"Elçibəy ya qorxurdu, ya da istəmirdi ki, test imtahanları olsun", testi Azərbaycana gətirmiş adam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2023
  • Azərbaycanda test üsulu ilə imtahanların keçirilməsinin təşəbbüskarı olmuş Firudin Cəlilov həmin vaxt qarşılaşdığı çətinliklərdən danışır.
    Onunla Səadət Akifqızı söhbət edib.
    BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. bbc.co.uk/azeri
    Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın:
    Facebook: / bbcnewsazeri
    Tiktok / bbcnewsazeri
    Instagram: / bbcazeri
    Twitter: / bbcazeri
    TH-cam səhifəmizdə olan digər videoları da izləyin.
    Azərbaycan da bu gün
    • Azərbaycanda bu gün
    Qarabağ münaqişəsi
    • Qarabağ münaqişəsi
    Dünyada bugün
    • Dünyada bugün
    Bölgələrdən
    • Bölgələrdən
    Qadınlar, sizin üçün
    • Qadınlar, sizin üçün
    1 dəqiqəlik videolar
    • 1 dəqiqəlik videolar
    Müsahibələr - Sizin səsiniz
    • Müsahibələr - Sizin Sə...
    Azərbaycanlılar Britaniyada
    • Azərbaycanlılar Britan...
    Niyə, nə üçün - izahedici videolar
    • Nə və niyə?
    Gənclər sizin üçün
    • Gənclər, sizin üçün
    Sosial problemlər
    • Sosial problemlər

ความคิดเห็น • 210

  • @qarabag7702
    @qarabag7702 7 หลายเดือนก่อน +79

    Çox gözəl xatirələr 14 noyabr 1992- il ilk test böyük həyəcanla imtahan verənlərdən biri də mən 26 ilin müəllimiyəm .Əməyi keçən hərkəsə eşq olsun❤

  • @mhruzkrimova6945
    @mhruzkrimova6945 7 หลายเดือนก่อน +114

    Özümə borc bildim Firudin bəyə SAG OL deyim. 1 az peşman olsa da.
    O şanslı uşaqlardan biri də mənəm. 2 il tibb universitetində ənənəvi qəbuldan kəsildikdən sonra 3cü il testlə yüksək balla qəbul olunmuşam. Hec kim inanmırdı ki,sıradan müəllim ailəsinin övladı pulsuz tibbə qəbul olunsun. Mənim hec nəsiz tibbə qəbulum o vaxtkı hakimiyyətin,sizin dürüstlüyünüzün,millət ücün calışmagınızın nümunısi idi. İnsanlarda nə qədər GÜVƏN,ÜMİD yaratmışdınız hakimiyyıtə və gələcəyə qarşı.
    Sizə öz MİNNƏTDARLIGIMI bildirirəm. Allah sizə SAGLIQLI ÖMÜR versin. Yeni ideyalarınızı həyata kecirin.🤝🏻

  • @user-oq3wh6rq7k
    @user-oq3wh6rq7k 7 หลายเดือนก่อน +61

    Azerbaycanı əyag üstə saxlayan sizin kimi adamlardı cooox hörmətli Firrüddin bəy. Cox sağ olun, hecnəyə görə peşman oımayın, siz əsil ingilab etdiniz. Və siz gəhramansınız, heyif ki belə insanların əməyini siyasətcilər özünə yazıb, saxta gəhraman olur.

  • @esmeryusifova6344
    @esmeryusifova6344 7 หลายเดือนก่อน +42

    FIRUDIN BEY,
    PULLU KISI OLMASANIZDA, XALQIN BOYUK HERFLERLE ADI YAZILACAQ, SEVILECEK, BASI UCA GEZECEK , ADAMIN BASISINIZ. SEREFLI OMRUNUZDE CAN SAGLIGI ARZULAYIRAM. HEMISE KONULLERDESINIZ.

  • @hamzamammadov6222
    @hamzamammadov6222 6 หลายเดือนก่อน +40

    Tamamilə doğrudur.Görkəmli ziyalımız Firudin müəllimə can sağlığı arzu edirəm.Vurğun Əyyuba uca Allah rəhmət eləsin.

  • @pnahsadxov5286
    @pnahsadxov5286 7 หลายเดือนก่อน +190

    70-ci illərin qəbul imtahanlarını xatırlayanda sovet quruluşuna olan nifrətim yenidən oyanır.Bütün arzularımı məhv etdi.İki eşşəyin arpasını bölə bilməyənlər tələbə olurdu,gözünün işığını oxumağa verən işıqlı ,savadlı gənclər isə kənarda qalırdı.Azərbaycanda test sisteminə hal-hazırda alternativ yoxdur.

  • @user-ts5se7eu7l
    @user-ts5se7eu7l 6 หลายเดือนก่อน +56

    87 də mənidə beləcə konkursa saldılar. eskerliye gedesi oldum. Eskərlikdən sonra Moskovada eyni vaxtda iki unversetə qəbul oldum. Beləcə qaldım qürbətdə....

  • @user-mh7lj5fo9d
    @user-mh7lj5fo9d 6 หลายเดือนก่อน +24

    Вот такие мудрый патриоты спасли Азербайджанский Народ!!!

  • @user-zm5gu2hi1s
    @user-zm5gu2hi1s 6 หลายเดือนก่อน +26

    Çox dəyərli Firudin müəllim Allah sizə can sağlığı versin.

  • @israfilsdullayev3379
    @israfilsdullayev3379 7 หลายเดือนก่อน +15

    Çox maraqlı.müsahibəydi.Təşəkkür edirəm hər birinizə

  • @tahiraliyev9754
    @tahiraliyev9754 7 หลายเดือนก่อน +20

    ❤Firiddun bəy Allah sizə can sağlığı versin. Testin faydasın biz bu gündə görürük.

  • @rehmankisiyev8824
    @rehmankisiyev8824 6 หลายเดือนก่อน +16

    Bir Azərbaycan kinosuna baxmışam . Sübhün səfiri.Çox gözəl filmdir ,orda zabit deyir,müsəlmana savadlı olmağa imkan verilməməlidir .Qoy özünü həmişə zəif aciz hiss eləsin.

  • @pleasedwayfarer
    @pleasedwayfarer 7 หลายเดือนก่อน +53

    Mən Firudin bəyi salamlayıram. Amma bir qeyd etmək istərdim: Mərhum Əbülfəz bəyin, məhz həmin il (1992) test imtahanları keçirilməsində bir qədər tərəddüd etməsinin səbəbii, bir tərəfdən, müharibənin aktiv fazaya keçməsi, digər tərəfdən isə, yeni bir sistemdə tələbə qəbulunun təşkili üçün vaxt azlığı idi...

  • @skinlkbrova3835
    @skinlkbrova3835 6 หลายเดือนก่อน +8

    Allah sizə ömür versin. Azərbaycanda xüsusi hörmət etdiyim, əsl ağayana Azərbaycan kişisi. Sizə gördüyünüz işlərə görə, təhsilimizə gətirdiyiniz yeniliklərə görə ürəkdən təşəkkür edirəm.❤❤

  • @arazmollaoglu8814
    @arazmollaoglu8814 6 หลายเดือนก่อน +13

    Test üsulunu Azərbaycana gətirən hər bir kəsdən Allah razı olsun. Dünyasını dəyişənlərə rəhmət, sağ olanlara can sağlığı versin Allah. Mən də bu üsuldan istifadə edib tələbə adı qazananlardanam.

  • @bugatti3886
    @bugatti3886 7 หลายเดือนก่อน +33

    Firudin bəy çox sağ olun ki, jurnalist sizin sözünüzü kəssə də, siz onun sözünü kəsmədiniz.

  • @gertvil
    @gertvil 6 หลายเดือนก่อน +21

    Büyük insandı Elçibey Allah rahmet eylesin.

  • @ramilgurbanov6014
    @ramilgurbanov6014 7 หลายเดือนก่อน +25

    Allah Sizə can sağlığı versin, Firudin müəllim. Sizin sayənizdə mən ali təhsil ala bilmişəm. Testdən qabaq Qəbul imtahanları əsl mafiya idi.

  • @user-pm8rj9iu8u
    @user-pm8rj9iu8u 7 หลายเดือนก่อน +56

    Mən sovet dövründə qəbul imtahanları vermişəm və Firidun müəllimin dediyi kimi, bütün suallara tam cavab versəm də müəllim mənə 2 yazmaq istəyirdi, yanındakı digər müəllimin insafı bir az çox idi, yavaşca dedi ki, əla cavab verdi, heç olmazsa 3 yazaq, onsuz da müsabiqədən keçməyəcək. Qısası univerə qəbul oldum və artıq uzun illərdir universitetdə çalışıram. Test üsuluna keçəndə çox sevindim ki, artıq savadlı uşaqlar ali məktəblərə qəbul olunacaqlar və olurlar da. Amma o vaxtlar rüşvətxor müəllimlər qəbuldan qazana bilmədiklərini artıqlaması ilə sessiyada qazanırdılar. baxırdım ki, tələbə yüksək balla qəbul olunub, amma müəllimlər bu uşaqların oxumaq həvəslərini sındırırlar. Bir gün Rektorla görüşdə bu məsələni qaldırdım və təklif etdim ki, savadlı uşaqları bir qrupa yığaq və Sizin ciddi nəzarətinizdə olsun ki, müəllimlər bu uşaqlardan rüşvət ala bilməsinlər. Heç olmazsa ildə 20-30 savadlı mütəxəssis məzun olsun. Rektorla bir az detalları müzakirə etdik və ilk dəfə olaraq Xüsusi İstedadlılar Qrupu yarandı. İndi bu ideya daha da təkmilləşərək SABAH fakültəıəri yaranıb və çox uğurlu proyektə çevrilib. hal-hazırda universitetimizdə sessiya imtahanları da test və yazılı üsulla keçirilir və korrupsiyanın kökü kəsilib. Təhsilimizin uğurlu inkişafına əminəm. Müasir zamanın gənclərinə "ağ paxıllıq" edirəm ki, bizim gəncliyimizdə təhsil almaq üşün belə gözəl imkanlar olmayıb.

  • @sstechnology5546
    @sstechnology5546 7 หลายเดือนก่อน +26

    Flrudin bəy sağ olun! Allah Vurğun Əyyuba da rəhmət eləsin! Məkanı cənnət olsun!

  • @alialiyev9770
    @alialiyev9770 7 หลายเดือนก่อน +31

    Bəli , birinci test ilində qəbul olmuşam . Demək ki , Siz olmasaydız mən tələbə adını qazana bilməyəcəkdim . Düşüncələrim tam sağlam və Xalqa xidmət olsa da Sizin kimi cəmiyyətə xeyir verə bilmirəm . Əslində isə mənim missiyam fərqlidir , mən təssüflənirəm .

  • @hicraneldenizqizi111
    @hicraneldenizqizi111 7 หลายเดือนก่อน +66

    Allah Firudun bəyə can sağlığı versin.Vətən üçün çooooox böyük işlər görüb,milletin kasıb balasına təhsil,ömürlük çörək vetib.

  • @adiloglupenah6270
    @adiloglupenah6270 7 หลายเดือนก่อน +21

    Firudin bəy, siz o zaman gördüyünüz işi Tarix unutmayacaq.

  • @abdullahaminosmanl3922
    @abdullahaminosmanl3922 7 หลายเดือนก่อน +29

    Test sisteminin ziyanı olsa da, xeyri ondan çox oldu. Ədalət olmayan yerdə heçnə bitməz, ən əsası ədalət gətirdi bu prosesə. Dərsini oxuyan və oxumayan seçilməlidir

  • @elchinabbasov9318
    @elchinabbasov9318 6 หลายเดือนก่อน +5

    Test üsulunu tətbiq etməkdə əməyi olan bütün insanlara, Firudin müəllimə təşəkkür edirəm! Azərbaycanda Ali məktəblərə qəbulla əlaqədar neqativ halların qarşısını almaq üçün yeganə variant idi. Dünyasını dəyişənlərə rəhmət, qalanlara can sağlığı arzulayıram.

  • @schellenberg-0077
    @schellenberg-0077 7 หลายเดือนก่อน +18

    Gəlin bu dövrü o dövr ilə müqayisə edəndə mövcud və tək olan reallığı nəzərə alaq
    İndiki bərbad təhsil sistemi və bu sistemin bütün çətinliklərinə dözüb məzun olduqdan sonra yaranan işsizlik problemi.Və sayları gündən günə artan işsizlər ordusu.
    Bütün bunları nəzərə alaraq belə bir sual ortaya çıxır; Artıq universitetə daxil olmağa dəyərmi?!

  • @hamzamammadov6222
    @hamzamammadov6222 6 หลายเดือนก่อน +62

    Allah Əbülfəz Elçibəyə rəhmət eləsin.

  • @ramizshamiyev4429
    @ramizshamiyev4429 7 หลายเดือนก่อน +14

    Bəy sovet qəbul sistemini iştirakçısı kimi çox inandırıcı izah etdi.

  • @user-yb4xw7mk9m
    @user-yb4xw7mk9m 5 หลายเดือนก่อน +3

    Çox sağ olun Firudin bəy siz türk xalqlarının tarixini ən mükəmməl araşdırıçısı kimi,dəyərli insansınız.

  • @arifasadullayev4759
    @arifasadullayev4759 6 หลายเดือนก่อน +3

    Allah Sizə sağlam can və uzun ,bərəkətli ömür nəsib etsin.Nə yaxşı ki, Sizinlə 90- cı illərdə tanış olmuşuq. Söhbətinizdən yüksək zövq aldım. Var olun. Sizinlə görüşmək ümüdü ilə.

  • @rehmankisiyev8824
    @rehmankisiyev8824 6 หลายเดือนก่อน +6

    Mən özüm yalnız orta məktəbi bitirmişəm ,ailə vəziyyətimiz ali məktəbə getməyimə imkan vermədi.Bizim kənddə çox uşaq ali təhsil almaq istəyirdilə ,əfsuslar olsunki imtahanlardan kəsilirdilər.Son illər test üsulu ilə ali təhsil alan kəndlilərimin sayı günü gündən artır .Mən çox sevinirəmki savadlı kadırlarımızın sayı çoxalır.Gözəl verlişdir ,maraqla dinlədim ,çox sağ olun .

  • @fatimeesedova3650
    @fatimeesedova3650 7 หลายเดือนก่อน +17

    Gənc qızlar ( tələbələr) danışa bilmirlər, əziyyət çəkirlər azərbaycan dilində nitq zəifdir. Dilləri ağızlarinda dolaşır ((((

  • @mehmanmemmedov1859
    @mehmanmemmedov1859 6 หลายเดือนก่อน +4

    Allah Elcibeye rehmet elesin.qebri nurla dolsun.Firidun mellimede teshekkurler.Vurqun Eyyubovada Allah rehmet elesin.mende kasib ailedenem.Qebeledenem.92 ci ilde birinci testle Iqtisad Universitetine qebul oldum.oxudum.bitirdim.bizim qebul imtahanlarimiz gecikmishdi.92 ci ilin 15 noyabrinda imtahan oldu,15 dekabirda cavablar cixdi.bizim imtahanin cavablari Turkiyede yoxlanilib gelmishdi.birinci ders gunumuz 18 yanvarda oldum.yaqin o gunleri xatirlayanlar oldu.Allah Xalq Cebhesinin efsanevi liderlerine rehmete gedenlere rehmet elesin,qalanlarina can saqliqi versin.yaqinki vaxt gelecek tarix onlari layiqince qiymetlendirecek.men ozum hec bir partiyanin uzvu deyilem.

  • @qediryusibov5222
    @qediryusibov5222 6 หลายเดือนก่อน +4

    Allah Əbülfəz Elçibəyə və Vurğun Əyyuba qəni qəni rəhmət eləsin.Test üsulu onların sayəsində gəldi Azərbaycana və bizim kimi kasıb balaları da ali məktəblərə qəbul olub oxuduq

  • @Xarir.Kazimm
    @Xarir.Kazimm 7 หลายเดือนก่อน +13

    Heyif sizin dusunceniz ela imis Cenab kas sizin Qurdugunuz sura dagilmasaydi ve qebul imtahanlari olmayardi 😢Ama Heyifki bu sistemi oz ciblerine ceviren meleykeler cixdi yagisdan sonra

  • @elnurncfova3329
    @elnurncfova3329 6 หลายเดือนก่อน +7

    Təşəkkürlər Mən də Test üsulu ilə daxil olmuşam. 😊. 1994. İmtahanın test üsulu ilə keçirməyiniz çox doğru hərəkət idi.

  • @tofiqbayramov3442
    @tofiqbayramov3442 6 หลายเดือนก่อน +8

    Allah Vurğun Əyyubada Elçibəyədə Rəhmət eləsin. Amma Vurğun Əyyub mənim yanımda deyibki, Elçibəy ona deyib ki, sənə gəl qorumq üçün polis təyin edək, çünki Vurğun bəy deyirdiki mənə hıddindən artıq anonim təhdidlər olurdu Test üsülü ilə əlaqədar. İndi siz deyirsiniz, Əbülfəz bəyə qarşı olub amma o həmişə Elçibəydən razılıq edirdi.

  • @ibrahimehmedov7123
    @ibrahimehmedov7123 6 หลายเดือนก่อน +4

    ALLAH səni qorusun Firudin müəllim , deməli sənin sayəndə layiq olan uşaqlar ali təsil aliblar .Əsasəndə kasıb uşaqları .

  • @Muxtar_Saqafi
    @Muxtar_Saqafi 6 หลายเดือนก่อน +9

    Görünür yaxşı işlər görmüsünüz.Allah əvəzin versin.

  • @huseyinrzayev2828
    @huseyinrzayev2828 6 หลายเดือนก่อน +8

    Elçibəy düz edib, çunkü səndən böyük sənin nazirindir əvvəlcə onunla məsləhətləşməli idin sonra Elçibəyə müraciət olunmalı idi.

  • @whiteman7085
    @whiteman7085 7 หลายเดือนก่อน +5

    Layk Super Afərin Əhsən Təşəkkür edirik Sizə uğurlar arzulayıriq.Sukani belə saxlayın

  • @aysunlizad5740
    @aysunlizad5740 6 หลายเดือนก่อน +5

    Düz deyir Test cox yaxşıdır Əsl savadlı tələbələr qəbul olur Əladır

  • @user-vy3uh8kf9f
    @user-vy3uh8kf9f 6 หลายเดือนก่อน +5

    Sizi Tarix unutmayacaq,Firudun bəy!

  • @abdulaliqasimov8337
    @abdulaliqasimov8337 7 หลายเดือนก่อน +8

    Firudin bəy test üsulunun tətbiqi ilə böyük dəyişikliyə imza atan şəxsiyyətdir. Var olsun. Elçibəy hakimiyyətinin xalqa yönəlik bir çox işləri olub...

  • @orxanagayev4479
    @orxanagayev4479 6 หลายเดือนก่อน +6

    Sovet dövrünün qəbulunda olan (təhsil sahəsində)tapşırmalara görə Azərbaycan qabağa gedə bilmədi.Bugün də onun əzyətin çəkirik.Vəzifədə elə insanlar varki o insanlardan ən uzağı “heç nə”olar,amma bugün bizi onlar idarə edir.Cəmiyyəti qabağa aparmağa qabil insanlar isə…

  • @user-sn2tk3bd9o
    @user-sn2tk3bd9o 6 หลายเดือนก่อน +6

    Mən də 1986 ci ildə imtahanda gördüm belə alçaq müəllimləri,indi qorsəm tüpürərdim üzünə.spesalnı konkursa saldılar,Qələn il srazı Moskvada qəbul oldum,Belə alçaqlar Millətin başına oyun açıblar.

  • @nailqaniyev2169
    @nailqaniyev2169 7 หลายเดือนก่อน +8

    Elə alcag "muəllımlər" 1979-ci ildə həmin imtahanlar vaxtı həm gardaşımın həm də bizim ailənin evini yıxdılar.

  • @bta9476
    @bta9476 6 หลายเดือนก่อน +2

    🇹🇷🇦🇿
    Allah Sizden razı olsun Ağsakqal .

  • @qosqarmanafov387
    @qosqarmanafov387 6 หลายเดือนก่อน +2

    Allah Sizdən razı olsun Firidun müəllim. O göndərilən tələbələrin içində mənim bacım da varıydı

  • @sahin5754
    @sahin5754 7 หลายเดือนก่อน +12

    DÖVRÜ ZAMANƏSİNDƏN ASİLİ OLMAYARAQ İNSANLİQİ VİCDANLİ İNSANLAR OLUB RƏNMƏT APARİB QAZANİB

  • @mehmanmemmedov1859
    @mehmanmemmedov1859 6 หลายเดือนก่อน +3

    Qeyd edekki Vurqun Eyyubovda qebul komissiyasinin sedri idi.Allah rehmet elesin
    Saf insan idi

  • @rasimehmedov1426
    @rasimehmedov1426 7 หลายเดือนก่อน +8

    MED INSTITUTA QAZ 24 ACARINI VERENLER OLUB SOVET VAXTI QEBULA

  • @Kingshashlik999
    @Kingshashlik999 7 หลายเดือนก่อน +8

    О заман тапгшырыгнан гиренлерин инди 60 яшы вар ве Азербайджанын ганыны ичирлер индийе кими..о оленлере де рехмет душмур

  • @resulabbasov750
    @resulabbasov750 6 หลายเดือนก่อน +2

    FİRUDDUN BEY ALLAH SİZE CAN SAĞLIĞI VERSİN

  • @ufa102-du8ey
    @ufa102-du8ey 7 หลายเดือนก่อน +9

    Firidun Bəy çox gözəl insandır gözəl də söhbət eliyir Allah canın sağ eləsin!
    .. Bunu da əlavə edim Azərbaycan xalqının yaxşı prezidenti var heyif böyrün də başındkılar quldurdu

  • @user-lp3nr2wm7q
    @user-lp3nr2wm7q 6 หลายเดือนก่อน +8

    80 cı illərdə ali məktəblərə qəbulda yaranmış anarxiya və rüşvətxorluq Sovetin dağılmaqda olması üçün hazırlıq mərhələsi idi.50 və 70 ci ilə qədər belə olmayıb.Amma Sovet dövründə təhsil güclü idi və pullu təhsil yox idi , indiki kimi.Dövlət tələbəni oxutdururdu.İş tapmaq problem deyildi.

  • @ismaylhuseynov2089
    @ismaylhuseynov2089 7 หลายเดือนก่อน +8

    Rəhmətlik Vurğun Əyyubun əsas rolu olub

  • @cahidasadov7517
    @cahidasadov7517 6 หลายเดือนก่อน +2

    Аллах рахмат еласин Елчибайа

  • @ismthuseynov4847
    @ismthuseynov4847 6 หลายเดือนก่อน +9

    Müəllim Allah sizi qorusun.Dədəm də sizi kimi deyir ki,test imtahanlarının pis cəhəti ondadır ki şagird ancaq imtan verəcəyi fənni oxuyur qalan fənnlərdən anlayışı olmur.Firidun müəllim çox səmimi danışdı düz danışdı.

  • @tamellaceferova324
    @tamellaceferova324 6 หลายเดือนก่อน +2

    Gözəl insan !

  • @seadetkhalilova6011
    @seadetkhalilova6011 6 หลายเดือนก่อน +3

    Azərbaycan tarixində ən utancverici dövr və ən səriştəsiz rəhbərlik. Bəylər dönəmi

  • @user-mq9fs7wp3z
    @user-mq9fs7wp3z 6 หลายเดือนก่อน +3

    Аллах комейиниз олсун.

  • @flatunlilov5895
    @flatunlilov5895 6 หลายเดือนก่อน +8

    Test imtahanına görə Firudin müəllimə təşəkkürlər.Tarixə qızıl hərflərlə yazılmalıdır.

  • @hatemnebioglu
    @hatemnebioglu 6 หลายเดือนก่อน +4

    Test üsulunun tbiqi bir başa Elçibəyin təşəbbüsu olub, və o həyata keçirib.

  • @SamsungSamsung-cy1hy
    @SamsungSamsung-cy1hy 6 หลายเดือนก่อน +4

    kasıb balalarının alqışları duaları sizə bəsdir müəllim

  • @faridamirov5979
    @faridamirov5979 6 หลายเดือนก่อน +4

    Allah Firudin beye can sagligi versin.Vurgun Eyyubun mekani cennet olsun

  • @azrmmmdov8766
    @azrmmmdov8766 6 หลายเดือนก่อน +3

    Cox sagol Firidun bəy səni opuruk cox yasa var ol

  • @user-mq9fs7wp3z
    @user-mq9fs7wp3z 6 หลายเดือนก่อน +5

    Елчибей дармадыгын бош олмуш будче Азербайджанын пис вахтында келди миллетин севирди инди севмесин Аллах рехмет еласин.

  • @ismaylhuseynov2089
    @ismaylhuseynov2089 7 หลายเดือนก่อน +5

    Vurğun Əyyub istəyərdəki ödənişsiz olsun.

  • @asimqarayev6433
    @asimqarayev6433 6 หลายเดือนก่อน +3

    Gözəl insan heçdə peşman olmayın rəylərə baxın görün nə qədər insanın rəğbətin qazanmısınız . Qaldı testlə bağlı saydığınız qüsurlara o testin yox məktəbin öyrədənin qüsurudu.Əhsən sizə .... !

  • @INSIDER-700
    @INSIDER-700 6 หลายเดือนก่อน +6

    🇦🇿EBULFEZ ELCIBEY,
    BOYUK SEXSIYYET🤘🏼

  • @melisa4811
    @melisa4811 7 หลายเดือนก่อน +6

    Bir sözlə acımasızcasına insan taleyi ilə oynayırdılar

  • @hjjhjjj5838
    @hjjhjjj5838 5 หลายเดือนก่อน +1

    1993 cü ildə mən də testlə qəbul olmuşam cox sağ olun Gözəl İnsan Amma mənim böyük qardaşım və bacım korrupsysa dövründə öz vətənində qəbul ola bilmədi cünki pulumuz yox idi Amma onlar Rusiyada univer...ə qəbul oldular Bizə başqa düşmən lazım deyil elə ozumuz özümüzə düşmənik Azərbaycan gənci cox savadlıdır amma istifadə olunmurlar Cünki vəzifələrdə yenə də işini bilməyən insanlar coxdu Savadlı gənclər qalıb kənarda

  • @user-uf7pe6bv1l
    @user-uf7pe6bv1l 6 หลายเดือนก่อน +5

    Firudun bey mellimde olsaz nazir mavinide olsaz dovlet terbiyesinden xeberiniz olmayib

  • @vaqifhasimov482
    @vaqifhasimov482 6 หลายเดือนก่อน +4

    Heyf Vurgun Eyyubdan,

  • @Afaqilyas-o3k
    @Afaqilyas-o3k 6 หลายเดือนก่อน +2

    17 yaşlı uşaqdan nə yazacaqdılar? Deyəcəkdilər, hansı iş yerini müflis edib, haranı basıb yeyib? Nəsə inandırıcı gəlmədi. Sadəcə tapşırıq gəlib ki, kəsilməlidir vəssalam,plan dolub. Mən də həkim olmaq istəyirdim, çox sevirdim həkimliyi. Güclü həkim olub xalqıma xidmət edəcəkdim, nə pislik vardı ki, burda?
    Sistem elə qurulmuşdu ki, imtahanda kəsə də bilmədilər, 3 verdilər ki, konkursa düşüm. Hətta hamı məəttəl qaldı ki, öz gücünə necə 3 almısan o " canavar"lardan? Neçə nəfər müəllim oturub şifahi imtahan götürürdülər.Yadımdadır, 3 sualın üçünü də əhatəli, geniş yazmışdım, şifahi imtahan olsa da, sualların cavablarını yazılı şəkildə alırdılar. Biri qadın idi, böyründəkinə pıçıldadı ki, 2 ver getsin.O da vərəqimi göstərdi ki, axı hamısını yazıb. Təzədən əlavə suallar verildi, onları da cavablandırdım, uşağı karıxdırmağa nə var? Onlar mütəxəssis, sən də həyəcanlı, fırıldaq, biclik bilməyən, təcrübəsiz rayon uşağı. Axırda məcburən 3 verdilər. Hələ də o nifrət, o haqsızlığa olan nifrət içimdədir. Həkim olsam işimi, sənətimi çox sevəcəkdim, arzularımı məhv etdilər.

  • @saikabbas2305
    @saikabbas2305 6 หลายเดือนก่อน +5

    Bu test imtahanından bir gün qabaq saat 21.00 da bizi( hardasa 20 nəfər tələbə) nəşriyyat binasına apardılar.Səhərə qədər yatmadan test suallarını çap elədik.Bizi Səhər saat 13.00 da buraxdılar.İnşaatın prorektoru Kamran müəllim aparmışdı bizi

  • @ilyasfatali8047
    @ilyasfatali8047 7 หลายเดือนก่อน +6

    Mənfi cəhətlər firmaya görə deyil, dövrdən ırəli gəlir. O vaxt sovet dövründə orta məktəbdə dərs keçirdilər

  • @rufatibrahimov8787
    @rufatibrahimov8787 6 หลายเดือนก่อน +2

    Halal olsun size. Menim ureyimden keceni dediz- test dusundurucu suallarla zengin olmalidir, casdirici yox. Illerdi demek istediyimi siz fikirlesmisiz ve dilede getirdiz. Sizi tanidigima gore cox memmunam.

  • @taranaveiyeva6557
    @taranaveiyeva6557 7 หลายเดือนก่อน +6

    Faiq bağırzadə gözəl insan idisə, gözəl rektor idisə bəs o tapşırılan uşaqların siyahısını sizə kim verirdi? Sizlər neçə neçə uşağın həyatını məhv etmisiz. Şəxsən mənə qarşı Xarici dillər int. belə haqsızlıq olub. Zemfira verdiyeva ilə üzbəüz gəlmişəm.

  • @xzrdnizi9280
    @xzrdnizi9280 7 หลายเดือนก่อน +14

    Test üsulunun müəllifi rəhmətlik Vurğun Əyyub olub. Və onun qətiyyəti sayəsində həyata keçirilib.
    Siz yalan danışırsınız.

  • @tarkhanmammadov1983
    @tarkhanmammadov1983 6 หลายเดือนก่อน +2

    Tesekkür edirem repartaja göre müellim her seyi etiraf edir nece olub indi necedi. Bir de cox gozel dedi ki instutlar imtahansiz olsun duz deyir ve tam pulsuz olmalidir ki her kes oxusun

  • @kino_kimi
    @kino_kimi 6 หลายเดือนก่อน +2

    Universitetlərdə də oxşar sistem tətbiq olunsa, rüşvətin qarşısı kökündən alınar.Universitetlərdə hələ də sovet dövründəki sistem qalıb.Hamısında test üsuluna keçidin vaxtı çatıb, hətta gecikmişik.

  • @movlamverdiquliyev6049
    @movlamverdiquliyev6049 6 หลายเดือนก่อน +2

    SAĞ OL, FIRUDIN müəllim!

  • @sadiredilov6523
    @sadiredilov6523 7 หลายเดือนก่อน +4

    Bax indi bax o tapşırıqların fəsadları indi bu bədbəxt millət cəzasını cəkir bir dənə sahədə duzgunluk yoxdu, bu alimdə indi də o vaxtkı cəhvlərin bəraət vermək istəyir

  • @sahmerdanferecbeyli3665
    @sahmerdanferecbeyli3665 6 หลายเดือนก่อน +4

    Testi Bəy gətirib sizlər vasitəçi olmusunuz Bəyin ruhunu narahat etməyin

  • @qdirsfrov8888
    @qdirsfrov8888 6 หลายเดือนก่อน +2

    Necə insanin həyati gedib biabırçılıqdır.. Firidun bəyə de təşəkkür edirəm.. en azi kisi kimi etiraf edir.. bezileri kimi övliyadirlar ele bil

  • @Fuad20122012
    @Fuad20122012 6 หลายเดือนก่อน +1

    Salamlar olsun

  • @user-kd7im3om4u
    @user-kd7im3om4u 7 หลายเดือนก่อน +3

    Əhsən

  • @user-fo6po7jr8l
    @user-fo6po7jr8l 7 หลายเดือนก่อน +3

    Salam Firudin müəllim , necəsən? Axı siz əsl səmimi bir cəbhəçi İdiniz ."Çənlibel " DD 1992 il.

  • @musafizuli3920
    @musafizuli3920 6 หลายเดือนก่อน +3

    Amma düzü indi çoxları gileylənir, ancaq o, zamanlar sözün əsl mənasında xalqın oxumağa meyli çox idi, indi ancaq smartfon əsasında, milləti musiqiyə muğama və sairə.....

  • @rsidallahverdiyev-ku6kh
    @rsidallahverdiyev-ku6kh 5 หลายเดือนก่อน +3

    Firudin müəllim düz deyirsiniz Təhsil sistemi həqiqətən batıb və batmağa davam edir
    Ən çoxu da bu kurikulumla bağlı kağız bazlıq kitabların tərtibatsizligi və s işlərlə təhsilimizi korladılar
    Bir az yox lap elə çox peşiman olsay

  • @tahirqasimov9271
    @tahirqasimov9271 6 หลายเดือนก่อน +1

    Firuddin bey Azerbaycan size borcludur

  • @sananabbasov1009
    @sananabbasov1009 6 หลายเดือนก่อน +1

    test usuu ilk defe 1981 ci ildə AZİ -də(Neft Kimya İnstitutu) olub

  • @taksikerem9020
    @taksikerem9020 7 หลายเดือนก่อน +4

    "MƏNDƏ EDİRDİM CUNKİ PİSBAXİRDİLAR" DEYƏNDIN SONRA...KİMLİYİN BƏLLİ OLDU..

  • @NargizPasha
    @NargizPasha 7 หลายเดือนก่อน +17

    Elcibey ve Vurgun Eyyub rehmete getdiyi ucun yalan iddialar ireli surursunuxz. Test usuunun muellif ve icracisi rehmetlik Elcibey ve rehmetlik Vurgun Eyyub olub, siz yox.

  • @nurcahan6353
    @nurcahan6353 9 วันที่ผ่านมา +1

    Bəlkə üçüncü dəfədir ki,bu müsahibəyə baxıram,hər dəfə nəsə öyrənirəm, amma heç vaxt bir kitabı ikinci dəfə oxumuram...

  • @rasimehmedov1426
    @rasimehmedov1426 7 หลายเดือนก่อน +2

    Superr elaaa

  • @sananabbasov1009
    @sananabbasov1009 6 หลายเดือนก่อน +2

    amma test üsulu haqqın edalətin berpası idi. Bu testdən bəhrələnib arzularını gerçəkləşrirən o vaxtkı tələbələr və bu günkü məzunlarımız da bu borcu xalqa vicdanlarıyla qaytarmaga borcludurlar.Haqq Ədalət bax onda bər qərar olur...

  • @Eli-xi6fg
    @Eli-xi6fg 6 หลายเดือนก่อน +4

    Nə qədər haqqyemisən.bir allah bilir. İndi də Elçibəyin dalınca danışırsan.