“BURA VƏTƏNDİR”- İngiloylar - 26.04.2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • “BURA VƏTƏNDİR”- İngiloylar
    Ssenari müəllifi: Lütfi Nəzəroğlu
    Rejissor: Nəsimi Əliyev
    Qafqaz Albaniyasının etnoslarından sayılan İngiloylar- tarixən bu torpaqlada azərbaycanlılarla birgə- qardaşlıq şəraitində yaşayan çoxsaylı etnik qruplardan biridir.Azərbaycan xalqının etnogenezinin formalaşmasında özünəməxsus yeri olan bu qrupun nümayəndələri- əsasən, müsəlmanlardan, az bir qismi isə, gürcü dilinin cənub dialektində danışan xristianlardan ibarətdir.
    XIX əsrdən başlayaraq, belə bir fikir irəli sürülürdü ki, guya ingiloylar etnik mənsubiyyətinə görə, XVIII əsrdə islam dinini qəbul edən gürcülər olub. “İngiloy” sözü isə, “yeni və yol” söz birləşməsindən ibarət olmaqla, “yeni yol seçənlər” anlamına gəlir. Əslində isə, ingiloylar- tarixi mənbələrdə “qellər” adlandırılıb.Elə,bu etnosların Azərbaycanda yaşayan nümayəndələrinin - digər qonşu xalqlar tərəfindən qellər,qeloylar, qelovlar adlandırılması da, bu komponentin qədim qel etnonimi ilə əlaqəli olmasından xəbər verir.
    İngiloylar- Azərbaycan etnik tarixinin, ümumazərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, azərbaycanlılarla ortaq keçmişə, maddi və mənəvi mədəniyyətə malik olmalarını- bugün də, sevə-sevə nümayiş etdirir və bu mədəniyyətin daha da inkişaf etməsnə layiqli töhvələrini verməklə, müasir Aərbaycan cəmiyyətinə daha sıx inteqrasiya olunmalarını inamla nümayiş etdirirlər
    / ictimai.tv
    / ictimaitv.official
    itv.az/
    #İTV
    #Buravətəndir
    Müəllif hüquqları "Baku Cms Media" tərəfindən qorunur.
    office@bakucms.com / www.bakucms.com
    #ictimaitv #video #baku #videolar #itv

ความคิดเห็น • 185