Arvadı ilə 55 il nikahsız yaşayan, qızının dəfninə getməyən İslam Rzayev

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2023
  • #1000production #birivaridi #islamrzayev
    Azərbaycan xanəndəlik sənətində ciddi rəqabət olduğu zamanda səhnəyə gəldi, özü kimi sevildi, seçildi... Biri var idi, öz övladı yaşamasa da, başqalarının övladına illərlə atalıq edən Xalq artisti İslam Rzayev...
    Foto
    İslam Tapdıq oğlu Rzayev 11 noyabr 1934-cü ildə Füzulinin Sərdarlı kəndində dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Atası II Dünya müharibəsinə yollanır və geri qayıtmır. Anası Nabat xanım üç uşağı tək böyütmək məcburiyyətində qalır.
    İslam Rzayev xatirələrində deyir ki, sonralar qastrola getdiyi ölkələrdə geri qayıtmayan atasını axtarırmış.
    Musiqiyə uşaq yaşlarından marağı olan İslam Rzayevin səsini ilk dəfə kəşf edən bibisi Nisə xanım olur. Nisə xanım öz dövründə təşkilatçılığı, müasirliyi ilə seçilən qadınlarından olub. Günlərin birində bibisi onu Seyid Şuşinskinin yanına aparır. Seyid Şuşinski onun səsinə qulaq asandan sonra məsləhət görür ki, İslam Bakıda musiqi təhsili alsın.
    İslam Rzayev müsahibələrində bu haqda deyir:
    "İn¬di¬ki ki¬mi ya¬dım¬da¬dır, us¬tad dəh¬liz¬də otu¬rub qəl¬yan çə¬kir¬di. Qa¬ba¬ğın¬da çay. Ya-xın¬la¬şan¬da dur¬du aya¬ğa. Mən də bil¬mi¬rəm bu kim¬dir. Sən de¬mə o, Se¬yid Şu¬şinski imiş... Üzü¬nü ma¬ma¬ma tu¬tub çox bö¬yük hör¬mət¬lə "ay Ni¬sə xa¬nım, xoş gəl¬mi¬si¬niz. Siz ha¬ra, bu¬ra ha¬ra? Nə yax¬şı gəl¬mi¬si¬niz..." - de¬yə gö¬rüş¬dü. Bun¬lar çox meh¬ri¬ban hal-əh¬val tut¬du¬lar. Otur¬duq, bi¬zə də çay gə¬tir¬di¬lər. Or¬dan-bur¬dan, xü¬su¬si¬lə də o vaxt ma¬ma¬mın mil¬li ge¬yim¬də ki¬şi¬lə¬rə qo¬şu¬lub cı¬dı¬ra çıx¬ma¬ğın¬dan, at çap¬ma¬ğın-dan, ki¬şi¬lə¬ri ötmə¬yin¬dən da¬nış¬dı¬lar.
    Xey¬li söh¬bət¬dən son¬ra ağ¬saq¬qal üzü¬nü mə¬nə tu¬tub de¬di:
    "Oğ¬lum, ça¬yı¬nı iç". Son¬ra¬lar ba¬şa düş¬düm ki, o, mə¬ni oxu¬da¬caqmış, ona gö¬rə də bo-ğa¬zı¬mı yaş¬la¬ma¬ğı¬mı is¬tə¬yir¬miş. Mən "Tel na¬ziy"i oxu¬yan¬da, eti¬raz et¬di ki, bu¬ra çox aşa¬ğı¬dır, zil¬dən oxu. Dər¬hal da çox zil¬dən bir zən¬gü¬lə vur¬du. Mən də o də¬qi¬qə onun sə¬si¬ni tut¬dum. Or¬dan baş¬la¬yıb bir bənd "Tel na¬zik" oxu¬dum, sax¬la¬dı və bəs-dir, de¬di. Bir hal¬da ki, mə¬nim tut¬du¬ğum no¬tu mə¬nim ağ¬zım¬dan al¬dın, tut¬dun ha, ki¬fa¬yət¬dir. De¬di ki, Ni¬sə xa¬nım, bu uşa¬ğı iyu¬lun 25-i, 26-sı gö¬tür, gəl Ba¬kı¬ya. Bu¬nun yax¬şı sə¬si var, qə¬bul elət¬di¬rək mə¬nim sin¬fi¬mə".
    Bundan sonra İslam Rzayev peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını öyrənərək alır. O, həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri alaraq sənətini təkmilləşdirir. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirir.
    O, xarici ölkələrdə konsert verən ilk müğənnilərimizdən biri olub. İslam Rzayev pedaqoji fəaliyyətlə də məşğul olub. 120-dən çox ifaçı yetişdirib.
    Xanəndənin gözəl səsi olsa da, heç vaxt opera sahəsində çalışmayıb. O, özü bu haqda xatirələrində deyirdi: "Ope¬ra¬nı o vaxt heç kim sev¬mir¬di, in¬di se¬vir¬lər. Ona gö¬rə im¬ti¬na et¬miş¬dim ki, mən ope¬ra oxu¬ya¬n ol¬ma¬yım. Çün¬ki, mən açıq de¬yi¬rəm, ge¬dib ope¬ra¬da oxu¬yan¬lar, 2-3 il¬dən son¬ra dəb¬dən dü¬şür¬dü¬lər. Ca¬ma¬a¬tın on¬la¬rı gö-rən gö¬zü ol¬mur¬du. Bu fik¬rə gö¬rə mən ope¬ra¬ya so¬list get¬mə¬dim. Mə¬ni ça¬ğır¬mış¬dı¬lar ki, gəl Zey¬nəb¬lə bir yer¬də - Məc¬nu¬nu oy¬na. Yə¬ni, "siz¬dən bir az pul qa¬za¬naq". Hə-mi¬şə gənc oxu¬yan¬la¬ra eh¬ti¬yac çox olur. O mə¬na¬da mə¬ni Zey¬nəb¬lə oxu¬ma¬ğa də¬vət et¬miş¬di¬lər. Mən get¬mə¬dim, im¬ti¬na elə¬dim".
    Se¬yid Şu¬şinski¬dən 17 də¬nə mu¬ğam dəstga¬hı öy¬rənən xanəndə
    İslam Rzayev 1970-ci illərdə Leyla adlı xanımla ailə qurur. Onun bu evlilikdən Pərvanə adlı qızı dünyaya gəlir. Lakin, bu evlilik uğurlu olunmur. Xanəndə həyat yoldaşından ayrılır. Başqa qadınla yaşamağa başlayır. Qızı üç yaşında olarkən dünyasını dəyişir. İslam qızının dəfninə getmir.
    Daha sonra Tamara adlı xanımla ailə qurur. Lakin, xanımın ailəsi bu evliliyə qarşı olur. Ona görə də onlar ömürlərinin sonuna kimi 55 il nikahsız yaşayıblar. Onların heç bir zaman övladı olmur. İslam Rzayev Tamara xanımın əvvəlki həyat yoldaşından olan uşaqlarına atalıq edir. Onları öz balası kimi böyüdür. Uşaqlar da ona ata deyirlər.
    Sənət aləmində də hamı Tamara xanımla onu ər-arvad bilir, bütün məclislərə qoşa gedirlər. İslam ağır xəstə yatdığı vaxtlarda Tamara xanım onun yanından ayrılmayıb.
    İyirmi ilə yaxın Muğam teatrının rəhbəri olan İslam Rzayev əsasən kasıb, imkanı olmayan ailələrin səsi yaxşı olan uşaqlarını irəli çəkir, onların səhnəyə çıxmasında rol oynayır.
    Onun bacısının həyat yoldaşı erkən dünyasını dəyişir. Müğənni bacısının 6 uşağını öz himayəsinə götürərək onlara atalıq edir.
    Ömrünün son illərində İslam Rzayev şəkər xəstəliyindən əziyyət çəkir, insult keçirir. Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edir.

ความคิดเห็น • 101

  • @user-my9oh5dk3z
    @user-my9oh5dk3z ปีที่แล้ว +27

    İslam. Rzayev Sizi həmişə urəkdən dinləmişik dinləyəgəyik .
    Ruhunuz şad olsun İslam Rzayev . Sizinkimiləri heç unutmaq olarmı .

  • @rozanuriyeva2509
    @rozanuriyeva2509 ปีที่แล้ว +42

    ISLAM RZAYEV ÇOX GÖZƏL MƏLAHƏTLI SƏSI VARDI.ONUN.KIMI. HƏM ZIL HƏMDE. COX GÖZƏL YUMUŞAG SƏSI VARDI....ALLAH RƏHMƏT ELƏSIN...RUHU ŞAD OLSUN...SILINMƏZ IZ GOYUR HƏM MƏDƏNIYATDE HƏM ÜRƏYRƏLIMIZDE.

  • @babat3lekom907
    @babat3lekom907 ปีที่แล้ว +12

    Allah bòyük sənətkarımıza ,xalqımızın ürəyində ,yaddaşında daim yaşayacaq Islam Rzayevə rəhmət eyləsin,ruhu şad olsun!Amin!👐

  • @gioulzarkassoumova5678
    @gioulzarkassoumova5678 ปีที่แล้ว +26

    ALLAH Rehmet elesin! Mekani Cennet olsun! Ruhu shad olsun! Amin Ya Rebbim!!!!! 🤲🤲🤲🤲🤲🇦🇿🇹🇷🇵🇰🇦🇺

  • @xuramanhuseynova6520
    @xuramanhuseynova6520 ปีที่แล้ว +15

    Allah rəhmət eləsin məkanı cənnət olsun Amin ♥️🌹🌹

  • @elsnquliyev8366
    @elsnquliyev8366 ปีที่แล้ว +9

    Allah rəhmət eləsin , məkanı cənnət olsun 😢 çox gözəl sənətkar idi . Həm də gözəl insan .!

  • @toma8527
    @toma8527 ปีที่แล้ว +13

    Onun z əhməti böyük olub mədəniyyətdə. Amma heç televizyada onun haqqında danışmıllar. Çox təssüf ki indi ekranları özünü sözünü bilməyənlər doldurur.

  • @asyamustafayeva7162
    @asyamustafayeva7162 ปีที่แล้ว +28

    Sesi möhteşemdir.Ancaq özunden olan qızının defnine getmemesini alqışlamıramve qınayıram.Başqasının uşaqlarına atalıq edende,hec vicdan ezabı cekmidimi?

    • @raminquliyev7814
      @raminquliyev7814 ปีที่แล้ว

      ​@@Kyerkegor 😮 yolu

    • @jovef
      @jovef ปีที่แล้ว +3

      Səbəbini bilmədən mühakimə etmək doğru devil.

  • @Cema-cu1nk
    @Cema-cu1nk ปีที่แล้ว +15

    Allah rəhmət etsin məkanı cənnət olsun Amin

  • @gulugulu3505
    @gulugulu3505 ปีที่แล้ว +9

    Allah RƏHMƏT EYLƏSİN İSLAM MÜƏLLİMƏ

  • @user-jo1ox4bx1h
    @user-jo1ox4bx1h ปีที่แล้ว +17

    АЛЛАХ РАХМАТ ЕЛАСИН ЕРИ ЧАННАТ ОЛСУН

  • @seherg.4231
    @seherg.4231 ปีที่แล้ว +15

    Cunku, Islam Rzayevin sesi Zeyneb xanimin sesiyle tutmurdu! Zeyneb xanimla Arif Babayev cox gozel teref- mugabil olublar! Islam muellimin ilk sevgisi Naxcivanin Culfa rayonunda gastrolda olanda Solmaz adinda bir giz olub! Ancag o gizi ona vermeyibler! Deyibler biz artiste giz vermerik! Omrunun axirina kimi bu sevgiyle yasayib! Solmazim mahnisi da o zaman yaranib! ALLAH rehmet eylesin, dahi senetkarimiza!

    • @eminehuseynova7017
      @eminehuseynova7017 ปีที่แล้ว +3

      Sevgi cox pis xesdelikdir,öldürmür,ölümden peter olur.Cox oxumuşam sevgi kitablarnı.

  • @RR6478
    @RR6478 ปีที่แล้ว +40

    Atamla texmikomda bir oxuyublar...yaxın dost olublar...
    Allah hər ikisinə rəhmət eləsin....Amin...
    Məkanları Cənnət olsun...

  • @xanimismayilova1916
    @xanimismayilova1916 ปีที่แล้ว +3

    Rəhmətlik İslam Rzayevin bənzərsiz səsilə böyümüşük Allah rəhmət eləsin yeri cənnət olsun AMIN❤

  • @user-my9oh5dk3z
    @user-my9oh5dk3z ปีที่แล้ว +12

    İslam mualim. Allah Sizə rəhmət etsin .

  • @user-oh5xh3yo2f
    @user-oh5xh3yo2f ปีที่แล้ว +10

    ALLAH RÀHMÀT ETSIN !!!

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 ปีที่แล้ว +7

    RUHU ŞAD OLSUN !

  • @xelilovaamalya6936
    @xelilovaamalya6936 ปีที่แล้ว +12

    Allah rehmet elesin, super oxuyurdu.

  • @zakirhasanov7451
    @zakirhasanov7451 ปีที่แล้ว +7

    ALLAH RƏHMƏT ELƏSİN CƏNNƏT MƏKANIN OLSUN

  • @sehlaqarayeva6890
    @sehlaqarayeva6890 ปีที่แล้ว +10

    Allah rəhmət eləsin.Ruhu sad olsun

  • @vuqarrustmov4620
    @vuqarrustmov4620 หลายเดือนก่อน

    Allah rəhmət eləsin .bədbəxt adam olub .bənzərsiz səsi heç vaxt unudulmayacaq .

  • @afaqqasimova021
    @afaqqasimova021 ปีที่แล้ว +7

    ALLAH rehmet elesin

  • @zrif4459
    @zrif4459 11 หลายเดือนก่อน

    Gözəl səs ,həmişəyaşar səs.Allah rəhmət etsin.Məkanı.cənnət olsun.

  • @CyrusCadusi
    @CyrusCadusi ปีที่แล้ว +2

    Böyük sənətkar, Allah sənə rəhmət eləsin!

  • @astrologastrolog3649
    @astrologastrolog3649 ปีที่แล้ว +7

    " Tamara x.ailəsi razı olmayıb diyə ,onlar nigah gıymadılar" .Nə gedər saçma bir bəhanədir.Amma 55 il birlikdə yasadılar. Buna Tamara xanımın ailəsinin razılığı ilə gərar verdilər? Bir də ki ailəsi sevinərdi ki 5 uşagla onu subay usagsız birisi alır və birdə onun uşaglarına baxır .😀😀😀

  • @oskarmobile8525
    @oskarmobile8525 ปีที่แล้ว +3

    Allah rehmet elesin gozel senetkarimiza sesi gozel evezsiz senetkar🙏

  • @hsncfrli5902
    @hsncfrli5902 11 หลายเดือนก่อน

    Böyük hörmətim vardı amma gözümdən düşdü.Ona buna atalıq et öz ailəni küçələrə at öz övladının yerinə getmə lənətlər olsun.

  • @user-jk2ey6xw8i
    @user-jk2ey6xw8i 29 วันที่ผ่านมา

    ❤ Allah sizə rəhmət eləsin əvəzolunmaz Dahi sənətkarımız

  • @seltenetrzayeva8259
    @seltenetrzayeva8259 11 หลายเดือนก่อน +1

    ARVADI LEYLA ÇOX GÖZƏL VƏ TƏRBİYƏLİ XANIM İDİ .1 QIZIDA VAR İDİ..TAMARA ADLI 2 UŞAĞI OLAN ƏRLİ ARVADA İLŞDİ BƏDBƏXT OLDULAR HAMISI😢😢ALLAH GÖZƏL ALLAHDI😂😂

  • @bakhrambakhramus5995
    @bakhrambakhramus5995 ปีที่แล้ว +2

    Əməyinizə sağlıq❤

  • @Mais-xb3mn
    @Mais-xb3mn 10 หลายเดือนก่อน

    Allah rəhmət etsin ruhu şad olsun qəbri nurla dolsun məkanı cənnət olsun

  • @user-dm2fs4qt3p
    @user-dm2fs4qt3p 11 หลายเดือนก่อน +1

    🥀🥀🥀💔💔Авазолунмаз такрарсыз булаг суйу кими тамиз сасли козалмахнылары ила хамища урайимзда йащайан Ислам Рзайев нур ичинда йатын нур узлу санаткар сиздан бир даха олмайачаг Аллах сиза рахмат еласин🥀🥀🥀🥀💔💔💔💔😪😪🥀🥀💔йериниз чох корсанир🥀🥀💔💔😪🥀

  • @umhaniabdullayeva785
    @umhaniabdullayeva785 ปีที่แล้ว

    Gözəl xanəndə idi.Sovet dönəmində xanəndənin ailəsi haqqında heç bir məlumat verilmirdi.İ.Rzayevin təmiz aydın nəfəsi var idi. Allah rəhmət eləsin!

  • @SamsungSamsung-cy1hy
    @SamsungSamsung-cy1hy ปีที่แล้ว +8

    O cür şəxsiyyət öz balasına yaxın durmur çox pis

  • @beyazeliyeva4903
    @beyazeliyeva4903 ปีที่แล้ว +1

    Allah rəhmət eləsin gözəl insan idi

  • @bayramagasiyev9717
    @bayramagasiyev9717 ปีที่แล้ว

    Sərdar müəllim verilişlərin çox əla, xoşa gələndir, mənə elə gəlir ki, aparıcı kimi sizinlə heç kim rəqabət apara bilməz, lakin bir cəhət məsələni korlayır, sizin xətrinizi aparıcı kimi çox istədiyimə görə deyirəm , gənclərin saqqal saxlamasına təəssüflənirəm, saqqal saxlamaq mollalara xas olan cəhətdir.....incimə....

  • @teranehacizade9580
    @teranehacizade9580 11 หลายเดือนก่อน +1

    Ölüm olsun o övladlara ki, Ataları ola - ola , başqasının halal Ərini əlindən almış və utanmadan özünə qeyri qanuni Ər etmiş Ananın Kişisinə , ata desinlər ! Dəhşət ! Tarixdə görünməyən faciə ! Hanı bəs bunlarda qeyrət , ata Məhəbbəti ? ❤😂🎉❤😂🎉❤😂🎉😢

  • @lalsultanl4499
    @lalsultanl4499 ปีที่แล้ว +3

    Allah rəhmət eləsin! Onun Zeynəb xanımla ifa etdiyi bir dueti var. Belə demə qəm eylərəm sevgilim. Mahnin başlanğıcı belə idi, mahnını yenidən yada salsalar gözəl olar

  • @sahilazimov7392
    @sahilazimov7392 ปีที่แล้ว +1

    Allah rəhmət eləsin.

  • @user-xx8cd6ft8v
    @user-xx8cd6ft8v ปีที่แล้ว

    Аллах бойук санаткарыиыза Рахмет етсин. Маканы чаннат Разу шад олсун.

  • @zakir527
    @zakir527 ปีที่แล้ว

    Axirinci dəfə onu gənclikdə stadionun qarşisinda öz maşininda bir xanimla söhbət etdiklərini görmüşəm,maşinin rolu saq tərəfdəydi,gözəl xanəndəydi,belə insanlarin şəxsi həyati cox vaxt yaxşi kecmir,həyatdi kiminki necə yazilib bilmək olmur,allah rəhmət etsin,...

  • @eldostsurxayev8010
    @eldostsurxayev8010 ปีที่แล้ว

    Böyük hörmətim vardı lap gözümden düşdü

  • @gsvdgdhdhsvdgd2184
    @gsvdgdhdhsvdgd2184 ปีที่แล้ว +5

    Bizim kişilerin ekseriyyeti öz uşagina,ailesine sahib çixmirlar,amma ikinci el qadinlari memnuniyyetle beh behle ve başqasindan olan uşaqlari öz"balasi"kimi sevib saxlayirlar.Paradoks!Allah rehmet etsin senetkara.

    • @xanimgulsafarova2263
      @xanimgulsafarova2263 ปีที่แล้ว +2

      Çox dez deyirsiniz Füzulidə sayılan bir ailənin qızı ilə evlənmişdi gözəl bir qızla tərbiyəli bir xanımla.Heç olmasa onu atıb gedib başqa bir tərbiyəli qadınla ailə qursaydı aldığı 2 ci qadın
      siqaret çəkirdi arağda içirdi 5 uşağın anasıydı.mən tələbə idim həmin vaxt onlarla qapı qapıya kirayə qalırdıq 3 qızla sovtskidə.

    • @gsvdgdhdhsvdgd2184
      @gsvdgdhdhsvdgd2184 ปีที่แล้ว +1

      @@xanimgulsafarova2263 beleleri çoxdu heyifki Azerbaycanda.Öz halal ailesin atib 4 5 defe ere gedib boşanmiş qadinlarla yaşayirlar.İnandirim ki,hele o arvadlarin qabaginda simirna da dayanirlar.Menim üçün insanda birinci aile,terbiye önemlidi.Senet peşe ikinci derecelidi.

  • @user-go2jd3fp5n
    @user-go2jd3fp5n 11 หลายเดือนก่อน

    Allah rəhmət eləsin əvəz olunmaz səsə malik idi.

  • @ibrahimjafarov6835
    @ibrahimjafarov6835 ปีที่แล้ว +8

    İslam Rzaev sənətkar kimi çox gözəl sənətkardır,ancaq şəxsi həyatı uğurlu olmayıb,60 cı illərdə Füzuliyə gəlir bacısı ona evlənmək üçün bir neçə qız göstərir o isə Mirzə müəllimin qızı Leylanı bəyənir ,Leyla isə həmən vaxt Qadir həkimə nişanlı olur,İslamın məşhur olmağı odövrdə öz şəxsi Volqası ilə Füzuliyə gəlməsi nə isə Leylanı İslama qoşulub qaçmsı ilə başa çatır.Leyla həmən dövrdə Füzulidə 2 gözəl var idisə onlardan biri idi.İslam o qızı bədbəxt etdi onunla heç yaşamadı,o Tamara adlı qohumu var idi onunla yaşayırdı Tamaranın əridə bunu bilirdi.Bu məsələləri Füzulinin yaşlı insanları yaxşı bilir,biridə mənəm.

    • @validavliyeva4524
      @validavliyeva4524 ปีที่แล้ว +4

      Burda deyerler mutruf

    • @rnahmdova5384
      @rnahmdova5384 ปีที่แล้ว +1

      O vaxtlar biz atamın işinə görə Füzulidə yaşayırdıq. Leylanın ali təhsil verəcəyi adı ilə razı salırlar. Əvvəlki nişanlısı onun ali təhsil almasını istəmirdi. Amma İslam da onu oxutdurmur.Qadir həkim "nə oldu ay Leyla bəs oxumaq istəyin?" deyirdi Leylalar oxuyan olur axı.

    • @firengizhumbetova402
      @firengizhumbetova402 ปีที่แล้ว

      @@rnahmdova5384 bes Lelanin ahi qoyardiki o xoşbext olsun

    • @lemanxelilzade5102
      @lemanxelilzade5102 ปีที่แล้ว

      Mirze dediyde yeni Mirze babayev?

    • @rafiqismayilov8306
      @rafiqismayilov8306 ปีที่แล้ว +1

      Deməli İslam Rzayev özünə vurğun bir insan olub. Elə bilib bundan gözəli yoxdu. Mən açığını deyim məndə öz yaşımda onun mahnı və muğamlarına qulaq asmışam ya xşı səsı variydi amma üzünü görmək istəməmişəm.

  • @xanimgulsafarova2263
    @xanimgulsafarova2263 ปีที่แล้ว +4

    Öz övladına hayat yoldaşına baxmayan gedib başqasının arvadını alıb onun uşaqlarına baxan nifrət ediləsi biridir.

  • @user-jo4ss2sd7y
    @user-jo4ss2sd7y ปีที่แล้ว +1

    İnsan qadından ayrılar amma övladından vaz geçməz. Heç vaxt bəyənmədim belə...indi anladım haqlıymışam.

  • @kamranejderov308
    @kamranejderov308 ปีที่แล้ว +2

  • @zemanabieva3067
    @zemanabieva3067 11 หลายเดือนก่อน

    allah rəhmət etsin

  • @zehrayehyayeva9246
    @zehrayehyayeva9246 ปีที่แล้ว

    Mahnilarini çox sevirdim Allah rehmet etsin Onsuzda hərəmiz bir tale yawayiriq Acılı wirinli.Bilm.irdimki òzùnùn heyatda óvladı qalmayıb Təəssůflendim

  • @seltenetrzayeva8259
    @seltenetrzayeva8259 ปีที่แล้ว +13

    TAMARAYLA İSLA
    M 1 OTAQDA , TAMARANIN ZAKSLI ƏRİ İSƏ BAŞQA OTAQDA YAYIRDILAR 2 OĞLU OLAN QADIN UTANMADI ,FÜZULİDƏNDİ AXI ??🤣🤣🤑

    • @turkelismayilzad1969
      @turkelismayilzad1969 ปีที่แล้ว +6

      Темиз söбеt!

    • @leylimemmedova573
      @leylimemmedova573 ปีที่แล้ว

      İSLAM RZAYEVİN YARADICILIĞI bir yana, şəxsi həyatı sıfırdır... qadını erməni, ...İkiərli, digər əri də erməni imişmi? Yoxsa, gəncəlilər demiş, peysərmiş ?
      ..

  • @Mais-xb3mn
    @Mais-xb3mn 10 หลายเดือนก่อน

    İslam Rzayevin evləndiyi Leya xanım mavi gözlü çox gözəl idi əfsuslar olsunki bu nigah uzun sürə bimədi çünki atalar düz deyiblər:bir əldə iki qarpız tutmaq olmaz".Islam isə həyatında qeyri rəsmi Tomara ola ola gözəllər gözəli Leyla xanunla evlənmişdi.

  • @ruxsaramamedova7161
    @ruxsaramamedova7161 ปีที่แล้ว

    😮😮😮

  • @xaliq2926
    @xaliq2926 ปีที่แล้ว +1

    Ele ad qoymusuz ki minneti oleydi Zeynəb onunla oxuyardı bəlkə elə Zeynəb imtina edib

  • @zauraskerov7213
    @zauraskerov7213 ปีที่แล้ว

    yaxsi senetkar idi allah rehmet etsin.i dovurda sponsor olsaydi oda yaxsi yasayardi

  • @hebibememmedova7053
    @hebibememmedova7053 ปีที่แล้ว +1

    İslamda ağıl vardı kiiii kül başına öz uşağının dəfninə getmədiyi üçün övlada həsrət qalır

  • @azerbalayev2233
    @azerbalayev2233 ปีที่แล้ว +3

    Ataliq edendise o uwaqina ataliq ederdi

  • @user-qn2pu4ns8h
    @user-qn2pu4ns8h 11 หลายเดือนก่อน +2

    Bibisi yox,mamasl ,yəni əLinə düşən qiymətLi şeyləri sevə-sevə qardasl baLaslna verən qadln.QarabaqLlLatda
    ,,ma""sözü,,ver""deməkdir..

  • @sharafatisgandarova4202
    @sharafatisgandarova4202 ปีที่แล้ว +1

    Tarixlerde uygunsuzluq var.55 il olmaz 35 il olar.

  • @user-zi8jp4zd5h
    @user-zi8jp4zd5h 8 หลายเดือนก่อน

    Cunki, İslam Rzayev Zeynəb Xanlarovadan daha super oxuyur. ..cətin mahnilardir oxuduqlari. Zeynəb Xanlarova urəkdən oxuyur gozəl oxuyur, sozsuz. Amma..üç badam bir qoz...asan nəğmələr.

  • @tovuzakhmedova8103
    @tovuzakhmedova8103 ปีที่แล้ว +1

    yox artig, onun yeri cehennemdi ovladinin yasinan gelmeyen oyyyy ujasss, vay vay

  • @user-jd7ub6vx9c
    @user-jd7ub6vx9c ปีที่แล้ว +2

    ÌSLAMIN GÒZÈL XALASI QIZI VAR ÌDÌ, ÌSLAM DOĜMA XALASI QIZI ÌLÈ GÈZÌRDÌ, ÈN ÈCLAF, ÈN ALÇAQ ADAM KÌMÌ TANINIRDI.

  • @teraneibrahimova6221
    @teraneibrahimova6221 11 หลายเดือนก่อน

    Men esitmisdim ki yenilmez batalyon filmindeki mahnini Anatollu Geniyev oxuyub axi

  • @user-hc6ty8cn9x
    @user-hc6ty8cn9x 4 หลายเดือนก่อน

    cox sehv melumatdikii defne getmeyib.bes niye Leyla ondan bowanmadi eger gunu xow getmirdisee.var dovlete yeye cixdilar hamisi.dogmalari hec qariwib olar kimi acgozlyk etmediler.Allah boyukdu senetkarimizin ruhu wad olsun🙏

  • @taranaaliyeva9985
    @taranaaliyeva9985 ปีที่แล้ว

    Allah rəhmət eləsin 🤲

  • @user-ll4zh9ei5w
    @user-ll4zh9ei5w ปีที่แล้ว +4

    Xatirə islamın nəyidi?

  • @user-hc6ty8cn9x
    @user-hc6ty8cn9x 8 หลายเดือนก่อน

    Leylayada yarim milyomluq ev verdi...Tamaranin oglanlarina nevelerine evler mawinlar dovlet iwiyle temin edib dunyasin deyiwen Islam mellim Allah rehmet ekesin😔indi bowanan xanimlara hele uwaqlilara hecne duwmur..bu neler qoyub kiwi kimi kocdu dunyadan

  • @xaliq2926
    @xaliq2926 ปีที่แล้ว

    Mən onumuqenni kimi heç vaxt xoşlamamisam qanı acı adam idi

  • @hebibememmedova7053
    @hebibememmedova7053 ปีที่แล้ว +1

    Yaxşı kişiydi öz balasına baxardı inanmıram hamısı yalandı

  • @majsjsjshjndbdhdhjd8974
    @majsjsjshjndbdhdhjd8974 ปีที่แล้ว +1

    Bacisi safurə değildi ki?

  • @user-hc6ty8cn9x
    @user-hc6ty8cn9x 8 หลายเดือนก่อน

    Yalandi...iller sonra ovladi olur! nece getmeye biler?hamiya corek veren insan😔Allah rehmet eledin senetkar Islam Rzayeze..ondan olmayib olmayacaqda

  • @rahmanhasanov7573
    @rahmanhasanov7573 11 หลายเดือนก่อน

    Heç kim bilmir kiTacirin oxuduğu məşhur Bayatı Şirazı 1 ci İslam oxuyub
    Tacir sadəcə uşaq vaxtı kapirovka eləyib
    Heç yerdə də demir ki bunu İslamdan götürmüşəm

  • @user-cp3gp1iv8z
    @user-cp3gp1iv8z ปีที่แล้ว +1

    MAMAMIN

  • @Osman......
    @Osman...... ปีที่แล้ว

    4:25 120- dən çox ifaçı yetişdirib, ardınca da anons etmədən sosislərə keçdi.Demək istəyirsən yetişdirdiyi sosis olub? Çıxış etmək, mikrofonu açıb gah valdan gah naldan gah da daldan danışmaqla olmur.Əvvəlcə verilişdən reklama keçid almağı öyrən sonra sosislərini yığışdırıb gələrsən.👎

  • @tomristuran2345
    @tomristuran2345 ปีที่แล้ว +8

    Arvadı boşamışdı, uşağı buraxmışdı, yad kimi idilər. Kişi qadının sevməyəndə onun doğduğunu da sevmir. Ayrıldı, erməniylə evləndi, öz uşağı olmadı, erməninin uşaqlarını adam etdi... Həyatdı də...

    • @xalidvliyeva9089
      @xalidvliyeva9089 ปีที่แล้ว +6

      Ermənilə evlənməyi nifrətə layiqdir

    • @validavliyeva4524
      @validavliyeva4524 ปีที่แล้ว +3

      ,cox pis

    • @eminehuseynova7017
      @eminehuseynova7017 ปีที่แล้ว

      ermeniler ona göre qudurub,her yeri zebt edib,öz milleti yox idi evlensin.

  • @joyjoy2097
    @joyjoy2097 ปีที่แล้ว +3

    o nə deməkdi, tamara xannıminin uşaqlarına baxıb, öz övjadınin dəfninədə getməyib. Tamara x. onu təşkil edib, əlbətdə. ya ekstrassens əlləri ilə, ya da Islam R. terror edib . Tamara x. dediyinizə lənət olsun. adına bax bunun. erməni olub yaqin. gör va gör. tfu.

  • @susannakutluca3544
    @susannakutluca3544 ปีที่แล้ว +1

    Heç bir vaxt ne sesini beyendim ne de tipini!!!! Ele de düz elemişem.Düzğün insan değilmiş.Rehmet düşmür ona.Rehmeti kişi olan kes sağiken gazanmalıdır!