Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalı ziyarət edib

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2024
  • Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalı ziyarət edib
    Martın 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
    Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib. Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Nazirliyin rəhbər heyəti hospitalda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti ilə maraqlanaraq bayram hədiyyələri təqdim edib, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.
    General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
    Müdafiə nazirinə məruzə olunub ki, hospitalda hərbçilərimizin müayinə və müalicəsi üçün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.
    Tibb işçiləri ilə görüşən nazir onları da bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
    Hərbi hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, eləcə də göstərilən hərtərəfli diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
    mod.gov.az/az/...
    ____
    Руководство Министерства обороны посетило Военный госпиталь
    20 марта руководящий состав Министерства обороны навестил военнослужащих, проходящих лечение в Главном клиническом госпитале Министерства обороны.
    Сначала были возложены цветы к памятнику Общенациональному лидеру нашего народа Гейдару Алиеву, возведенному на территории госпиталя. Минутой молчания была почтена светлая память великого лидера и шехидов, отдавших жизнь во имя суверенитета, независимости и территориальной целостности Азербайджана.
    Руководящий состав министерства навестил военнослужащих, проходящих лечение в госпитале, поинтересовался состоянием их здоровья, преподнес подарки по случаю праздника, пожелал скорейшего выздоровления и возвращения на места службы.
    Генерал-полковник З.Гасанов передал поздравления Президента Азербайджанской Республики, Верховного Главнокомандующего Вооруженными Силами Ильхама Алиева по случаю праздника Новруз.
    Министру обороны было доложено, что для обследования и лечения военнослужащих медицинский персонал госпиталя работает с высоким профессионализмом.
    Встретившись с медицинскими работниками, министр поздравил их с праздником и дал соответствующие поручения по более качественному оказанию услуг военнослужащим, проходящим обследование и лечение.
    Коллектив Военного госпиталя и проходящие лечение военнослужащие выразили глубокую признательность Верховному Главнокомандующему Ильхаму Алиеву, первому вице-президенту Мехрибан ханым Алиевой и руководству Министерства обороны за созданные условия, а также за всестороннее внимание и заботу.
    mod.gov.az/ru/...
    ____
    The leadership of the Azerbaijan Defense Ministry visited the military hospital
    mod.gov.az/en/...

ความคิดเห็น •