu yağı isə güclü yara sağaldan xüsusiyyətə malikdir. Yanıqlar, xoralar və donvurma zamanı kəklikotu yağından istifadə olunur. Hamilə qadınların kəklikotudan istifadə etməsi məsləhət görülmür.
    QAFQAZ TV Rəsmi Kanal
    "QAFQAZ TV" Müstəqil Televiziya və Radio Şirkəti
    Qafqazın ilk işgüzar və turizm kanalı olan «Qafqaz» TV 1 sentyabr 1998-ci ildən Xəyal TV adı ilə çalışmağa başlayıb. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası 09 avqust 2017-ci il tarixində “Xəyal” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə bağlı müraciətə baxdıqdan sonra isə telekanal Qafqaz TV adlandırılıb.
    Hazırda Qubadan yayımlanan televiziya bütün Şimal regionu rayonlarını əhatə edir. Qafqaz TV -də yayımlanan bir -birindən maraqlı verilişlər Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə geniş izləyici audutoriyası toplayıb.
    Bundan başqa QafqazTV-nin verilişləri televiziyanın rəsmi internet səhifəsi olan www.qafqaztv.az saytı vasitəsilə internet üzərindən də yayımlanır ki, bu da kanala daha çox izləyici audutoriyası qazandırıb. Televiziya bununla da kifayətlənməyərək, mütəmadi olaraq öz istehsalı olan verilişlərini bu gün mövcud sosial şəbəkələr vasitəsilə də yayımlayır.

ความคิดเห็น • 37

  • @elcinsdov6278
    @elcinsdov6278 ปีที่แล้ว +22

    Çox faydalı çaydır. Ümumiyyətlə qara çaydansa, ot çayları içmək məsləhətdit

  • @musarifresulov6704
    @musarifresulov6704 5 หลายเดือนก่อน +6

    Cox gözəl Allah sizn kimi insanlara uzun ömür can sağlığı versin

  • @sahibmemmedov8905
    @sahibmemmedov8905 ปีที่แล้ว +14

    Kəklikotunun faydalarını mən heç belə bilməzdim👍

  • @EltanGadimbayli
    @EltanGadimbayli ปีที่แล้ว +17

    Kəklikotu can sağlığı üçün əvəzolunmaz şəfalı bitkidir.Soyuqdəyməyə də çox faydalıdır.

  • @romamamedov3554
    @romamamedov3554 5 หลายเดือนก่อน +27

    Allahin bizə bəxş etdiyi çoox gözəl nemətlərdən biridir

  • @MetanetMemmedova777
    @MetanetMemmedova777 ปีที่แล้ว +9

    Kəklikotu çox faydalıdı😇

  • @sefevi.6219
    @sefevi.6219 5 หลายเดือนก่อน +6

    Mədəmdə qastirit var. Demək ziyandı. Təəssüf.

  • @ELAR_ELAR
    @ELAR_ELAR ปีที่แล้ว +22

    Kəklikotu ilə dəmlənən çayın ləzzəti başqadı.

  • @user-pv3hc1nl5z
    @user-pv3hc1nl5z หลายเดือนก่อน +1

    Чох мараглыдыр 👍

  • @filmrejissor4105
    @filmrejissor4105 ปีที่แล้ว +6

    Ele Adamlar var hec bilmir keklik otu nedir faydalanmirlar. tesekkur edirem sujete goree gozel bilgi vermisiz

  • @leonbass8803
    @leonbass8803 ปีที่แล้ว +7

    Biz tərəflərdə çox istifadə edirlər.

  • @solmazmemmedova-li3xr
    @solmazmemmedova-li3xr 5 หลายเดือนก่อน +3

    Faydalı məsləhətiniz üçün çox sağ olun

  • @deyanetrzayev3141
    @deyanetrzayev3141 ปีที่แล้ว +6

    Bu tərkibi bilinməyən çayları içməkdənsə, kəklikotu dəmləyib içmək sağlamlıqdır.

  • @user-ry4es1wt3q
    @user-ry4es1wt3q 5 หลายเดือนก่อน +2

    ❤❤

  • @zaurabasov3404
    @zaurabasov3404 16 วันที่ผ่านมา

    Hər gün kəklikotulu çay içirəm 👍🏻

  • @elmaresedov1957
    @elmaresedov1957 6 หลายเดือนก่อน +2

    🌿🌿🌿

  • @user-sv3wm8so1d
    @user-sv3wm8so1d 3 หลายเดือนก่อน +1

    Esil keklik otu daqda olur.Bizim kentde olurdaq daqda yaylaq deyilen yerlerde.Aqlimiz kesenden yiqib getiririk demleyirik icirik hec kime ziyani olmyib xeyrinden başqa esil keklik otunun.

  • @tahirhesenov9734
    @tahirhesenov9734 ปีที่แล้ว +5

    Daimi içmək ziyandır.

  • @user-xq6nl9uz1j
    @user-xq6nl9uz1j ปีที่แล้ว +4

    Mən çaylarımı onunla ətirləndirirəm Çox istifadəsi təzyiqi düşürür. Mədə yaralarında ehtiyatlı olmaq lazımdır.

    • @kamranelekber7115
      @kamranelekber7115 5 หลายเดือนก่อน

      Soyuq halda təzyiqi qaldırır

  • @khanimmammadova
    @khanimmammadova ปีที่แล้ว +4

    Qafqaz tv-nin izləməyə davam etsəniz çox faydalı bitkilərlə bağlı bilgilər öyrənəcəksiz. Öyrənəcəksiz ki, hansı bitkilər dadlı və ətirli olmaqdan başqa, çox xəstəliklərin müalicəsində istifadə edilir.

  • @srflaktlrsridi
    @srflaktlrsridi 29 วันที่ผ่านมา

    Təzyiqi aşagi salir deye dəmlədiyin suyu ilə xəsil edib kefnən ye.xəsil təzyiqivi qaldirmayacaq cunki kəklikotunun suyu qoymayacaq

  • @user-iu7bo9nx7y
    @user-iu7bo9nx7y 5 หลายเดือนก่อน +1

    Кяклик отунун əсас мянбяи Гёйчя махалыды Севан гёлюнюн əтрафы

  • @user-ov2gq1ie3l
    @user-ov2gq1ie3l หลายเดือนก่อน

    KƏKLİK OTÜNUN MƏKANİ BİZİM BÖYÜK GISLAG KƏNDİMİZDİ
    😂

  • @ninjaclub_
    @ninjaclub_ ปีที่แล้ว +2

    Elə adamlar var heç bilmir nədi kəklikotu

  • @user-yq6tc2xk3n
    @user-yq6tc2xk3n 5 หลายเดือนก่อน

    Gundə neçə dəfə icmək olar?

  • @aviator588
    @aviator588 5 หลายเดือนก่อน

    Məndə təziqi qaldırır həmdə bütün oynaqlarımı ağrıdır

  • @user-ox2hc3fb4c
    @user-ox2hc3fb4c 6 หลายเดือนก่อน +1

    Инсанын оргонизмасындан демир витаминин йуйуб апарыр

  • @royasirinova97
    @royasirinova97 5 หลายเดือนก่อน +1

    Çox Tesuf təzyiqimi salır

    • @user-cn3wy2sd6l
      @user-cn3wy2sd6l 5 หลายเดือนก่อน +1

      Bəli təzyiqi aşağı salır mən çox istifadə edirəm

  • @zohrabqaziyev8514
    @zohrabqaziyev8514 5 หลายเดือนก่อน +3

    Faydalı məlumatlara görə təşəkkür edirik. Kəklikotu çayı təzyiqi aşağı salırmı? 👍🏻👍🏻

    • @royasirinova97
      @royasirinova97 5 หลายเดือนก่อน +1

      Məndə təzyiq normaldır. Amma içən kimi düşür təzyiqim. Orqanizmdən asılıdır. Prob edin. Adam var onun təzyiqinə təsir etmir

    • @user-qb1tg5vy4c
      @user-qb1tg5vy4c 5 หลายเดือนก่อน +1

      Qaynar olduqda beli salir tezyiqi, soyuq halda icilirse tezyiqi qaldirir.

  • @HuseynSahin_
    @HuseynSahin_ 4 หลายเดือนก่อน

    Bunu içəndə təziqim düşür

  • @user-ev6xj1pg3c
    @user-ev6xj1pg3c 5 หลายเดือนก่อน +1

    Salam. Bəlkə birinin təzyiqi aşağıdır, kəklikotuda təzyiqu aşağı salandır onda bəs necə olar? Odurki əks göstəriciləri barəsindədə məlumat versəniz birazda yaxşı olar.

  • @RaminMarifli-wi3xw
    @RaminMarifli-wi3xw 6 หลายเดือนก่อน +4

    Şərəfsiz həkimlərmiz insanları bu bitkidən uzağlaşdırıb