Ustadlar ustadı - Zülfü Adıgözəlov

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Copyright © Aran Ağcabədi TV
    TH-cam kanalına abunə olun: / aranagcabeditv
    Facebook - bit.ly/FB-aran
    İnstagram - bit.ly/İN-aran
    TH-cam - bit.ly/YT-aran
    Rəsmi sayt: aranqazeti.az
    Ağcabədi Rayon İcra Hakimiyyətinin təsisçisi olduğu və 1932-ci ildən nəşr olunan çap mediası orqanı “Aran” qəzeti 1932-1962-ci illərdə “Ağcabədi pambıqçısı”, 1962-1966-cı illərdə “Lenin yolu”, 1966-1990-cı illərdə “Sürət” adı ilə nəşr edilmiş, 1990-cı ildən etibarən isə “Aran” adı ilə çap olunur.
    “Aran” qəzeti yeganə region mətbuatıdır ki, 3000 nüsxə tirajla həftədə 2 dəfə çap olunur. Qəzetdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları, bəyanatları, səfərləri ilə bağlı məlumatlar, bununla bağlı vətəndaşların fikirləri yer alır. Həmçinin, rayonun ictimai-siyasi həyatının bütün sahələri, kənd təsərrüfatı, təhsil, mədəniyyət xəbərləri ilə yanaşı, Ağcabədinin tanınmış şəxsləri, tarixi haqqında araşdırma yazılar, şəhidlərimiz, qazilərimiz haqqında məqalələr mütəmadi olaraq işıqlandırılır.
    “Aran” qəzetinin 2021-ci ilin əvvəlindən onlayn media orqanı olan “www.aranqazeti.az” veb-saytı, noyabr ayından isə “TH-cam” platforması üzərindən “Aran Ağcabədi TV” adlı internet televiziyası fəaliyyət göstərir.
    Qəzetin redaktoru Məhsəti Ağayevadır (Məhsəti Musa).
    #AranAğcabədiTV

ความคิดเห็น • 34

  • @nargilerecebova5962
    @nargilerecebova5962 ปีที่แล้ว +14

    Mərhum korifey sənətkar Zülfü Adıgözəlovun həyat və yaradıcılığından ibarət olan bu verlişinizə sevə-sevə tamaşa elədim. Hətta, zövq aldım, deyərdim. O qədər gözəl, geniş və ətraflı məlumatlardan ibarət bir reportaj hazırlamısınız ki...Bu incəsənətimizə bir qayğı və ən gözəl münasibətlərdəndir. Zülfü Adıgözəlovun incəsənətimizdə əlbəttə böyük xidmətləri olub. Amma bunu unudulmağa qoymamağa, yenidən bu dərəcədə, yüksək səviyyədə tamaşaçıya, mədəniyyət və incənət sevərlərə çatdırmaq, eyni zamanda yeni və gənc tamaşaçı auditoriyasına təqdim etmək, tanıtmaq ən gözəl, mən deyərdim ki, həm də savab işlərdən biridir. Allahdan Zülfü bəyə rəhmət, sizə isə möhkəm can sağlığı arzu edirəm, Gündüz müəllim. Varolun, Aran Ağcabədi tv.

  • @bstincfli625
    @bstincfli625 ปีที่แล้ว +10

    Gözəl veriliş idi.Çox böyük şövqlə izlədim.
    İndiki musiqi aləmində zövqsüzlük tüğyan elədiyi bir dövrdə bizim,xüsusilə gənclərin belə verilişlərə böyük ehtiyacı var.
    Mənəvi dünyamızı zənginləşdirən bu cür korifey sənətkarları unudulmağa qoymadığınız üçün Sizə təşəkkürlər,Gündüz müəllim.
    Uğurlarınız bol olsun!

  • @Neceflirefiqe
    @Neceflirefiqe ปีที่แล้ว +10

    İzlədiyim ən səmimi videolardan biridir. Gözəl korifey sənətkarlarımızı unudulmağa qoymadığınız, onları belə xatirələrlə yaşatdığınız üçün təşəkkür edirəm. Bir gənc olaraq ən sevdiyim musiqilər keçmişin musiqiçi dahiləridir. Hansı ki o musiqilərə artıq Retro musiqilər deyilir. Verlişiniz ümid edirəm çox insan tərəfindən izlənər. Çünki belə dəyərli verlişlər, belə dəyərli sənətkarların həyat və yaradıcılığına bələd olmaq biz gənclərin borcudur. Verlişin Sizin səlis nitqiniz və gözəl aparıcılıq qabiliyyətinizlə vəhdət təşkil etməsi isə ayrı bir gözəllil qatıb. Var olun. Təşəkkürlər Gündüz müəllim!

  • @AInci-vy4ut
    @AInci-vy4ut ปีที่แล้ว +10

    Aran Qarabağı Ağcabədimiz əvəzsiz sənətkarlar yetişdirib hər zaman.Bu cür gözəl kanalımız,belə gözəl verilişlərlə sənətkarlarımızı xatırladan ,gözəl təqdimatlarla izləyicilərə çatdıran insanlar da var olsun. Təşəkkürlər Aran Ağcabədi kollektivi! Var olun, Gündüz Sevindik!
    Allah unudulmaz sənətkarlarımıza rəhmət eləsin!

  • @elcinmeherremli8239
    @elcinmeherremli8239 ปีที่แล้ว +13

    Ustad Gündüz Sevindiyə sonsuz təşəkkürlərimi bildirirəm.

  • @habilabdulazimov7419
    @habilabdulazimov7419 ปีที่แล้ว +13

    Ağcabədi torpağı istedadlı,görkəmli,dahi şəxsiyyətlər yetişdiribki,həmin şəxsiyyətlər xalqımızın mədəni həyatında çox böyük işlər görüblər.Həmin şəxsiyyətlər,sənətkarlar bu gün də xalqımızın qəlbində yaşayır.
    Dahi sənətkar Zülfü Adıgözəlovun irsinin öyrənilməsində bu veriliş mühüm töhfədir.Ona görə də Aran TV-yə, xüsusi ilə Gündüz müəllimə təşəkkür edirəm.

  • @eliyevaseide1421
    @eliyevaseide1421 ปีที่แล้ว +9

    Çox dəyərli sənətkarlarımız haqda gərəkli məlumatları sizdən öyrənmək özü bir şərəfdir.Ən xırda detallara belə toxunmusunuz.Bu məlumatları bilmək hər birimizin borcudur.Sayənizdə dahilərimiz haqda bilmədiklərimizi öyrənirik.
    Adları çəkilən bütün sənətkarlarımızın ruhu şad olsun!
    Sizə isə dərin minnətdarlıq hissi ilə var olun deyirəm,əzizim Gündüz Sevindik!🙏🤍

  • @ElaminAmin
    @ElaminAmin ปีที่แล้ว +12

    Çox Gözəl Alınıb, Belə Dəyərlərimizi Daim Qoruyub Gələcək Nəsillərə Ötürməliyik 👍👍👍👍

  • @ayxan5218
    @ayxan5218 ปีที่แล้ว +15

    Çooox saq olun ,Var olunki milli mənəvi dəyərlərmizi yaddan çxartmırsız.🤗👍

  • @PƏRVİZELMİDAR_OĞLU
    @PƏRVİZELMİDAR_OĞLU ปีที่แล้ว +12

    ALLAH GÖZƏL USTADLARIMIZA RƏHMƏT ETSİN Aran tv Təşşəkkürlər ki belə bir lahiyə hazırlayıb Ustadlarımızı Yada salıb

  • @tahireqasimova
    @tahireqasimova ปีที่แล้ว +14

    Cox sağ olun Teşekkür edirem Aran Ağcabədi Tv studiyasının əməkdşlrı .Beləə gözəl sənətktlarımız haqqında bilmədiklərimiz məlumatları bizə catdırırsız .

  • @ocuvova3926
    @ocuvova3926 ปีที่แล้ว +15

    Nə gözəldirki belə Sərvətlərimizi yaşadılırı❤

  • @ElemdarQuliyev-b9b
    @ElemdarQuliyev-b9b ปีที่แล้ว +14

    Təşəkkür sizə Gündüz müəllim

  • @perinecefli8283
    @perinecefli8283 ปีที่แล้ว +10

    Allah rehmet elesın Kamil emın İndi seni göreyi .

  • @adyok.6954
    @adyok.6954 ปีที่แล้ว +10

    Dünya, musiqi, gözəllik kimi kəlmələrdən söz düşmüşkən Henrik Heynenin bir frazasını xatırladım. "Ölüm həyatın, musiqi isə sənətin son sözüdür. Zülfü Adıgözəlov muğamların labirintlərinə kamilliklə bələd idi. O, bir muğamın qapısından girib ifaya başlar, ruhunu incitmədən, səsləniş rəvanlığına xələl gətirmədən növbəti guşəyə keçib asudəcə cövlan edər, sonra elə gəldiyi rəvanlıqla əvvəlki muğama qayıdıb yolunu davam etdirə bilirdi... Muğam dəstgahlarının ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikro və makro şəklində müstəqil təfsirlər toplusu yaradırdı.

    • @adyok.6954
      @adyok.6954 ปีที่แล้ว +10

      Əsil sənət genli bu nəslin keçənlərinə- təkrarsız xanəndə babaya və bəstəkar ataya qəni-qəni rəhmət, qalanlarına- büsbütün orijinal dirijor varisə yeni-yeni şan-şöhrət! Bu videonun hazırlanmasında azacıq da olsa əməyi keçən operativ, fəal, işgüzar kollektivinin bütün üzvlərinə işə Sonsuuuz şükran və minnətdarlığımı bildirirəm. Rəbbim bu dünyada var olan bütün ustad sənətkarlarımızın səsini, nəfəsini ümumiyyətlə varlığını qorusun inşaAllah!

  • @rufetnovruzade9268
    @rufetnovruzade9268 ปีที่แล้ว +12

    Ustad Gündüz Sevindiyə təşəkkürümüzü bildirırık ki, bizi belə ustad sənətkarlarla tanış edir. Doğma gözəl Ağcabədi. Yaşa.

  • @Aylinnn_E
    @Aylinnn_E ปีที่แล้ว +10

    Çox gözəl alınıb 👍

  • @tahireqasimova
    @tahireqasimova ปีที่แล้ว +16

    ALLAH gözəl ustadlarımıza rəhmət eləsin Qəbriləri nurla dolsun. Qəlblərdə əbədi yaşayan ustadlarımız .

  • @kmalhmdova6679
    @kmalhmdova6679 ปีที่แล้ว +8

    Allah ustadlarımıza rəhmət eləsin🤲

  • @jfjffmfffghd5910
    @jfjffmfffghd5910 ปีที่แล้ว +10

    Allah Deyerli Sənətkarlarımıza rehmet elesin.Sair balamlz Sevindik Gündüz Korifey Sənətkarlarımız haqqlnda belə lahiye lər hazlrladlglnlza görə sizə çox sağ ol deyirəm.

  • @gunelabbas3697
    @gunelabbas3697 ปีที่แล้ว +11

    Əla, uğur olsun!

  • @qedimaliyevaxezengul4695
    @qedimaliyevaxezengul4695 ปีที่แล้ว +8

    Allah rəhmət eləsin

  • @rzarzayev4607
    @rzarzayev4607 5 หลายเดือนก่อน +5

    Allah dünyasını dəyişən sənətkarlarımıza qəni qəni rəhmət eləsin ruhları şad yerləri cənnət olsun Amin ya Rəbbəl Aləmın

  • @Esramgul
    @Esramgul ปีที่แล้ว +12

    😍😍😍😍

  • @Gulnar_Qasim
    @Gulnar_Qasim ปีที่แล้ว +12

    👏👏👏

  • @Ferid.1980.
    @Ferid.1980. ปีที่แล้ว +3

    Üzeyiri.Zülfünü.Tofiqi.
    Mütəllimi.Yaqubu.
    Şəmsini.Və.
    Bir.çox.Dahiləri.
    Yetirən.
    Qarabaģ.Xanlıģının.ilk.
    Mərkəzi.olan.
    Aģcabədi.Torpaģına.
    Və.Aģcabədililərə.
    Eşq.Olsun.🇦🇿🇹🇷

  • @aygunagayeva5212
    @aygunagayeva5212 ปีที่แล้ว +9

    Coxx gozel cekilis alınıb

  • @MeherremHüseynov-d7l
    @MeherremHüseynov-d7l ปีที่แล้ว +5

    Sağ ol Gündüz Sevindik

  • @Islam-ng1yo
    @Islam-ng1yo 4 หลายเดือนก่อน +3

    DƏQİQ BİLİRƏMKİ BABAM MƏŞƏDİ İSLAMLA XALAOĞLU OLUBLAR. TƏFSİLATI BİLMİRƏM

  • @ROMA-qh6mk
    @ROMA-qh6mk ปีที่แล้ว +8

    Sagol şair❤❤

  • @elsadsirinov04
    @elsadsirinov04 ปีที่แล้ว +6

    Allah rehmat Elesin

  • @UniversalTelecom-rt3eu
    @UniversalTelecom-rt3eu 2 หลายเดือนก่อน +2

    Allah səmədbəy oglunu rəhmət eləsin .

  • @MirzalıNiftalıyev-r7g
    @MirzalıNiftalıyev-r7g ปีที่แล้ว +2