Dilnoza Akbarova - Bayati Siraz “ O Ses Özbəkistanı ” Ayaga Qaldiran Həmin Möhtəşəm İfa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Azərbaycanın məşhur muğamlarından olan ‘’Bayatı-Şiraz’’ Özbəkistanı da sehrləyib. Musavat.com xəbər verir ki, qardaş ölkədə keçirilən ‘’O səs Özbəkistan’’ mahnı yarışmasında gənc müğınni Dilnoza Akbarova (Əkbərova) vaxtilə Tacir Şahmalıoğlunun oxuduğu stildə ‘’Bayatı-Şiraz’’ oxuyub. Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramovun Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalındakı ifasından sonra yeni nəfəs və yeni həyat qazanan ‘’Bayatı-Şiraz’’ımız hazırda Türk Dünyasını dolaşmaqda və özünə heyran qoymaqdadır.
    Bu ifadan da göründüyü kimi, ‘’Bayatı-Şiraz’’ özbək münsifləri və tamaşaçıları da sehrləyir. Buna görə də həmin möhtəşəm video-parçanı oxucularımızın seyrinə təqdim edirik.
    ‘’Bayatı-Şiraz’’ 7 əsas muğam dəstgahlarımızdan biridir. Bayatı isə türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub.
    “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi - musiqi” (“musiqinin gəlini”) adlandırılır. Üzeyir Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə edib.
    Üzeyir Hacıbəyov ‘’Bayatı-Şiraz’’ haqqında yazır: "Bədii - ruhi təsir cəhətdən... ‘’Bayatı - Şiraz’’ dinləyicidə qəmginlik hissi oyadır." Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində ‘’Bayatı - Şiraz’’ dəstgahı 17 şöbə və guşədən ibarətdir.

ความคิดเห็น • 709