ABŞ-dan siyasi məhbus çağırışları, Əliyevdən cavab: "Bizi hədələmək istəyirlər"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • 60-dək senator və konqresmen oktyabrın 3-də dövlət katibi Entoni Blinkeni COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi məqsədilə Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırıb.
    Reutersin məlumatına görə, amerikalı qanunvericilərin dövlət katibindən istədikləri siyasi məhbusların azad edilməsi üçün "hiss olunacaq" tədbirlərin görülməsi istiqamətində basqıların göstərilməsidir.
    Müraciət müəlliflərinin 10-u senator, 48-i konqresmendir.
    Senator və konqresmenlərin daha bir çağırışı Azərbaycanın Ermənistana qarşı təxribatçı bəyanatlar verməsinin dayandırılması üçün təzyiq göstərilməsi ilə bağlıdır.
    AZƏRTAC-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu müraciətə belə münasibət bildirib: "Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz".
    Dövlət başçısı hesab edir ki, müraciətin müəllifi də, ünvanı da birdir.
    "Məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün".
    Bir gün öncə ABŞ Dövlət katibinin köməkçisinin müavini Monika Yakobsen İnsan Ölçüsü üzrə Varşava Konfransında Azərbaycan hökumətinə çağırış edib: “Azərbaycanı beynəlxalq öhdəliklərinə və vədlərinə riayət etməyə, ədalətsiz həbs edilənləri azad etməyə çağırırıq”.
    ABŞ dövlət katibi Entoni Blinken ilə İlham Əliyev sentyabrın 16-da telefon söhbətində bir sıra məslələlərlə yanaşı Azərbaycanın beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etdilməsinin vacibliyini də müzakirə ediblər.
    Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri Sammiti - COP29 yaxınlaşdıqca bir sıra beynəlxalq təşkilatlar, rəsmilər Azərbaycanda insan haqları sahəsindəki problemlərin aradan qaldırılmasına, qanunsuz həbsdə olan şəxsləri azad etməyə çağırırılar. Hətta sadalanan problemlər ucbatından COP29-a ev sahibliyinin Azərbaycana verilməsi ilə bağlı tənqidlərini səsləndirirlər.
    Azərbaycan rəsmiləri isə bu çağırışları ölkənin daxili işinə müdaxilə kimi qiymətləndirir, ölkədə insan haqları sahəsində problem olmadığını bildirirlər.

ความคิดเห็น • 15

  • @Rufo313
    @Rufo313 3 ชั่วโมงที่ผ่านมา +19

    Ə bu COPdu GOPdu JOPdu nədi bilmirəm bu xeyirli şey olsaydı Azərbaycanda kecirilməzdi!😂😂😂😂😂

    • @İlqar.R
      @İlqar.R 2 ชั่วโมงที่ผ่านมา

      Qaqa düz deyirsən bu nə COP - du , nədə ki ĞOP , bu elə rus demişkən JOP - du bizim dildə (ĞÖT).😂😂

  • @MehribanA
    @MehribanA 3 ชั่วโมงที่ผ่านมา +18

    DİKTATOR ilham əliyev İSTEFA.

    • @NAMIQSoltanov-d4l
      @NAMIQSoltanov-d4l 2 ชั่วโมงที่ผ่านมา

      Olende gorersuz istefani.

    • @MehribanA
      @MehribanA 2 ชั่วโมงที่ผ่านมา

      @@NAMIQSoltanov-d4l Nə qədər götə girənlər var troll yığnağı. ilham yaldan verib hürdürməyə necədə öyrəşdirib.

  • @Rufo313
    @Rufo313 3 ชั่วโมงที่ผ่านมา +12

    Avropada ikiüzlülük edir də avtoritar rejim olan ölkədə niyə qərar verirsiniz belə bir tədbirin kecirilməsinə?Burdan deyir insan haqqları pozulur burdanda tədbir kecirirlər insan haqqlarının pozulduğu ölkədə,bu rejim bizim başımıza hələ nələri yaşatmalıdır ki bu rejimin kökünü kəsəsiniz hə?😡

  • @ЮрийГасымов-б2к
    @ЮрийГасымов-б2к 33 นาทีที่ผ่านมา

    👍🏻👍🏻👍🏻👍🏻🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @JjhhsUuahhsshsjjsj
    @JjhhsUuahhsshsjjsj ชั่วโมงที่ผ่านมา +1

    Azərbaycan Xalqına düşmənçilək edən dövlətlərə ölüm

    • @ilhamhsnli6365
      @ilhamhsnli6365 ชั่วโมงที่ผ่านมา +1

      Azərbaycan xalqına. Dövlətlər düşmən deyil düşmən əlipaşayanlardır

    • @Rufo313
      @Rufo313 26 นาทีที่ผ่านมา

      @@JjhhsUuahhsshsjjsj Azərbaycan xalqına qənim kəsilən rejimə ölüm!