Belə etsən Allah qəbul eliyər - Hacı Sahin - Şükür Haqqında Gozel Moize Çox Təsirli Sozler (Yeni)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.พ. 2019
  • Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    Biz çox vaxt başqalarına qibtə edirik. Ancaq özümüzün malik olduqlarımız şeylərə görə şükür etmirik. Ola bilsin ki, bir gün şikəst birini görən kimi Allahı xatırlayaq və bizi sağlam yaratdığı üçün şükür edək.
    Biz bunu unutmamalıyıq ki, başqalarına qibtə etmək yerinə, özümüzün malik olduqlarımıza şükür etməliyik. Malik olduqlarımız nemətlərdən istifadə edək və şad olaq.
    Şükür etmək - əxlaqi fəzilətlərdən sayılır. Hər bir insan ağlının nəticəsində dərk edir ki, bir nəfər ona bəxşiş və ya hansısa neməti verəndə, ona təşəkkür etməlidir.
    Şübhəsiz, insan hansı elmi və ictimai məqamda olursa-olsun, gördüyü işin və ya kiməsə verdiyi nemətin qarşısında təşəkkür almağı sevər. Ona görə də bəzən təşəkkür etməməyi naşükürlük kimi mənalandırırlar.
    Allah da insandan istəyir ki, ona verdiyi nemətlərə görə təşəkkür etsin, yəni şükür etsin. Baxmayaraq ki, Allahın bizim təşəkkürümüzə ehtiyacı yoxdur, ancaq insanları şükür etmələrinə görə vəzifələndirmişdir. Elə buradan şükür etməyin nə qədər fəzilətli bir əməl olduğunu dərk etmək olar.
    Bəs Allah niyə bizdən şükür etməyimizi istəyir?
    Allah ehtiyacsızdır. Bəs niyə insandan şükür etməsini istəmişdir?
    Belə ki, Quranda çox sayda ayə vardır ki, orada insanın nemətə görə şükür etməsi bəyan edilmişdir. "Ey Davud ailəsi, (bu nemətlərə) şükür edin və Mənim bəndələrimdən şükür edən azdır". ("Səba” 13).
    "Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər”. ("Bəqərə” 243).
    Allah insanlara çox sayda nemət bəxş etmişdir ki, onlardan ən böyüyü - öz varlıqlarıdır. Buna baxmayaraq ki, insanların əksəriyyəti öz bədənlərinin qədrini bilmirlər. Nemətə küfr edir və şükür etmirlər.
    Quran buyurur: "Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir, lakin insanların çoxu şükür etmir”. (”Ğafir” 61).
    Quranı təhlil edən zaman görürük ki, insan elə bir hikmətə malikdir ki, həmişə şükür edən olmalıdır. Çünki bu zaman həmin nemətin qədrini bilər və onu verəni xatırlayar. Ona görə də alim və arif insanlar həmişə onlara verilən nemətlərə görə şükür edər və Xaliqi xatırlayarlar.
    "Və həqiqətən, Biz Loğmana hikmət verdik (çox faydalı əqli və nəqli elmlər verdik, ona dedik) ki: «Allaha şükür et. Kim şükür etsə, həqiqətən, öz xeyrinə şükür edər və kim kafir (nankorluq) olsa, (bilsin ki,) Allah (onun şükürünə) möhtac deyil, (O,) həmd olunmuşdur (Onun sifətləri və işləri həmd olunmağa layiqdir)». ("Loğman” 12).
    Mömin insanlar həqiqi imana malik olduqları üçün nemətin qədrini bilir və şükür edərlər.
    Əməli şükür daha üstündür.
    Nemətə əməldə şükür etmək - daha üstün və fəzilətlidir. İnsan dildə etdiyi kimi, əməldə də şükür etsə, yaxşı olar. Təfsirçilərin nəzərinə görə Allah Davuda (ə) şükür etməsini əmr etdikdə, daha çox əməli şükürü nəzərdə tutmuşdur. Ona görə də Allah həqiqi şükür edənlərin sayının az olduğunu bəyan edir.
    "De: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən Odur. Lakin siz az şükür edirsiniz!» ("Mulk” 23).
    "(Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükür etmir”. ("Nəml” 73).
    Allah buyurur ki, çox az insan həqiqi şükürü yerinə yetirir. Allah insana bu qədər nemət verir və onun qarşısında ancaq dildə şükür etməyi istəmir. Həm də əməldə şükür etməyini istəyir.
    İmam Sadiq (ə) buyurur: "Nemətin şükrü - günahdan çəkinməkdir”.
    Başqa yerdə buyurur: "Allah Təala Musaya (ə) vəhy edir ki, ey Musa! Şükrümün haqqını ver!
    Dedi: "Sənin şükürünü necə yerinə yetirim ki, hər şükür edəndən sonra mənə təzə nemətlər əta edirsən”.
    Buyurdu: "Ey Musa! İndi mənim şükürümü yerinə yetirdin. Çünki bilirsən ki, bu tofiq də Məndəndir”.
    Mənbə: TH-cam Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    Abunə ol bit.ly/2uR7dZv
    Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    Abunə ol bit.ly/2uR7dZv

ความคิดเห็น • 82

  • @eleloglu438
    @eleloglu438 3 ปีที่แล้ว +4

    Bilin Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır🤲🤲🤲🙏🙏🙏

  • @ismaylzadexyal7665
    @ismaylzadexyal7665 3 ปีที่แล้ว +7

    ALLAH RAZI OLSUN HACI ŞAHİN. SİZƏ QULAQ asanda İNSAN olmağın nə böyük olduğunu hiss edirik.

  • @user-qw9vk8ul4d
    @user-qw9vk8ul4d 5 ปีที่แล้ว +21

    Her halimizle böyük tek olan 💖ALLAHA💖 sonsuz SÜKÜRLER olsun 🤲AMİN🤲

  • @allahukbr2090
    @allahukbr2090 5 ปีที่แล้ว +35

    Salam olsun sizə ey Allahın seçilmiş bəndəsi.Allah sizi nəzərlərdən qorusun

  • @bakily
    @bakily 3 ปีที่แล้ว +5

    ...əs'səlamu əleykum və Rəhmətəllah(..!!)
    ALLAH Səndən Razı olsun(..!!)Hacı...

  • @zehrabilgin1394
    @zehrabilgin1394 5 ปีที่แล้ว +21

    Allah razı olsun hacı şahin senden çok şey öğrendim

    • @aylinnagiyeva6371
      @aylinnagiyeva6371 5 ปีที่แล้ว +1

      Zehra Bilgin ,öyrenirem,amma əməl etmeyə imanm cox zeifdi😔😔

    • @qemzeli_qz1611
      @qemzeli_qz1611 5 ปีที่แล้ว

      @@aylinnagiyeva6371 çox razı

  • @turalatakisiyev4930
    @turalatakisiyev4930 5 ปีที่แล้ว +42

    Allah sizi qorusun.Necə gözəl insansz.Şükür sizi kimi alimə qulaq asmağa Allah imkan yaradb.

    • @haqiqathasanova2172
      @haqiqathasanova2172 4 ปีที่แล้ว +5

      Allah komeyin olsun gardawim yaxwiki varsan gedrini bilenler ucun giymetli deyerlisen

  • @a-zadeh8035
    @a-zadeh8035 3 ปีที่แล้ว +2

    “Əgər möminsinizsə, (bilin ki) bəqiyyətullah sizin üçün daha xeyirlidir.”
    📚Hud surəsi, 86

  • @darkalexpubg
    @darkalexpubg 2 ปีที่แล้ว +2

    ❤️Allah hamini qorusun 🖤🕋

  • @kubrapasayeva8837
    @kubrapasayeva8837 3 ปีที่แล้ว +3

    Allahim sene dunyadaki agaclarin yarpaglarinin sayi qeder wukurler olsun.

  • @shemsqrup6891
    @shemsqrup6891 3 ปีที่แล้ว +1

    Şükr Allaha ki sizi bizim Azerbaycana bexş edib ele bir zaman da ki bu zamanda kitab oxuyan cox azdi ve bu muselman ümmetinin afetidi ki oxumurlar.hal bu ki quranin ilk sözü "oxu"olub .xususi ehtiyac var sizin dediklerinizi eşitmeye bu Mühemmed s.ümmeti ücün .cünki siz oxuduglarinizi bize cox gözel catdirirsiz.ümüd varam Muhammed peygember size xüsusi şefaet edecek axiretde inşaAllah.yaxşi ki varsiz Haci Şahin Hesenli.Allah sizi qorusun.amin

  • @imanova16imanova79
    @imanova16imanova79 3 ปีที่แล้ว +1

    MİN ŞÜKÜR ALLAHIMA🤲🤲🤲

  • @nazimaskerov6667
    @nazimaskerov6667 3 ปีที่แล้ว +1

    Gozel qardasim allah Sani qorusun sukur sukur

  • @bakubaku4118
    @bakubaku4118 3 ปีที่แล้ว +1

    Allah razi olsun haci

  • @lisaryev5110
    @lisaryev5110 5 ปีที่แล้ว +18

    Sizə qulaq asanda insanın ruhu dincəlir Allah sizdən razı olsun

  • @seidqahramanov224
    @seidqahramanov224 5 ปีที่แล้ว +19

    insan gərək daim şükür eləməlidir şükür şükür yenədə şükür

  • @sediqeqehramanova3491
    @sediqeqehramanova3491 3 ปีที่แล้ว +1

    ALLAH KÖMƏYİNİZ OLSUN AMİN ALLAH.

  • @anarsultanov.6995
    @anarsultanov.6995 3 ปีที่แล้ว +2

    Var ol Haci.

  • @elmirliyev2119
    @elmirliyev2119 3 ปีที่แล้ว +2

    Allah Komeyin olsu Haci 🙏

  • @user-pb8up1ei3i
    @user-pb8up1ei3i 5 ปีที่แล้ว +11

    Subhanallahi ve elhamdul illahi vela ilahe illallahu vallahu ekber gözel zikrdir her gun edilecek zikrdir. ALLAH QEBUL ETSIN 🙏 AMIN

  • @user-mc8bf4mq4z
    @user-mc8bf4mq4z 5 ปีที่แล้ว +8

    Allah size kömey olsun her zaman belalardan qorusun amin inşallah var olasız Haci cox sagolun

  • @senansohleyev1363
    @senansohleyev1363 5 ปีที่แล้ว +5

    Allahim her verdiyine gore Sukurler olsun

  • @tahirovaguline7419
    @tahirovaguline7419 2 ปีที่แล้ว

    Saqol Haci Şahin Var Ol Var ol Allah Axiretini gözel etsin

  • @sevincyisibova2498
    @sevincyisibova2498 5 ปีที่แล้ว +6

    ŞÜKÜRƏNN İLLAHH....ALLAHIM BİZİ RƏHMƏTİNDƏN AYIRMASIN...CƏM MÜSƏLMAN ƏHLİN ƏSİL YƏQVALI ETSİN...ALLAH SİZİ QORUSUN HƏCİ....🤲😢😢😢😢😢😢

  • @turalhuseynov8405
    @turalhuseynov8405 ปีที่แล้ว

    Səsinə qurban olum ay həci

  • @krblayi9258
    @krblayi9258 5 ปีที่แล้ว +4

    İllahi! Bütün nemmətlərinə şükr edirəm,İllahi hər nə xeyirlidirsə mənə nasib elə,İllahi bütün şərrlərdən sənə pənah aparıram,və İllahi bütün günahlarıma tövbə edirəm.

  • @sudceferzade5848
    @sudceferzade5848 4 ปีที่แล้ว +2

    Allah coxu şükür olsun sizi veren Allaha heci sizi qulaq asad cox rahatliq tapram Allah vedi nemete cox sükür olsun

  • @tehmineehmedova5545
    @tehmineehmedova5545 ปีที่แล้ว

    Yerin behiwt olsun gozel insan

  • @emilmuseyibli8323
    @emilmuseyibli8323 3 ปีที่แล้ว +2

    SÜKÜR ALLAHIN VERDİKLERİNE .

  • @user-pb8up1ei3i
    @user-pb8up1ei3i 5 ปีที่แล้ว +8

    Allah komeyin olsun 🙏 amin Haci

    • @mehdixammedov4373
      @mehdixammedov4373 5 ปีที่แล้ว

      ALLAH səndən razı olzun Hacı dinimizi çox gözəl anladırsan

  • @mirnishuseynova4615
    @mirnishuseynova4615 4 ปีที่แล้ว +2

    Allahim zehnzi daha da artrsn cox sukurlerki sizi kimi ovladmz var

  • @afetmemmedova1977
    @afetmemmedova1977 ปีที่แล้ว

    Şukur Rebbimin verdiklerine

  • @user-ub1gy6iv5k
    @user-ub1gy6iv5k 4 ปีที่แล้ว +2

    Baxiram emellerime qorxuram, axrim nece olacaq

  • @movsumesedov3965
    @movsumesedov3965 5 ปีที่แล้ว +2

    Namazdan sonra secdeni cox sevirem sukur edirem.allah herkesi qorusun cumlemizi amin.

  • @ceyhunmemmedov837
    @ceyhunmemmedov837 3 ปีที่แล้ว

    salam dupeduzdu goruruk amma sizin kimi werh eliye bilmirik siz alimlersiz bilirsiz ona gorede sizlere tewekkur edirik sag olun

  • @huaveigozel7178
    @huaveigozel7178 4 ปีที่แล้ว +1

    $ÜKÜRLER OLSUN SENE YA REBBIM,,,,HER $EYE GÖRE,,BIR DE .....NE YAX$I VARSUZ ,,HACI $AHIN......

  • @ehlibeytmektebi5851
    @ehlibeytmektebi5851 5 ปีที่แล้ว +4

    Ehsen Hacican

  • @krblayi9258
    @krblayi9258 5 ปีที่แล้ว +3

    Salam Aleykum Haçı qardaş Allah sizlərdən razı olsun .Bəli hər halımıza nəfəsimizə şükr etməliyik. Hər gün iki rikət şükür namazı qılıram.Özümə görə ruzum da var çanımızda sağ.Şükür min Şükür.ŞÜKRAN ŞÜKRAN.

  • @abcdbacdefsg1457
    @abcdbacdefsg1457 5 ปีที่แล้ว +2

    Allahim sene sukurler olsun

    • @krblayi9258
      @krblayi9258 5 ปีที่แล้ว

      Allah razı olsun ay haçı qardaş Allah sizi var etsin

    • @krblayi9258
      @krblayi9258 5 ปีที่แล้ว

      Bir nəfs birdə şükr barədə cox danışın.Əsas bu ikisi lazımdr.Ən vacib

  • @user-gh8mr5jj3v
    @user-gh8mr5jj3v 4 ปีที่แล้ว +1

    Молодец.

  • @NOORDEA
    @NOORDEA 5 ปีที่แล้ว +2

    İLAHİ SƏNƏ ŞÜKÜR...ƏLHƏMDÜLÜLAH...

    • @seriyyeheyderova7105
      @seriyyeheyderova7105 4 ปีที่แล้ว

      Salam əleykym şükür sizinkimi ustada amin amin....şükür ki sizdə Əhli- beyit aşiqisiz həci xahiş edirəm mənim subay uşaqlarim aylə qursun diyə dua edinizdə.Allah sizden razi qalsin.

    • @anarhasanli878
      @anarhasanli878 2 ปีที่แล้ว

      @@seriyyeheyderova7105 Amin

  • @afetqurbanova7948
    @afetqurbanova7948 5 ปีที่แล้ว +2

    Heci Allah sizden razi olsun

  • @movsumesedov3965
    @movsumesedov3965 5 ปีที่แล้ว +1

    Allah qorusun sizi heci

  • @arzubabaeva4405
    @arzubabaeva4405 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @user-ux1us1je4w
    @user-ux1us1je4w 4 ปีที่แล้ว +1

    Хер сабахымы шукирле башлайыб, шукирле баша вурурам. Аллахым шукир вердуйиве, шукир бизе гаршы олан мерхетине. Багышла бизи йонелт бизи Гурана Намаза

  • @sarvanagayev6372
    @sarvanagayev6372 4 ปีที่แล้ว +1

    Salam olsun ALLAHİN bəndəlirinə.Qardaş hımişə haci söhbət edəndə bir musiqi qoyursuz.Qörürəm üzr istiyirım qanmirsız.Bir sual verim.Əqər bu moizələri müsiqisiz mümkün deyilsə yükləmək ki,biz qulaq asaq,Əstəəğfirullah onda bəs məsciddə də qoy camaat podmuzıka qulaq assinlar da haciya.Özüdə qitarada calinir şanson kimi.Yenə də xaiş edirəm müsiqini qötürün ordan.

  • @salehqarayev9494
    @salehqarayev9494 4 ปีที่แล้ว +2

    Surkern lillah yoxsa sukren illah? Men tam eside bilmedim

  • @kamranhaziyev
    @kamranhaziyev 5 ปีที่แล้ว

    Qardaş bu moizəni mən çoxdan eşitmişəm. Niyə yalandan videonun adına 2019 yazmısınız? İnsanları baxış sayı yığmaqçun aldadmayın.

    • @an-nur5260
      @an-nur5260 2 ปีที่แล้ว

      təkrar qulaq asmağ mısləhətdir.

    • @kamranhaziyev
      @kamranhaziyev 2 ปีที่แล้ว

      @@an-nur5260 mən təkrar barədə heçnə yazmamışam.

    • @anarhasanli878
      @anarhasanli878 2 ปีที่แล้ว

      Canin sag olsun ele xirda detalara varma necenci ilde olur olsun lap 2000de olsun esas Alimin daniwdigidi il ferg etmez.

  • @orxanmehdi7397
    @orxanmehdi7397 5 ปีที่แล้ว +1

    th-cam.com/video/R-k3BArSDbI/w-d-xo.html 3 Yaşlı Sənan balaya yardiminizi əsirgəməyin Zaur sənə səslənir korpemiz 3 yaşlı Körpə yaşamaq istəyir xərçəng xəstəliyindən əziyyət çəkir

    • @eleloglu438
      @eleloglu438 3 ปีที่แล้ว +1

      İNŞALLAH ALLAH şəfa versin amin 🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @nuradinkazimov6068
    @nuradinkazimov6068 2 ปีที่แล้ว

    GORXUZMA...! SƏNDƏN SORUŞDUGUM SÖZLƏRƏ CAVAB VER YALANCİSAN* SƏN...!
    ZƏİF-İNSANLARİN ÜSTÜNDƏ AZ GALİRSAN ALLAHLİG* ELİYƏSƏN...!
    NİYƏ HƏGİGƏTİ* DANİŞMİRSAN...? GORXURSAN GULAGİNİ BURALAR ...?
    KİMƏ ARXAYİNSAN, HEC BİR KƏS SƏNİ XİLAS* EDƏ BİLMƏYƏCƏK TƏK *ALLAHDAN BAŞGA, GAH NALA-VURURSAN, GAHDAKİ MİXA-VURURSAN, ƏGƏR MÖMİNSƏNSƏ* GƏL İKİSİNDƏN BİRİNİ SECİM-ELƏ, YA NALİ*, YADA Kİ, MİXİ...!
    YA-ALLAH