"ONDAN YAXŞI RƏHBƏR YOX İDİ..." - 84 YAŞLI KƏMALƏDDİN ALLAHVERDİYEV (Maraqlı söhbət)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #şamaxı #Göylər
    GÖYLƏR KƏNDİNDƏ YAY ÇƏKİLİŞİ: ÇARDAQ ALTI, ŞİRİN SÖHBƏT, SAMOVAR ÇAYI, SONDA HƏZİN MUSİQİ...
    "Göylər söhbəti"nin budəfəki qonağı 84 yaşlı keçmiş aqronom, təsərrüfat adamı Kəmaləddin Allahevrdiyevdir.
    Kəmaləddin kişi nədən danışmayıb - İkinci dünya müharibəsinin çətinliklərindən, Stalinin ölümündən, sovet təsərrüfatının spesifikasından, adamlardan, hadisələrdən, kənd rəhbərlərindən...
    "Kənddə ondan yaxşı rəhbər yoxudu" - deyir...
    "Direktoru məhkəməyə verdim, qaçdı" - deyir...
    "Tutulmaqdan qorxmurdum" - deyir...
    "Vəzifəyə getməyin 2 yolu vardı" - deyir...
    "İndi hər gün ailəsi vəfat edənlərin iclasına gedirəm" - deyir...
    Hərdən kövrəlir. Seyid Əzimdən qəzəl deyir... Niyə bu kənddə Seyid Əzimi çox sevirlər?
    Kəmaləddin Allahverdiyev Göylər kəndində öz biliyi və natiqlik qabiliyyətilə ad çıxarmış, məclislər idarə eləmiş mərhum tarix müəllimi Siracəddin Zərbəliyevin doğma qardaşıdır. Familyalarındakı fərq sadəcə sovet kargüzarlığının səhvidir.
    Siracəddin müəllimi də xatırladıq. Niyə vəzifəyə getmədi Siracəddin müəllim? Bu sualı da verdik. Cavab da aldıq.
    Buyurub videoaya baxa bilərsiz. Kanala abunə olmağı unutmayın. Çəkilişlərimiz davam edir. Qarşıda hələ çox şeylər var...
    Mövzuya uyğun bu videolarımızı da təqdim edirik:
    • 84 YAŞLI KİŞİNİN HEKAY...
    • STALİNDƏN TELEQRAM ALM...
    • KOLXOZUN SONU: "HƏLƏ D...
    • KEÇMİŞ DİREKTOR: "BUND...
    • GÖYLƏR KƏNDİ HAQDA FƏR...

ความคิดเห็น • 29

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251  ปีที่แล้ว +7

    Hörmətli izləyicilər, "Göylər söhbəti" rubrikasında daha bir video-müsahibəni təqdim edirik. Fikir vermisinizsə ən müxtəlif insanlarla, yaşı, təcrübəsi, həyat yolu, vəzifəsi, çini-rütbəsi, statusu fərqli olan, bəlkə real həyatda bir masa arxasına yığışa bilməyən və ya toplaşmaq istəməyən kənd sakinlərilə həmsöhbət olmuşuq. Biz bunu bir proses, bir layihə kimi nəzərdə tutmuşuq və işimizə davam edirik.
    Layihəmiz, işimiz, çəkdiyimiz və ən əsası niyyətimiz sizə xoş gəlirsə, kanalıma abunə olmağı unutmayın. Bu bizə əlavə güc verər, dəstək və stimul olar.
    Hörmətlə...

  • @yurdyeri
    @yurdyeri ปีที่แล้ว +2

    Maraqlı söhbətdir. Uğurlar

  • @gulnargulnar4679
    @gulnargulnar4679 ปีที่แล้ว +3

    Eyy.gunler nece kecir.

  • @mehkamkuskun6825
    @mehkamkuskun6825 ปีที่แล้ว +3

    Var olun Qurban mellim atami iwiqlandirdiz bu xatirelerdir yeniden cozelendi isderdim emimde yaninda olsun amma malesef heyatdir atam hem kovreldi hem qeherlendim kawkiler olmasaydi ... var olun bu tarixi sehvelediniz men qiziyam kicik qizi uwaqligim canlandi emimide xatirladiz var olun Allah razi olsun hemiwe bele tarixi wexsiyyetleri cekin iwiqlandirin yolunuzda kameraniz kimi iwiqli olsun qizi Mehseti ...ne ise.

  • @ibrahimisrafil8773
    @ibrahimisrafil8773 ปีที่แล้ว +2

    Kəmaləddin dayı sovet dövrünün aqrar vaxtlarında işləmiş,həmişə də vəzifələrdə olmuş, briqadir,sahə aqranomu və nəhayət baş aqranom işləmişdir..Hər kəslə öz dilində danışmağı bacaran bir adam olmuşdurr..
    Ona görə də işdən çıxmasına,yaşlanmasına baxmayaraq,yenə də el arasında hörmətin,izzətin saxlamaqdadır.
    Kamaləddin dayıya can sağlığı uzun ömür arzulayıram.

  • @henifebayramova6710
    @henifebayramova6710 ปีที่แล้ว +3

    G özəl insan gözəl qonşu allah ömur versın

  • @ENproduction763
    @ENproduction763 ปีที่แล้ว +1

    Gurban gardas maragli söhpədlər oldu Allah Kəmaləddin babama Çan sagligi versin onçədən sizə və (operator: Ruslana montajci: İsmayilə ) Təşəkkurum bildirirəm ki belə bir çəkliş etdiniz və netiçədə də Yaxşi alinib. Babamda bir tarixda yaddaşlarda galdi. Allah razi olsun sizdən işinizdə sizə ugurıar arzu edirəm belə Çəklislər davamli Maragli Ugurlu olsun.

  • @qorxmazesgerov5536
    @qorxmazesgerov5536 ปีที่แล้ว +2

    Allah Kəmaləddin babaya sağlam bereketli ömür versin Allah cansağlığı həyatda bütün arzularına çatdirsin İnşallah

  • @Ahmed_Aliyev
    @Ahmed_Aliyev ปีที่แล้ว +1

    Əla

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 ปีที่แล้ว +1

    Çox maraqlı alınıb. Kənd həyatı, səmimi söhbət

  • @ibrahimisrafil8773
    @ibrahimisrafil8773 ปีที่แล้ว +1

    Qurban müəllim var olun,çox gözəl cəlbedici,səmimi söhbətə görə.
    Allah sizi qorusun!

  • @ruslanrehimov83
    @ruslanrehimov83 ปีที่แล้ว +2

    Sağol Qurban müəllim Kəmaləddin əmidə yaxşı söhbətlər etdi Allah can sağlığı versin .Birazda kövrəldim.

  • @ХанГамзалиев
    @ХанГамзалиев ปีที่แล้ว +3

    Аллах вар елесун мараглы сохбет йахшы савад ве йаддаш вар олун Кемалетдин еми Гурбан гардаш

  • @elshan4162
    @elshan4162 ปีที่แล้ว +2

    Ахшамын хейир аллах сиздан разы олсун Гурбан гардаш чох самими сохбат алыныб аллахым озу горсун чох гозал инсан ды маним бабам чорак веран инсан олуб инди яшланыб ама ону ким таныйырса хамы дейирки биз онун фахласи олмушук чох гозал инсан чорак веран инсан ды ❤

  • @yeringulagi
    @yeringulagi ปีที่แล้ว +2

    84 il. Bu yaşda o qədər şeyi yadda saxlamaq. Xoş oldu söhbət

  • @mehkamkuskun6825
    @mehkamkuskun6825 ปีที่แล้ว +1

    Isderdim bu cekliwden birde olsun son meni cox kovreldi xatireler ele bil dil acib daniwdi ...yeniden bilmirem demeye yazmaga urek doludur birde sag olun iiwiqlandirdigniz ucun xow teesuratlar yarsdiniz bizde ...

  • @esmanebayramova87
    @esmanebayramova87 ปีที่แล้ว +2

    Allah sizdən razı olsun. Kamal əmi yaxşı qonşudur. Agsaqqal adamdır

  • @СамедСалиев
    @СамедСалиев ปีที่แล้ว +1

    Mən sizin daima rubrikanızın izləyiçisiyəm...

    • @qurbanyaquboglu3251
      @qurbanyaquboglu3251  ปีที่แล้ว

      Çox sağ olun. Hər hansı fikriniz, sözünüz, rəyiniz varsa (tənqid və irad olsa belə), eşitməyə hazırıq.