Yaramaz (1988)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 18+
    Hətəm kimi cavan oğlanı həyatda işi düz gətirməyən adam adlandırırlar. Sadəlövhlüyü ucbatından belələri "işgüzar" adamlar tərəfindən lağa qoyulur. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü şəxsi işi üçün onun adından istifadə edir. Hətəm onunla edilən şit zarafatlardan təngə gəlib, "ağıllanmağı" qərara alır. Və çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda "işgüzar" adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Nəticədə...Hətəm dünyanın sahibi olur. Bu hakimiyyəti ona pul verir, pul da onun qəlbinin təmizliyini əlindən alır.
    Faciəvi komediyaya yaxın olan filmdə yaxşı adamın pis adama necə çevrilməsindən danışılır. Dövrün bəlaları çılpaqlığı ilə üzə çıxarılır, insan şəxsiyyətinin deformasiyasının, mənəvi düşkünlüyunun səbəbləri tədqiq olunur.
    Rejissor: Vaqif Mustafayev
    Ssenari müəllifləri: Ramiz Fətəliyev, Vaqif Mustafayev
    Operator: Aleksandr İlxovski
    Rəssamlar: Rafiq Nəsirov, Nazim Hacıyev
    Bəstəkar: Emin Sabitoğlu
    Rollarda: Mamuka Kikaleyşvili (Hətəm), Həsənağa Turabov (Qəzənfər Mamedoviç), Yaşar Nuri (Maşallah), Larisa Borodina (İradə), Ağahüseyn Kərimov (Mirzə baba), Hamlet Xanızadə (Ələsgər), Məlik Dadaşov (molla)
    İstehsalçı: Azərbaycanfilm
    İlk baxış tarixi: 31.05.1988
    Janr: komediya, faciə, qrotesk
    Mükafatlar:
    1. “Qızıl Dyuk” Beynəlxalq Yumor Festivalı - Odessa Centlmenlərinin mükafatı (1989, Odessa / Ukrayna)
    2. “Qızıl Dyuk” Beynəlxalq Yumor Festivalı - Hətəm rolunun ifasına görə aktyor Mamuka Kikaleyşviliyə mükafat (1989, Odessa / Ukrayna)
    3. “Ulduzlar-89” Sovet Kinosu Aktyorlarının I Ümumittifaq Kino Festivalı - aktyor Mamuka Kikaleyşviliyə debütə görə mükafat (1989, Kalinin / Rusiya)
    4. “Sovetskaya Kultura” qəzetinin mükafatı (1989, Moskva)
    5. Komediya Filmləri Festivalı - “Çaplinin Qızıl Əl Ağacı” mükafatı (1989, Qabrovo / Bolqarıstan)
    6. Rejissor Vaqif Mustafayevə filmə görə dövlət mükafatı (1991, Bakı)
    7. Operator Aleksandr İlxovskiyə filmə görə dövlət mükafatı (1991, Bakı)
    8. Səs operatoru Əsəd Əsədova filmə görə dövlət mükafatı (1991, Bakı)
    9. Aktyor Mamuka Kikaleyşviliyə filmə görə dövlət mükafatı (1991, Bakı)
    10. Aktyor Yaşar Nuriyə filmə görə dövlət mükafatı (1991, Bakı)
    12. Rəssam Nazim Hacıyevə filmə görə dövlət mükafatı (1991, Bakı)
    13. İkinci rejissor Nizami Musayevə filmə görə dövlət mükafatı (1991, Bakı)
    14. Sorrento Beynəlxalq Festivalı - «Vittoriya de Sika» adına qızıl mükafat (Neapol, İtaliya)

ความคิดเห็น • 31