#2 Kəramət Böyükçöl - Çöl Romanı; Bir il altı ay on səkkiz gün; Ustadnamə

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2024
  • #2 Kəramət Böyükçöl - Çöl Romanı
    Bir il altı ay on səkkiz gün - 00:00
    Ustadnamə - 01:12
    "Çöl" romanında min illər boyu bu günümüzə yol gələn insanın psixoloji, bioloji, fizioloji və filoloji təəssüratı geniş yer alır. Bu insan təbiətdən, dildən və ruhdan keçib gəlir. İnsanın fantaziyası, düşüncə kompleksi, dil ornamentləri, fiqurları və cizgiləri suyun altında qalmış lil kimi üzə çıxır. Suyun dadı lildə olduğu kimi, dilin də dadı adi məişət qayğıları ilə yaşayan kənd adamlarının danışığındadır. Unudulmaqda olan bəzi qədim türk sözlərinin yeni təfəkkür məxrəci ilə üzə çıxması və onun yenidən dirilməsi anı əsərin əsas ideyasıdır. Doğrudan da adam inanır ki, at çöllərin "A" hərfidir. Və doğrudan da at çölləri oxuya bilir. Çöllərin genişliyi insan təfəkkürünün böyüklüyüdür. Əşyalarla, sözə qədərki səslə ifadə olunan məna mətnləri yazıçının əsas uğurudur. Əsər müəyyən bir dövrü ifadə etmir, insanı göstərir. İnsan nə vaxt doğulmuşdur, fərqi yox, doğulmuş və doğulacaq insanın anlayışı, keçmiş və müasir dünya elementləri ilə mayalanmış beyin rüşeymləri bədii əsərin tədqiqat obyektidir. Bu insan sevgidən də keçir, müharibədən də. Bu insan Şərq və Qərb sivilizasiyalarının qarşıdurmasından və həm də birgə sintezindən doğulur, yaranır, mənsub olduğu dünyanı orijinal şəkillərlə ifadə edir. Əsərdə həyatın və cəmiyyətin müxtəlif hadisələrinin yaradıcısı və daşıyıcısı və həm də bəzən qurbanı olan böyük insan qalib gəlir. İçindəki haqq, məhəbbət onu həmişə xilas edir.
    #librarytalkstv #rafatnajafov #kerametboyukcol
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 8

  • @buksavad
    @buksavad  3 หลายเดือนก่อน +4

    Hörmətli Dinləyicilər!
    Zəhmət olmasa videoları bəyənib və kanala abunə olmağı unutmayın. Eyni zamanda video səsləndirmədə olan problemlərlə bağlı tənqidi rəylərinizi görmək daha da mükəmməlləşməyimizə yardımçı olacaq. Diqqətinizə görə təşəkkür edirik!

  • @user-ze5jv6hl1b
    @user-ze5jv6hl1b หลายเดือนก่อน +1

    uqurlarln bol olsun.Keramet bey🙏🙏🙏

    • @buksavad
      @buksavad  หลายเดือนก่อน

      Rəy bildirdiyiniz üçün təşəkkür edirik. TH-cam kanalına daxil olaraq kitab səsləndirmələrimizi dinləyə bilərsiniz. Diqqətiniz üçün minnətdarıq.

  • @rafatnajafov
    @rafatnajafov 3 หลายเดือนก่อน +2

    Uğurlar 💡

  • @ia31846
    @ia31846 3 หลายเดือนก่อน +1

    Halal olsun.

    • @buksavad
      @buksavad  3 หลายเดือนก่อน +1

      Diqqətinizə görə təşəkkür edirik! Digər kitab səsləndirmələrimizi dinləmək üçün kanala keçid edə bilərsiniz!

  • @zaurveliyev4923
    @zaurveliyev4923 หลายเดือนก่อน

    Uğurlar
    bir xahiş edim imkan olsa Qobustan namə eserinde oxuyardiniz

    • @buksavad
      @buksavad  หลายเดือนก่อน

      Rəy bildirdiyiniz üçün təşəkkür edirik. Dediyiniz əsərin yazarı kimdir?