Leyla Əliyeva - Ana, nə olar, getmə - Мама, не уходи!
ฝัง
- เผยแพร่เมื่อ 22 ต.ค. 2024
- Mahir Qabiloğlunun
tərcüməsində.
Ana, nə olar, getmə!
Ana, nə olar, getmə,
Məni atıb, tərk etmə!
Təlatümlü həyata
əbədiyyən qərq etmə.
Al isti qucağına,
Öp məni... məni oxşa.
Göydə ulduzlar yansın
bir ani baxışınla...
Heç dil də açmamışam,
Anacan,
mən körpəyəm,
Kitab nədir bilmirəm,
Dünyadan bixəbərəm.
Mən hələ çox körpəyəm,
Büdrəyirəm gəzəndə.
Sizi gözəl duyuram,
Həyatı bilməsəm də.
Mat qalmışam, can ana,
Ağlayırsan arabir.
Bu qədər yalan olar?
Yaddaşıma yazıram,
Böyüdükcə açılar,
bu yalanlar faş olar...
Siz böyüklər həyatla
oyun oynayan kimi
Gəlincik oynadıram,
Bu mən balan hələki...
Susmağı öyrənəcəm,
Əziz ana, susmağı!
Pünhanlıq, gizlilikdə
ötəcəm hamıınızı...
Qorxmağı öyrənəcəm,
Qəm‑kədər çəkməyi də...
Güvənim azalacaq,
Həyatın gərdişində...
Gün gələcək Uşaqlığa,
“Əlvida” deyəcəyəm.
Arzular da itəcək,
Uşaq vidalarımda.
Təkcə anam qalacaq
şirin röyalarımda.
Qəsrlər tikməyəcəm -
Ömür, gün yetməz, deyə...
Amma “heyf!” deyəcəm,
Bükülü bel, əsən əl
gəncliyi arayanda
qaranlıq küçələrdə...
Qocaldıqca, gəzəcəm
qeyb olmuş körpəliyi.
Etiraf da edəcəm:
“Ürək belə istəmiş!..”.
Əlbət, anlayacağam -
zaman ötmüş, vaxt keçmiş...
Anacan, inan ki, mən
danışmağı bilsəydim,
Bu fani dünyamızda
necə yaşamaq lazım? -
Öyrənərdin sən məndən
Öz körpənin dilindən...
Ana, məni tərk etmə,
Sənə üz tuturam mən.
Eşit, inan və anla.
Səninlə nəfəs alır
bu məsum, gözəl körpən...
видео - композиции подготовил
Пашаев Шакир
Город Гянджа
Video - kompozisiyanı hazırladı:
Paşayev Şakir
"Avrasiya - ONE - Star"
Söz: Leyla Əliyeva
Mus: Vahid Tağıyev
Етибар Алиев - Мама не уходи