Hamilələrdə astma xəstəliyi - tibb üzrə fəlsəfə doktoru, allerqoloq Ülkər Hümbətova

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2020
  • 1.Hamiləlik astma xəstəliyinin gedişatına necə təsir göstərir?
    2.Astmanın kəskinləşməsi hamiləliyin hansı dövründə müşahidə edilir?
    3.Astma xəstəliyinin dölə hansı mənfi təsiri ola bilər?
    4.Hamiləlikdə allergik, yoxsa qeyri-allergik astma təhlükəlidir?
    5.Hamiləlikdə astmanın müalicəsinin dölə mənfi təsiri var?
    6.Astma xəstəsi olan anadan doğulan körpənin astma xəstəsi olma riski varmı?
    7.Belə uşaqları nələrdən qorumaq lazımdır?
    8.Astma tutmaları zamanı hamiləyə ilk yardım necə olmalıdır?
    9.Astmalı hamilələr təbii doğuş edə bilər? Əks göstəriş deyil?
    Hamiləlikdə baş verən fizioloji dəyişikliklər bunlardır:
    Döl inkişaf etdikcə diafraqma 4 sm-ə qədər ağciyərlərə doğru sıxılır.
    Ağciyər həcmləri azalır.
    Əsasən hamiləliyin son dövründə artan estrogen hormonunun təsiri ilə tənəffüs yollarında ödem yaranır. Progesteron hormonunun təsiri ilə ağciyər həcmində azalma, burun tutulması baş verir. Bu da hamilələrin daha tez-tez nəfəs alıb-verməsinə və qandakı O2 və CO2 miqdarındakı dəyişikliklərə səbəb olur. Hamiləliyin astma xəstəliyinin gedişinə necə təsir edəcəyini öncədən söyləmək mümkün deyil. Hətta eyni bir xəstədə fərqli hamiləliklərdə müxtəlif gedişat ola bilər. Əsasən kontrolsuz astma xəstələrində hamiləliyin son aylarında kəskinləşmələr gözlənilir.

ความคิดเห็น •