Bu Şəxslərə Nimesil OLMAZ- 98% İnsan Bunu Bilmir

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Bu şəxslərə nimesil Qəti Olmaz - həyat üçün təhlükəlidir.
    . əziz izləyicilər videoların analitikasına baxanda videoya baxanların çox az hissəsinin abunə olduğunu görürəm bizə dəstək olmaq üçün videonu bəyənib kanalımıza abunə olmağı unutmayın.
    Yəqin ki, baş, bel, oynaq və sair kimi ağrılardan şikayətlənməyən insan yoxdur. Bu ağrılardan əziyyət çəkən insanlar adətən həkimə deyil də birbaşa üz tuturlar apteklərə. Bu ağrıların azaldılması üçün isə müxtəlif üsullar var. Bəziləri bu ağrılara dözərkən bəziləri də ağrı kəsici preparatlardan istifadə edirlər. Bu preparatlardan biri də bir çox ölkələrdə və respublikamızda da satışı çox olan nimesil dərmanıdır.
    indi sizə 2015-ci ildən respublikamızda satışına başlanılan və tələbatın get-gedə artdığı nimesil haqqında məlumatları təqdim edirik.
    Bu ağrıkəsici təsirə malik qeyri-steorid iltihab əleyhinə vasitədir, tərkibindəki maddənin adı isə nimesulide adlanır. Bundan əlavə saxaroza, portağal dadlı və iyli dadverici, limon turşusu, maltodekstrin və makroqolun setostearil efiri kimi köməkçi maddələr də daxildir.
    Dərman təsirini ilk 5-15 dəqiqə ərzində göstərir və 6 saata qədər davam edir.
    Nimesil hansı ağrıları kəsir?.
    - Əməliyyatdan sonra yaranan ağrılar,
    - Baş və diş ağrısı.
    - Əzələ ağrısı.
    - Ayaq burxulmaları, bədənin zədə almasından sonra yaranan ağrılar.
    - Damar, ginekoloji və uroloji xəstəliklər.
    - Bədən temperaturunun artması.
    Bu dərman bir çox ağrılara gülcü təsir etsə də ondan düzgün şəkildə istifadə etmək lazımdır. Nimesil yeməkdən sonra qəbul edilməlidir. 12 yaşdan yuxarı olan uşaq və böyüklər 100 milli suda bir paket həll edərək içməlidirlər. 0 -12 yaş aralığında olan uşaqların isə istifadəsi qəti şəkildə qadağandır. Maksimum müalicə müddəti 15 gündür. 15 gündən artıq istifadəsi həyat üçün təhlükə yarada bilər. Araşdırma zamanı məlum olmuşdur ki, nimesulide maddəsi böyrəklər tərəfindən xaric olunur, buna görə də böyrək çatışmazlığı olan xəstələr bu dozanı azaltmalı ya da ümumiyyətlə istifadə etməməlidir.
    Bütün bunlardan əlavə preparatın yan təsirləridə mümkündür. Belə ki, dəridə qaşınma, qızartı, normadan artıq tərləmə, nadir hallarda isə nəfəs darlığı problemi yarada bilər. Buna görə də, mütəxəssislər dərmanın güclü təsirini və dozasını nəzərə alaraq həkim məsləhəti ilə istifadə edilməsini məsləhət görürlər.
    Normadan artıq istifadə edildikdə yuxu gətirir, qusma, ürəkbulanma, mədə ağrısı və ya narahatlıqlara səbəb olur. Mədə-bağırsaq xoraları, diabet, təzyiq xəstələrinin istifadəsi qadağandır. nimesil,nimesilin faydaları,nimesilin zərəri,kimlərə nimesil olmaz,ağrıkəsici,sağlamlıq

ความคิดเห็น • 3

  • @user-on9sf7fs1b
    @user-on9sf7fs1b 8 วันที่ผ่านมา

    Salam

  • @elmir152
    @elmir152 4 หลายเดือนก่อน

    Mənim mədəmə çox pis təsir edir

  • @arazcebiyev7760
    @arazcebiyev7760 4 หลายเดือนก่อน

    Дай неш дейирсен.
    Меним бейрейими бу.зай етди.
    Чох ичдим. Ахырда бейрейими итирдим