Emin Sabitoğlu - "İstintaq" filminin fon musiqisi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • "İstintaq" filmi 1979
    Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
    Rejissor: Rasim Ocaqov
    Bəstəkar: Emin Sabitoğlu
    FB: / filmfictionmagazine
    Instagram: / filmfictionmagazine
    Twitter: / filmfiction

ความคิดเห็น • 360

  • @newyorkcu4851
    @newyorkcu4851 6 ปีที่แล้ว +346

    Insanin lap ağlayası gəlir.Uşaqlığın yada düşür.Hansı ki evdə hər kəs toplanardı baxardıq o filmlərə.Anam yanımda atam yanımda.Eh böyümək. bizə heç nə qazandırmayan böyümək......Uşaqlığımı heç nəyə dəyişmərəm.Retro filmler və retro mahnılar adamı lap uşaqlığına qaytarır 😔

    • @retroazerbaijanusub
      @retroazerbaijanusub 5 ปีที่แล้ว +1

      🤔

    • @semssems3667
      @semssems3667 5 ปีที่แล้ว +8

      @@retroazerbaijanusub ən azından biz uşaqlığı daddıq indiki uşaqlar internetden başqa nə görür?əsil indiki uşaqlığa yazıq ...biz uşaqlığı ona görə arzulayırığ çünki yaşamışığ qayğı ilə çətinlik görsey belə şirin idi o çağlarımız kaşki qayıda bilsəydik o illərə...

    • @retroazerbaijanusub
      @retroazerbaijanusub 5 ปีที่แล้ว +6

      @@semssems3667 Günahı təkcə uşaqlarda axtarmaq doğru deyil, misal üçün biz, yeni 2000-ci illərdən əvvəl doğulub uşaqlıq yaşayan şəxslər yanımızdakılardan görüb götürmüşük, oynamışıq, yaşamışıq. İndiki ailələrdə uşaq gözün açıb hər əlində bir telefon gəzən ana, ata,qohum və əhatə görür. Təbii ki, maraq ona yaranır. Bir insan görmədiyi, eşitmədiyi şeyi necə sevə bilər ki?! Günah uşaqlardan çox onlardan böyüklərdədir.

    • @semssems3667
      @semssems3667 5 ปีที่แล้ว +3

      @@retroazerbaijanusub siz də düz deyirsiz asılılıq yaranıb telefon bizim ayrılmaz parçamız olub nə yazıq ki...

    • @eldarnagzad4858
      @eldarnagzad4858 5 ปีที่แล้ว +3

      Sizin bu sözünüz məni lap kövrəltdi,müşfiqi öz yerində və ən asası (anam yanımda atam yanımda)

  • @ulkersdi4121
    @ulkersdi4121 6 ปีที่แล้ว +344

    xalis Azerbaycan ruhu budur . indi seviyesizler alib başını gedib heyif o gözel olkedem

    • @elsensefereliyev3145
      @elsensefereliyev3145 6 ปีที่แล้ว +7

      Əla dediniz

    • @ravinismayilzade1845
      @ravinismayilzade1845 5 ปีที่แล้ว +7

      Kaş o dövrü geri qaytara bilərdik hər biz gözəlliyin

    • @metlebqurbanl687
      @metlebqurbanl687 5 ปีที่แล้ว +2

      Haklisan heyif gozel olkemden

    • @umidabbaszad1015
      @umidabbaszad1015 5 ปีที่แล้ว +6

      Düzdü ay xanım vallah o bayram nurlunun yerinə belə mahnı görsətsinlər soram o bəzi hörmətsizlərin yerinə vallah

    • @faiqhesenov1612
      @faiqhesenov1612 3 ปีที่แล้ว +3

      Vallah düz deyirsiz Ülkər xanım heyif çox heyif o keçən günlərdən. O ölkə başqa ölkə idi tam başqa.

  • @safavidazepm
    @safavidazepm 6 ปีที่แล้ว +268

    Bilirsin niye indi bu kinolar yoxdu çünki ruhu yoxdu day insanların

    • @cevairaslanov9718
      @cevairaslanov9718 4 ปีที่แล้ว +2

      Tam dogru...

    • @azarnazarov
      @azarnazarov 4 ปีที่แล้ว +4

      bir az da dəqiq desək ruhu var ancaq zay gündədir

    • @cevairaslanov9718
      @cevairaslanov9718 4 ปีที่แล้ว

      @@azarnazarov dogru

    • @user-xh7bc2jp2b
      @user-xh7bc2jp2b 4 ปีที่แล้ว +6

      bu mahniya qulaq asanlarin ruhlari var:)

    • @safavidazepm
      @safavidazepm 4 ปีที่แล้ว

      @@user-xh7bc2jp2b mahnıdan yox kinodan söhbət gedir

  • @dusuncgucu290
    @dusuncgucu290 5 ปีที่แล้ว +209

    Bu musiqi danışır, bu musiqi çox şey deyir. Bu musiqinin sözlərə ehtiyacı yoxdur. Emin Sabitoğlu şedevri. Çox gözəl hazırlanıb. Təşəkkürlər.

    • @elnarefakhim4276
      @elnarefakhim4276 4 ปีที่แล้ว +26

      Musiqiyə diqqətlə qulaq asın burda Azərbaycan notları yoxdu..Paul Maurata aiddir

    • @remages557
      @remages557 3 ปีที่แล้ว +11

      Bu bizim musiqimiz deyil

    • @orxanmemmedov4683
      @orxanmemmedov4683 3 ปีที่แล้ว +3

      Şəki torpağı dahilər yetirir.Basqa cür ola da bilməz

    • @drawnbygoya
      @drawnbygoya 2 ปีที่แล้ว +4

      @@orxanmemmedov4683 hər mövzuda yerlibazlıq olunmalıdı?

    • @omersuleymanov4303
      @omersuleymanov4303 2 ปีที่แล้ว +4

      @@elnarefakhim4276 Paul Maurata aid olan musiqi tamam başqadır,düzdür notlarda oxşarlıq var,hər iki musiqi eyni muğam üstündədir,amma paul maurata aid olan musiqi ilə bunu eyni anda dinləsəniz bunun plagiat olmadığını başa düşəcəksiniz,musiqi Emin Sabitoğluya aiddir,təşəkkürlər.

  • @ezelgozel826
    @ezelgozel826 4 ปีที่แล้ว +198

    Mahnı haqqında qısa məlumat yazmaq istədim.Çünki,Azərbaycanlıların bəziləri mahnı haqqında "Emin Sabitoğlu oğurlayıb bunu", "Mahnı "İstintaq" filmində səsləndirilib", "Emin plagiatçıdır" kimi rəylər yazıb.Əvvəla,bildirmək istərdim ki,mahnının originalı Rare Bird qrupunun Symphaty adlı 1969-cu ildə çıxan mahnısıdır.Paul Mauriat onu orkestr üçün hazırlayıb.Emin Sabitoğlu isə ,böyük ehtimalla, bu əsərdən ilhamlanaraq yeni bir əsər yaradıb, hansı ki, 1979-cu ildə bu mahnı "İstintaq" filmində istifadə olunub.Yəni,"İstintaq" filmindəki musiqi ilə bu musiqinin müəllifləri eyni deyil.Həmçinin,1970-ci ildə mahnı Paul Mauriatın düzəltdiyi formatda türk yeşilçam filmi olan "Arım Balım Peteğim"də istifadə edilib.Və "Balta" adlı Azərbayanda böyüklər üçün nəzərdə tutulan cizgi-filmdə yenə də yeşilçam filmindəki kimi,Paul Mauriatın düzəltdiyi formatda istifadə edilib."Balta"da istifadə edilən musiqi Emin Sabitoğluna aid deyildir.

    • @nigarzeynalova490
      @nigarzeynalova490 3 ปีที่แล้ว +5

      Teşekkür edirəm 👍

    • @user-oc4nm8my4h
      @user-oc4nm8my4h 2 ปีที่แล้ว +22

      İstənilən halda bu plagiat musiqidir, ora-bura fırlatsaz da, xeyri yoxdur.

    • @kralnebukatnezar7646
      @kralnebukatnezar7646 2 ปีที่แล้ว +3

      Ətraflı məlumat ücün təşəkkürlər

    • @ShirvanovRovshan
      @ShirvanovRovshan 2 ปีที่แล้ว +3

      Təşəkkür edirəm Gözəl xanım, aydınlıq gətirdiyinizə görə.

    • @Xanstva
      @Xanstva 2 ปีที่แล้ว +3

      istintaq filmi 1966 ci ile aiddir

  • @elsenkerimov3964
    @elsenkerimov3964 6 ปีที่แล้ว +83

    Həsən Məmmədov kimi dahi sənətkarlarimiz getdi belə insanlar daha olmayacaq

  • @Mr_engineer_
    @Mr_engineer_ 5 ปีที่แล้ว +99

    Musiqi budur , zovq budur eser budur musiqinin dadi etri rengleri var duya bilenler ucun musiq canlidir sedevrdir...

    • @samirziyeddinov7339
      @samirziyeddinov7339 2 ปีที่แล้ว +1

      Bizim musiqi deyil bu,plagiatdir.Rare Bird qrupu bu mahnini 1969cu ildə oxuyub.

    • @Mr_engineer_
      @Mr_engineer_ 2 ปีที่แล้ว +1

      @@samirziyeddinov7339 men demedim ki biz yazmisiq bu dediyiniz melumati bilirdim hardasa yazdiginida xatirlayiram

    • @wrestleaze
      @wrestleaze 2 ปีที่แล้ว +1

      @@samirziyeddinov7339 ferqli musiqilərdi, notlar bənzəyir, amma ümumi götürəndə fərq çoxdur

    • @omersuleymanov4303
      @omersuleymanov4303 2 ปีที่แล้ว

      @@samirziyeddinov7339 Qardaş tamam fərqli musiqilərdir.Eyni muğam üstündə ola bilər,bu sizi aldatmasın.Ümumillikdə eyni musiqilər deyil.

  • @Alimov_stxa
    @Alimov_stxa 5 ปีที่แล้ว +233

    bəyənməyən 5 nəfər ermenidi
    Mən Lezgiyem sevirəm Azərbaycanın yaxşı insanlarını

    • @renac1276
      @renac1276 5 ปีที่แล้ว +45

      Səndə Azərbaycanlısan bizdə qardaşım burda atalarimiz yaşayib bütov Azərbaycanımızda❤

    • @anonymuser302
      @anonymuser302 3 ปีที่แล้ว +13

      Önəmli olan bu yurdda bir-birimizə dəstək verərək, qardaşcasına yaşamağımızdır, bəy. İstər ləzgi, istər talış, istər kürd, istərsə də türk və sairə ol, əgər Azərbaycana ürəkdən sevgi duyursansa, deməli, sən də bu ailənin gerçək bir üzvüsən.

    • @elshadjafar2437
      @elshadjafar2437 3 ปีที่แล้ว +2

      Deyim yerində isə Vətənimiz ABŞ kimidir. Müxtəlif xalqlar yaşayir. Sevdikləri isə vahid Azərbaycandir. Canim vətənim.

    • @XUDAT
      @XUDAT 2 ปีที่แล้ว

      @@renac1276 Sen sarsagsan konkret. Ayri seckili salan adamsan, sen hec yazdigini oxuyursan yazandan sonra?! Men metisem wexsen iki milletdenem, amma sen ermenise. Orda o sexs pis hecne yazmayib, sense uje sinene doydun. Bax ele senin kimi ermeni esilli werefsizlere gore, Azerbaycan dagilir. Can deyene azzar deyer tip adam.

    • @renac1276
      @renac1276 2 ปีที่แล้ว

      @@XUDAT men o sexse ne ise pis bir sey demisem?

  • @suleymanxasmemmedov7275
    @suleymanxasmemmedov7275 6 ปีที่แล้ว +68

    İlahi mən niyə bu qədər Duyğusal biriyəm və niyə adi bir şey belə ürəyimi paramparça edir... ( həyat yaşadıqca gözəl, yaşandıqca üzücüdür...

    • @suleymanxasmemmedov7275
      @suleymanxasmemmedov7275 6 ปีที่แล้ว +3

      @@aynuresgerova414 Mən özüm - özümlə bacarmıram. Hər dəfə desəmdə bəsdi daha, hər şeyə reaksiya verməyim və ürəyimə salmayım, ama çox təəssüflər olsun, alınmır...

    • @suleymanxasmemmedov7275
      @suleymanxasmemmedov7275 6 ปีที่แล้ว +1

      @@aynuresgerova414Və bu da üzür insanı... Getdikcə daha çox.

    • @suleymanxasmemmedov7275
      @suleymanxasmemmedov7275 6 ปีที่แล้ว +1

      @@aynuresgerova414 təşəkkür edirəm. Dinləmişəm və dinləyirəm də.

    • @solnishkosadikzade8968
      @solnishkosadikzade8968 5 ปีที่แล้ว

      😕

    • @babalazimov9276
      @babalazimov9276 5 ปีที่แล้ว +1

      @@aynuresgerova414 Sizləri çox gözəl və yerində anlayıram...illərdir özümü bu mövzuda tərbiyə edə bilmirəm əziyyətin də özüm çəkirəm daim...çox pis xarakterdi insanda duyğusallıq həssaslıq bütün həyatın məhv edir insanın ehh...

  • @azerbaycanazerbaycanliyam8373
    @azerbaycanazerbaycanliyam8373 4 ปีที่แล้ว +11

    Valdeyin susarken biz anlamirdiq ele hey istediyimiz isteyerdik offf..Her seyin az insanligin bol olan vaxti nostalji((

  • @eltactapdiqov1933
    @eltactapdiqov1933 5 ปีที่แล้ว +52

    Cefer Cabbarli adina kunosutuduyada 1000 nefer adam isleyirmis indi ise 25 nefer ozunuz netice cixarin!

  • @omernigarhuseynovlar6527
    @omernigarhuseynovlar6527 5 ปีที่แล้ว +29

    Yalnis zamanda dunyaya gelmisem keske sizin kimi senetkarlar bir dovurde yasiyardim

    • @emlaxundov
      @emlaxundov 3 ปีที่แล้ว +2

      Eyni fikir illerdi meni yorur, yanlış zamanda dünyaya gelmek

  • @MY-gy9lp
    @MY-gy9lp 5 ปีที่แล้ว +25

    Bele sevilen filmlere can veren Hesen Memmedov kimi Karifeyler birde gelmeyecek

  • @dhhshshadhsjddj8826
    @dhhshshadhsjddj8826 6 ปีที่แล้ว +174

    ata bes bu weylerden bizde niye yoxdu tuklerim biz biz oldu bu suali mende atama vermiwem atam susub cavabsiz qalmiwdi cox pis oldum

    • @adalatbayramov7810
      @adalatbayramov7810 5 ปีที่แล้ว +28

      Allah heç bir valideynin övladının yanında utandırmasın.

    • @arzuguliyevaa
      @arzuguliyevaa 5 ปีที่แล้ว +1

      😔

    • @alialiyav603
      @alialiyav603 5 ปีที่แล้ว +4

      Edalet Bayramov Amin

    • @kralicanurgul6164
      @kralicanurgul6164 5 ปีที่แล้ว +1

      Məni kövrəltmək lazım deyil

    • @barbarossemert3195
      @barbarossemert3195 4 ปีที่แล้ว +3

      Səni verənə şükür qardaş indinin özündə uşaqlar mənədə elə deyir, partlayıram çarəsizlikdən bilmirəm nə edim.😡

  • @drawnbygoya
    @drawnbygoya ปีที่แล้ว +11

    Nə vaxt ki bu musiqini dinləsəm rəhmətlik babam yadıma düşür. Bu gecə yuxuma gəlmişdi. Üzümə gülümsədin. Məni qucaqlamaqa çalışdın, ürəyim dözmədi yuxudan ayıldım. Yuxudan ağlayaraq oynamışdım. Bağışla, qucaqlamağına icazə verə bilmədim..

  • @shabnammalikova2033
    @shabnammalikova2033 3 ปีที่แล้ว +11

    Rehmetlik dayimin telefonunun zengi idi, bu musiqini onu yada salmaq ucun dinleyirem hemishe. Sevdiklerinizin qedrini bilin, shablon seslense de, inanin bu o qeder heqiqetdir ki, insan sevdiklerini itirende bunu derk ede bilir ancag teessuf ki.

  • @zaurcfrov1907
    @zaurcfrov1907 5 ปีที่แล้ว +44

    EMİN SABİTOĞLU !!!!!!!!! Dünyanın ən nəhəng, əzəmətli, səviyyəli, insanın ruhu ilə danışan, insan ruhunu dincəldən, qəmi, kədəri, təəssüv hisslərini notlarla ifadə edən, əfsanəvi musiqi əsərləri yaradan bir fantastik bəstəkar !!! İndi belə musiqilər yazılmır, belə filmlər də çəkilmir.Çünki insanlarda o ruhiyyə, o daxili gözəllik, insani hisslər qalmayıb.Pul naminə efirləri bambılı, səsi, mədəniyyəti, əxlaqı olmayan manıstlardan ibarət bir virus ordusu zəbt edib,Azərbaycan musiqisi uca bir dağın başından indi dərin bir quyunun dibinə düşüb.

    • @turanezizbeyli4251
      @turanezizbeyli4251 4 ปีที่แล้ว +4

      Bunu emin sabitoglu yazmayib

    • @nigarismayilova3971
      @nigarismayilova3971 4 ปีที่แล้ว

      @@turanezizbeyli4251 komek.ede bilersiz adaini tapmaga?

    • @kenan2581
      @kenan2581 4 ปีที่แล้ว +2

      @@nigarismayilova3971 Paul Mauriat - Sympathy (1970) eyni deyil ama oxsarliq var

    • @azerbaijanipeople1717
      @azerbaijanipeople1717 4 ปีที่แล้ว

      @@turanezizbeyli4251 Emin Sabitoglu yazib sadece ilham alraq yazib

    • @orxanmemmedov4683
      @orxanmemmedov4683 3 ปีที่แล้ว +3

      Bəstəkar da şəkili, rejissor da.

  • @bahruzmammedli1634
    @bahruzmammedli1634 3 ปีที่แล้ว +7

    Bu Puol Maruat a aid simpati musiqisidir!!!

  • @frdf723
    @frdf723 3 ปีที่แล้ว +9

    Emin sabitoglu dahi bestekar idi ! Allah rehmet elesin !

    • @ChessGod_u
      @ChessGod_u 8 หลายเดือนก่อน +1

      Bu musiqi Emin Sabitoğlunun deyil

  • @serxanmusali7631
    @serxanmusali7631 3 ปีที่แล้ว +5

    Emin Sabitoğlu sən necə dahisən, sən necə nemətsən Azərbaycan üçün?!

  • @naturespage2858
    @naturespage2858 5 ปีที่แล้ว +16

    Kaşki,Emin Sabitoğlu ‘zamanında keçseydi ömrüm....

    • @neftci5811
      @neftci5811 5 ปีที่แล้ว

      Tezim sevgi, munasibet, musiqi ve gozel zovgler.

  • @huseyntagiyev3581
    @huseyntagiyev3581 4 ปีที่แล้ว +9

    Çox gözəl filmdi, ümumiyyətlə hamımız bilirik ki, sovet vaxtında çəkilən filmlərmiz bir başqa idi. Amma indi demək olar başdan ayağa bayağılaşma təbliğ olunur.

  • @omernigarhuseynovlar6527
    @omernigarhuseynovlar6527 4 ปีที่แล้ว +8

    Kaski ama kaski o illerde yasiyardim her seyin gozell oldugu o illerde

  • @pehlivanhalil4175
    @pehlivanhalil4175 ปีที่แล้ว +2

    Emin Sabitoğlu 20 esrin en gözel bestekarlarından biridir. Onun bestelediyi musiqi her bestekarın başı üçün deyil, milli mensubiyyetinden asılı olmayaraq. Qaldı ki, bu musiqinin Emin Sabitoğluya şamil edilmesi onun günahı deyil, sovet ideloji mektebinin desti-xettiyle olub. Eminin kiminse artığına ehtiyacı yox idi, özü çox güclü bestekardı, bu heç müzakire mövzusu ola bilmez. Fexr edirik.

  • @qznfrmusabyov854
    @qznfrmusabyov854 5 ปีที่แล้ว +6

    Məhkəmə küçəsi söyüd ağacı altında gözləyən insanlar.İçtən gələn rəsm əsəri

    • @childmusabyov128
      @childmusabyov128 4 ปีที่แล้ว +3

      Xatırladığım o qədər şey , yadıma sala bilmədiyim o qədər şeyə paxıllıq edirlər .

  • @quantumc5756
    @quantumc5756 3 ปีที่แล้ว +4

    2021 ilk gunu 1 yanvar gece 01:45 ve men burdayam

  • @VIXXII97
    @VIXXII97 3 ปีที่แล้ว +6

    Heyf köhnə düşüncələr , köhnə yaşam çox heyf dünyamıza ... Çox heyf itirdiklərimizə məsələn Atam ... Tüklərim biz biz oldu ehh yaza bilmirəm .. Valideynlərinizin qədrini bilin uşaqlar vallah 🙏🏼😔

  • @turkanmamishova9461
    @turkanmamishova9461 5 ปีที่แล้ว +16

    Ən çox istədiyim uşaqlığımın geri qayıtması ...

  • @yasinbagirov2659
    @yasinbagirov2659 3 ปีที่แล้ว +9

    Emin Sabitoğlu əərləri hamısı gözəl və düşündürəndi.Bu musiqi isə əsl şedevrdir.

    • @nigarmusa
      @nigarmusa 2 ปีที่แล้ว +1

      Plagiatdir
      th-cam.com/video/DDXdwtbDbTg/w-d-xo.html
      Emin Sabitoğlu oğurlayıb

    • @yasinbagirov2659
      @yasinbagirov2659 2 ปีที่แล้ว

      @@nigarmusa Çox sağolun bunu bilmirdim.Təşəkkürlər

    • @elnurmammadov8935
      @elnurmammadov8935 ปีที่แล้ว

      @@nigarmusa Ferqli musiqilerdir.Buyurun qulaq asın.th-cam.com/video/DDXdwtbDbTg/w-d-xo.html

    • @elnurmammadov8935
      @elnurmammadov8935 ปีที่แล้ว

      @@yasinbagirov2659 Qardaş ferqli musiqilerdir.Buyurun ozunuz ferqi bileceksiniz.th-cam.com/video/DDXdwtbDbTg/w-d-xo.html

    • @aytenheyderzade1455
      @aytenheyderzade1455 9 หลายเดือนก่อน

      @@nigarmusa Emin Sabitoğlu kimi bir bestekar üçün oğurlayıb demek düzgün deyil.Musiqi oxşaya biler ama her ikisini dinledikde ferqleri ayırd etmek olur.

  • @rasulhajiyev4362
    @rasulhajiyev4362 ปีที่แล้ว +1

    Bu musiqini eşidəndə kövrəlirəm. Yadımdadır 93-94-cü illər idi, mən də uşaq idim. Birinci Qarabağ müharibəsi gedirdi. Televizorda murdar ermənilər tərəfindən qətlə yetirilmiş şəhidlərimizin şəkillərini göstərirdilər və fonda bu musiqi səslənirdi. Bütün ölkə depressiyada idi.. Çox ağır illər idi.. Allah bütün şəhidlərimizə rəhmət etsin İnşaAllah.

  • @cavidbaxshaliyev4314
    @cavidbaxshaliyev4314 4 ปีที่แล้ว +2

    vaxt gelecey Emin Sabitoğlu ve diger Azərbaycanlı bəstəkarlarımız, dünyaca məşhur olacaq.. insAllah.. onda belkede biz bu dunyada olmuyacayiq.. Cavid 22.05.1994

  • @hikmetmuradov936
    @hikmetmuradov936 2 ปีที่แล้ว +3

    Bu nə mözücə musiqidir adamın ruhunu bədənindən qoparır .Allah Emin müəllimə qəni qəni rəhmət eləsin adam doğrudanda dahi idi

  • @zulfiyyeeskerova6935
    @zulfiyyeeskerova6935 4 ปีที่แล้ว +5

    Nə aktyorlar,nə musiqilər vardı .heyif o istedadlardan.Allah rəhmət eləsin.

  • @wunscheaaa1701
    @wunscheaaa1701 6 ปีที่แล้ว +33

    Emin Sabitoğlu Allah ona rehmet etsin , xariqeler yaradib

    • @sehlab3229
      @sehlab3229 4 ปีที่แล้ว

      Təəssüf ki , bu bəstə onun deyil :/

    • @revanrahimov1980
      @revanrahimov1980 4 ปีที่แล้ว

      @@sehlab3229 bəs kimin bəstəsidi bu musiqi?

    • @sehlab3229
      @sehlab3229 4 ปีที่แล้ว

      @@revanrahimov1980 Paul Mauriat

    • @revanrahimov1980
      @revanrahimov1980 4 ปีที่แล้ว +1

      @@sehlab3229 təşəkkür edirəm

    • @seymurhemidov6036
      @seymurhemidov6036 4 ปีที่แล้ว

      gultekin isgenderova Kim dedi onun bestesi deyil? Bildiz bilmediz danisirsiz

  • @elishhuseyinov9370
    @elishhuseyinov9370 3 ปีที่แล้ว +2

    Yaxwiki Azerbaycanimizin bele dahi ince senetkarlari olub

  • @lonefikos4581
    @lonefikos4581 3 ปีที่แล้ว +3

    her sey deyisdi yeridiyimiz sekiler gezdiyimiz yerler, icinde gercek heyati canlandiran filimler, gercek sevgilerden behs eden mahnilarimiz, ele biz ozumuzde coox deyisdik.

  • @renaaliyeva2309
    @renaaliyeva2309 4 ปีที่แล้ว +1

    Emin Sabitoğlu dahi bəstəkar....Bu torpaq elə bəstəkarlar yetişdirib,,,,ancaq son 30 ildə bizim mədəniyyətimizi,təhsilimizi,səhiyyəmizi məhv etdilər,indi də biz bir millət kimi məhvə gedirik......

  • @zulfiqarquliyev7932
    @zulfiqarquliyev7932 3 ปีที่แล้ว +3

    Bir dəfə oğlum məndən soruşdu ki,ana niyə bizim soyuducumuzda ərzaqlar azdır.Mən istəyirəm ki,bizim soyuduvumuz da (qonşu qadının adını çəkdi,təsadüfən qonşudakı uşaqla oynamağa gedəndə soyuducunin içini görmüşdü) onlarınki kimi dolu olsun.Bizim soyuducuda isə "biri vardı,biri yox" .O hadisədən 27-28 il ötür,bizim soyuducu hələdə o vəziyyətdədir.

  • @semssems3667
    @semssems3667 5 ปีที่แล้ว +9

    Həə... bizim uşaqıığın gəncliyimizin dönəmi maraqlı rəngarəng həyatımız qayğısız illərimiz bu filmləri əzbərdən bilirəm deməy olar çünki izləyirdik heyif idi böyüməyə tələsməyimiz uşaqkən soruşardılar böyüyəndə nə olacaqsan ?düşünürdüm böyüdüm və cavabı tapdım uşaq olmaq istərdim...Allah rehmet eyləsin Həsən Məmmədova dövrümüzün ölməz aktyoru əfsanəsi...Emin Sabitoğlunun bəstələri əsrlər keçse də yaşıyacaq çünki şedevrlərə imza atmış bəstəkarımız Allah rehmet eyləsin dünyasını dəyişmiş dahilərimizə...

  • @MirelemMusazade
    @MirelemMusazade 3 ปีที่แล้ว +3

    Azərbaycan musiqisinin döyünən ürəyi, axan qanı, nöktəsini, nidasını, bir sözlə damğasını vuran insan Emin Sabitoğlu Allah rəhmət eləsin.

  • @elnuraghamliyev5136
    @elnuraghamliyev5136 10 หลายเดือนก่อน

    ALLAHIM Bu ne gozel musiqidi bu ne gozel filimdi filimde nece boyuk heqiqetlerden daniwlir Allah bu gozel fimin erseye gelmesinde emeyi olan butun Senetkarlarimizi Rehmet elesin 😢

  • @aqilaliyev5788
    @aqilaliyev5788 4 ปีที่แล้ว +2

    90 nin kasibligi. O vaxtlarin xususi aby havasi hec vaxt yadimnan cixmayacaq

  • @islamislamov4539
    @islamislamov4539 4 ปีที่แล้ว +2

    Cox gozel filmdi ela .Allah butun dunyasini deyiwenlere Rehmet elesin .yerde qalanlara can sagiligi Amin Inwallah

  • @qafqazislamordusu
    @qafqazislamordusu 3 ปีที่แล้ว +2

    Bu mahnıya qulaq asanda babam yadıma düşür sanki mahnı xatirələri yada salmaq üçün yazılıb.

  • @sabuhialiyev2882
    @sabuhialiyev2882 4 ปีที่แล้ว +1

    Çox təəssüf edirəm ki, Emin Sabitoğlu ÜZEYİR BƏY, QARA QARAYEV, vəs. bəstəkarlar bir daha dünyaya gəlməyəcək.

  • @qafarlyegane2335
    @qafarlyegane2335 3 ปีที่แล้ว +2

    derin mena var xəyallara aparir insani

  • @efsaneyusifli2099
    @efsaneyusifli2099 3 ปีที่แล้ว +1

    Emin Sabitoğlu. Kaş ki səninlə eyni dövrdə yaşasaydım. Kaş ki. ❤️

  • @sukurov4563
    @sukurov4563 3 ปีที่แล้ว +1

    Duzdu bu mahni sympathy mahnisina oxsuyur amma bu emin Sabitoğlu besdeliyib

  • @tamerlanzeynalli2701
    @tamerlanzeynalli2701 4 ปีที่แล้ว

    Xəyal gah dağdadır gah da aranda
    Gah göyə yüksəlir, gah enir insan.
    Otaqda 1 saat tək oturanda,
    100 ilin dərdiylə yüklənir insan.
    Elə bil divarlar gəlir üstünə
    Qulağın səslənir, qəlbin döyünür.
    Alışıb yanırsan sən öz tüstünə,
    Nidalar gözündə suala dönür.
    İnsanı tez yorar düşüncələr də,
    Verib nəfəsini dərd udar insan.
    Özündən başqası olmayan yerdə,
    İnsan olduğunu unudar insan…
    Bir günəş bəs edər, pərişan olma,
    Sənin yüz Kür qədər göz yaşın olsa.
    Min dərd hücum etsə, könül, sıxılma,
    Bir nəfər dərd bilən sirdaşın olsa.
    Çay çaya qovuşmaz sular daşmasa,
    Ulduzun ulduzla ünsiyyəti var.
    Göydə buludlar da qoşalaşmasa
    Nə ildırım çaxar nə yağış yağar.
    Yol tapa bilərmi saz ürəklərə,
    Mizrab asta-asta telə dəyməsə?
    Çıxarmı qönçədən tək bircə kərə,
    Bülbülün nəfəsi gülə dəyməsə?
    Qəlbimdə min sözüm, min söhbətim var,
    Mən deyim, siz deyin, dil yorulmasın.
    Yığılın, yığılın başıma dostlar,
    Mənim bir günüm də sizsiz olmasın.
    Dostların qəlbidir yurdum, məskənim,
    Ürəkdə bir nisgil gərək olmasın.
    Sağlığım bir yana, a dostlar, mənim;
    Soyuq məzarım da heç tək olmasın

  • @orxanataxanov9270
    @orxanataxanov9270 5 ปีที่แล้ว +3

    Biz varlı milletiy menevi baximdan qedrini biley.. görün nelerimiz var

  • @Gocamp.az.
    @Gocamp.az. 4 ปีที่แล้ว +1

    Heyf heyf gozellikler indi batmisig batagligdan cixa bilmirik heyf sizlerden , sizin kimi ustadlardan😞😢

  • @esmaaltunay
    @esmaaltunay 5 ปีที่แล้ว +1

    Esl musiqi. Esl bestekar
    Esl kino. Esl aktyor. Musiqi zövqü olmayan nadanlar bu senet eserlerini sıxıcı hesab edir. Deyirem de nadanliq...

  • @turkanvezir1735
    @turkanvezir1735 3 ปีที่แล้ว +2

    Emin Sabitoğlu çox gözəl və istedadlı bəstəkarımız olub. Lakin bu musiqi Rare Bird"in 1970-ci ildə bəstələdiyi "Simpatiya" əsəridir. Və sonralar bu musiqini Paul Mauriat simfonik orkestr üçün işləyib. İstintaq filmi isə 1979 -cu ildə çəkilib. Məlumatı yayarkən diqqətli və düzgün olmaq, yaxşı araşdırmaq lazımdır.

  • @frhadtalibov252
    @frhadtalibov252 3 หลายเดือนก่อน

    Çox gözəl kinodur

  • @heybatheybatov1358
    @heybatheybatov1358 3 ปีที่แล้ว

    Cavanlıgımın şad günü qocalıgın göz yaşı kədəri nı isə

  • @anarabasov762
    @anarabasov762 3 ปีที่แล้ว +1

    Gozel melodyadi. Men dusunurem ki hemen illerin hecde bu illerde ferqi yoxdu sadece bu mahni insani dusundurur kecmise aparir xatirladir. Yeni hemen zamanda yasayan biri o dovru deil onanda qabaki dovru yasamaq isteyer. Buda insanlarin itirdikleri ve itirmek olduqlarini qarwisinda durur. Kaski heyat donardi boyumezdik usaq qalardiq dedikde buda ozunuzden boyuk insanlara haqsizliqa olur. Yeni hec Kim boyumek istemir hec her kes usaq kimi qaygi siz heyat isteyir.

  • @zenfiragulueva6855
    @zenfiragulueva6855 8 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢bir dünya sirr var bu musiqide 😢😢😢😢😢😢😢😢😢😢ruhum çıxır canımdan 😢😢😢😢😢

  • @alik_lucidali5904
    @alik_lucidali5904 3 ปีที่แล้ว +3

    Prosto legenda❤🥂

  • @jafarismayil7335
    @jafarismayil7335 2 ปีที่แล้ว

    Hər bu musiqini eşitdikcə uşaqlığım gözümündən önündən keçir.İmkansızlıq,Atamın bu imkansızlıq ucbatından bizim üzümüzə baxa bilməməsi.Evimiz kiçik və təmirsiz idi.Çox şeylərimiz yox idi. Biz də uşaq ağlı ilə görüb bəzi şeylər istəyirdik amma valideynlərin bunları bizim üçün edə bilməmələri onlara nələri hiss etdirir bilmirdik.Allah heç bir valideynə övladı qarşısında bu hissləri yaşatmasın

  • @mecidmecidzade5254
    @mecidmecidzade5254 3 ปีที่แล้ว

    Emin Sabitoglu boyuk Isler gotub Allah rehmet elesin musiqi qulaq asdiqca heyati anladiqim.gunnen bu gune kimi filim.kimi.kecr gozumun qarsisindan

  • @clalclalzad8924
    @clalclalzad8924 2 ปีที่แล้ว

    Can... İçim parça-parça oldu. Nəhayətində, "Ata da, başı aşağı, dinləyib, susur" deyə düşünürəm.

  • @isa_d621
    @isa_d621 4 ปีที่แล้ว

    Səsə bax sən bir səsə səsin özü insanı titrədir

  • @fuad_sherifov
    @fuad_sherifov 4 ปีที่แล้ว +2

    İnsan həyatda görəsən nələr yaşamalıdır ki, bu möhtəşəmlikdə musiqi yazsın?!

  • @aydanquluzade1771
    @aydanquluzade1771 4 ปีที่แล้ว +1

    Bu musiqini nece sevirem

  • @yalcinmuxtarli459
    @yalcinmuxtarli459 3 ปีที่แล้ว +1

    10 dan cox serhe layk verdim. gorunur gozel musiqi gozel fikirler yaradir. bu musiqini nece yazib goresen? adam dunyadan tecrid olur. super.

  • @Derdli....Yazar.
    @Derdli....Yazar. 5 ปีที่แล้ว +1

    Kaw yene uwag olaydim yenede sabaha umidle baxaydim yene kucede bir kenarda dayanim gelecey gunlerimin xeyalini quraydim yadaki kawki hec dogulmasaydim

  • @yeganeqasanzade4779
    @yeganeqasanzade4779 5 ปีที่แล้ว +1

    mükəmməl bir əsər .Dinlədikcə bu musiqini dünyanın bütün pisliklərini qoparıb atmaq istəyir insan..

  • @zaurqurbanov4372
    @zaurqurbanov4372 ปีที่แล้ว

    Gozel kinodur,axirda heyuf ozunu asir,lezzet esir mene kohne sssr kinilarina baxmax

  • @sabinacomert6752
    @sabinacomert6752 5 ปีที่แล้ว

    Bakının o uşaqlıq zamanlarda bir qoxusy vardı.itip o indi.Aktorlar değil bunlar dahilerdir..içten..peşakar....seyirciye sorumlu ve saygılı...

  • @elnurrecebov908
    @elnurrecebov908 4 ปีที่แล้ว +1

    Kaw boyumeyerdik insan boyudukce dahada derdi coxalir musiqiye ise soz ola bilmez

  • @prospieler941
    @prospieler941 3 ปีที่แล้ว

    Dəyişən zamandı sadə, qalan hərşey eynidi

  • @fermanzeynalov1922
    @fermanzeynalov1922 ปีที่แล้ว

    Duzdu Azerbaycanda yasamiram amma mecburiyyetden xarici dovletde yasiyiram qurbetde olsamda bele torpaq ugrunda burnumun ucu goyneyir

  • @Rafael86ful
    @Rafael86ful 4 ปีที่แล้ว +1

    Heç olmasa əvvəlki komentləri oxuyub tərif yazaqda bu mahnı Fransız mahnısıdı -sympathy- ...... başdığı səhv yazıblar. Emin Sabitoğlu böyük bəstəkardı onun manılarına söz ola bilməz.

  • @zulfiqarquliyev7932
    @zulfiqarquliyev7932 3 ปีที่แล้ว +1

    İnsana insan kimi dəyər verilən zamanlar

  • @orkhansalmanov9658
    @orkhansalmanov9658 หลายเดือนก่อน

    sadəcə dəyişən zamandır. sistem eyni sistemdir .

  • @goldapple2392
    @goldapple2392 5 ปีที่แล้ว +21

    "Paul Mauriat-Smphaty" mahnısından ilham alınaraq hazırlanıb

    • @historyofallcountries
      @historyofallcountries 5 ปีที่แล้ว +3

      Dediyiniz mahnı bundan ilhamlanıb

    • @sdtghjhc
      @sdtghjhc 4 ปีที่แล้ว +8

      @@historyofallcountries Paul Mauriat onu 1970-ci ildə yazıb

    • @elcinhesenov5226
      @elcinhesenov5226 4 ปีที่แล้ว

      Get isinen mesgul ol

    • @Ghostdog_89
      @Ghostdog_89 4 ปีที่แล้ว +5

      @@sdtghjhc Paul Mauriat yazmayıb onu, aranjiman edib orkestr üçün. Mahnının müəllifi Rare Bird jazz-rock qrupudur, 1969cu ildə yazılıb

    • @azerbaijanipeople1717
      @azerbaijanipeople1717 4 ปีที่แล้ว +1

      @@historyofallcountries Paul Mauriat 1970-dir bu 1979

  • @bakubaku4393
    @bakubaku4393 5 ปีที่แล้ว +2

    Mükəmməl insanı heyrət bürüyür yenidən dünyaya gəlmiş hissləri aşılıyır bu musiqinin içində saflıq ülvilik ruh oxşayıcı mənəviyyatı qidalandırıcı hisslər var.

  • @evezsireliyev6672
    @evezsireliyev6672 4 ปีที่แล้ว +2

    Heyif bu ölkeden bu insanlardan çox heyif

  • @vuqarmurwudov6540
    @vuqarmurwudov6540 5 ปีที่แล้ว

    Bizim ne qozel bestekarlarlmlz,aktyorlarlmlz vardl savet dovrunde.o vaxtlarda olmax isterdim.indi ne kino ceke bilirik nede nese bestelemey.

  • @sabinacomert6752
    @sabinacomert6752 5 ปีที่แล้ว +1

    Nostaljı alıb BAŞINI getti

  • @djsbsbsxbzbzbzhjn8116
    @djsbsbsxbzbzbzhjn8116 3 ปีที่แล้ว

    Cooox heyf o bextever gunlerden😢😢😢😢😢

  • @elsnheyatrengareng7942
    @elsnheyatrengareng7942 3 ปีที่แล้ว +5

    Musiqi bir yandan yorumlar bir yandan ureymi parcaladi menimde uwaqligimi xatirlatdi🥺

  • @umudmadayev7110
    @umudmadayev7110 11 หลายเดือนก่อน +1

    Bilik gününüz mübarək)

  • @huseynverdiyev7741
    @huseynverdiyev7741 ปีที่แล้ว

    Musiqi heyatdida qulaq as yasha

  • @seawolf1983
    @seawolf1983 4 ปีที่แล้ว +14

    Paul Mauriat - Sympathy
    Mahnının əsli budur

    • @mdveml8944
      @mdveml8944 3 ปีที่แล้ว

      Ama ikisi arasında çox fərq var

    • @e.v.a.7208
      @e.v.a.7208 2 ปีที่แล้ว

      @@mdveml8944 Çox yox…çox az fərq var…

  • @hasangaliboglu
    @hasangaliboglu 5 ปีที่แล้ว +3

    Dahi, ölməz EMİN SABİTOĞLU

    • @KochariAsgar
      @KochariAsgar 4 ปีที่แล้ว

      Eminin əsəri deyil)

    • @hasangaliboglu
      @hasangaliboglu 4 ปีที่แล้ว +1

      @@KochariAsgar Paul Maureat-Symphaty eserine cox benzerliyi var duzdu., ancaq bu eser Emin Sabitogluya mexsusdur.

    • @KochariAsgar
      @KochariAsgar 4 ปีที่แล้ว +1

      @@hasangaliboglu deyil,Emin Sabitoğlunun istindaq əsəri tamam fərqli əsərdir.Sadəcə bunu paylaşan eyni filmdə iki əsər də var deyə çaşdırıb ola bilsin ki

    • @hasangaliboglu
      @hasangaliboglu 4 ปีที่แล้ว

      @@KochariAsgar bu hemin eser deyilse, zehmet olmasa eserin linkini gonderin

    • @KochariAsgar
      @KochariAsgar 4 ปีที่แล้ว

      @@hasangaliboglu th-cam.com/video/ELxQ09nx7eM/w-d-xo.html

  • @idrakhuseynov
    @idrakhuseynov 4 ปีที่แล้ว

    Menim ucun bu musiqi Dunyaca Mehsur Godfather filminin musiqisinden daha gozel ve daha ustundur.Heyif ki bu cur eserlerimiz dunyada taninmir.

  • @ilqarrehimov2712
    @ilqarrehimov2712 ปีที่แล้ว +1

    Azərbaycanın kinosu əlli əvvəl əlli il qabagda idi.İndi əlli il bundan əvvəl də,deyil.

  • @aysutalibova7106
    @aysutalibova7106 4 ปีที่แล้ว +1

    Gozel gozel filmdir..⚖

  • @user-he7fu5uy2v
    @user-he7fu5uy2v 2 ปีที่แล้ว +1

    Burda komentlərdə hamı o dövrdəki insanların ruhundan danışır... Ama o ruhda olan insanlar indi də var sadəcə ocür insanları indiki hökümət 5-10 manata görə didərgin salıb yad ölkələrə... Azərbaycan qaymaqları hamısı baş götürüb gedib ölkədən...

  • @Rafael86ful
    @Rafael86ful 4 ปีที่แล้ว +4

    Musiqi Eminin deyil amma Emin bir başqadı hər mahnısı bir aləmdi.

  • @aqshinosmanli9409
    @aqshinosmanli9409 5 ปีที่แล้ว +1

    TARIX DONER YENE..EMIN MELIM QAYIDAR YENE BU DUNYAYA??..GORSEN INDI INSANLARI MONQURT EDIBLER..ALLAH Size REHMET EMIN MELIM.NUR ICINDE YATASAN..

  • @anarkhalilov8633
    @anarkhalilov8633 ปีที่แล้ว

    Azərbaycan musiqisi 30 il arxaya çəksək , 50 il qabağa gedərik.

  • @zeferaslanli7981
    @zeferaslanli7981 3 ปีที่แล้ว

    Qaytarın meni 90 lara

  • @elshadmamedov4236
    @elshadmamedov4236 6 ปีที่แล้ว +4

    əllərinizə sağlıq 👍

  • @cumsudismaylov1592
    @cumsudismaylov1592 5 ปีที่แล้ว +1

    Mükəmməl.....

  • @humbtncfliyev4292
    @humbtncfliyev4292 4 ปีที่แล้ว +2

    Emin Sabitoğlu böyük bəstəkardır. Amma bilmirəm kim və niyə bu musiqini Emin Sabitoğlunun adı ilə bağlıyır. Mən də əvvəllər elə bilirdim. Kim inanmırsa youtube da "rair bird-in 1969-da ifa etdiyi "sympathy"-ni yazsın baxsın. İstintaq isə 1979-da çəkilib.

    • @elnurmammadov8935
      @elnurmammadov8935 ปีที่แล้ว +1

      Diqqetle musiqiye qulaq assaniz gorersininz ki.ferqli musiqilerdir

  • @azrbaycantarixi5481
    @azrbaycantarixi5481 6 ปีที่แล้ว +5

    Filmdə mənalidi, musiqisidə!

  • @ayselxuduyeva2685
    @ayselxuduyeva2685 3 ปีที่แล้ว +1

    ❤️

  • @user-uc3gd5eq3u
    @user-uc3gd5eq3u 2 ปีที่แล้ว

    176k baxiş. Ehhh bucur servet sayilacaq musiqiye verdiyimiz deyere bax