Axund Azər - Sən xəbərdar olduğunçün...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Sən xəbərdar olduğunçün hər gün ahımdan mənim
    Var ümidim ki, keçərsən hər günahımdan mənim.
    Qara zülfi mane oldu baxmağa rüxsarına
    Bir əlamətdir dedim bəxti-siyahımdan mənim
    Gahi məsciddə, gəhi meyxanələr küncündəyəm
    Heç özüm baş açmadım öz gahi-gahimdən mənim
    Ədlinə qalsa əgər yox bir nəsibim, var ümid
    Mərhəmət gözlər gözüm ol Padişahımdan mənim
    Harda oldumsa xəyalınla mələklər də enib
    Çox götürmüşlər təbərrük barigahımdan mənim
    Hər kəsə ox atmaq öyrətdim, məni etdi hədəf
    Etdi düşmən istifadə öz silahımdan mənim
    Azər, ağır gəldi gün gündən həyatın, gəl məni
    Sən özün hifz et, İlahi, öz sabahımdan mənim
    / hebullah
    / xirdalan.cume.mescidi

ความคิดเห็น • 84

  • @ДжавидАбдуллаев-у2ш
    @ДжавидАбдуллаев-у2ш 4 ปีที่แล้ว +15

    And ola BİR ALLAHA ağladım.Özümü bir anlıq tənha İmamların dövründə hiss etdim.😪😪😪😪😪😪

  • @tovhid_Nur
    @tovhid_Nur 4 ปีที่แล้ว +11

    21 ci esrin Nizami Gencevisi, hemde Fizulisi, AZER SANIDI ewq olsun !!!

  • @alihaydar3636
    @alihaydar3636 4 ปีที่แล้ว +21

    1 -Azər Sani
    2 -Vuqar Biləcəri .
    Ən çox sevdiyim qəzəlxanlar

  • @turalalizadeh586
    @turalalizadeh586 4 ปีที่แล้ว +16

    Mohtewem Ustad. Allah Seni ve bizi her iki dunyada Peygember ve Ehli Beyti ile mewhur elesin. Amin

  • @simaqasimova1320
    @simaqasimova1320 4 ปีที่แล้ว +37

    1 nömrəli axundsan Vallah Azərbaycanda! !

    • @Lulmami
      @Lulmami 4 ปีที่แล้ว +1

      Ты закрой рот
      И голову закрой

    • @nazimcamalov3314
      @nazimcamalov3314 4 ปีที่แล้ว +2

      👍

  • @NurlanaNH
    @NurlanaNH 4 ปีที่แล้ว +18

    Salam millet. Gözünüz aydin olsun. Hami bunu gözleyirdi. Nehayet. Çox wükür. 😊

  • @arzu_namazova
    @arzu_namazova 3 ปีที่แล้ว +4

    Sən xəbərdar olduğunçün hər gün ahımdan mənim
    Var ümidim ki keçərsən hər günahımdan mənim
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @limhrrmov2601
    @limhrrmov2601 3 ปีที่แล้ว +3

    Salam Axund azer hardasınız

  • @birkullanc4393
    @birkullanc4393 4 ปีที่แล้ว +5

    Çox amma çox gözəldi.ALLAH can sağlığı versin.

  • @m_tvsenyor1707
    @m_tvsenyor1707 4 ปีที่แล้ว +5

    Yaradmısan qəzəli yenə usdad.əlinə sağlığ

  • @anaradgozelov5741
    @anaradgozelov5741 4 ปีที่แล้ว +14

    Allah Hacının elminə bərəkət versin.cox gözəl.Sadəcə musiqini səsi çox yüksəkdi.

  • @АнатолийАнатолий-ы1ю
    @АнатолийАнатолий-ы1ю 5 หลายเดือนก่อน

    Seni yaradan ALLAHA qurban olaram. Hacı Allah sene uzun ve bereketli ömür versin. ❤❤❤

  • @cahangirquliyev6799
    @cahangirquliyev6799 4 ปีที่แล้ว +5

    Çox hörmet elediyim insan.Allah seni qorusun

  • @agadadasagadadasov2023
    @agadadasagadadasov2023 4 ปีที่แล้ว +6

    Bu kisi dahidi

  • @elzaminibrahimov4341
    @elzaminibrahimov4341 2 ปีที่แล้ว +2

    Var ol hacı

  • @ЗелёныйСвет-ъ5ц
    @ЗелёныйСвет-ъ5ц 2 ปีที่แล้ว +2

    Ay can,ay can.Var ol seni Şair✋

  • @huseynford
    @huseynford 2 ปีที่แล้ว +2

    Əhsən, Allah can sağlığı versin!

  • @mubarizmmmdov198
    @mubarizmmmdov198 4 ปีที่แล้ว +4

    Var ol ustad

  • @abisovfikret1138
    @abisovfikret1138 4 ปีที่แล้ว +4

    Əhsən Axund Allah Mütəal təbivə qüvvət versün

  • @ismailnovruzov1149
    @ismailnovruzov1149 4 ปีที่แล้ว +4

    yasa AZƏR

  • @rashadrasimoglu6027
    @rashadrasimoglu6027 ปีที่แล้ว +1

    Eşq olsun size ey Dahi insan var olasiz Haci cox mohteşem ♥️🤲

  • @sokolkrecet8959
    @sokolkrecet8959 ปีที่แล้ว +1

    Necə gözəl

  • @bndolsnd3010
    @bndolsnd3010 4 ปีที่แล้ว +3

    Fon musiqisini o qeder xod vermisuz ki bawavduwmek olmur kiwi ne diyir
    Yaxwidu yazi var idi...

  • @zeminemuradova2359
    @zeminemuradova2359 ปีที่แล้ว +1

    Yaxşl ki varslz.

  • @emejake5592
    @emejake5592 4 ปีที่แล้ว +2

    can Azer

  • @cavidanmikayll8552
    @cavidanmikayll8552 4 ปีที่แล้ว +7

    BƏH BƏH HƏCİ YARADAN SİZLƏRİ İMAMIN ƏSGƏRLƏRİNDƏN QƏRAR VERSİN İNŞƏALLAH NECƏ GÖZƏL YAZMISIZ

    • @isaali1158
      @isaali1158 4 ปีที่แล้ว +2

      SƏSİNƏ QURBAN AXUND ✊

  • @nuradinkazimov6068
    @nuradinkazimov6068 4 ปีที่แล้ว +6

    SAGOL, VAROL AGA ƏHSƏN, ALLAH RAZİ OLSUN,,,

  • @eliedikrecebova8148
    @eliedikrecebova8148 3 ปีที่แล้ว +2

    Allah qorsun sisi qardas

  • @samirzizov315
    @samirzizov315 3 ปีที่แล้ว +3

    Çox möhtəşəm əsərdir.Allah axundu hifz etsin.
    PS Fikrimcə fon müsiqisinin səsi bir az daha astadan olmalı idi,Ustadın səsi daha aydın eşidilərdi..

  • @chemistry_phrmcy
    @chemistry_phrmcy ปีที่แล้ว +2

    Eşq olsun! Allah can sağlığı versin

  • @anarmuxtarov2181
    @anarmuxtarov2181 4 ปีที่แล้ว +4

    Bah bah 👍

  • @azizsadiqzade2790
    @azizsadiqzade2790 4 ปีที่แล้ว +3

    Çox gözəl
    Çox mənalı👌👌

  • @anqavalaraolum3731
    @anqavalaraolum3731 4 ปีที่แล้ว +3

    Can həci... Sən şeyx olmallsan

  • @elhemsukurlu
    @elhemsukurlu 4 ปีที่แล้ว +3

    Cox gözəl cümlələr qizildan dəyərlidir.

  • @hsnsultan3236
    @hsnsultan3236 4 ปีที่แล้ว +5

    Əhsən Ustad 👍

  • @rahimovan13
    @rahimovan13 4 ปีที่แล้ว +3

    Ehsen.Sherhsiz sheir..

  • @sahilmusayev3717
    @sahilmusayev3717 4 ปีที่แล้ว +2

    Аллах сахласын сени. Гозел Ахундум

  • @xanim8807
    @xanim8807 3 ปีที่แล้ว +2

    Çox gözəl😔

  • @fatalimaharramov6170
    @fatalimaharramov6170 2 ปีที่แล้ว +1

    Bu şeiri ancaq esil mömün ve Allahla münacat eliyen insan yaza biler.bele axundu olan millet done imana gelmirse,haqqı görmek isdemirse günah özündedir..........!!!!!!

  • @ВугарСеидов-ц2з
    @ВугарСеидов-ц2з 3 ปีที่แล้ว +1

    Salam fonda olan musiqi coxdur

  • @teyyarteyyarov2620
    @teyyarteyyarov2620 4 ปีที่แล้ว +2

    O gun olaydi sizi uz be uz goreydim InWALLAH .ALLAH var elesin sizi

  • @vusalnecefov4395
    @vusalnecefov4395 2 ปีที่แล้ว +1

    Fon musiqi səsi çox verilib elə bil musiqi üçün dinləyirik musiqi ehtiyac olsa dinləyərik heyf axundun gözəl qəzəli yaxşı dinləyə bilmədim(((

  • @rasulabasli1140
    @rasulabasli1140 4 ปีที่แล้ว +2

    Çox Möhdəşəmiydi

  • @turalbehbudov1
    @turalbehbudov1 4 ปีที่แล้ว +3

    Allah seni var elesun

  • @vusalabadov1818
    @vusalabadov1818 4 ปีที่แล้ว +3

    Nə olar musiqinin səsini alıb , yenidən hazirlayin qəzəli

  • @huseynmulim768
    @huseynmulim768 4 ปีที่แล้ว +2

    Bəh bəh bəh Allah var etsin Ustad

  • @cabbarovmuslum9995
    @cabbarovmuslum9995 4 ปีที่แล้ว +3

    Allah razı olsun Axund

  • @rsad3858
    @rsad3858 4 ปีที่แล้ว +5

    🎵✊🏻

  • @simaqasimova1320
    @simaqasimova1320 4 ปีที่แล้ว +3

    elaaa👍

  • @miriresul472
    @miriresul472 3 ปีที่แล้ว +1

    ƏSİL ETİRAF

  • @smdsiracov2068
    @smdsiracov2068 4 ปีที่แล้ว +1

    Var ol ata

  • @Lulmami
    @Lulmami 4 ปีที่แล้ว +3

    Йа Фатима

  • @vusalazimov4461
    @vusalazimov4461 2 ปีที่แล้ว +1

    Cinasa baxda

  • @els667
    @els667 3 ปีที่แล้ว +2

    ❤️🌹

  • @azadqasimov7690
    @azadqasimov7690 4 ปีที่แล้ว +2

    Gözəl Hajı...!

  • @raufmsdiyev2097
    @raufmsdiyev2097 ปีที่แล้ว +1

    Ay ogul o mahnın səsini azalt eşidim bilim kişi nə deyir

  • @privatep009
    @privatep009 4 ปีที่แล้ว +2

    Əhsən👏👍

  • @ТапдыгАсадзаде
    @ТапдыгАсадзаде 4 ปีที่แล้ว +2

    Sen filosofsan axund sozu sene gore cilizdi. Qelbin genisliyi sozu tesirinnen bilinir

  • @Rekrutelli
    @Rekrutelli 4 ปีที่แล้ว +6

    Sheir eladi. Amma mahni cox dexilsiz secilib.

    • @najafaliyar
      @najafaliyar 4 ปีที่แล้ว +2

      Musiqidə Ləbbəyk Əllahummə ləkə ləbbeyk deyir. ALLAHa ünvanlanan sözlərdir.
      Axund Azərin də yazdığı bu qəzəl ALLAHa ünvanlanıb. İnsafla danışsaq, seçilən musiqi çox dəxilsizdir demək biraz məntiqsiz olardı.

    • @Rekrutelli
      @Rekrutelli 4 ปีที่แล้ว +1

      @@najafaliyar men musiqi yazmamisham.MAhni yazmisham.MUxtarname filminden goturulmush mahnidi..Sozlerininde hec bir onemi yoxdu.cunki men bura o mahnini dinlemeye yox. Axund Azerin Sheirini dinlemeye girmishem.
      dexilsiz secilib demekle.meqsedim budur ki yeni tek musiqi ile mushayet olunsa idi sheir daha gozel olardi.+ sesinide Axundun sesinden zeif etseler lap ela olardi.

  • @Bamb97
    @Bamb97 2 ปีที่แล้ว +2

    Bunu yeniden musiqisin qışqırdığın az edin paylaşın.

  • @firuzsuleyman4571
    @firuzsuleyman4571 4 ปีที่แล้ว +3

    Musiqinin səsindən nə dediyi anlaşılmır.

  • @redminotex371
    @redminotex371 4 ปีที่แล้ว +2

    Salam fondaki musigini yığışdırmaq olar???imkan varsa.?.?.?

  • @Maharrami
    @Maharrami 4 ปีที่แล้ว +2

    Fon musiqisi duz secilmeyib

  • @hassasicerik1892
    @hassasicerik1892 4 ปีที่แล้ว +1

    Ehsen

  • @isaisa6896
    @isaisa6896 3 ปีที่แล้ว +1

    Xaiş edirik musiqiye çox ses vermeyin eşitmek olmur

  • @ilkinQazi
    @ilkinQazi 4 ปีที่แล้ว +1

    Kaş musiqinin səsini az edərdiz

  • @Orxan.313
    @Orxan.313 4 ปีที่แล้ว +1

    Salam aleykum eziz muselmanlar Allahin salami olsun islam yolu gedenlere ve islama dogru gelenlere arxa fonda geden o melodiyani bilen varsa yazsin zehmet olmasa

  • @tahirgasimov5468
    @tahirgasimov5468 4 ปีที่แล้ว +3

    Salam aleykum cümə xütbələrini tam şəkildə qoyun zəhmət olmasa

    • @alirmabd
      @alirmabd 4 ปีที่แล้ว

      th-cam.com/play/PLr4JIkyseL90mBc67j1P2dxvz81F7uqLn.html

  • @seymurradio7329
    @seymurradio7329 4 หลายเดือนก่อน

    Sanki Fizuli oturub şer taxtında,
    Vəsf et bir daha O eşqi,şeriyatında.

  • @araz_efendi
    @araz_efendi 4 ปีที่แล้ว +2

    Salam,
    Admin, Kanalınızın linkini qeyd etmək şərti ilə Axundumuzun ədəbiyyata dair çıxışlarından götürmək olarmı?

    • @AxundAzerSani
      @AxundAzerSani  4 ปีที่แล้ว +1

      Aleykum salam. Bəli o şərtlə olar...

    • @araz_efendi
      @araz_efendi 4 ปีที่แล้ว +1

      Təşəkkür edirəm 🙏🏻

  • @siracagalarov8512
    @siracagalarov8512 3 ปีที่แล้ว +1

    Musiqiyə çox xod verilib, qəzəlin həzzin aradan aparıb

  • @KenanSalmanli
    @KenanSalmanli 4 ปีที่แล้ว +1

    Bu musiqin adi nedi ??

    • @NurlanaNH
      @NurlanaNH 4 ปีที่แล้ว

      th-cam.com/video/MVlolGDC0iQ/w-d-xo.html

    • @NurlanaNH
      @NurlanaNH 4 ปีที่แล้ว

      Salam. Mokhtarnameh labayk song. Bele yazin çixacaq. Linki de gönderdim.

    • @KenanSalmanli
      @KenanSalmanli 4 ปีที่แล้ว +1

      @@NurlanaNH eleyki salam . Tesekurler